Məhkəmə qərarları › İş №2(005)-532/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-532/2020

14.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-532/2020 14.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı X3 nümayəndəsi X1 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı X3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinə əsasən cavabdeh İddiaçı ASC-dan 24 ay müddətində qaytarılmaq üzrə illik 26%-lə 2532 (iki min beş yüz otuz iki) manat məbləğində kredit vəsaiti almışdır. Verilmiş kreditin təminatı olaraq İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı üçtərəfli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh kredit müqaviləsinin 3.2.-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyi icra etməyərək kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişlər. Belə ki, cavabdeh kreditin geri ödənişini müqavilənin bağlandığı tarixdən xx.xx.2017-ci il tarixinədək həyata keçirmiş və həmin tarixdən bu günə qədər müqavilədən irəli gələn öhdəlikləri yerinə yetirmir. Hazırda cavabdehin İddiaçı ASCyə xx.xx.2019-cu il tarixə 2310 (iki min üç yüz on) manat 62 (altmış iki) qəpik əsas, 590 (beş yüz doxsan) manat 27 (iyirmi yeddi) qəpik faiz, 115 (bir yüz on beş) manat 49 (qırx doqquz) qəpik cərimə, cəmi 3016 (üç min on altı) manat 38 (otuz səkkiz) qəpik məbləğində kredit borcu qalmışdır. Keçən müddət ərzində kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirməsi üçün cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh1 ilə "İddiaçı" ASC arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 ilə 'İddiaçı" ASC arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinə əsasən 2310 (iki min üç yüz on) manat 62 (altmış iki) qəpik əsas, 590 (beş yüz doxsan) manat 27 (iyirmi yeddi) qəpik faiz, 115 (bir yüz on beş) manat 49 (qırx doqquz) qəpik cərimə, cəmi 3016 (üç min on altı) manat 38 (otuz səkkiz) qəpik məbləğinin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu və qırx qəpik xidmət haqqı) manat məbləğində məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı X3 nümayəndəsi xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin azaldırmasına dair ərizə verərək, Cavabdeh1 ilə "İddiaçı" ASC arasında bağlanılmış xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin müqaviləyə əsasən 2235 manat 62 qəpik əsas, 647 manat 59 qəpik faiz, 40 manat 49 qəpik cərimə, cəmi 2923 manat 70 qəpik məbləğinin və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu və qırx qəpik xidmət haqqı) manat məbləğində məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq "İddiaçı" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı X3 nümayəndəsi X1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ayrı-ayrılıqda izahat verərək iddia tələbini qismən qəbul etdiklərini, iddia ərizəsində göstərilmiş məbləğdə deyil, ekspert vəsatətində göstərilmiş məbləğdə borcun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 99/1166/DİK nömrəli kredit müqaviləsindən müəyyən olunur ki,kreditor borcluya illik 26% olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 2532 manat məbləğində krediti verməyi, borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh1 24 ay ərzində hər ay 136,41 manat məbləğində pul ödəməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 99/1166/DİK nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1 bank qarşısında xx.xx.2018-ci il tarixli, 99/1166/DİK nömrəli kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materillarında olan göndərilmiş xəbərdarlıq məktubunlarından görünür ki, Cavabdeh1 və Cavabdeh2 yaranmış borcun göstərilən müddətdə banka ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 15.05.218-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, 2532 manat məbləğində pul vəsaiti İddiaçı ASC tərəfindən Cavabdeh1 verilmişdir. İş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2019-cu il tarixə olan borc hesabatından görünür ki, əsas borc üzrə 2310,62 manat, faiz borcu üzrə 590,27 manat, cərimə borcu üzrə 115,49 manat, cəmi 3016,38 manat ödənilməmiş məbləğ qalmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı ASC-nin xx.xx.2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2020-ci il tarixə olan borc hesabatından görünür ki, əsas borc üzrə 2235,62 manat, faiz borcu üzrə 658,90 manat, cərimə borcu üzrə 40,49 manat, cəmi 2935,01 manat ödənilməmiş məbləğ qalmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxx 2020-ci il tarixli 9/186 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair maliyyə arayışı (c.i.v.-53) məlumatları və xx xxx 2018-ci il tarixli, 99/1166/DİK saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2020-ci il tarixə (iddia tələbinin həcmi azaldılan tarixə (c.i.v - 43, 44)) banka olan borcu 2.174,71 AZN məbləğində müəyyən olunur, o cümlədən əsas borc üzrə 2133,11 manat, faiz borcu üzrə 41,60 manat Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı X5 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 99/1166/DİK nömrəli kredit müqaviləsinə əsasən kreditor borcluya illik 26 % olmaqla 24 ay müddətinə qaytarmaq şərti ilə 2532 manat məbləğində kredit vermişdir. Cavabdeh1 İddiaçı X2 kredit müqavilələri üzrə nəzərdə tutulmuş həmin məbləğlərdə pulu almışdır. Borcalan borcu və hesablanmış faizləri kredit müqavilələri ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəmək barədə öhdəlik götürmüşdür. Lakin Cavabdeh1 xx.xx.2018-ci il tarixli, 99/1166/DİK nömrəli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göründüyü kimi, Cavabdeh1 kredit müqavilələri üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu o cümlədən yaranmış faiz borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh2 zamin kimi Cavabdeh1nın iddiaçı qarşısında öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürdüyündən, Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında eyni həcmdə və birgə məsuliyyət daşımalıdır və xx.xx.2018ci il tarixli, 99/1166/DİK nömrəli kredit müqaviləsi üzrə yaranmış borc cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcu hissədə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X3 xeyrinə ekspert rəyində göstərilmiş məbləğdə yəni əsas borca görə 2133,11 manat, faiz borcuna görə 41,60 manat, cərimə borcuna görə 40 manat məbləğində tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənildiyindən, həmin məbləğ iddiaçıya ödənilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təminedilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı X3 xeyrinə xx.xx.2018-ci il tarixli, 99/1166/DİK nömrəli kredit müqaviləsi üzrə 2133,11 manat əsas, 41,60 manat faiz, 40 manat cərimə, cəmi 2214,71 (iki min iki yüz on dörd manat, yetmiş bir qəpik) həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 (otuz manat dövlət rüsumu və qırx qəpik xidmət haqqı) manat məbləğində dövlət rüsumu İddiaçı X3 xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar