Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-537/2021 25.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı BOKT MMC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxx 2020-ci il tarixli, 01309 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 aid 3685.87 (üç min altı yüz səksən beş manat 87 qəpik) manat məbləği əsas borc, 214.13 (iki yüz on dörd manat 13 qəpik) manat məbləği vaxtı keçmiş əsas borc, 183.93 (bir yüz səksən üç manat 93 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc 48.98 (qırx səkkiz manat 98 qəpik) manat məbləği isə vaxtı keçmiş borc iiz.rə hesablanmış cərimə faizləri olmaqla cəmi 4132.91 (dörd min yüz otuz iki manat 91 qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin, ümumilikdə 4162.91 (dörd min yüz altmış iki manat 91 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Daha sonra İddiaçının nümayəndəsi iddia tələbi həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdeh X2 ilə İddiaçı BOKT MMC arasında bağlanılmış xx xxxx 2020-ci il tarixli, 01309 saylı Kredit Müqaviləsinin və Cavabdeh2 ilə “Az\mikroinvet” BOKT MMC arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, 01309/ZM saylı Zaminlik Müqaviləsinin ləğv edilməsi və xx xxxx 2020-ci il tarixli, 01309 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 aid 3750 (üç min yeddi yüz əlli) manat məbləği əsas borc, 183.93 (bir yüz səksən üç manat 93 qəpik) manat məbləği hesablanmış adi faizlər üzrə borc 48.98 (qırx səkkiz manat 98 qəpik) manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri olmaqla cəmi 3982.91 (üç min doqquz yüz səksən iki manat 91 qəpik) manat məbləğində pul vəsaitinin, həmçinin iddiaçının cavabdehlərin təqsiri üzündən pozulmuş hüquqlarının müdafiəsi üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin, ümumilikdə 4012.91 (dörd min yüz altmış iki manat 91 qəpik) manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı BOKT MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə İddiaçı BOKT MMC arasında bağlanmış xx xxxx 2020-ci il tarixli, 01309 saylı Kredit Müqaviləsinə (bundan sonra “kredit müqaviləsi”) əsasən Cavabdeh1 İddiaçı BOKT MMC-dən 26 (iyirmi altı) ay müddətinə qaytarılmaq şərtilə illik faiz dərəcəsi 24 (iyirmi dörd) % olmaqla 4200 (dörd min iki yüz) manat məbləğində kredit almışdır. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 ilə "İddiaçı” BOKT MMC arasında xx xxxx 2020-ci il tarixli, 01309/ZM saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Qeyd olunur ki, İddiaçı BOKT MMC kredit müqaviləsi üzrə öhdəliklərini layiqincə yerinə yetirərək göstərilən kredit məbləğini müqavilə ilə nəzərdə tutulmuş müddətdə cavabdehə verməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsinin 1.1 və 3.4.2-ci bəndlərinin tələblərini kobud şəkildə pozaraq öhdəliyini icra etməmiş və kreditin müəyyənləşdirilən qaydada qaytarılmasına əməl etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01309 saylı Kredit müqaviləsinə əsasən illik 24% hesablanmaqla 26 aylıq müddətə cavabdehə 4200 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 01309 saylı Kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit borcalan Cavabdeh1 4200 manat məbləği illik 24%-lə, 26 ay müddətinə aylıq 208.74 annuitetlə ödəməyi öhdəsinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 01309/ZM nömrəli Zaminlik Müqaviləsindən görünür ki, “Zamin” Cavabdeh2 “”İddiaçı” BOKT MMC qarşısında “Borcalanın” kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliyinin tam həcmdə icra edilməsi üçün cavabdehdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Xəbərdarlıq məktubundan görünür ki, borcalan tərəfindən müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi təqdirdə daha ciddi tədbirlərin görüləcəyi Cavabdeh1 nəzərinə çatdırılmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İddiaçı BOKT QSC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, borcunun tam olaraq 7 iş günü müddətinə ödəməyi əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Maliyyə arayışdan məlum olur ki, borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixli 01309 saylı Kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixə olan əsas kredit borcu 3685.87 manat, 214.13 manat məbləği vaxtı keçmiş əsas borc, 183.93 manat hesablanmış adi faizlər üzrə borc, 48.98 manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri, cəmi borc 4132.91 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Arayışdan məlum olur ki, borclu Cavabdeh1 xx.xx.2020-ci il tarixli 01309 saylı Kredit müqaviləsi Kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan əsas kredit borcu 3750 manat, 183.93 manat hesablanmış faiz borcu, 48.98 manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə faizləri, cəmi borc 4012.91 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş digər Cavabdeh2 münasibətdə iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncular zaminlik müqavilələrini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər, kredit müqaviləsi üzrə əsas və faiz borcu onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcunun tutulması hissəsində də əsaslıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış və maliyyə arayışından da görünür ki, cavabdehin əsas kredit borcu 3750 manat, 183.93 manat hesablanmış faiz borcu, 48.98 manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə borcu, cəmi borc 4012.91 manat təşkil edir və cavabdehlər xx.xx.2022-ci il tarixdə müddəti bitəcək müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli, cavabdehlərdən də məhz tələb olunan məbləğ müştərək qaydada tutulmalıdır. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 01309 saylı Kredit müqaviləsi və İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 01309/ZM zaminlik müqaviləsi ləğv edilməli, cavabdehlərdən iddiaçının xeyrinə əsas borc üzrə əsas kredit borcu 3750 manat, 183.93 manat hesablanmış faiz borcu, 48.98 manat məbləği isə vaxtı keçmiş borc üzrə hesablanmış cərimə borcu tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 01309 nömrəli kredit müqaviləsi və İddiaçı BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 01309/ZM zaminlik müqaviləsi ləğv edilsin. Cavabdeh1 3750 manat məbləğində əsas borc, 183,93 manat məbləğində faiz borcu, 48,98 manat cərimə cəmi 3982,91 manat borc və 30 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-537/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-537/2021
25.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver