Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-557/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh 4999.93 (dörd min doqquz yüz doxsan doqquz manat doxsan üç qəpik) manat əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017ci il tarixinə faiz borcu 2204.34 (iki min iki yüz dörd manat otuz dörd qəpik) manat faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 705.87 (yeddi yüz beş manat səksən yeddi qəpik) manat borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1555 (bir min beş yüz əlli beş) manat cərimə borcunun, cəmi isə 9465.14 (doqquz min dörd yüz altmış beş manat on dörd qəpik) manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan “İddiaçı" ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2015-ct il tarixli, KXM 445 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh 24 (iyirmi dörd) ay müddətinə illik 18 (on səkkiz) % ödəmək şərti ilə 5000 (beş min) manat kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, KXM 445 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədə müqavilənin şərtlərini pozmuşdur. Hazırda Cavabdeh kredit üzrə banka olan əsas borcu 4999.93 (dörd min doqquz yüz doxsan doqquz manat doxsan üç qəpik) manat, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə faiz borcu 2204.34 (iki min iki yüz dörd manat otuz dörd qəpik) manat, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 705.87 (yeddi yüz beş manat seksən yeddi qəpik) manat, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 1555 (bir min beş yüz əlli beş) manat, cəmi isə 9465.14 (doqquz min dörd yüz altmış beş manat on dörd qəpik) manat təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx xxxxxx 2015-ci il tarixli 445 nömrəli “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin “Təbriz” filialı ilə Cavabdeh arasında bağlanmış kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh 24 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla 5000 (beş min manat) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********047 nömrəli məktubdan görünür ki, Cavabdeh xx xxxxxxxx 2020-ci il tarixli **********047 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2020-ci il tarixə 4999,93 (dörd min doqquz yüz doxsan doqquz manat, 93 qəpik) manat əsas, 2204 (iki min iki yüz dörd) manat müqavilə müddəti üzrə hesablanmış və tələb olunan faizlər, 1555 (min beş yüz əlli beş) manat cərimə, kredit müqaviləsi üzrə müddət bitəndən sonra gecikdirilmiş vaxt üçün hesablanan 705,87 (yeddi yüz beş manat səksən yeddi qəpik) manat faiz olmaqla, ümumlikdə 9465 (doqquz min dörd yüz altmış beş) manat məbləğində borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh ünvanlanmış **********037 nömrəli Bildirişdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. İş materiallarında olan Asan 3 tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Mədaxil Qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Ona görə də iddia tələbi Cavabdeh münasibətdə təmin edilərək bu barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********047 nömrəli məktubdan görünür ki, Cavabdeh xx xxxxxx 2015-ci il tarixli 11-2-**********1CK0000001 saylı müqavilə üzrə 1555 (min beş yüz əlli beş) manat cərimə borcu vardır. Məhkəmə hesab edir ki, cərimə məbləği azaldılmalı və 100 manata endirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumundan 20 (iyirmi) manat məbləğində pul iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC-nin “Təbriz” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli KXM 445 saylı kredit müqaviləsi üzrə Cavabdeh 4999,93 (dörd min doqquz yüz doxsan doqquz manat, 93 qəpik) manat əsas, 2204,34 (iki min iki yüz dörd manat otuz dörd qəpik) manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 705.87 (yeddi yüz beş manat səksən yeddi qəpik) manat faiz, 100 (yüz manat) manat cərimə borcu olmaqla, ümumilikdə 8009,55 (səkkiz min doqquz manat, 55 qəpik) manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 20 (iyirmi) manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx xxxxxx 2015-ci il tarixli KXM 445 nömrəli kredit müqaviləsinə əsasən 4999,93 (dörd min doqquz yüz doxsan doqquz manat, 93 qəpik) manat əsas, 2204,34 (iki min iki yüz dörd manat otuz dörd qəpik) manat faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 705.87 (yeddi yüz beş manat səksən yeddi qəpik) manat faiz, 100 (yüz) manat cərimə borcu olmaqla, cəmi 8009,55 (səkkiz min doqquz manat əlli beş qəpik) manat məbləğində pul və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-557/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-557/2021
01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver