Məhkəmə qərarları › İş №2(005)-558/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-558/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-558/2021 02.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 617.28 (altı yüz on yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 509.84 (beş yüz doqquz manat, səksən dörd qəpik) manat faiz borcu, 947.64 (doqquz yüz qırx yeddi manat, altmış dörd qəpik) manat cərimə borcu, 97.83 (doxsan yeddi manat, səksən üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 2172.59 (iki min yüz yetmiş iki manat, əlli doqquz qəpik) manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, 109180 ssuda hesablı kredit verilməsi üzrə müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC tərəfindən 36 ay müddətinə 27%-lə 830.65 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 109180 ssuda hesablı müqavilənin bitmə tarixi xx.xx.2017-ci ildir. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan “İddiaçı’' ASC-yə 617.28 (altı yüz on yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 509.84 (beş yüz doqquz manat, səksən dörd qəpik) manat faiz borcu, 947.64 (doqquz yüz qırx yeddi manat, altmış dörd qəpik) manat cərimə borcu, 97.83 (doxsan yeddi manat, səksən üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 2172.59 (iki min yüz yetmiş iki manat, əlli doqquz qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən imtina edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə X1 xx xxxxxx 2017-ci il tarixli, 49 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr tarixli 2- 1(103)-3194/2017 saylı qərarı ilə ‘’İddiaçı” ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. Ona görə də, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının qanuni qüvvəsini almış 2- 1(103)-3194/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərarının surətinə əsasən İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılması və Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır; LPO İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka 617,28 manat, müqavilə müddətinə hesablanmış 509.84 (beş yüz doqquz manat, səksən dörd qəpik) manat faiz borcu, 947.64 (doqquz yüz qırx yeddi manat, altmış dörd qəpik) manat cərimə borcu, 97.83 (doxsan yeddi manat, səksən üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, cəmi 2172,59 manat məbləğində borcu var; LPO İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2020-ci il tarixdə ünvanlanmış bildirişin surətinə əsasən cavabdehə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir; xx.xx.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında iddiaçı tərəfə xx.xx.2014-cü il tarixli, 109180 ssuda hesablıkredit verilməsi üzrə müqaviləsini təqdim etmək təklif olunmuş, lakin iddiaçı həmin sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf müqavilə üzrə Cavabdeh ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə 617.28 (altı yüz on yeddi manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 509.84 (beş yüz doqquz manat, səksən dörd qəpik) manat faiz borcu, 947.64 (doqquz yüz qırx yeddi manat, altmış dörd qəpik) manat cərimə borcu, 97.83 (doxsan yeddi manat, səksən üç qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 2172.59 (iki min yüz yetmiş iki manat, əlli doqquz qəpik) manat məbləğində borc tələb edir. Məhkəmə qeyd edir ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. İddiaçı cavabdehlə xx.xx.2014-cü il tarixli, 109180 ssuda hesablıkredit verilməsi üzrə müqaviləsi bağlandığını və həmin müqavilə üzrə cavabdehin ümumilikdə 2172.59 (iki min yüz yetmiş iki manat, əlli doqquz qəpik) manat məbləğində borcun olmasını iddia etsə də, iş materiallarına ümumiyyətlə belə bir müqavilə, eləcə də həmin müqavilə münasibətlərinin hansı tarixdə başlanması və ya xitam verilməsini təsdiq edən sübutlar əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn tələblərin tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin müqavilə öhdəliyinə görə borcu qaldığını kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələbinə görə , borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Həmin Məcəllənin 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İddiaçı tərəf məhkəməyə mülki qanunvericilikdə müəyyən edilmiş qaydada Cavabdeh ilə kredit müqaviləsi bağlaması barədə sübut təqdim etməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 375-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar