Məhkəmə qərarları › İş №2(005)-560/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(005)-560/2021

02.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(005)-560/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə qızının, Cavabdeh iştirakları ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Novruzova (Əliyeva) Xatirə Qurban qızından ünvan 1 ünvanda yerləşən 91.1 kv.m ümumi sahəsi olan zirzəmi və həmin ünvanda yerləşən 77.6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə dəyən ziyanın aradan qaldırılması və həmin əmlakın təmiri üçün tələb olunana 3000 (üç min) manat məbləğində pul vəsaitinin və 30 manat məbləğində dövlət rüsumunun tutulması və İddiaçı QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında tərəflər öz aralarında razılığa gəldiklərini bildirərək, məhkəməyə barışıq sazişi təqdim etmişlər və barışıq sazişinin təsdiq olmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edərək, bu barədə ərizələri məhkəməyə təqdim etmişdilər. Məhkəmə tərəflərin təqdim etdikləri barışıq sazişi, ərizəni və ümumilikdə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır.

1. Tərəflər bəyan edir və qəbul edir ki, xx.xx.2020-ci il tarixdə su axıdılması nəticəsində ünvan 2 ünvanda yerləşən 91.1 kv.m ümumi sahəsi olan zirzəmi və həmin ünvanda yerləşən 77.6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə (“Obyekt”) xx.xx.2020-ci il tarixdə 3000 (üç min) manat məbləğində ziyan dəymişdir.

2. Cavabdeh, onun icarəsində olan əmlaka, cavabdehə məxsus vaşayış sahəsindən Obyektə su axıdıldığını qəbul edir və belə hala yol verilməməsi üçün preventiv tədbirlər görəcəyini bəyan edir.

3. Cavabdeh, Obyektin Bankın icarəsində olduğu müddətdə Bankın ilk müraciəti ilə onun nümayəndələrinin Obyektə su axıntısının mənbəyinin müəyyən edilməsi məqsədilə ona məxsus ünvan 3 ünvanda yerləşən 33 saylı mənzilə daxil olmasına zamanından və dövriliyindən asılı olmayaraq icazə verməli və onlara su axınının mənbəyinin müəyyən olunması və aradan qaldırılması üçün lazımı şərait yaratmalıdır.

4. Cavabdeh onun hərəkət və ya hərəkətsizliyi nəticəsində ünvan 3 ünvanda yerləşən 33 saylı mənzildən Obyektə zərər yetirilməsi təhlükəsinin yaranması halında dərhal Banka məlumat verməli və Obyektə zərər dəyməməsi üçün zəruri tədbirlər görməli, habelə bu məqsədlə Bank tərəfindən təyin olunmuş şəxslərin ünvan 3 ünvanda yerləşən 33 saylı mənzilə daxil olmasına icazə verməlidir.

5. Cavabdeh, onun hərəkət və hərəkətsizliyi nəticəsində Obyektə zərər yetirildiyi təqdirdə Banka dəymiş zərəri ödəməlidir. Bu zaman Banka dəymiş zərərin məbləği Bankın mütəxəssisin iştirakı ilə tərtib etdiyi zərər barədə akt ilə müəyyən olunur.

6. Bank, Cavabdeh bu Sazişin 2-5-ci bəndlərində razılaşdırılmış öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdiyi təqdirdə xx.xx.2020-ci il tarixdə su axıntısı nəticəsində Obyektə dəymiş 3000 (üç min) manat məbləğində zərəri tələb etmir.

7. Bu Saziş qüvvəyə mindikdən sonra Cavabdeh bu Sazişin şərtlərini pozması nəticəsində Obyektə və ya Banka dəyən zərərin məbləği bu Sazişin 1-ci bəndində göstərilən zərərdən müstəqil hesablanır və bu halda Obyektə və ya Banka dəyən zərərin məbləği Cavabdeh tərəfindən müvafiq zərər barədə mütəxəssisin iştirakı ilə tərtib edilmiş akt əsasında həmin aktın tərtib edilməsindən sonra 5 (beş) iş günü ərzində Banka ödənilməlidir.

8. Bu Sazişin şərtlərinin Cavabdeh tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır və tərəflər bu Sazişin bəndlərinə dair icra vərəqəsi verilərək icra olunması üçün müvafiq İcra və Probasiya Şöbəsinə göndərilməsinə razıdırlar. Sazişi təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu Sazişi etibarlıdır və icrası məcburidir.

9. Bu Sazişi 2 (iki) nüsxədə Bakı şəhərində, 2021-ci il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52-ci, 191-ci, 261-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı "İddiaçı" QSC-nin nümayəndəsi Nümayəndə qızı ilə Cavabdeh arasında xx xxxx 2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Barışıq sazişi aşağıdakı məzmunda və şərtlərlə bağlanmışdır:

1. Tərəflər bəyan edir və qəbul edir ki, xx.xx.2020-ci il tarixdə su axıdılması nəticəsində ünvan 2 ünvanda yerləşən 91.1 kv.m ümumi sahəsi olan zirzəmi və həmin ünvanda yerləşən 77.6 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə (“Obyekt”) xx.xx.2020-ci il tarixdə 3000 (üç min) manat məbləğində ziyan dəymişdir.

2. Cavabdeh, onun icarəsində olan əmlaka, cavabdehə məxsus vaşayış sahəsindən Obyektə su axıdıldığını qəbul edir və belə hala yol verilməməsi üçün preventiv tədbirlər görəcəyini bəyan edir.

3. Cavabdeh, Obyektin Bankın icarəsində olduğu müddətdə Bankın ilk müraciəti ilə onun nümayəndələrinin Obyektə su axıntısının mənbəyinin müəyyən edilməsi məqsədilə ona məxsus ünvan 3 ünvanda yerləşən 33 saylı mənzilə daxil olmasına zamanından və dövriliyindən asılı olmayaraq icazə verməli və onlara su axınının mənbəyinin müəyyən olunması və aradan qaldırılması üçün lazımı şərait yaratmalıdır.

4. Cavabdeh onun hərəkət və ya hərəkətsizliyi nəticəsində ünvan 3 ünvanda yerləşən 33 saylı mənzildən Obyektə zərər yetirilməsi təhlükəsinin yaranması halında dərhal Banka məlumat verməli və Obyektə zərər dəyməməsi üçün zəruri tədbirlər görməli, habelə bu məqsədlə Bank tərəfindən təyin olunmuş şəxslərin ünvan 3 ünvanda yerləşən 33 saylı mənzilə daxil olmasına icazə verməlidir.

5. Cavabdeh, onun hərəkət və hərəkətsizliyi nəticəsində Obyektə zərər yetirildiyi təqdirdə Banka dəymiş zərəri ödəməlidir. Bu zaman Banka dəymiş zərərin məbləği Bankın mütəxəssisin iştirakı ilə tərtib etdiyi zərər barədə akt ilə müəyyən olunur.

6. Bank, Cavabdeh bu Sazişin 2-5-ci bəndlərində razılaşdırılmış öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirdiyi təqdirdə xx.xx.2020-ci il tarixdə su axıntısı nəticəsində Obyektə dəymiş 3000 (üç min) manat məbləğində zərəri tələb etmir.

7. Bu Saziş qüvvəyə mindikdən sonra Cavabdeh bu Sazişin şərtlərini pozması nəticəsində Obyektə və ya Banka dəyən zərərin məbləği bu Sazişin 1-ci bəndində göstərilən zərərdən müstəqil hesablanır və bu halda Obyektə və ya Banka dəyən zərərin məbləği Cavabdeh tərəfindən müvafiq zərər barədə mütəxəssisin iştirakı ilə tərtib edilmiş akt əsasında həmin aktın tərtib edilməsindən sonra 5 (beş) iş günü ərzində Banka ödənilməlidir.

8. Bu Sazişin şərtlərinin Cavabdeh tərəfindən icra edilməməsi və ya lazımınca icra edilməməsi icra icraatının başlanılması üçün əsasdır və tərəflər bu Sazişin bəndlərinə dair icra vərəqəsi verilərək icra olunması üçün müvafiq İcra və Probasiya Şöbəsinə göndərilməsinə razıdırlar. Sazişi təsdiqləyən məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən bu Sazişi etibarlıdır və icrası məcburidir.

9. Bu Sazişi 2 (iki) nüsxədə Bakı şəhərində, 2021-ci il tarixdə imzalanmışdır. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəfləri iddia üzrə və ya onun bir hissəsi üzrə barışdırmağa kömək etməlidir. İddiaçı QSC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar