Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-589/2022 11.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) “sığorta ödənişi tələbi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “sığorta ödənişi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sığorta hadisəsi nəticəsində ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 5301" markalı avtomobilə dəymiş 90000 (doxsan min) manat zərərin sığortaçı “Rəvan Sığorta" AS(' tərəfindən sığorta olunan İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sığortaçı “Rəvan Sığorta" ASC ilə sığortalı “Avto Lizinq" MMC sığorta olunan İddiaçı arasında 22.02.2020-ci il tarixində 21.02.2024-cü il tarixinədək ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 5301" markalı avtomobilin kasqo sığortalanması barədə müqavilə imzalanmış və bu barədə sığortalıya 012765 nömrəli sığorta şəhadətnaməsi verilmişdir. Sığorta məbləği 90 000 manat, sığorta haqqı isə 9360 manat müəyyən olunmuşdur. Sığorta hadisəsi 20 yanvar 2021-ci il tarixində saat 23:30-da Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində baş vermişdir. X6 idarə etdiyi ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 5301" markalı avtomobil ilə X5 məxsus Toyota Rav markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun buzlu olması səbəbindən toqquşmuşdur. Qeyd etmək istərdi ki, avtomobil istifadəyə yararsız vəziyyətə düşmüşdür. Bu səbəbdən sığorta ödənişi tam həyata keçirilməlidir. Sığorta hadisəsi baş verdikdən dərhal sonra X20 İdarəsi ilə və sığorta şirkəti ilə əlaqə saxlanılaraq məlumat verilmişdir. Yasamal RPİ-nin 09 fevral 2021-ci il tarixli qərarı ilə X6 əməlində XM-in 263.1 və 263.1.1ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. AR Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi" nin 617 nömrəli aktı və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" barədə 2/1387 ilə aktı ilə X6 hadisə zamanı tam sağlam olduğu, hər hansı spirtli içki və ya psixotrop maddə qəbul etmədiyi təsdiqlənmişdir. Tərəfindən "xxxx" ASC-yə 30/1141 saylı, 13 avqust 2021-ci il tarixli vəkil sorğusu və növbəti 22 sentyabr 2021-ci il tarixli ərizələr ilə müraciət edilərək, sığorta ödənişinin edilməməsinin səbəbi barədə məlumat verilməsini xahiş etsə də iddiaçıya rəsmi qaydada cavab verilməmiş və sığorta ödənişi ödənilməmişdir. Bundan başqa tərəfindən 31/1141 saylı, 13 avqust 2021-ci il tarixli və 55/1141 saylı 28 sentyabr 2021-ci il tarixli vəkil sorğuları ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmişdir. “Avto Lizinq" MMC-nin 17 avqust 2021-ci il tarixli, 1521/21 saylı cavab məktubu ilə “Avtolizinq" MMC-yə məxsus “BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğin “Rəvan Sığorta" ASC tərəfindən “Avtolizinq" MMC-nin hesablarına köçürülmədiyi bildirilmişdir. Eyni zamanda sorğuda göstərilən sığorta müqaviləsinin, kasko sığorta haqqının ödənilməsini və X14 müqaviləsi üzrə X2 tərəfindən ödənilmiş məbləğlərə dair çıxarışlar göndərilmişdir. Bundan başqa tərəfindən 02.11.2021-ci il tarixli 73/1141 saylı ərizə ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edilərək “Rəvan Sığorta" ASC tərəfindən sığorta ödənişinin verilməsinə köməklik göstərilməsini xahiş etmişlər. Göründüyü kimi, hüquqların müdafiə etdiyi şəxs Şəmsəddinskaya Nərgiz tərəfindən pozulmuş hüquqlarının bərpası istiqamətində mübahisənin həlli üçün məhkəməyə qədərki bütün həll vasitələrindən istifadə edilmiş, lakin nəticə əldə edə bilməmişdir. Göründüyü kimi, lizinq obyekti kreditorun hüquqlarının təminatı kimi lizinq verənin mülkiyyətində qalsa da, ona dair sahiblik və istifadə hüquqları lizinq alana keçir. Bu baxımdan lizinq alanın göstərilən hüquqlarının müdafiəsi, eləcə də onun lizinq obyektinə dəymiş zərərin əvəzini tələb etmək hüququ ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus əmlak üzərində mümkün davranış həddi olmaqla sahiblik, istifadə və sərəncam hüquqlarının məcmusundan ibarətdir. Sahiblik hüququ əşyanı öz təsərrüfatında saxlamaqla ona faktiki sahiblik edilməsini, istifadə hüququ əşyadan təyinatına uyğun istifadə olunmaqla onun faydalı xassələrinin hasil edilməsini, sərəncam hüququ isə əşyanın hüquqi müqəddəratının müəyyən edilməsini nəzərdə tutur. Sərəncam hüququ yalnız mülkiyyətçiyə məxsus ola bildiyi halda, sahiblik və istifadə hüquqları mülkiyyətçi olmayan digər şəxslərə də məxsus ola bilər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X9 iddia tələbini qəbul etməyərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, eyni zamanda yazılı etiraz təqdim etmişdir. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X2 Cəmiyyətimizə qarşı “vurulmuş" maddi ziyanın ödənilməsi" tələbi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini aşağıdakılara görə qanunsuz və əsassız hesab edirlər və hesab edirlər ki, tələb təmin edilməməlidir: “Rəvan Sığorta" ASC ila “Avto Lizinq" MMC arasında 22.02.2020-ci il tarixdə, Mi 012700 №-li sığoıla müqaviləsi bağlanmış və ** PC *** dövlət qeydiyyat nişanlı, "BMW 530i" markalı avtomobil 4 il müddətinə sığortalanmışdır. İddiaçının 10.02.2021-ci il tarixli müraciətinə əsasan sığortalı avtomobil Yasamal rayonu ərazisində X10 tərəfindən idarə olunarkən, 20.01.2021-ci il tarixdə, saat 23:30 radələrində yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə sığortalı avtomobilə zərər dəymişdir. Bildirmək istəyirlər ki, iddiaçı hadisənin baş verməsi barədə Cəmiyyətimizə 20 gün sonra məlumat vermişdir. Bu da, baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması, hadisənin hansı şəraitdə va hansı səbəbdən baş verməsi və digər təfərrüatlı araşdırmanın aparılmasını mümkünsüz etmişdir. Həmçinin qeyd etmək istəyirlər ki, hadisə barədə gec məlumat verilməsinə baxmayaraq mövcud imkanlarla hadisəni araşdırmağa çalışan əməkdaşlara yalnış məlumat verilmişdir. Belə ki, hadisə ilə bağlı sürücünün verdiyi video müsahibədə sürücü hadisədən dərhal sonra Mərkəzi Klinikaya aparıldığını, orada 3 gün müddətində stasionar müalicə aldığını və bu səbəbdən Cəmiyyətə məlumat verə bilmədiyini qeyd etmişdir. Lakin, Mərkəzi Klinikadan Cəmiyyətə daxil olan 01.03.2021-ci il tarixli məktuba əsasən sürücü xəstəxanaya yol-nəqliyyat hadisəsindən sonra - 21.01.2021-ci il tarixdə saat 00:31 radələrində müraciət etmiş va müayinə olunduqdan sonra stasionar müalicədən qəti imtina etmişdir. Hadisədən sonra sürücü 22.01.2021-ci il tarixdə Yasamal rayon RPİ-nə getmiş va ərizə ilə rəhbərliyə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyini bildirmişdir. Buradan da görünür ki, hadisədan sonra onun səhhətində ciddi problem olmamış va sürücü "xxxx" ASC-yə malumat vermək iqtidarında olmuşdur. Həmçinin, sığortalının Cəmiyyətə yazdığı 12.02.2021-ci il tarixli ərizədə xəstəxanada 3 gün qaldığını bilmədən dediyini, əslində 2-3 saat qaldığını qeyd etmişdir. Yol-nəqliyyat hadisəsinin digər iştirakçısı “Toyota Rav 4" markalı avtomobilin sürücüsü X3 Cəmiyyətə yazdığı ərizəsinə və video müsahibəsinə əsasən hadisədən sonra özünü sürücünün atası kimi təqdim edən şəxs ona yaxınlaşmış və oğlunun sərxoş olduğu üçün avtomobili sürənin özü olduğunu bildirməsini xahiş etmişdir. Cəmiyyətə yol-nəqliyyat hadisəsi barədə 20 gün sonra şifahi məlumat verilməsinə baxmayaraq, mümkün qədər araşdırma aparılması üçün hətta 22 gün sonra sürücüdən narkoloji müayinədən keçməyi tələb olunmuşdur. “X4 sığortası" şəhadətnaməsinin 10-cu bəndinə əsasən baş vermiş sığorta hadisəsinin araşdırılması məqsədilə sığortaçı müvafiq sənəd toplusuna əlavə olaraq alkoqol və narkoloji müayinə arayışı təlab edə bilər. Lakin sürücü, 12.02.2021-ci il tarixdə Cəmiyyətə ərizə ilə müraciət edərək rayona getməli olduğunu və buna görə də müayinədən keçə bilmədiyini qeyd etmişdir. Onu da qeyd etmək istəyirlər ki, 09.02.2021-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda sürücünün 22.01.2021-ci il tarixdə Yasamal rayon RPİ-nin rəhbərliyinə ərizə ilə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyi qeyd olunmuşdur. Qarşı tərəfin sürücüsünün izahatı, sürücünün ekspertizadan keçməkdən imtina etməyi və Cəmiyyətə izahat verərkən bəhanə ilə müayinədən yayınmağı, onun yol-nəqliyyat hadisəsi baş verərkən narkotik maddənin təsiri altında olmağını istisna etmir. Bundan başqa, qeyd etmək istəyirlər ki, sürücü Cəmiyyətin inzibati binasında narkoloji müayinədən keçmək barədə göndəriş alarkən, telefon danışığı aparmışdır ki, (otaqda video və səs yazısının aparılmasına dair lövhə iki görünən hissədə vurulmuşdur), sonradan həmin video və səs yazıs akustik ekspertiza olunmuşdur. Orada da açıq-aydın sübut olunur ki, sürücü psixotrop maddə qəbul etdiyindən müayinədən keçməmək üçün vaxt qazanmağa çalışır və qəsdən yayınır. Həmçinin, bildirmək istəyirlər ki, sığortalı avtomobildə olan digər sərnişinlərin hadisəyə dair ərizəsində və video müsahibəsində də ziddiyyətlər var. Bildirmək istəyirlər ki, sığortalı avtomobil həm də “AzRe Təkrarsığorta" ASC-də təkrar sığortalanmışdır. Təqdim olunmuş məlumatlar əsasında təkrar sığorta şirkəti də sığorta ödənişindən imtina etmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar bildirirlər ki, avtomobilin sığortalanması zamanı bağlanmış Mİ- 012765 №-li "Nəqliyyat vasitələrinin (Kasko Sığortası Şəhadətnaməsi “X4 sığortası" qaydaları ila tənzimlənir. Həmin qaydaların 14.1-ci maddəsinə asasən Sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. AR Mülki Məcəlləsinin 923.1-ci bəndinə əsasən sığorta hadisəsinin baş verməsi barədə sığortalı va ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər-hansı vasitə ilə xəbər verməlidir. “Nəqliyyat vasitələrinin “Kasko sığortası” qaydalarının 14.4-cü bəndinə əsasən sığortalı hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziiyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümkün olan lazımi məlumat və sənədləri sığortaçının tələbi ilə gecikdirmədən ona verməlidir. Yuxarıda qeyd olunanlar nəzərə alaraq və göstərilən müddəalar rəhbər tutularaq, ** PC *** dövlət qeydiyyat nişanlı, “BMW 530i" markalı avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X11 iddia tələbinin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd edərək, baş vermiş sığorta hadisəsi ilə əlaqədar cəmiyyətdə məlumat olduğunu, həmin nəqliyyat vasitəsinin lizinq müqaviləsi əsasında əldə edildiyini, hadisədən sonra nəqliyyat vasitəsinin tam yararsız vəziyyətə düşdüyünü, lakin dəymiş zərərlə bağlı "xxxx" MMC-yə cavabdeh şirkət tərəfindən hər hansı ödəniş edilmədiyini bildirdi. Cavabdeh "xxxx" ASC və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumat veriməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin, üçüncü şəxsin nümayəndəsinin izahatını, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, iş materiallarında olan Mİ 012765 saylı X4 Sığortası şəhadətnaməsinin surətindən görünür ki, ** PC *** dövlət qeydiyyat nişanlı, "BMW 530i" markalı avtomobil 22.02.2020-21.02.2024-cü il tarixləri aralığında "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortalı "xxxx" MMC, sığorta olunan İddiaçıdır. İş materiallarında olan Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 617 №-li, 23.02.2021-ci il tarixli Aktın surətindən görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan X6 müayinəsi zamanı nəticə- mənfi aşkar edilmədi. İş materiallarında olan “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətoinin müəyyən edilməsi qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/1387 №-li, 21.01.2021-ci il tarixli Aktın surətindən görünür ki, X6 alkoqol sərxoşluq vəziyyəti yoxdur. İş materiallarında olan "xxxx" MMC-nin Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış 17.08.2021-ci il tarixli məktubunun surətindən görünür ki, Sizin 31 nömrəli 13.08.2021-ci il tarixli sorğunuza cavab olaraq bildiririk ki, 20.01.2021-ci il tarixdə saat 23:30 radələrində baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hər-hansı bir rəsmi məlumat "xxxx" MMC daxil olmamışdır. Araşdırmamız nəticəsində müəyyən edilmişdir ki, “Avtolizinq’’ MMC-yə məxsus "BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğ "xxxx" ASC tərəfindən "Avtoİizinq” MMC-nin hesablarına köçürülməmişdir. Eyni zamanda sorğuda göstərilən sığorta müqaviləsinin, kasko sığorta haqqının ödənilməsini və X14 müqaviləsi üzrə X2 tərəfindən ödənilmiş məbləğlərə dair çıxarışlar Sizə göndərilir. İş materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nə ünvanlamış ərizədən görünür ki, İddiaçı avtomobilinə dəymiş ziyana görə ona sığorta ödənişinin ödənilməməsinin səbəbləri barədə sorğular etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası və X1 30 iyun 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 1 ədəd KODAK markalı DVD-R optik diskə yazılmış 192.168.30.58_17_**********2358919 adlı faylda qeydə alınmış videofonoqramda montaj əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd KODAK markalı DVD-R optik diskə yazılmış 192.168.30.58_17_**********2358919 adlı faylda qeydə alınmış videofonoqramın bərpası tələb olunan hissəsindəki danışıqların yazılı mətni tədqiqi hissədə verilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X12 tərəfindən qəbul edilmiş 09 fevral 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, toplanmış materialda və X6 əməlində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, BMW 5301 markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPl-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki işin materiallarında öz əksini tapan sənədlər və tərəflərin izahatları ilə müəyyən edilən işin halları ondan ibarətdir ki, iddiaçının mülahizəsinə əsasən 20 yanvar 2021-ci il tarixində saat 23:30-da Tbilisi prospekti ilə İzmir küçəsinin kəsişməsində Sığorta hadisəsi baş vermişdir. X6 idarə etdiyi ** PC *** dövlət qeydiyyat nişanlı “BMW 5301" markalı avtomobil ilə X5 məxsus Toyota Rav markalı **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun buzlu olması səbəbindən toqquşmuşdur. İddiaçı yol-nəqliyyat hadisəsi barədə sığorta şirkətinə sığorta ödənişinin ödənilməsi ilə bağlı sorğular etmişdir. ** PC *** dövlət qeydiyyat nişanlı, "BMW 530i" markalı avtomobil 22.02.2020-21.02.2024-cü il tarixləri aralığında "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığortalı "xxxx" MMC, sığorta olunan İddiaçıdır. Narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında 617 №-li, 23.02.2021-ci il tarixli Aktə əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan X6 müayinəsi zamanı nəticə- mənfi aşkar edilmədi. “Nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətoinin müəyyən edilməsi qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə 2/1387 №-li, 21.01.2021-ci il tarixli Akta əsasən X6 alkoqol sərxoşluq vəziyyəti yoxdur. “Avtolizinq’’ MMC-yə məxsus "BMW” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair hesablanmış məbləğ "xxxx" ASC tərəfindən "Avtoİizinq” MMC-nin hesablarına köçürülməmişdir. 09 fevral 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla toplanmış materialda və X6 əməlində Azərbaycan Respublikası CM-nin 263.1 və 263.1-1-ci maddələrinin tərkib əlamətləri olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, BMW 5301 markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPl-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Hazırda məhkəmədə mübahisələndirilən hal ondan ibarətdir ki, sığorta hadisəsi baş verdikdən dərhal sonra X20 İdarəsi ilə və sığorta şirkəti ilə əlaqə saxlanılaraq məlumat verilmiş, Yasamal RPİ-nin 09 fevral 2021-ci il tarixli qərarı ilə X6 əməlində XM-in 263.1 və 263.1.1-ci maddələrinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmiş, AR Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi" nin 617 nömrəli aktı və “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi" barədə 2/1387 ilə aktı ilə X6 hadisə zamanı tam sağlam olduğu, hər hansı spirtli içki və ya psixotrop maddə qəbul etmədiyi təsdiqlənsə də avtomobilə dəymiş zərərlə bağlı iddiaçıya cavabdeh cəmiyyət tərəfindən sığorta ödənişi edilməmişdir. Cavabdeh cəmiyyət iddia tələbinin əsassız olduğunu, iddiaçının hadisənin baş verməsi barədə cəmiyyətə 20 gün sonra məlumat verdiyini, bunun nəticəsində də baş vermiş hadisənin sığorta hadisəsi olub-olmaması, hadisənin hansı şəraitdə və hansı səbəbdən baş verməsi və digər təfərrüatlı araşdırmanın aparılmasının mümkünsüz olduğunu, həmçinin də hadisə ilə bağlı sürücünün verdiyi video müsahibədə hadisədən dərhal sonra Mərkəzi Klinikaya aparıldığını, orada 3 gün müddətində stasionar müalicə aldığını və bu səbəbdən Cəmiyyətə məlumat verə bilmədiyini qeyd etsə də, 09.02.2021-ci il tarixli cinayət işinin rədd edilməsi haqqında qərarda sürücünün 22.01.2021-ci il tarixdə Yasamal rayon RPİ-nin rəhbərliyinə ərizə ilə müraciət edərək tibbi ekspertizadan keçməkdən imtina etdiyinin qeyd olunduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 923.1-ci maddəsinə əasasən, sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 933.1.1-ci, 933.1.2 və 933.1.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığorta müqaviləsində nəzərdə tutulmuş müddətdə sığortaçıya ünvanladığı sığorta tələbi; sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı qanunvericiliyə uyğun olaraq, hər hansı dövlət orqanına məlumat verilməlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd, icbari sığorta qanunlarında və müvafiq sığorta qaydalarında nəzərdə tutulan, sığorta ödənişinin verilməsi üçün tələb olunan digər sənədlər mövcud olduğu halda həyata keçirilir. 935.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. X4 Sığortası şəhadətnaməsinə Əlavə Şərtlərin 10-cu bəndinə əsasən, Baş vermiş sığorta hadisəsinin araşdırılması məqsədilə sığortaçı müvafiq sənədlər toplusuna əlavə olaraq alkoqol və narkotik müayinə arayışı tələb edə bilər. X4 Sığortası Qaydalarının: 4.5-ci bəndinə əsasən, nəqliyyat vasitəsinin narkotik maddələr və ya spirtli içkilər qəbul etmiş şəxs tərəfindən idarə olunması zamanı nəqliyyat vasitəsinə dəyən zərərlər sığorta təminatına daxil olmayan zərərlərdir. 14.1-ci bəndinə asasən Sığortalı, sığorta hadisəsi baş verdikdən sonra, əgər sığorta şəhadətnaməsində başqa hal nəzərdə tutulmamışdırsa, sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməlidir. 14.4-cü bəndinə asasən, sığorta etdirən hadisənin səbəblərini, şəraitini və şərtlərini müəyyən etmək, zərər və ziyanın miqdarını təsbit etmək üçün yararlı dəlilləri və sığortalı üçün əldə edilməsi mümükün olan lazımi məlumat və sənədləri (sənədin əsli və ya özü tərəfindən təsdiq olunmuş surəti və ya fotosurəti) sığortaçının tələbi ilə gecikdirmədən ona verməlidir və onları mühafizə etməlidir. 18.1-ci bəndinə əsasən, sığortalı sığorta hadisəsinin baş vermə səbəblərinin araşdırılmasına maneçilik törətdikdə sığorta ödənişinin verilməsindən imtina edilir. Məhkəmə qeyd edir ki, İddiaçı “X4 Sığortası Qaydaları”nın 14.1-ci bəndinin tələbləri üzrə sığortalı sığorta hadisəsi baş verdikdən sonra sığorta hadisəsinin baş verdiyini bildiyi və bilməli olduğu gün dərhal və ya ən geci 3 gün ərzində sığortaçıya məlumat verməli olduğu halda bunu etməmiş, o hadisə baş verdikdən sonra oranı tərk etmiş, 20 gün sonra sığorta şirkətinə bu barədə məlumat vermiş, eyni zamanda X4 Sığortası şəhadətnaməsinə Əlavə Şərtlərin 10-cu bəndinin tələbləri üzrə sığorta hadisəsi ilə əlaqədar alkoqol və narkotik müayinə arayışı təqdim edilməmiş, nəticədə yuxarıda göstərilən X16 hissəsinə əsasən, (sığorta təminatına daxil olmayan zərərlər (istisnalar) və Sığorta ödənişinin verilməsindən imtinanın əsasları "X4 Sığortası Qaydaları”nın müvafiq olaraq 4-cü və 18-ci maddələrində əks olunmuş hallarda) Sığortaçı sığorta ödənişinin verilməsindən imtina etməsi əsası ilə ona sığorta ödənişi verilməsindən imtina edilmişdir. Məhkəmə iddiaçının mübahisələndirdiyi hallarla bağlı qeyd etməyi zəruri hesab edir ki, mülki işdən göründüyü kimi sığorta hadisəsi kimi qeyd edilən yol-nəqliyyat hadisəsi 20 yanvar 2021-ci il tarixində baş verdiyi halda müvafiq tibbi müayinə 23.02.2021-ci il tarixdə olmuşdur. X4 Sığortası şəhadətnaməsinə Əlavə Şərtlərə əsasən, hadisə zamanı sığortalı avtonəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq tibbi müayinələrdən vaxtında keçməməsi tərəflər arasında olan sığortadan irəli gələn hüquq münasibətlərinin pozulması kimi qiymətləndirilir. Bundan başqa hadisə zamanı sığortalı avtonəqliyyat vasitəsini idarə edən şəxsin hadisədən dərhal sonra klinikaya müraciət etdiyini, bu səbəbdən də sığortaçı şirkətə məlumat verə bilməməsinə dair də iddia tələbinin dəlili öz təsdiqini tapmır. Belə ki, yuxarıda qeyd olunan cinayət işinin başlanması barədə rədd qərarından göründüyü kimi, 22 yanvar 2021-ci il tarixdə X10 ərizə ilə Yasamal RPİ-nə müraciət etmişdir. Beləliklə məhkəmə araşdırması zamanı sübut olunur ki, İddiaçı yol-nəqliyyat hadisəsi baş verdikdən sonra yuxarıda sadalanan tələblərə riayət etməmiş, həmçinin iddia tələbində qeyd etdiyi faktlar öz ifadəsi və cavabdehin təqdim etdiyi sübutlarla tam təkzib olunmuşdur. Bu səbəbdən də, məhkəmə iddia tələbinin təmin edilməməsini ədalətli və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “sığorta ödənişi tələbi”nə dair iddiası əsassız olduğundan və məhkəmə araşdırması zamanı sübuta yetmədiyinfdən təmin edilməməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə nəzərə alır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçınun cavabdeh "xxxx" ASC-nə qarşı “sığorta ödənişi tələbi”nə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-589/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-589/2022
11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver