Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-5638/2021 27.12.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Yelo Bank" ASC-nin xeyrinə 31 yanvar 2019-cü il tarixli kredit müqaviləsi üzrə 6173.63 manat əsas borc, 470.2 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6643.83 manat borcun və 86.44 manat ödənilmiş dövlət rüsumunun tutulması və "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2019-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbulk edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 31 yanvar 2019-cü il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl" İKB ASC-dən illik 28 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. 29.04.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 30.04.2022 tarixədək təyin edilir. Borcun təminatı olaraq Cavabdeh2 ilə 31 yanvar 2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şənlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 29 oktyabr 2021-dək Cavabdeh1 banka 31 yanvar 2019-cü il tarixli kredit müqaviləsi üzrə 6173.63 manat əsas borc, 470.2 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6643.83 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək iddia ərizəsini müdafiə etmiş və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddianı qəbul etdi və iddia ərizəsi ilə ondan tələb edilən borcu etiraf etdi. Lakin maddi vəziyyəti ilə əlaqədar olaraq, hazırda borcunu ödəmək iqtidarında olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 31.01.2019-cu il tarixli 11-MZ-1-0-174-19 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, kreditor borcalana illik 28 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 10000 manat məbləğində pul vəsaiti verilmişdir. Aylıq annuitet 398,09 manat müəyyən edilmişdir; "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 31.01.2019-cu il tarixli 11-MZ-1-0-174-19 nömrəli zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borclu Cavabdeh1n bank qarşısında 31.01.2019-cu il tarixli 11-MZ-1-0-174-19 kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 29.10.2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, 31.01.2019-cu il tarixli 11-MZ-1-0-174-19 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 29.10.2021-ci il tarixə 6173,63 manat məbləğində əsas, 470,2 manat məbləğində faiz və 0 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6643,83 manat məbləğində borcu vardır; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna ünvanladığı 18.10.2021-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan görünür ki, yaranmış borcun 5 (beş) gün müddətində banka ödənilməsi tələb olunmuşdur; 05.11.2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün 96,84 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh1 31 yanvar 2019-cü il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl" İKB ASC-dən illik 28 faizlə 36 ay müddətinə 10000 manat kredit götürmüşdür. 29.04.2020-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti 30.04.2022 tarixədək təyin edilir. Borcun təminatı olaraq Məmmədov XaqaııiHüseyn oğlu ilə 31 yanvar 2019-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Hazırda cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etmədiyindən banka kredit müqaviləsi üzrə 6173.63 manat əsas borc, 470.2 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6643.83 manat borcu yaranmışdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2019-cü il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “Yelo Bank" ASC-nin xeyrinə 31 yanvar 2019-cü il tarixli kredit müqaviləsi üzrə 6173.63 manat əsas borc, 470.2 manat faiz borcu olmaqla ümumilikdə cəmi 6643.83 manat borc və 86.44 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 86.44 manat məbləğində dövlət rüsumu cavabdehlər əmmədov Məmməd Hüseyn oğlu və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 31 yanvar 2019-cü il tarixli kredit müqaviləsi üzrə 6173.63 manat əsas borc, 470.2 manat faiz borcu, cəmi 6643.83 manat borc və 86.44 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №2(005)-5638/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-5638/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver