Məhkəmə qərarları › İş №2(005)-534/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-534/2024

24.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-534/2024 24.06.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh ”Bank of Baku” ASC-yə qarşı (X6 və Abşeron rayon İcra və Probasiya şöbəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismidə cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”Bank of Baku” ASC-yə qarşı (X6 və Abşeron rayon İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismidə cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək haqqından tutulub Cavabdeh ASC-nin hesabına artıq ödənilmiş 1320,74 (bir min üç yüz iyirmi manat yetmiş dörd qəpik) məbləğində pulun, məhkəməyə ödənilmiş 34 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli Məhkəmə əmrinə əsasən, mən İddiaçı kreditor Cavabdeh ASCnin xeyrinə 5431,02 manat əsas, 1997,51 manat faiz borcu olmaqla cəmi 7428,53 manat məbləğində borcun və 20 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması əmr edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin xx.xx.2021 -ci il tarixli, 17/75- 2840/21 nömrəli məktubu ilə Abşeron rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli İcra sənədi icra olunması üçün onun əmək haqqından tutulması işlədiyi X2 Cəmiyyətinə göndərilmişdir və borcun onun əmək haqqının 50%-nə yönəldilməsi xahiş olumuşdur. Ha-hazırda İcra sənədi üzrə borc onun əmək haqqından tutulur. İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(036)-2643/2022 saylı qətnaməsi ilə onun cavabdeh X3, üçüncü şəxs Cavabdeh ASC-nə və "xxxx" KB ASC-nə qarşı birgə niah dövründə yaranmış borcun bərabər şəkildə bölünməsi tələbinə dair iddiası təmin edilərək, onunla "xxxx" KB ASC ilə arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə və Cavabdeh ASC ilə aramızda bağlanmış xx.xx.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsi üzrə yanmış borc öhdəliklərinin cavabdeh X6 ilə aralarında ½ (ikidə bir) hissə üzrə bölünməsi qət edilmişdir. İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(036)- 2643/2022 saylı qətnaməsi icra olunması üçün Abşeron rayon İcra və Probasiya şöbəsinə təqdim edilmiş və Abşeron rayon İcra və Probasiya şöbəsi mənim işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə yeni icra məktubu göndərərək Cavabdeh ASC-nin cəmi 7428,53 manat məbləğində borcun ½ ikidə bir hisssəsi olan 3714,26 (üç min dörd yüz on dörd manat iyirmi altı qəpik) manat pulun ondan tutulub Cavabdeh ASC-nin hesabına ödənilməsini tələb etmişdir. Halbuki onun əmək haqqından həmin vaxt artıq 4964,26 (dörd min dörd yüz altmış dörd manat iyirmi altı qəpik) pul tutulub Cavabdeh ASC-nin hesabına ödənilmişdir. Yəni onun ödəməli olduğu 3714,26 manat puldan artıq 1320,74 (bir min üç yüz iyirmi manat yetmiş dörd qəpik) manat artıq pul tutulub Cavabdeh ASC-nin hesabına ödənilmişdir. O xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh ASC-nə müraciət edərək, onun işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək haqqından tutulub Cavabdeh ASC-nin hesabına artıq ödənilmiş 1250 (bir min iki yüz əlli) manat məbləğində pulun ona qaytarılmasına sərəncam verəilməsini xahiş etmişdir. Pretenziya məktubu xx.xx.2023-cü il tarixində cavadehə çatdırılmışdır. Lakin bu günə qədər məktuba cavab verilməmişdir. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mühasibi tərəfindən yenidən hesablama aparıldı və onun əmək haqqından 1320,74 (bir min üç yüz iyirmi manat yetmiş dörd qəpik) manat artıq pul tutulub Cavabdeh ASC-nin hesabına ödənildiiyi müəyyən olundu. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh ”Bank of Baku” ASC-nin nümayəndəsi X7 etiraz ərizəsi təqdim edərək, bildirmişdir ki, iddiaçı barəsində özü də qeyd etdiyi kimi xx.xx.2017-ci il tarixində icra sənədi olmuş və icra məmuru tərəfindən borc tələbi borclunun əmək haqqına yönləndirilmişdir. Əmlakın bölünməsi ilə bağlı İmişli rayon məhkəməsinin qətnaməsi xx.xx.2022-ci il tarixində qəbul olunmuşdur. İcra məmuru tərəfindən 2023-cü ildə iş üzrə icraata həmin qətnamə əsas götürülərək xitam verilmişdir. İcra məmurunun qərarının ləğv olunması ilə bağlı tərəfimizdən Abşeron Rayon məhkəməsinə şikayət ərizəsi verilmişdir. Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin olunmamışdır. Müvafiq qərardaddan xx.xx.2023-cü il tarixində Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilmiş (qərardad elektron məhkəmə sisteminə xx.xx.2023-cü il tarixində yerləşdirilmişdir). Əlavə olaraq halhazırda İddiaçı Bank of Baku ASC-yə olan borcu aktivdir. İmişli rayon məhkəməsinin müvafiq qətnaməsinə münasibətdə bildirirlər ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 iyul 2021-ci il tarixli Plenum qərarınının “qərara aldı” hissəsinin 3-cü bəndinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın birbirinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ərarvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. İmişli rayon məhkəməsinin 2(036)-2643/2022 saylı xx.xx.2022- ci il tarixli qətnaməsi kredit borclarına ½ hissədə bölünməsini qət etmişdir. Həmin qətnamə Abşeron rayon məhkəməsinin qüvvədə olan icra sənədinin ləğv edilməsini nəzərdə tutmamışdır və həmin qətnamənin qəbul olunması ilə bağlı icra sənədinin icra olunmasına xitam verilə bilməz. Qeyd olunan plenum qərarı kredit borcu üzrə öhdəliklər bölündükdən sonra da tərəfləri birgə borclu halında tanınmasını özündə ehtiva edir. Bu səbəbdən iddiaçının verdiyi iddia tələbi təmin oluna bilməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Abşeron Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli 2(012)-2840 /2017 saylı əmrindən görünür ki, İddiaçı kreditor Cavabdeh ASC-nin xeyrinə 5431,02 manat əsas, 1997,51 manat faiz borcu, cəmi 7428,53 manat, habelə ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 manat məbləğində pul tutulmuşdur. - İmişli rayon məhkəməsinin 2(036)-2643/2022 saylı xx.xx.2022- ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" KB ASC ilə aralarında bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə və Cavabdeh ASC ilə aralarında bağladığı xx.xx.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsi üzrə yanmış borc öhdəlikləri cavabdeh X6 ilə aralarında ½ (ikidə bir) hissə üzrə bölünməsi qət edilmişdir. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X1 Rayon Məhkəməsinin 2(012)-2840/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi (3714,26 manat) əsasında 2021-ci ilin noyabr ayından, 2023-cü ilin iyun ayına qədər əmək haqqından cəmi 5035 manat tutularaq, tələbkar Cavabdeh ASC-nin hesabına köçürülmüşdür. Bu icra sənədi üzrə artıq ödənilmiş məbləğ 1320,74 manat təşkil edir. - Abşeron Rayon Məhkəməsinin 8(012)-548/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarın dan tələbkar Cavabdeh ASC tərəfindən verilmiş şikayət təmin edilməmişdir. - Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-147/2023 sayl, 22 dekabr 2023-cü il tarixli qərardadı ilə tələbkar Cavabdeh ASC-nin şikayəti qismən təmin edilmiş, Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli və onunla bağlı 24 noyabr 2023-cü il tarixli qərardadları ləğv edilmiş və qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən məsələlərin həlli üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. - Abşeron Rayon Məhkəməsinin 8(012)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 28 mart 2017-ci il tarixli 2(012)-2840 /2017 saylı əmrindən görünür ki, İddiaçı kreditor Cavabdeh ASC-nin xeyrinə 5431,02 manat əsas, 1997,51 manat faiz borcu, cəmi 7428,53 manat, habelə ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 manat məbləğində pul tutulmuşdur. İmişli rayon məhkəməsinin 2(036)-2643/2022 saylı xx.xx.2022- ci il tarixli qətnaməsi ilə İddiaçı "xxxx" KB ASC ilə aralarında bağladığı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə və Cavabdeh ASC ilə aralarında bağladığı xx.xx.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsi üzrə yanmış borc öhdəlikləri cavabdeh X6 ilə aralarında ½ (ikidə bir) hissə üzrə bölünməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 8(105)-147/2023 sayl, 22 dekabr 2023-cü il tarixli qərardadı ilə tələbkar Cavabdeh ASC-nin şikayəti qismən təmin edilmiş, Abşeron Rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli və onunla bağlı 24 noyabr 2023-cü il tarixli qərardadları ləğv edilmiş və qərardadın təsviri-əsaslandırıcı hissəsində göstərilən məsələlərin həlli üçün iş Abşeron Rayon Məhkəməsinə qaytarılmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-123/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən əmək haqqından tutulub Cavabdeh ASC-nin hesabına artıq ödənilmiş 1320,74 (bir min üç yüz iyirmi manat yetmiş dörd qəpik) məbləğində pulun, məhkəməyə ödənilmiş 34 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 225.1-ci maddəsinə uyğun olaraq, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. - 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 500.2-ci maddəsinə əsasən birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 31-ci maddəsinə görə, ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. - 32.1.-ci maddəsində nəzərdə tutulduğu kimi, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. - 32.2.2-ci maddəsinə görə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. - 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. - 36.4-cü maddəsinə əsasən məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. - 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 mart 2024-cü il tarixli 1/2024 №-li Plenum Qərarının 6.35-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ərarvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan 14 birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Həmin qərarın 6.36-cı bəndində qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin 2021ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ərarvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. Həmin qərarın 6.40-cı bəndində qeyd edilmişdir ki, Ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2- ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına 15 yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Eyni zamanda həmin qərarın 6.41-ci bəndində qeyd edilmişdir ki, O da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, mülki işin araşdırılmış halları ilə müəyyən edilir ki, hazırda iddiaçının cavabdehdən tutulmasını tələb etdiyi pul məbləği qanuni qüvvəyə minmiş və icraya yönəldilmiş məhkəmə əmri əsasında tutulmuşdur. Daha sonra iddiaçı məhkəməyə müraciət edərək, Cavabdeh ASC ilə bağladığı 07 may 2015-ci il tarixli müqavilə üzrə yaranmış borc öhdəliklərinin üçüncü şəxs X6 ilə ½ hissədə bölünməsini xahiş etmiş və onun iddiası təmin edilmişdir. Daha sonra icra məmuru borcun İddiaçı tutulmasına dair icra sənədi üzrə icraata xitam versə də, yekun məhkəmə qərardadı ilə həmin qərar ləğv edilmişdir. Cavabdeh ASCnin şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsi öz qərardadında qeyd etmişdir ki,qüvvədə olan məhkəmə aktı ilə icra sənədi üzrə tərəf olmayan elçin Hüseynovla İddiaçı arasında öhdəliklərin bərabər şəkildə bölünməsi məhkəmə qərarına əsasən əmələ gələn tələb üzrə borclu Gülnarə Bababyevanın öhdəliyinin xitamına səbəb ola bilməz. Məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, İmişli rayon məhkəməsinin 2(036)- 2643/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh ASC ilə aralarında bağladığı xx.xx.2015-ci il tarixli nağd pul layihəsi müqaviləsi üzrə yaranmış borc öhdəlikləri cavabdeh X6 ilə aralarında ½ (ikidə bir) hissə üzrə bölünməsi iddiaçının kreditor qarşısında öhdəlik daşıma halını aradan qaldırmır. İddiaçı bank tərəfindən tutulmuş pulun geri qaytarılmasını tələb etsə də, müəyyən edilir ki, bank haqlı olaraq icra sənədi üzrə tutulmaların həyata keçirilməsini tələb etmiş, icra məmuru tərəfindən də tutulma iddiaçının əmək haqqına yönəldilmişdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı:

1. Məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2 Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəbul etməyə haqlıdır. 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Prosessual qanunvericiliyin tələblərinə əsasən hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğunu, iddiaçının isə məhkəməyə qeyd edilən əmlakların qiymətinin qat-qat yuxarı olmasını sübuta yetirə bilmədiyini nəzərə alaraq, məhkəmə iddianın təmin edilməsi üçün heç bir əsas görmür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh ”Bank of Baku” ASC-yə qarşı (X6 və Abşeron rayon İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismidə cəlb edilməklə) pul tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq

QƏT ETDİ:

İddiaçı cavabdeh ”Bank of Baku” ASC-yə qarşı (X6 və Abşeron rayon İcra və Probasiya şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismidə cəlb edilməklə) pul tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar