Məhkəmə qərarları › İş №2(005)-54/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-54/2020

25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-54/2020 25.11.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi ilə İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı kredit tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə “İddiaçı“MMC ilə Macarıstan Respublikasının vətəndaşı Dr. Cavabdeh arasında pul vəsaitinin faizsiz borc verilməsinə dair kredit müqaviləsi bağlanmışdır. “Müqavilə”yə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə ******* (bir milyon) Avro məbləğində pul vəsaiti faizsiz borc verilmişdir. Həmin məbləğ xx.xx.2013-cü il tarixdə cavabdehin “Müqavilə” ilə müəyyən olunan bank hesabına köçürülmüş və “Müqavilə”nin 3.3. bəndinə əsasən borc məbləği borcun qaytarılma müddəti bitdikdən sonrakı 1 təqvim günü ərzində eyni miqdarda və şəkildə geri qaytarılmalı idi. Lakin borcun qaytarılması müddəti 2014-cü ilin dekabr ayında başa çatsa da, borc məbləği qaytarılmamışdır. 2015-ci ilin ilk aylarından başlayaraq cavabdehə borc məbləğinin ödənilməli olması barədə məktublar göndərilmiş, lakin buna baxmayaraq onun tərəfindən borcun qaytarılmasına dair heç bir hərəkət edilməmişdir. “Müqavilə”nin 5-ci bəndinə əsasən “Müqavilə” üzrə öz vəzifələrini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət vurduğu zərəri tam həcmdə ödəməlidir. Mübahisənin məhkəmə aidiyyatı məsələsinə gəlincə, bildirmək istərdi ki, cavabdehin məlum olan axırıncı yaşayış yeri Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “X4” Mehmanxanası olmuşdur. Belə ki, cavabdeh borc müqaviləsi bağlanması məqsədilə Bakı şəhərinə gələn zaman məhz həmin Mehmanxanada qalmışdır. Beləliklə hesab edir ki, cəmi ******* avro olmaqla, ******* avro məbləğində əsas borc və iddiaçının pul vəsaitinin 2014-cü ilin dekabr ayından 2018-ci ilin noyabr ayınadək qanunsuz saxlandığı üçün ondan illik 5 % olmaqla 200000 avro məbləğində faiz məbləği, cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Qeyd edilənləri nəzərə alaraq, cavabdeh Macarıstan Respublikasının vətəndaşı Dr. Cavabdeh cəmi ******* (bir milyon iki yüz min) avro olmaqla, 1.000.000,00 (bir milyon) avro məbləğində əsas borcun, 200.000,00 (iki yüz min) avro məbləğində isə faiz məbləğinin, həmçinin 30.00 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, İddiaçı MMC-nin cavabdeh Macarıstan Respublikasının vətəndaşı Dr Cavabdeh qarşı ******* avro məbləğində iddia tələbinin həcminin 99930 avro məbləğində azaldılaraq 900070 avro həcmində olmasını nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilmişdir, lakin bildirişin verilməsi barədə məlumat məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli AH049/13 saylı kredit müqaviləsinə əsasən Cavabdeh ******* avro məbləğində 18 ay müddətinə kredit verilmişdir. İş materiallarında olan “xxxx” MMC-nin xx.xx.2018-ci il tarixli arayışından görünür ki, Cavabdeh adlı qonaq həqiqətən xx.xx.2013-xx.xx.2013-cü il tarixlərdə X4 & SPA otelində qonaqlanmışdır. İş materiallarında olan “xxxx” ASC-nin xx.xx.2013-cü il tarixli ödəniş tağşırığından görünür ki, Cavabdeh ******* avro vəsait verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC Müşahidə Şurasının iclasının 11№-li protokolundan görünür ki, cəmiyyət tərəfindən Cavabdeh 18 ay müddətinə faizsiz ******* avro məbləğində borc verilməsi və onunla cəmiyyət arasında müqavilə imzalanması qərara alınmışdır. İş materiallarından göründüyü kimi, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini cavabdehə vermişdir. Bunun nəticəsində bankın cavabdehdən kredit üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, o isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqaviləsi ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ilə iddiaçı “xxxx” MMC arasında bağlanmış xx.xx.2013-cü il tarixli AH049/13 saylı kredit müqaviləsi üzrə Cavabdeh 900.070 avro məbləğində borc İddiaçı MMC xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdeh 900.070 (doqquz yüz min yetmiş) avro məbləğində borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulsun. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar