Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-59/2024 21.05.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı Cavabdeh qarşı (açar sözlər: su sızma, maddi ziyanın əvəzinin ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2350 azn dəymiş ziyanın dəyərinin cavabdehdən alınmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və həyat yoldaşı X2 birgə nigah dövründə əldə etdikləri Təbriz küçəsi ev 55a mənzil 59 ünvanında yerləşən mülkiyyətləri 30 ildir ki, 8-ci mərtəbədə yaşayan qonşu tərəfindən mütəmadi olaraq güclü su axıntısına məruz qalmışdır. Dəfələrlə şikayət etməklərinə baxmayaraq, hər dəfə təmir edəcəyinə söz versə də, su axıntısının qarşısını almamışdır. Bu barədə sahə müvəkkilinə və MİS (JEK) İdarəsinə müraciət olunmasına baxmayaraq heç bir tədbir görülməmişdir. Axırıncı dəfə yəni avqust ayının 23-də axşam vaxtı yenidən bu hadisə təkrar olunmuşdur. Suyun qarşısını ala bilməmişdirlər. Yoldaşı qonşu ilə birlikdə qonşuya müraciət etdikdə onu və qonşunu təhqir edərək evdən qovmuşdur. Belə olan halda 102 polis xidmətinə müraciət etmişdirlər. Sahə inspektoru və sahə müvəkkili gəlmiş, ondan dəymiş ziyanla əlaqədar izahat almışdırlar. Səhəri JEK-dən və su idarələrindən nümayəndələr gəlib, akt yazmışdırlar. Mənzillərinə (belə ki, şkaf kupe paltar dolabı, divar mebel dəsti, onların içərisində olan əşyalar, o cümlədən dəhlizin laminat polu, koridorun və otağın oboyları islanaraq qopmuşdur. Ayaq yolunun qapısı, hamamın tavanı dağılmışdır) ziyan dəymişdir. Bütün bunların təmir xərclərini qonşu Təbriz küçəsi ev 55a mənzil 61 sahibindən alımasını tələb edilməsini xahiş edir. Dəymiş ziyanın dəyəri təqribən 2350 azn təşkil edir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, hadisə baş verən zaman iddiaçının mənzilinə getmişdir. Lakin onu mənzilə buraxmamışdırlar. Bir müddət sonra ona məhkəmə bildirişi gəlmişdir. Onun mənzilindən iddiaçının mənzilinə su axıdılıb. Lakin bunu aradan qaldırmışdır. İddiaçı bildirir ki, su axıntısı nəticəsində onun elektrik avadanlıqlarına ziyan dəyib, lakin bununla razı deyildir. Çünki su axıntısı o dərəcədə olmamışdır. Ekspertiza rəyində qeyd olunan 1488 manatla razı deyildir, iddiaçıya sığorta haqqı ödənilib. Hazırda özü işləmir, təqaüd belə almır. İki qızı ailəlidir, oğlu da işləmir. Sığorta zamanı zərər 600 manat müəyyən edilib, iddiaçının da evinə gedəndə sadəcə 1-2 yerdə ləkələr görmüşdür. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir III. İşin faktiki halları: İş materiallarında olan: - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsindən verilmiş daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin hüquq subyekti İddiaçıdur. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı ümumi sahəsi 48,12 m2 olan mənzil xx.xx.2010-cu il tarixdən xüsusi mülkiyyət hüququ üzrə tam payla İddiaçı adına qeydiyyata alınmışdır. - 36 saylı MKİS-in rəis əvəzi Əliyev F., sahə nəzarətçisi Cəfərov S., polis müvəkkili Məmmədov A. tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təbriz 55a ünvanında yerləşən binanın İİİ girişin sakinləri tərəfindən dəfələrlə şifahi şikayətlərinə əsaslanaraq həmin girişin sahibi Cavabdeh Antolyevnaya məxsus 61 nömrəli mənzilə baxış keçirilmişdir. Baxış nəticəsində üzdə olan heç bir su axıntısı aşkar edilməmişdir. Hamamın və şaxtanın döşəməsi quru idi və su axıntısı müşahidə olunmamışdır. Uzun müddət olaraq davamlı su axıntısı nəticəsində 57, 59-cu və onların altında yerləşən mənzillərin ev əşyalarına və təmirlərinə ciddi ziyan dəymişdir. Xəbərdarlığa baxmayaraq 61-ci mənzilin sahibi suyun axıntısının səbəbini tapıb qarşısını almamışdır. - 36 saylı MKİS-in rəisi Aşurov Ə., sahə nəzarətçisi Cəfərov S., polis müvəkkili Məmmədov A. tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Təbriz 55a ünvanında yerləşən binanın İİİ girişin sakinləri tərəfindən dəfələrlə şifahi şikayətlərinə əsaslanaraq həmin girişin sahibi Cavabdeh Antolyevnaya məxsus 61 nömrəli mənzilə baxış keçirilmişdir. Baxış nəticəsində üzdə olan heç bir su axıntısı aşkar edilməmişdir. Hamamın və şaxtanın döşəməsi quru idi və su axıntısı müşahidə olunmamışdır. Uzun müddət olaraq davamlı su axıntısı nəticəsində “57”, “59”-cu və onların altında yerləşən mənzillərin ev əşyalarına və evlərin təmirinə ciddi ziyan dəymişdir. Xəbərdarlığa baxmayaraq 61-ci mənzilin sahibi suyun axıntısının səbəbini tapıb qarşısını almamışdır. - 123274 №-li sığorta aktının surətindən görünür ki, Sığortalı İddiaçı RAT********** saylı sığorta şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə nəticəsində sığortalanmış ünvan 2 ünvanında yerləşən əmlaka susızma nəticəsində zərər dəymişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 670 manatdır. İddiaçı köçürülmə (ATB) yolu ilə 250 manat azadolma məbləği çıxılmaqla 420 (dörd yüz iyirmi) manat sığorta ödənişi edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2022-ci il tarixli 10/7109 №-li rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55a ünvanında yerləşən 59 saylı mənzilə baxış keçirilən zaman həmin mənzildə mərtəbəarası susızmanın əlamətləri müşahidə olunmuşdur. Belə ki, mənzilin mətbəx, yaşayış otağı və dəhliz hissəsinin divarlarına bərkidilmiş divar kağızının qopması, aralanması və saralması, tavana bərkidilmiş alçipan qatının isə saralması və su izləri müşahidə olunmuşdur. Həmçinin mənzilin dəhliz hissəsinin döşəməsinə bərkidilmiş parketlərin aralanması və şişməsi müşahidə olunmuşdur. Tədqiq olunan 59 saylı mənzilin sanitar qovşağında baxış keçirilən zaman tavan bərkidilmiş lambir qatının birləşmələrinin aralanması, saralması və su izləri müşahidə olunmuşdur. İş üzrə cavabdeh şəxsin baxışda iştirak etməməsi və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55a ünvanda yerləşən 61 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından su sızıntısının texniki səbəbinin və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55a-da yerləşən 59 saylı mənzildə aşkar olunmuş zədələrin və ziyanın həmin ünvanda yerləşən 61 saylı mənzildən suyun axıdılması ilə səbəbli əlaqəsi olmasının müəyyən edilməsi mümkün olmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55a ünvanında yerləşən 59 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1488 (min dörd yüz səksən səkkiz) manat məbləğində müəyyən olunur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 dekabr 2023-cü il tarixli 10/5722 №-li rəyindən görünür ki, iş üzrə cavabdeh şəxsin baxışda iştirak etməməsi və Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55a ünvanında yerləşən 61 saylı mənzilə baxış keçirilməsi mümkün olmadığından su sızıntısının texniki səbəbinin müəyyən edilməsi mümkün olmamışdır. Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55a ünvanında yerləşən 59 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1488 (min dörd yüz səksən səkkiz) manat məbləğində müəyyən olunur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatından və iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı məxsusdur. Həmin ünvanda – iddiaçının mənzilində yuxarıda yerləşən 61 saylı mənzil isə Cavabdeh sahibliyindədir. İddiaçıya məxsus mənzilə 23 avqust 2022-ci il tarixdə 61 saylı mənzildən su axması nəticəsində ziyan dəymişdir. Həmin ziyanın aradan qaldırılması üçün cavabdehə edilən müraciətlər cavabsız qaldığından iddiaçı vurulmuş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən İddiaçı 420 (dörd yüz iyirmi) manat sığorta ödənişi edilmişdir. Cavabdeh onun yaşadığı ünvandan iddiaçıya məxsus mənzilə su axdığını etiraf edir. Bununla belə, zərərin ödənildiyini bildirərək, iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. - 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. - 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyət daşıyır. - 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. - 1111.2-ci maddəsində isə təsbit olunmuşdur ki, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. - 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablamalarla, sübutlarla təsdiq olunmalıdır. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmuş və ya öhdəlik yaranmır. Bu hallar olmayanda pozulmuş öhdəliklərə görə məsuliyyətin həcmini müəyyən etmək olmur. Məhkəmə araşdırması zamanı İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzilə 61 saylı mənzildən su axıdıldığı müəyyən edilmişdir. Cavabdeh da bu halı qəbul edir. Tərəflər arasında hazırki mübahisə isə su axıdılması nəticəsində dəyən ziyanın miqdarı ilə bağlıdır. İddiaçı dəymiş zərərin məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə əmtəəşünaslıq və əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizaları keçirilmişdir. Ekspertiza tədqiqatı zamanı İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55a ünvanında yerləşən 59 saylı mənzilə baxış keçirilmiş və mənzildə mərtəbəarası su sızmanın əlamətləri müşahidə olunmuşdur. Belə ki, mənzilin mətbəx, yaşayış otağı və dəhliz hissəsinin divarlarına bərkidilmiş divar kağızının qopması, aralanması və saralması, tavana bərkidilmiş alçipan qatının isə saralması və su izləri, mənzilin dəhliz hissəsinin döşəməsinə bərkidilmiş parketlərin aralanması və şişməsi, sanitar qovşağında tavan bərkidilmiş lambir qatının birləşmələrinin aralanması, saralması və su izləri müşahidə olunmuşdur. Ekspert rəylərinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 55a ünvanında yerləşən 59 saylı mənzildə yaranan qüsurların aradan qaldırılması üçün aparılmalı təmir-tikinti işlərinin hazırda mövcud olan bazar qiymətlərinə uyğun olaraq dəyəri təqribən 1488 (min dörd yüz səksən səkkiz) manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilməlidir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə İddiaçı məxsus mənzilə dəymiş maddi ziyanın həddini müəyyən edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 dekabr 2022-ci il tarixli 10/7109 №-li və 30 dekabr 2023-cü il tarixli 10/5722 №-li ekspert rəylərinə iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymət verərək hesab edir ki, həmin rəylər sübut kimi qəbul edilməli, susızma hadisəsi nəticəsində vurulmuş maddi ziyanın məbləği ekspertin həmin məbləğ üzrə gəldiyi nəticəyə uyğun olaraq 1488 (min dörd yüz səksən səkkiz) manat həddində müəyyən edilməlidir. Bununla yanaşı, iş materialları ilə müəyyən olunur ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən RAT********** saylı sığorta şəhadətnaməsinə əsasən sığortalanmış ünvan 2 ünvanında yerləşən əmlaka susızma nəticəsində dəymiş zərərə görə İddiaçı köçürülmə (ATB) yolu ilə 250 manat azadolma məbləği çıxılmaqla 420 (dörd yüz iyirmi) manat sığorta ödənişi edilmişdir. Məhkəmə hesab edir ki, sığortaçı tərəfindən iddiaçıya ödənilmiş sığorta ödənişi də nəzərə alınmalı, iddiaçının əmlakına vurulmuş ziyana görə 1068 (1488 – 420 = 1068 manat) cavabdehdən iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 44 (qırx dörd) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən və tərəflərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, təmin edilmiş iddia tələbinin həcmi nəzərə alınmaqla dövlət rüsumu qismində ödənilmiş 20 (iyirmi) manat cavabdehdən alınaraq İddiaçı ödənilməli, eyni zamanda ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat cavabdehdən, 50 (əlli) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin: - 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş ziyanın əvəzi kimi 1068 (min altmış səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat tutularaq İddiaçı xeyrinə ödənilməli, Cavabdeh 50 (əlli) manat, İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 124, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi kimi 1068 (min altmış səkkiz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 (iyirmi) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Cavabdeh 50 (əlli) manat, İddiaçı 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-59/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-59/2024
21.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver