Məhkəmə qərarları › İş №2(005)-55/2020

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-55/2020

25.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-55/2020 25.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əlili Gülnar Yadulla qızının katibliyi İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1653,19 (bir min altı yüz əlli üç manat on doqquz qəpik) manat, faiz borcu üzrə 1528,96 (bir min beş yüz iyirmi səkkiz manat doxsan altı qəpik) manat, cərimə borcu üzrə 132,49 (yüz otuz iki manat qırx doqquz qəpik) manat, cəmi 3314,64 (üç min üç yüz on dörd manat altmış dörd qəpik) manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə iddiaçı, İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 27 faiz ödəmək şərtilə 2000 AZN məbləğində kredit verilmişdir. Borcalan bu müqavilədə göstərilən müddətdə və qaydada kredit vəsaitini Borcverənə qaytarmağı, o cümlədən kredit üzrə hesablanacaq faizlərin ödənilməsini öhdəsinə götürmüş, lakin borcalan üzərinə düşən öhdəlikləri icra etməmişdir. Kredit müqaviləsinin göstərilən maddələrinə istinad etməkdə məqsəd aşağıda göstərdikləri cavabdeh tərəfindən ödənilməli olan kredit üzrə əsas borcun və faizlərin hansı səbəbdən yaranmasını əsaslandırmaqdır. Hazırda cavabdehin banka ödənilməmiş 1653,19 AZN əsas, 1528,96 AZN faiz, 1324,49 AZN dəbbə pulu olmaqla, cəmi 3314.64 AZN məbləğində borcu qalmışdır. xx.xx.2020-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 1366,59 manat, müqavilənin bitmə tarixinə faiz borcu üzrə 393,09 manat, cərimə borcu üzrə 1898,28 manat, müqavilə bitdiyi tarixdən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 243,39 manat borc, cəmi 3901,35 manat kredit borcunun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 nümayəndəsi iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Lakin cavabdeh məhkəmənin elektron poçt ünvanına etiraz ərizəsi (mülahizə) göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, o, e-mehkeme sms bildirişini aldıqdan sonra bu müraciəti yazdığını bildirir. Qeyd edir ki xx.xx.2020 tarixində cavabdehlik daşıdığı Texnika Bank qarşısındakı Öhdəçilik aldığı kredit ilə bağlı məhkəmə prosesində obyektiv səbəblərdən dolayı iştirak edə bilməyəcək. Hal-hazırda ölkə xaricində futbolçu həyatını davam etdirir və 2017-ci ildən ona gələn təklif əsasında hal hazırda Azerbaycanda deyil. Lakin buna baxmayaraq Texnika Bank qarşısında götürdüyü kredit öhdəliyini inkar etmir və aldığı ana pulun cüzi faiz nisbetinde geri qaytarılmasının tərəfdarıdır. Hazırda tək Texnika Bank deyil, bu bankın ləğv olma prosesinden dolayı zərərçəkmiş vəziyyətdədir. Əgər götürdüyü öhdəçiliyin ilk vaxtlarına baxılsa bank fealiyyətini dayandırmadan öncə o, kredit öhdəçiliyini yerinə yetirmişdir. Futbol oynadığından dolayı ölkə xaricinə çıxdığı ərəfədə bankın ləğv etmə prosesinə başlaması məni də uzaqdan bu prosesi izləməyinə gətirib çıxartdı. Xahiş edir ki, işin bu səviyyəyə çatması və məhkəmədə bu cür həll olunduğu ərəfədə obyektiv olaraq pandemiyadan dolayı uzun müddət futbolçu işini edə bilmediyini, rəsmi oyunlar olmadığından dolayı məvacib ala bilmədiyini və ən əsası ölkə xaricində bu pandemiya ilə bağlı zərərə məruz qaldığını nəzərə alaraq qərar verilməsini xahiş edir. Azerbaycan Respublikasının qanunlarına hörmətlə yanaşaraq onu elavə edir ki hal-hazırda ona elektron qaydada minimal ödəmə cədvəli əsasında minimum faizlə çıxan qərarı aylıq ödəməyə hazırdır. Hal-hazırda dünyada baş veren pandemiyanın insanları işsiz ve çetin vəziyyətdə buraxdığını nəzərə alaraq qərar verilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh ilə iddiaçı, İddiaçı ASC-nin arasında bağlanmış xx.xx.2015-ci il tarixli Kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 27 faiz ödəmək şərtilə 2000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli № **********474 nömrəli arayışdan görünür ki, Cavabdeh əsas borc üzrə 1366,59 AZN, faiz borcu üzrə 393,09 AZN, 1898,28 AZN cərimə borcu, 5% hesablanmış faiz borcu 243,39 manat olmaqla, cəmi 3901,35 AZN borcu vardır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli LPO İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, borcunun tam olaraq 3 iş günü müddətinə ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətinə ləğv etməyi təklif etmişlər, əks təqdirdə bankın borcun və onun üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının 6333 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2015-ci il tarixli 1762/15 saylı kredit müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla sual üzrə müqavilə müddətinin bitdiyi, xx.xx.2017-ci il tarixinə Cavabdeh İddiaçı ASC-nə olan əsas borcu 1647.49 manat, faiz borcu 517,89 manat; hesabdan çıxarışlardan və xx.xx.2015-ci il, 1762/15 saylı kredit müqaviləsinin qeyd şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixinə hesablanmış illik 5% banka olan əsas borcu 1647,49 manat, faiz borcu üzrə 649, 92 manat. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcun tutulması hissəsində tutulması hissəsində tam əsaslıdır və Cavabdeh 1366,59 əsas borc, müqavilə müddətinə hesablanmış 393,09 faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% olmaqla 243,39 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1898,28 AZN cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı, 130 manata endirilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri cavabdehdən tutularaq 120 (bir yüz iyirmi) manat məbləğində pul Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1366,59 əsas borc, müqavilə müddətinə hesablanmış 393,09 faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% olmaqla 243,39 manat və 130 manat cərimə borcu olmaqla, cəmi 2133,07 manat və 30 manat dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 120 manat Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar