Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-566/2021 21.09.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7089 (yeddi min səksən doqquz) manat və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 13.08.2018-ci il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X7” haqqında müqavilə imzalanmışdır. 16.10.2018-ci il tarixli 463-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 18.12.2019-eu il tarixli 564-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 02.07.2019-cu il tarixlərində İddiaçı MMC-nin Oba Nərimanov 13 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 02.07.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 7214 (yeddi min iki yüz on dörd) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borc 7214 (yeddi min iki yüz on dörd) manat borcdan 125 (bir yüz iyirmi beş) manat Cəmiyyət tərəfindən güzəşt edilmiş, qalıq borc 7089 (yeddi min səksən doqquz) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarının, həm də onunla bağlanmış əmək müqaviləsi və X7 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, yoxlama aparılarkən onunla birlikdə iki satıcı və bölgə müdiri iştirak edirdilər. Təhvil-təslim aktı tərtib edilməklə baş admin vəzifəsinə təyin edilib. O bölgə müdirinə xəbər vermişdir ki, o baş admin təyin edildikdən sonra ona məxsus stok sıfırlanmamışdır. "xxxx" MMC-nin təftiş komissiyası bildirdi ki, sistemdəki mallar ilə stokdakı mallar uyğun gəlmir. Onların stok ilə bağlı məlumat əldə etmək səlahiyyətləri vardır. Sonra bu məsələni araşdıracaqlarını bildirdilər. Bir müddət sonra bölgə müdiri cavabdehə mağazanın bağlandığını bildirdi. Bölgə müdiri, iki satıcı və komissiya işçiləri birlikdə sayım apardılar. Sayım aparıldıqdan sonra cavabdehə malların əksik olduğunu və yekun aktı imzalamalı olduğunu bildirdilər. Cavabdeh isə malları təhvil alanda stokun sıfırlanmadığını, bu səbəbdən də malların əksik gəldiyini irəli sürərərək aktı imzalamaqdan imtina etmişdir. Sonra isə işdən azad edildiyini bildirmişlər. Cavabdehi əmək kitabçasını təqdim etmədən işdən azad etmişdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onların izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında 13.08.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh “3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. 13.08.2018-ci il il tarixli X7 Cavabdeh Naib Şahlar oğlu arasında bağlanmış müqaviləyə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür. İş materiallarında olan 16.10.2018-ci il tarixli 463-K savlı əmrdən çıxarışda görünür ki, Cavabdeh Cəmiyyətin satış departamentinə 16 oktyabr 2018-ci il tarixdən administrator vəzifəsinə keçirilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 175 manat ödənilməsi əmr edilmişdir. İş materiallarında olan 24.06.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı MMC Cavabdeh bildirmişdir ki, "X6 13 filialında Adminstrator vəzifəsində işlədiyi dövrdə fəaliyyətinin 02.07.2019 cu il tarixində yoxlanılmış və 7214 Azn əskikgəlmə aşkarlanmışdır. Cəmiyyətə həmin məbləğdə maddi ziyan vurduğu müəyyən edilmişdir.Keçən dövr ərzində 125 Azn güzəşt edilmiş faktiki qalıq borcu 7089 Azn təşkil edir. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli arayışdan görünür ki, 02.07.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 7214 (yeddi min iki yüz on dörd) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 7214 (yeddi min iki yüz on dörd) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 125 (yüz iyirmi beş) manat Cəmiyyəttərəfindən güzəşt edilməklə 7089 (7214-125) manat borcu qalmışdır. İş materiallarında olan 18.12.2019-cu il tarixli 564-K saylı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişdən görünür ki, Cavabdeh əmək müqaviləsinə 18.12.2019-cu il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmişdir. İş materiallarında olan 02.07.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 7214 (yeddi min iki yüz on dörd) manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan “X9”MMC-nin 02 iyul 2019-cu il tarixli imtina aktından görünür ki, “X9” MMC –nin ünvan 1 ünvanında yerləşən “Nərimanov 13” (775) mağazasında, həmin mağaza üzrə maddi məsul şəxs Cavabdeh Əlimayıs iştirakı ilə "02" İyul 2019-cu il tarixi vəziyyətinə inventarizasiya keçirilmiş, inventarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh Əlimayıs inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əskikgəlmələrin (8303.41 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 9/3416 saylı 29 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, “X9”MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının, 02.07.2019-cu il tarixli Oba Nərimanov 14 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh Əlimayis oğlunun hesabında olan çatışmazlığının 7089,00 (7214,00-125,00) manat məbləğində müəyyən olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisənin əsasını 02.07.2019-cu il tarixli tarixli aparılmış “İnventarizasiya nəticələrinə” dair Akta əsasən Cavabdeh iddiaçıya 7089,00 manat məbləğində zərər vurması faktı təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə əsasən, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddənin 2-ci bəndinə əsasən, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 203-cü maddəsinin 1-ci bəndinə əsasən, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 203-cü maddəsinin 2-ci bəndinə əsasən, araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 205-ci maddəsinin 1-ci bəndinə əsasən, işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205-ci maddəsinin 2-ci bəndinə əsasən, əgər ziyan işçi tərəfindən X7 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, 13.08.2018-ci il tarixdə 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətli əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X7” haqqında müqavilə imzalanmışdır. 16.10.2018-ci il tarixli 463-K savlı əmrlə administrator vəzifəsinə keçirilmiş, 18.12.2019-cu il tarixli 564-K saylı əmrlə işdən azad edilmişdir. 02.07.2019-cu il tarixində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 7214 (yeddi min iki yüz on dörd) manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 7214 (yeddi min iki yüz on dörd) manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 125 (yüz iyirmi beş) manat Cəmiyyət tərəfindən güzəşt edilməklə 7089 (7214-125) manat borcu qalmışdır. Məhkəmə, iddiaçı “X9” MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi”nə dair iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının sübut kimi istinad etdiyi 02.07.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akt 9/3416 saylı, 29.06.2021-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsindən göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmiş akt mövcud deyildir, lazımi qaydalara riayət olunmadan tərtib edilmişdir. Belə ki, həmin rəyin nəticə hissəsində qeyd edilir ki, “X9”MMC tərəfindən tərtib olunmuş maliyyə arayışı məlumatlarının, 02.07.2019-cu il tarixli Oba Nərimanov 14 filialında aparılmış təhvil təslim nəticələrinə dair yekun aktın düzgünlüyü məhkəmə tərəfindən nəzərə alındıqda Cavabdeh Əlimayis oğlunun hesabında olan çatışmazlığının 7089,00 (7214,00-125,00) manat məbləğində müəyyən olunur. Lakin rəyin təqdiqat hissəsində qeyd edilir ki,“Aktivlər üzrə İnventarizasiya nəticələrinə dair yekun X1 Qaydalarının 12-ci bölməsi ilə tənzimlənməli olduğu halda həmin qaydalara uyğun olaraq aparılmamışdır. Belə olan təqdirdə məhkəmə həmin aktı mötəbər sübut kimi qəbul edə bilməz. Belə ki, əmək qanunvericiliyinin tələbləri baxımından ziyanın həqiqətən vurulduğunu aşkar etmək, o cümlədən, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması müəyyən edilmir. Bu baxımdan məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 76.1, 77.1 və 14.2. maddələri). İşin faktiki hallarından və qanunvericiliyin müvafiq müddəalarından görünüdüyü kimi, İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” dair iddia tələbi irəli sürməkdə haqlı deyildir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar tərəflərin dövlət büdcəsinə ödədiyi dövlət rüsumu onların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin təqdim etdikləri sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübut edilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində ekspertiza xərci “X9” MMC-dən tutulmalı, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 191-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Bu baxımdan iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” dair iddia tələbi təmin edilməsin. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pul iddiaçı “X9” MMC-dən tutulsun, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142319, Büdcə səviyyəsinin kodu: 3” hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-566/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-566/2021
21.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver