Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-575/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “borcun tutulması tələbinə dair” mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh ləğv prosesində olan "İddiaçı” ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli 53047149 saylı ssuda hesablı müqavilə üzrə 473.83 manat əsas, 834.21 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 76.37 manat borc, ümumilikdə 1384.41 manat, xx.xx.2014-cü il tarixli 701192 saylı ssuda hesablı müqavilə üzrə 279.60 manat əsas, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirlmiş vaxt üçün illik beş faiz olmaqla 208.95 manat borc, 377.61 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixnə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 43.64 manat borc, ümumilikdə 909.80 manat və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli 53047149 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh “İddiaçı" ASC tərəfindən 36 ay müddətinə 500 manat məbləğində, xx.xx.2014-cü il tarixli 701192 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən isə 36 ay müddətinə 300 manat məbləğində kredit xətti açılmışdır. 53047149 ssuda hesabı üzrə xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləğini təşkil edən 500 manat kapitalaşdırılaraq 486.84 manat məbləğində kreditə çevrilmiş və müddəti xx.xx.2017-ci il tarixə təyin edilmişdir. 701192 ssuda hesabı üzrə xx.xx.2016-cı il tarixli əlavə sazişə əsasən kreditin qalıq məbləğini təşkil edən 300 manat kapitalaşdırılaraq 279.6 manat məbləğində kreditə çevrilmiş və müddəti xx.xx.2017-ci il tarixə təyin edilmişdir. Lakin borclu hər iki müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən imtina edir. xx.xx.2020-ci il tarixinədək Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2013-cü il tarixli 53047149 saylı ssuda hesablı müqavilə üzrə 473.83 manat əsas, 834.21 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 76.37 manat borc, ümumilikdə 1384.41 manat, xx.xx.2014-cü il tarixli 701192 saylı ssuda hesablı müqavilə üzrə 279.60 manat əsas, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 208.95 manat borc, 377.61 manat cərimə, müqavilənin bitdiyi tarixdən xx.xx.2020-ci il tarixinə kimi gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 43.64 manat borc, ümumilikdə 909.80 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq X2 borcu ödəməkdən imtina edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə tərəfin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan; xx xxxxxx 2013-cü il tarixli 1242 nömrəli “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Cavabdeh 36 ay müddətinə 500 (beş yüz manat) manat məbləğində kredit verilmişdir. xx xxxxxx 2014-cü il tarixli 887-14 nömrəli “İddiaçı" Açıq Səhmdar Cəmiyyətinin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış kredit kartın verilməsi və istifadəsi üzrə müqavilədən görünür ki, Cavabdeh 36 ay müddətinə 300 (üç yüz manat) manat məbləğində kredit verilmişdir. xx xxxx 2016-cı il tarixli 887-14 saylı xx xxxxxx 2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə 656 nömrəli əlavə sazişin 1.1-ci bəndinə əsasən müqavilənin adında olan “kredit kartının verilməsi və istifadəsi üzrə müqavilə” ifadəsi “kredit müqaviləsi” kimi oxunur və müqavilənin 1-ci bəndi müvafiq qaydada aşağıdakı kimi dəyişdirlərək müqavilənin predmeti bu müqaviləyə əsasən kreditorun borcalana açdığı kredit xəttinin qalığını təşkil edən 300 ( üç yüz) AZN manat məbləğində əsas hissəsi və ona hesablanmış faiz və cərimə məbləği kapitallaşdırılaraq 279,6 (iki yüz yetmiş doqquz manat altı qəpik) AZN məbləğində kreditı çevrilir”. qeyd edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********108 nömrəli məktubdan görünür ki, Cavabdeh ilə xx xxxxxx 2013-cü il tarixli 53047149 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə 473,83 (dörd yüz yetmiş üç manat, 83 qəpik) manat əsas, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan 834,21 (səkkiz yüz otuz dörd manat iyirmi bir qəpik) manat cərimə, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5%, gecikdirilmiş vaxt üçün hesablanan 76,37 (yetmiş altı manat otuz yeddi qəpik) manat faiz olmaqla, ümumlikdə 1384 (min üç yüz səksən dörd) manat məbləğində və xx xxxxxxxx 2020-ci il tarixli **********110 nömrəli məktubdan görünür ki, Cavabdeh ilə xx xxxxxxx 2014-cü il tarixli 701192 saylı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixə 279,60 (iki yüz yetmiş doqquz manat, 60 qəpik) manat əsas, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan 377,61 (üç yüz yetmiş yeddi manat altmış bir qəpik) manat cərimə, Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5%, gecikdirilmiş vaxt üçün hesablanan 43,64 (qırx üç manat altmış dörd qəpik) manat faiz olmaqla, ümumlikdə 909 (doqquz yüz doqquz) manat borcu vardır. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh ünvanlanmış **********400 nömrəli bildirişdən görünür ki, cavabdehə kredit müqaviləsi üzrə borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi haqqında xəbərdarlıq edilmişdir. Nərimanov RPİ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı № 14137066 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən, görünür ki, borclu Cavabdeh ilə xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatdadır. Mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Ona görə də iddia tələbi Cavabdeh münasibətdə qismən təmin edilərək bu barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə dəbbə pulunun cavabdehdən tutulması ilə bağlı aşağıdakı nəticəyə gəlmişdir: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxxxxx 2020-ci il tarixli **********108 və **********110 nömrəli məktublardan görünür ki, Cavabdeh xx xxxxxx 2013-cü il tarixli 53047149 saylı müqavilə üzrə 834.21 (səkkiz yüz otuz dörd manat iyirmi bir qəpik) manat və xx xxxxxxx 2014-cü il tarixli 701192 saylı müqavilə üzrə 377.61 (üç yüz yetmiş yeddi manat altmış bir qəpik) cərimə borcları vardır. Məhkəmə hesab edir ki, hər iki müqavilə üzrə cərimə məbləğləri azaldılmalı ayrı-ayrılıqda 30 manata və 20 manata endirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilməli, dövlət rüsumunun ödənilməsi hissəsində iddia qismən təmin edilməli, yəni iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pul 10 (on) manat məbləğində Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli 53047149 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən Cavabdeh 473,83 (dörd yüz yetmiş üç manat 83 qəpik) manat əsas, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 76,37 (yetmiş altı manat 37 qəpik) borc, 30,00 (otuz manat, 00 qəpik) manat cərimə borcu və xx.xx.2014-cü il tarixli 701192 saylı ssuda hesablı kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə əsasən 279.60 (iki yüz yetmiş doqquz manat, 60 qəpik) manat əsas, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 43.64 (qırx üç manat 64 qəpik) borc, 20,00 (iyirmi manat) cərimə olmaqla, cəmi 923,44 manat məbləğində borc və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 (on) manat məbləğində pul Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli 53047149 saylı ssuada hesablı müqavilə üzrə 473,83 (dörd yüz yetmiş üç manat, 83 qəpik) manat əsas, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 76,37 (yetmiş altı manat 37 qəpik) borc, 30,00 (otuz manat, 00 qəpik) manat cərimə borcu və xx.xx.2014-cü il tairxli 701192 saylı ssuda hesablı müqavilə üzrə 279.60 (iki yüz yetmiş doqquz manat, 60 qəpik) manat əsas, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 43.64 (qırx üç manat 64 qəpik) borc, 20,00 (iyirmi manat) cərimə olmaqla, cəmi 923,44 (doqquz yüz iyirmi üç manat qırx dörd qəpik) manat pul və 10 (on) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı Ləğv prosesində olan LPO “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-575/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-575/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver