Məhkəmə qərarları › İş №2(005)-535/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-535/2021

01.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-535/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 2244,17 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 2274,17 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxaq Bankı İddiaçı şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında xx.xx.2019-cu il tarixində AKX-01244xx/xx-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X4 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1 tələblərinə əməİ etmək), “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulumaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki, qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı birliyin əməkdaşları tərəfindən “Təbii X1 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli və qanunazidd hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 1248,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 329,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 504 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 252 manat olmaqla, cəmi 2334,20 manat məbləğində “İddiaçı" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). İlk akt üzrə məbləğ GASREPORT-a köçürülmüş olduqdan sonra, cavabdeh tərəfindən 180,30 manat məbləğində ödəniş edilmiş və həmin ödənişin 89,50 manat hissəsi borca tutulmuşdur. Əvvəlki məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, 2018-ci ildə qaz xəttinə qanunsuz qoşulma olmuşdur, bundan sonra İddiaçınə müraciət edərək qanunsuz qoşulmuş qaz xəttinin ayrılmasını tələb etmişdir. Sonuncu dəfə 2020-ci ildə rəsmi ərizə ilə müraciə etmişdir. Bu müddət ərzində onun xəbəri olmadan İddiaçı işçiləri tərəfindən akt tərtib olunmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1959-cu ildə Ermənistan Respublikası, Şamuyan rayonunda anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə İddiaçı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə AKX- 012442xx/xx-2019 nömrəli müqavilə imzalanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, aktların təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh müxtəlif vaxtlarda qaz-xəttinə qeyri qanuni olaraq qoşulma barədə akt tərtib olunmuşdur. İş materiallarında olan abonentin saldosu vərəqəsindən görünür ki, Cavabdeh 4 nəfər ailə tərkibindən ibarətdir. Yaşadığı ünvanda 4 gözlü qaz piltələri (PQ-4) (1/1) qızdırıcı radiator peçi mövcuddur. İş materiallarında olan aktlardan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə 3294 m3, xx.xx.2019-cu il tarixdə 5040 m3, xx.xx.2020-ci il tarixdə 2520 m3, fərdi evdə (müəssisədə istixanada) “Qazdan istifadə Qaydaları” nın tələblərinə zidd olaraq sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və sayğacdan kənar qeyri-qanuni qaz xətti ləğv edilərək itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan hesablanmaqla ödənilməsi üçün qanunverciliyə uyğun müvafiq tədbirlər icra olunmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İ-1905 nömrəli ərizənin surətindən görünür ki, Cavabdeh ərizə ilə İddiaçı Bakı X4 Departamentinə müraciət edərək onun yaşadığı evə gedən qaz xəttində kənar xətt olduğunu və ləğv olunmasını xahiş etmişdir. Bu fakt çəkilmiş foto şəkillərdə öz əksini tapmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, xx.xx.2020-ci il tarixli İddiaçı tərəfindən tərtib edilmiş aktlardan görünür ki, Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə edildiyi üçün qaynaq vasitəsilə kəsilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdə 10 (on) manat, xx.xx.2020-ci il tarixdə 8 (səkkiz) manat, xx.xx.2020-ci il tarixdə 10 (on) manat, xx.xx.2020-ci il tarixdə 10 manat, xx.xx.2020-ci il tarixdə 10 manat, xx.xx.2020-ci il tarixdə 10 manat, xx.xx.2020-ci il tarixdə 10 manat, xx.xx.2020-ci il tarixdə 10 manat, xx.xx.2021-ci il tarixə 10 manat, xx.xx.2021-ci il tarixə 10 manat, xx.xx.2021-ci ildə 10 manat məbləğində ödənişlər etmişdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, xx.xx.2019-cu il tarixində AKX-01244xx/xx-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı X4 Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Cavabdeh tərəfindən bağlanmış müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1 tələblərinə əməİ etmək), “X1 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında Qanun”unun 6.2-ci bəndinin tələbləri pozularaq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan 2018-ci ildə istifadə edilmişdir. Daha sonra cavabdehin qanusuz müəyyən edilmiş qaz xətti xx.xx.2019cu il tarixdə ayrılmışdır. Qaz xəttinə qanunsuz qoşulmaya dair İddiaçı İB nümayəndələrinin xx.xx.2018-ci il tarixli ******* saylı aktı əsasında 1248,80 manat; xx.xx.2018-ci il tarixli ******* saylı aktı əsasında 329,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı aktı əsasında 504 manat; xx.xx.2020-ci il tarixli ******* saylı aktı əsasında 252 manat vurulmuş zərərin ödənilməsini tələb edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin X1 təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2.-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qaydaların 5.4.-cü bəndinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Həmin Qaydaların 5.6.-cı bəndinə əsasən qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir (5 nömrəli əlavə). pozulmuş şəxs (zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, habelə hüququ odmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Həmin Məcəllənin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin müddəalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyvəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsində qeyd olunur ki, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. İşin hallarından göründüyü kimi İddiaçı İB nümayəndələrinin xx.xx.2018-ci il tarixli ******* saylı aktı əsasında 1248,80 manat vurulmuş ziyan hesablansa da cavabdehin hansı tarixdən qanunsuz qoşulmasını təsdiqləyən hər hansı sübut iddiaçı tərəfindən təqdim edilmədiyi halda belə məbləğin tələb edilməsi də əsaslı hesab edilə bilməz. Bununla belə cavabdehin məhkəmə iclasında verdiyi izahatından və xx.xx.2019-cu il tarixli İddiaçı tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh sayğacdan kənar təbii qazdan istifadə edildiyi üçün qaynaq vasitəsilə kəsilmişdir. Bu hal iş materiallarına əlavə edilmiş fotoşəkillərlə də öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2019-cu il tarixli ******* saylı aktı əsaslıdır və həmin akt əsasında 329.40 manat vurulmuş ziya cavabdeh təırəfindən ödənilməlidir. Məhkəmə xx.xx.2020-ci il tarixli ******* saylı akt və xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında vurulmuş ziyanın ödənilməsinə münasibətdə qeyd edir ki, bu hissədə iddia əsassızdır. Belə ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt və xx.xx.2020-ci il tarixli ******* saylı aktlar tərtib olunsa da qeyd edilən tarixlərdə cavabdeh tərəfindən təkrar qanunsuz qaz xəttinə qoşulma iş materialları ilə öz təsdiqini tapmır. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən də görünür ki, qanusuz qoşulmanı təsdiq edən şəkillər axşam vaxtı çəkilmişdir və bu şəkillərdən başqa iddiaçı tərəfin mübahisəli sayğaca baxış keçirməsini təsdiqləyən başqa fotoşkillər yoxdur. Həmin fotoşəkillər isə xx.xx.2019-cu il tarixli İddiaçı tərəfindən tərtib edilmiş aktın doğruluğunun aid olmasını istisna etmir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1 təsdiq edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 80 saylı Qərarının 4.8-ci bəndindən də görünür ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçının xeyrinə 329.40 (üç yüz iyirmi doqquz manat qırx qəpik) manat məbləğində zərər və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulmaqla, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 329.40 ( üç yüz iyirmi doqquz manat qırx qəpik) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı İB-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar