Məhkəmə qərarları › İş №2(005)-5420/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5420/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5420/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızı İddiaçı ASC-nin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair kiçik iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,X1 İddiaçı ASC-nin xeyrinə 22 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə 138.99 manat əsas borc,16.08 manat faiz borc,13.65 manat cərimə və kredit müqaviləsi üzrə 22 avqust 2021-ci il tarixdən, 08 oktyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0.3 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 169.02 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə cıxarilmasını xahiş edirəm. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə “FİNtrend” BOKT arasında 22.08.2019-cu il tarixdə 24 ay müddətinə qaytarılmaq şərti ilə, illik 25 faiz dərəcəsi ilə 1000 manat kredit götürülməsi ilə bağlı Kredit Müqaviləsi bağlanmışdır. “FİNtrend” BOKT ilə "xxxx" İKB ASC arasında bağlanmış tələbin güzəşt olunmasına dair 939№-li 22.08.2019-cu il tarixli 004 №-li müqaviləyə 22.08.2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən X4 ilə “FİNtrend” BOKT arasında bağlanmış kredit müqaviləsi üzrə borcu tələb etmək hüququ "xxxx" İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır.Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: 22.08.2019-cu il tarixli, 22-Y-1-0-668-19 saylı kredit sazişinə əsasən “FİNtrend” BOKT və X4 arasında müqavilə bağlanmış və Bank cavabdehə illik 25 faiz dərəcəsi ilə, ”PAŞA Bank” ASC-nə malın alınmasına görə ödəniş təyinatı ilə 24 ay müddətinə 1000 manat kredit məbləği verilmişdir. İş materiallarında olan 08.10.2021-ci il tarixli maliyyə arayışdan görünür ki, X2 169.02 manat borcu vardır. İş materiallarında olan 17.11.2018-cu il tarixli, 22-Y-1-0-668-19 saylı kredit sazişinə 1 saylı əlavədən görünür ki, aylıq ödəniş məbləği 24 ay üçün aylıq 53.37 manat müəyyən olunmuşdur. İş materiallarında olan pretenziya məktubundan görünür ki, X3 5 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh X4 “İddiaçı ASC-yə olan öhdəliyini icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə.o icranı xatırlatma üzrə gecikdirmiş sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cavabdeh X1 138.99 manat əsas borc,16.08 manat faiz borcu,13.65 manat cərimə və kredit müqaviləsi üzrə 22 avqust 2021-ci il tarixdən, 08 oktyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0.3 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 169.02 manat və 30 (otuz) manat dövlət rüsumu, borc İddiaçı ASC -nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 22.08.2019-cu il tarixli, 22-Y-1-0-668-19 kredit müqaviləsinə əsasən cavabdeh X1 138.99 manat əsas borc,16.08 manat faiz borcu,13.65 manat cərimə və kredit müqaviləsi üzrə 22 avqust 2021-ci il tarixdən, 08 oktyabr 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 0.3 manat məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 169.02 manat, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar