Məhkəmə qərarları › İş №2(005)-590/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-590/2024

22.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-590/2024 22.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Gülməmmədova Qumru Habil qızının katibliyi, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtoqəza nəticəsində İddiaçı dəymiş 4080 manat zərərin ödənilməsinin cavabdeh "xxxx" ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 11 dekabr 2022-ci il tarixində İmişli-Qaradonlu yolu ərazisində Cavabdeh2 idarə olunan “X8” 1844 Yük markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və onun qoşqusu “İnter Cars” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə toqquşmuş, nəticədə 3-cü şəxsin idarə etdiyi “Man TK 410A” Yük markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 4080 manat məbləğində ziyan dəymişdir. Cavabdeh "xxxx" ASC rəsmi cavab vermişdir ki, hadisə zamanı həm zərər dəymiş nəqliyyat vasitəsinin, həm də zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta müqavilələri üzrə sığortalı tərəfi eyni şəxsdir. Cavabdehin imtina cavabı ilə o, razı deyildir. Belə ki, cavabdeh "xxxx" ASC istinad etdiyi Azərbaycan Respublikası “İcbari sığortalar haqqında” Qanunun göstərilən bəndləri onların avtoqəzasına şamil deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 897.3-cü maddəsini rəhbər tutaraq, “İcbari sığorta qanunları ilə icbari sığorta etmək vəzifəsi müəyyən olunmuş şəxs bu vəzifəni yerinə yetirməkdə və ya müvafiq sığorta müqaviləsini həmin qanunlarda nəzərdə tutulmuş şərtlərlə müqayisədə sığorta olunanın vəziyyətini pisləşdirən şərtlərlə bağladıqda, həmin şəxs müvafiq icbari sığorta üzrə sığorta hadisəsi kimi tanına bilən hadisənin baş verdiyi, yaxud halın yarandığı zaman sığorta olunan qarşısında ən azı həmin icbari sığorta üzrə müəyyən edilmiş sığorta təminatı həddində öhdəlik daşıyır”. "xxxx"nın 174 saylı. xx.xx.2022-ci il tarixli zərər aktına əsasən onun avtonəqliyyatına dəymiş zərər 4080 manat təşkil etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2022-ci il tarixdə PME********** saylı icbari sığorta müqaviləsi bağlanmış və “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. xx.xx.2022-ci il tarixdə İmişli-Qaradonlu yolu ərazisində X3 tərəfindən idarə olunan “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və Cavabdeh2 tərəfindən idarə olunan “X8 1844 Yük” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və onun qoşqusu “İnter Cars” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə toqquşmuş, nəticədə “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisə zamanı həm zərər dəymiş nəqliyyat vasitəsinin, həm də zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta müqavilələri üzrə sığortalı tərəf eyni şəxsdir. Belə ki, zərər dəymiş “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı yük maşının “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış xx.xx.2022-ci il tarixli, PME********** saylı icbari sığorta müqaviləsinin tərəfi qismində sığortalı olaraq İddiaçı, “X8 1844 Yük” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı yük maşının “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış xx.xx.2022-ci il tarixli, PME********** saylı icbari sığorta müqaviləsinin tərəfi qismində sığortalı olaraq İddiaçı və ** CL *** dövlət qeydiyyat nişanlı yük maşının qoşqusu “İnter Cars” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış xx.xx.2022-ci il tarixli, PAZ********** saylı icbari sığorta müqaviləsinin tərəfi qismində sığortalı olaraq İddiaçıdur. Beləliklə, xx.xx.2022-ci il tarixli, PME********** icbari sığorta müqaviləsi, xx.xx.2022-ci il tarixli, PAZ********** saylı icbari sığorta müqaviləsi və xx.xx.2022-ci il tarixli, PME********** saylı icbari sığorta müqavilələri üzrə İddiaçı sığortalı şəxs qismində tanınması həmin şəxsin xx.xx.2022-ci il tarixdə baş vermiş hadisə üzrə zərərçəkmiş şəxs qismində tanınması halını istisna etdiyindən qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı yük maşınına dəymiş zərərə görə Cəmiyyətin heç bir öhdəliyi yaranmamışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin tələblərini rəhbər tutaraq Cəmiyyətin İddiaçı Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə (baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi) əsasən baş vermiş hadisəyə görə sığorta ödənişinin verilməsindən imtina etmişdir. Beləliklə o, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını, iddia tələbinə etiraz etdiklərini bildirərək onun rədd edilməsini xahiş etmişdir. İddiaçı, o cümlədən digər proses iştirakçıları məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə cavabdeh tərəfin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Sığortalı” İddiaçı **-ZF-*** dövlət qeydiyyat nişanlı “X6”nu "xxxx" ASC-də xx.xx.2022-ci il tarixli müqavilə əsasında sığorta etdirmişdir; - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Sığortalı” İddiaçı **-CL-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz” markalı yük maşınını "xxxx" ASC-də xx.xx.2022-ci il tarixli müqavilə əsasında sığorta etdirmişdir; - İcbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Sığortalı” İddiaçı **-DS-*** dövlət qeydiyyat nişanlı, “MAN” markalı yük maşınını "xxxx" ASC-də xx.xx.2022-ci il tarixli müqavilə əsasında sığorta etdirmişdir; - İnzibati Xəta haqqında ******* saylı, xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh2 İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuş, “X8” 1844 Yük markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və onun qoşqusu “İnter Cars” markalı, **-ZF-*** dövlət qeydiyyat nişanlı yarımqoşqusunun sağ küncünə dəymişdir; - İddiaçı ünvanlanmış "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2022-ci il tarixli hadisə ilə əlaqədar “Man TK 410A” markalı, **-DS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 2260 manat məbləğində müəyyən edilmişdir; - "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı ilə Cəmiyyət arasında xx.xx.2022-ci il tarixdə PME********** saylı icbari sığorta müqaviləsi bağlanmış və “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. xx.xx.2022-ci il tarixdə İmişli- Qaradonlu yolu ərazisində X3 tərəfindən idarə olunan “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və Cavabdeh2 tərəfindən idarə olunan “X8 1844 Yük” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və onun qoşqusu “İnter Cars” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə toqquşmuş, nəticədə “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisə zamanı həm zərər dəymiş nəqliyyat vasitəsinin, həm də zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta müqavilələri üzrə sığortalı tərəf eyni şəxsdir. Belə ki, zərər dəymiş “Man TK 410 A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı yük maşının “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış xx.xx.2022-ci il tarixli, PME********** saylı icbari sığorta müqaviləsinin tərəfi qismində sığortalı olaraq İddiaçı, “X8 1844 Yük” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı yük maşının “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış xx.xx.2022-ci il tarixli, PME********** saylı icbari sığorta müqaviləsinin tərəfi qismində sığortalı olaraq İddiaçı və ** CL *** dövlət qeydiyyat nişanlı yük maşının qoşqusu “İnter Cars” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə bağlanmış xx.xx.2022-ci il tarixli, PAZ********** saylı icbari sığorta müqaviləsinin tərəfi qismində sığortalı olaraq İddiaçıdur; - "xxxx" MMC tərəfindən hazırlanmış zərər aktının surətindən görünür ki, İddiaçı məxsus **-DS-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 4080 manat olaraq müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 9/630 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X9” tərəfindən tərtib edilmiş zərər aktı məlumatlarına əsasən 2002ci il buraxılışlı, “Man TK 410A” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci təxminən 2510,00 manat müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 1703,00 manat; təmir- bərpa işlərinin qiyməti - 810,00 manat. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 174 №-li zərər aktı məlumatlarına əsasən 2002-ci il buraxılışlı, “Man TK 410A” markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin təmir-bərpa xərci təxminən 4180,00 manat müəyyən edilmişdir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 3450,00 manat; təmir- bərpa işlərinin qiyməti - 730,00 manat. Ekspertiza xərci 50 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə İmişli-Qaradonlu yolu ərazisində X3 tərəfindən idarə olunan “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi, Cavabdeh2 tərəfindən idarə olunan “X8 1844 Yük” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və onun qoşqusu “İnter Cars” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ilə toqquşmuş, nəticədə “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. Hadisə zamanı nəqliyyat vasitələri başqa şəxslər-sürücülər tərəfindən idarə olunurdu. Qeyd edilən nəqliyyat vasitələri (2 ədəd yük maşını, 1 ədəd yarımqoşqu) İddiaçı məxsusdur və onun tərəfindən cavabdeh təşkilatda icbari qaydada sığortalanmışdır. Hər üç sığorta müqaviləsi üzrə sığortalı İddiaçıdur. Cavabdeh "xxxx" ASC tərəfindən sığortalının eyni şəxs olması əsası ilə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. Hazırda iddiaçı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzinin məhkəmə qaydasında tutulmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Mülki Məcəllənin 922.1-922.2-ci maddələrinə müvafiq olaraq, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmin Məcəllənin 926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Mülki Məcəllənin sığorta ödənişinin verilməsindən imtinanın əsaslarını müəyyən edən 935.1-ci maddəsinin 8-ci hissəsinə əsasən, baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi halında sığortaçı sığorta ödənişinin verilməsindən imtina edir. Hazırki mülki iş üzrə 11 dekabr 2022-ci il tarixində İmişli-Qaradonlu yolu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və “Man TK 410 A” Yük markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər dəyməsi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı baş vermiş hadisənin icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilib-edilməməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 6.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığorta olunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquq varisi) faydalanan şəxs hesab edilir. Həmin Qanunun 6.6-cı maddəsinə uyğun olaraq, fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Adıçəkilən Qanunun 7-ci maddəsində üçüncü şəxslərin anlayışı verilmişdir. Həmin maddəyə əsasən, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Eyni Qanunun 54-cü maddəsinə görə isə, bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cümlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Maddələrin məzmunundan göründüyü kimi, sığorta ödənişi ödənilməli olan şəxs hadisədə tərəf olan şəxs deyil, üçüncü şəxs, yəni sığorta müqaviləsinin tərəfi olmayan şəxs olmalıdır. Hazırki mülki iş üzrə baş vermiş hadisədə isə iştirak edən hər üç nəqiyyat vasitəsi üzrə sığorta olunan şəxs eyni şəxsdir. Belə ki, zərər dəymiş “Man TK 410A Yük” markalı, ** DS *** dövlət qeydiyyat nişanlı yük maşını, zərər vuran “X8 1844 Yük” markalı, ** CL *** dövlət qeydiyyat nişanlı yük maşını və ** CL *** dövlət qeydiyyat nişanlı yük maşının qoşqusu “İnter Cars” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı yarımqoşqu - hər üçü “avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır və sığortalı İddiaçıdur. Həmin şəxsin sığortalı qismində tanınması isə eyni hadisə üzrə onun zərərçəkən qismində tanınmasını aradan qaldırır. Göstərilən hallar isə icbari söğorta qanunvericiliyinin tələblərinə uyğun olaraq üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan sığorta hadisəsinin baş verdiyini istisna edir. Qeyd edilənlərdən göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçının mülkiyyətində olan “Man TK 410A” yük markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə sığorta ödənişinin ödənilməsi üçün hər hansı hüquqi əsas mövcud deyildir. Belə olan halda cavabdeh "xxxx" ASC-nin iddiaçıya sığorta ödənişinin verilməsi öhdəliyi müəyyən edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası rədd edilməlidir. Məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı (X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat məbləğində pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar