Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-535/2023 16.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş maddi zərərin əvəzi olaraq 4785 (dörd min yeddi yüz səksən beş) manatın Cavabdeh tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə təqribən saat 11-12 radələrində yaşadığı binanın önündə hündürlüyü 1 metr olan dəyəri 350 manat olan antik telefon altlığı, üzərində stomatoloji alətləri və 200 manat pulu olan qara dərili çantasını qoyaraq, evdə unutduğu digər əşyanı götürməyə getmişdir. Geri döndüyü zaman əşyalarının oğurlanmasının şahidi olmuşdur. Bu barədə 102 xidmətinə zəng edərək, şikayət etmişdir. Polis araşdırmaları nəticəsində kamera qeydlərində əşyalarını evin önündən oğurlayan şəxsin Cavabdeh olduğu müəyyən edilmişdir. Təxminən 1 (bir) həftə sonra saxlanılan cavabdeh əşyaları oğurlamadığını, zibil yeşiyindən tapdığını qeyd etmişdir və çantasında olan pulu götürdüyünü etiraf etmişdir. Lakin kamera qeydləri də sübut edir ki, onun əşyaları zibillikdə yox, məhz onun evinin önündə olmuşdur. Bu faktla əlaqədar olaraq Nərimanov Rayon Məhkəməsinin qərarı ilə cavabdeh İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində 1 ay müddətinə inzibati həbs tənbeh növü tətbiq edilmişdir. Çantanın içində nağd olaraq 200 manat pul və aşağıda qeyd edilmiş ümumi dəyəri 4235 manat olan stomatoloji alət və materiallar var idi. Müvafiq olaraq Woodpecker endomotor (dəyəri 300 manat), Turbinka Kavo (Expert matic) – (dəyəri 600 manat), X4 (dəyəri 1500 manat), Restorativ instruments (dəyəri 70 manat), 2 Sealer Easymix VDW- epoksi sileri kök kanalları üçün (dəyəri 160 manat), Spident A silikon (ölçü materialı)-(dəyəri 110 manat), Clearfil Nano-composite – (dəyəri 380 manat), NSK 40NM (professional təmizlik üçün toz)-(dəyəri 90 manat), Fuji 1GC (sementləmə üçün )-(dəyəri 175 manat), Panavia F 2.0 (komposit sementi)- (dəyəri 450 manat), Zenit (nano komposit plomb)-(dəyəri 400 manat) və əlavə olaraq 350 manat dəyərində telefon altlığı da oğurlanmışdır. Əşyalar oğurlandığı gündən bu günə qədər həm anasının, həm də özünün stomatoloq olaraq istifadə etdiyi alətlər oğurlandığına görə təxmini 1 aydır ki, iş dayanmış və gəlirlərdən məhrum olmuşdurlar. Eyni zamanda bütün bu vaxt ərzində əşyaları geri qaytarılmadığından hazırki bazar qiyməti 2 qat artmış yeni alətləri almaq məcburiyyətindədirlər. Bu da əlavə maddi zərərə uğramaq anlamına gəlir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması və cavabdehlərin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin tələblərinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməsini nəzərə alaraq məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 3(005)-2647/2022 saylı xx.xx.2022-ci il Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir; xx.xx.2016-cı il tarixli, AA seriyalı 351193 məcburi köçkün vəsiqəsindən görünür ki, İddiaçı Şuşa şəhərindən məcburi köçkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə təqribən saat 11-12 radələrində iddiaçıya məxsus olaraq Woodpecker endomotor (dəyəri 300 manat), Turbinka Kavo (Expert matic) – (dəyəri 600 manat), X4 (dəyəri 1500 manat), Restorativ instruments (dəyəri 70 manat), 2 Sealer Easymix VDW- epoksi sileri kök kanalları üçün (dəyəri 160 manat), Spident A silikon (ölçü materialı)-(dəyəri 110 manat), Clearfil Nano-composite – (dəyəri 380 manat), NSK 40NM (professional təmizlik üçün toz)-(dəyəri 90 manat), Fuji 1GC (sementləmə üçün )-(dəyəri 175 manat), Panavia F 2.0 (komposit sementi)- (dəyəri 450 manat), Zenit (nano komposit plomb)-(dəyəri 400 manat) və əlavə olaraq 350 manat dəyərində telefon altlığı da oğurlanmışdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 3(005)- 2647/2022 saylı xx.xx.2022-ci il Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1 (bir) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı hazırda vurulmuş maddi zərərin əvəzi olaraq 4785 (dörd min yeddi yüz səksən beş) manat məbləğində pul tələb edir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 222.1-ci maddəsinə əsasən, məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, vurulmuş maddi zərərin əvəzi olaraq 4785 (dörd min yeddi yüz səksən beş) manat Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 4785 (dörd min yeddi yüz səksən beş) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-535/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-535/2023
16.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver