Məhkəmə qərarları › İş №2(005)-556/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-556/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-556/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi İbrahimova Ramilə Namiq qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi-X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan "İddiaçı" ASC-nin xeyrinə 107.14 (yüz yeddi Avro, on dörd sent) EUR əsas borc, 80.17 ( səksən Avro, on yeddi sent) EUR faiz borc, 151.92 (yüz əlli bir Avro, doxsan iki sent) EUR cərimə borcu, 10.66 (on Avro, altmış altı sent) EUR gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 349.89 ( üz yüz qırx doqquz Avro, səksən doqquz sennt) EUR məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli, 432249 ssuda hesablı kredit verilməsi "üzrə müqaviləyə əsasən' Cavabdeh İddiaçı ASC tərəfindən 37 ay müddətinə 27%-lə 107.14 (yüz yeddi Avro, on dörd sent) EUR məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 432249 ssuda hesablı müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan ‘İddiaçı” ASC-yə 107.14 (yüz yeddi Avro, on dörd sent) EUR əsas borc, 80.17 ( səksən Avro, on yeddi sent) EUR faiz borc, 151.92 (yüz əlli bir Avro, doxsan iki sent) EUR cərimə borcu, 10.66 (on Avro, altmış altı sent) EUR gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 349.89 ( üz yüz qırx doqquz Avro, səksən doqquz sennt) EUR məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, bankla onun arasında hər hansı müqavilə baglanmamış və öhdəlik yaranmamışdır. Bu səbəbdən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh 107.14 (yüz yeddi Avro, on dörd sent) EUR əsas borc, 80.17 ( səksən Avro, on yeddi sent) EUR faiz borc, 151.92 (yüz əlli bir Avro, doxsan iki sent) EUR cərimə borcu, 10.66 (on Avro, altmış altı sent) EUR gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 349.89 ( üz yüz qırx doqquz Avro, səksən doqquz sennt) EUR məbləğində borcu yaranmışdır; xx xxxxxx 2020-ci il tarixli bildiriş məktubunun surətindən və məzmunundan görünür ki, iddiaçı Ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh Cavabdeh kredit müqaviləsi üzrə borc öhdəliklərinin 3 (üç) gün müddətində ödənilməsi, ödənilmədiyi təqdirdə isə borcun ödənilməsinin məhkəmə qaydasında tələb olunacağı barədə xəbərdarlıq olunmuşdur; Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasmı tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısmda məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki mülki iş üzrə iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən kredit müqaviləsinin əsli məhkəmə tərəfindən tələb edilməsinə baxmayaraq, təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinin əsasını təşkil edən və tərəflər arasında imzalanan borc müqaviləsinin mövcudluğunu iddiaçı sübuta yetirə bilmədi. Belə olan halda məhkəmə borcun qaytarılması vəzifəsinin cavabdehin üzərinə goyulmasını mümkün hesab etmir və iddia ərizəsinin rədd edilməsi qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-yə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar