Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5588/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı xeyrinə 144 manat və iddia ərizəsi üçün ödədiyi 30 manat dövlət rüsumu, cəmi 174 manat pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı adına 03.04.2021-ci il tarixdə X3 Samsung Galaxy A12 markalı smartfonu kreditə götürmüşdür. Bir neçə aydan sonra X1 zəng edərək bildirilib ki, 03.04.2021-ci il tarixdə İddiaçı adına kreditə götürülmüş telefona kredit ödənişi sadəcə 2 ay olunub, sonra isə heç bir ödəniş olunmayıb və əgər telefonun kredit ödənişi gecikdirilərsə telefon bağlanacaq. Bundan sonra İddiaçı Cavabdeh Pctroviçdən bu barədə soruşduqda ona bildirib ki, heç bir yerdə işləmir, telefona ödəniş etməyə maddi imkanı yoxdur. Daha sonra İddiaçı məcbur qalıb X4 narahat etməsin deyə 02.07.2021-ci il tarixdə X5 144 AZN kredit ödənişi etmişdir. Həmin 02.07.2021-ci il tarixli 12420591 nömrəli ödəmə çekini də iddia ərizəsinə əlavə etmişdir.Bundan sonra Hüseynov X2 rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi 15.09.2021 -ci il tarixli, 079-9380H-1221 nömrəli cavab məktubu ilə bildirmişdir ki, İddiaçı ərizəsində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu üçün məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiqdir. Həmçinin Cavabdeh Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin rəisi, polis mayoru cənab Xəyal Şükürova 20.10.202l-ci il tarixli izahatında kredit ödənişini etmədiyini etiraf etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan sübutlarla müəyyən olunmuşdur ki: 19.11.2021-ci il tarixli 28867 nömrəli "xxxx" ASC-nin qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı tərəfindən 30,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsi 15.09.2021 -ci il tarixli, 079-9380H-1221 nömrəli cavab məktubundan görünür ki, İddiaçı 09.09.2021-ci il tarixdə Nərimanov rayon Polis İdarəsinin 16-cı PB-nə ünvanladığı ərizə araşdırılması üçün, 16-cı PB-nin sahə rəisi, polis baş leytenantı Yasin Abbasovun icraatına daxil olmuşdur. Belə ki, iş yoldaşı Cavabdeh adlı şəxs barəsində yazdığı ərizə araşdırılmış və ərizəsində qeyd etdiyi xüsusatlar mülki xarakterli olduğu üçün, məhkəmə orqanlarına müraciət etməyi məqsədə müvafiq hesab edilmişdir. İş materiallarında olan 02.07.2021-ci il tarixli, 12420591 nömrəli və kodu AZK575H85 ödəmə çekindən görünür ki, İddiaçı "xxxx" MMC-yə 144 manat ödəniş etmişdir. Həmçinin Cavabdeh Nərimanov RPİ 16-cı PB-nin rəisi, polis mayoru cənab Xəyal Şükürova ünvanladığı 20 oktyabr 2021-ci il tarixli izahatından görünür ki, o, 03.04.2021-ci il tarixdə tanıdığı İddiaçı adına "xxxx" MMC-dən kreditə telefon götürmüşdür. Təqribi 5 ay telefonun kreditini ödəmişdir.Daha sonra İddiaçı ona zəng edərək 2 ay telefon kreditini gecikdirdiyi üçün mağazadan ödənişlə bağlı zəng gəldiyini və ödənişi gecikdirəcəyi təqdirdə telefonun bağlanacağını bildirmişdir. Cavabdeh krediti ödəməkdən imtina etmədiyini, sadəcə olaraq işsiz olduğuna görə imkanı olmadığını və tez bir zamanda ödənişi edəcəyini izahatında qeyd etmişdir. Beləliklə, müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı 144 manat və iddia ərizəsi üçün ödədiyi 30 manat dövlət rüsumu, toplam olaraq 174 manat pul vəsaiti ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”. Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 144 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 174 manat pul vəsaitinin alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5588/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5588/2021
22.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver