Məhkəmə qərarları › İş №2(005)-560/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-560/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-560/2022 29.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “borcun və faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “borcun və faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə restruktizasiya qaydalarına uyğun onun borcuna yenidən baxılaraq, artıq hesablanmış qalıq borcun və faizlərin silinməsi öhdəliyinin qoyulmasına dair qətnamə qəbul xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, restruktizasiya dövründə onun da "xxxx" ASC ilə bağladığı müqavilə həmin restruktizasiya siyahısına düşməli və onun borcu və qalıq artıq hesablanmış faizləri silinməli idi. Lakin adı çəkilən bank tərəfindən bu addım atılmamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, dəfələrlə banka etdiyi rəsmi müraciətlərə baxmayaraq, məhkəməsiz bu məsələ öz həllini tapmamışdır. Sözügedən bank tərəfindən 25 oktyabr 2021-ci il tarixli məktuba əsasən onun tərəfindən 2019-cu il dekabr ayınadək müraciət etmədiyi üçün restruktizasiyanın həyata keçrilməsinin mümkün olmaması qeyd edilmişdir. Bildirir ki, Azərbaycan Respublikasının Prezidenti X4 tərəfindən imzalanmış “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında“ 2019-cu il 28 fevral tarixli Fərmana əsasən problemli kreditlərin həlli məsələsini məhz banklar həll etməlidir. Həmin fərmanda bu barədə vətəndaşların banka müraciət məsələsi hec bir yerdə göstərilməmiş, əksinə banklara həmin məsələnin həll edilməsi tövsiyə edilmişdir. Göstərilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Muğanbank” ASC-nin xx.xx.2021-ci il tarixli, M/20-8257/2 №-li məktubundan görünür: xx.xx.2021 ci il tarixli 26-12627-20201 saylı məktubla "Muğanbank ASC"-yə daxil olmuş vətəndaş İddiaçı İVUirVət oğlunun müraciəti tərəfimizdən araşdırılmışdır. Nəzərinizə çatdırırıq ki,vətəndaş İddiaçı "Muğanbank ASC"-yə olan kredit borcunun qalıq məbləğinin restruktizasiya olunmasını tələb edir. Bildirmək istəyirik ki,Azərbaycan Respublikasının Prezidenti X4 tərəfindən imzalanmış"Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 2019 cu il 28 fevral tarixli fərmanın icra müddəti xx.xx.2019 cu il tarixində bitməsi səbəbindən müştərinin tələbinir yerinə yetirilməsi qeyri mümkündür. "Muğanbank” ASC-nin xx.xx.2021-ci il tarixli, M/03-4341 №-li pretenziya məktubundan görünür ki, İddiaçı 04 Sentyabr 2014-cü il tarixli 020727/2014 saylı Kredit müqaviləsinin şərtlərini pozaraq, müqavilədə göstərilən öhdəlikləri lazımınca icra etmir. Bu səbəbdən 020727/2014 saylı Kredit müqaviləsində göstərilən öhdəlikləri 3 (üç) iş günü ərzində icra etməyi, əks halda tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə kreditor qarşısında yaranmış borc öhdəliyinin, kredit müqaviləsinin ləğvinin bank tərəfindən məhkəmə qaydasında mübahisələndiriləcəyi və barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlər görüləcəyinə dair xəbərdar edilmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış 020727/2014 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 27% olmaqla 8650 məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli ödəniş cədvəlindən görünür ki, cavabdeh İddiaçı hər ay 353,14 manat məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3618 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan ödəniş qəbzləri, hesabdan çıxarış məlumatları və 04 sentyabr 2014-cü il tarixli, 020727/2014 saylı kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən İddiaçı "xxxx" ASC-nə olan borcu aşağıdakı kimi müəyyən edilir: 04 sentyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 10.817,73 AZN: əsas borc üzrə 7086,54 manat, faiz borcu üzrə 3731,19 manat. 06 may 2022-ci il tarixə (qərardadın tarixinə) 12.473,22 AZN- əsas borc üzrə 7086,54 manat, faiz borcu üzrə 3731,19 manat, fazi borcu (illik 5%-lə) 1655,49 manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 manat təşkil edir; Məhkəmə baxışında tətdiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "Muğanbank” ASC ilə İddiaçı arasında xx.xx.2014-cü il tarixli kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən bank tərəfindən sonuncuya 36 ay müddətinə illik 27% olmaqla 8650 manat məbləğində kredit verilmişdir. Hazırda İddiaçı bank tərəfindən əsassız olaraq Azərbaycan Respublikasının Prezidenti X4 tərəfindən imzalanmış “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “ 2019-cu il 28 fevral tarixli fərmana uyğun olaraq restrukturuzasiya tətbiq edilmədiyini və kredit müqaviləsi üzrə artıq əsas və faiz borcunun tutulduğunu iddia edir və həmin artıq hesablanmış məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən tələb edir. Mülki işin materiallarından müəyyən edilir ki, İddiaçı "Muğanbank” ASC-yə Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının tətbiqi ilə bağlı banka 2021-ci ildə müraciət etmişdir. Qeyd edilən müraciətə bank tərəfindən fərmanın icra müddətinin bitməsi səbəbindən baxılmasının qeyri-müəyyən olması bildirilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli, 551 nömrəli Fərmanı

1. Aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞdollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcunamünasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələriüzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsaskredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi...

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki: 5.1. bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin; 5.2. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində banklarınvalyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin; 5.3. bu Fərmandan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin.

6. Banklara tövsiyə edilsin ki: 6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kreditborcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; 6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; 6.3.borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər.

8. Müəyyən edilsin ki, bu Fərmanın məqsədləri üçün: ...8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqlarıistisna olmaqla); 8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);... 8.7. restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fizikişəxslərə güzəştli kreditlərin verilməsi;... 8.9. faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmışfaizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi; 8.10. məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları iləbağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Maliyyə Bazarlarına nəzarət Palatasının 27 mart 2019cu il tarixli Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydaları”na dair qərarının 6.16-cı bəndindən görünür ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatır. Yuxarıda qeyd edilən qanunvericilik normalarından görünür ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Bu halda məhkəmə hesab edir ki, "Muğanbank” ASC tərəfindən İddiaçı müraciətinə baxılmasınıн qeyri-mümkün hesab edilməsi əsaslıdır və hər hansı hüquqi pozuntu tərkibi yaratmır. İddia İddiaçı ilə bank arasında bağlanmış “kredit müqaviləsinə restrukturizasiya qaydalarının tətbiq edilməsi” hissəsində rədd edilməlidir. Bundan əlavə mülki işin araşdırılması zamanı məhkəmə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə İddiaçı artıq hesablanmış əsas və faiz borcunun olubolmamasını müəyyən etmək üçün məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3618 nömrəli ekspert rəyi ilə İddiaçı 04 sentyabr 2017-ci il tarixə (müqavilə müddətinin sonuna) 10.817,73 AZN: əsas borc üzrə 7086,54 manat, faiz borcu üzrə 3731,19 manat. 06 may 2022-ci il tarixə (qərardadın tarixinə) 12.473,22 AZN- əsas borc üzrə 7086,54 manat, faiz borcu üzrə 3731,19 manat, fazi borcu (illik 5%-lə) 1655,49 manat borcu olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassızdır və rədd edilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçının sənədlərin ona təhvil verilməsi ilə bağlı hesab edir ki, İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “borcun və faizlərin silinməsi” tələbinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “borcun və faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi iddiası rədd edilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdeh "Muğanbank” ASC-yə qarşı “borcun və faizlərin silinməsi” tələbinə dair iddia ərizəsi rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 50 (əlli) manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar