Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-595/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X4, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 12215 (on iki min iki yüz on beş) manat məbləğində pulun Cavabdeh tutularaq onlara verilməsi; Vəkilə göstərdiyi yardıma görə ödənilmiş 201 (iki yüz bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun Cavabdeh tutularaq İddiaçı1 verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı2 mülkiyyətində olan Koreya Respublikasının istehsalı olan, 2015-ci il buraxılışlı “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili 2019-cu ilin iyun ayında “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnaməyə əsasən İddiaçı1 19400 manata satmışdır. 18 iyun 2020-cı il tarixdə etibarnamənin müddəti bitdiyindən həmin tarixdə Bakı şəhəri 44 saylı notariat ofisində yenidən İddiaçı2 İddiaçı1 “Nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında” etibarnamə vermişdir. İddiaçı1 08 sentyabr 2020-ci il tarixindən 09 sentyabr 2020-ci il tarixinə keçən gecə, təxminən saat 01:30 radələrində istifadəsində olan “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Mərdəkan şossesi ilə Mərdəkan qəsəbəsi istiqamətində yolun sağdan birinci zolağı ilə, saatda təxminən 70 km sürətlə hərəkətdə olarkən yolun sol zolağında “BMW” markalı avtomobilin dayandığını görmüş, hərəkətini davam etdirərkən Cavabdeh idarə etdiyi “FORD KUGA” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobillə İddiaçı1 idarə etdiyi avtomobilin arxa hissəsindən vurmuşdur. İddiaçı1 idarə etdiyi “SSANG YONG" minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil zərbənin təsirindən sağa doğru hərəkət edib dəmir səddə dəyərək dayanmışdır. Nəticədə “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Hadisədən sonra məlum oldu ki, Cavabdeh mülkiyyətində olan “FORD KUGA” minik markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari qaydada sığorta olunmayıb. Cavabdeh İddiaçı1 “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili təmir etdirəcəyi barədə söz versə də lakin, bir müddət sonra o, avtomobili təmir etdirməkdən imtina etmişdir. “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərəri müəyyən etmək üçün İddiaçı1 avtoservisə müraciət etmişdir. Oradan bildirilmişdir ki, sözügedən avtomobilin dəyişdirilməli olan ehtiyyat hissələrinin əksəriyyəti Azərbaycanda satılmadığı üçün Koreyadan sifariş olunmalıdır. “Chery Service”də həmin ehtiyyat hissələrinin siyahısı və qiymətləri müəyyən olunmuşdur. Ümumilikdə 24 ehtiyyat hissəsi və həmin hissələrin ümumi dəyəri 9725 manat təşkil etmişdir. Bundan sonra İddiaçı1 “Avangard” avtoservisə müraciət edərək “SSANG YONG” minik markalı avtomobilin təmiri üçün usta xərclərini müəyyən etmişdir. “Avangard” avtoservisdə tərtib olunan, 20.10.2020-ci il tarixli zərər aktina əsasən usta xərci ümumilikdə 2490 manat müəyyən olunmuşdur. Onu da məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra Xəzər RPİ-nin TŞ-nin təhqiqatçısı Azər Səmədov 22 sentyabr 2020-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərara əsasən, Cavabdeh əməlində Az. Res. İXM-nin 327.1-ci maddəsinin tərkibi yarandığı üçün qərarın sürəti icra olunması üçün Xəzər Rayon DYPŞnə göndərilmişdir. Xəzər Rayon DYPŞ-nin polis baş leytenantı X5 tərəfindən qəbul olunmuş 10.10.2020-ci il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərar ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 40 manat cərimə olunmuşdur. Cavabdeh bizə vurduğu maddi zərəri ödəməkdən yayındığını nəzərə alaraq hesab edirik ki, həmin zərər məbləği məhkəmə qərarı ilə Cavabdeh tutularaq onlara ödənilməlidir. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı2 və digər Cavabdeh Müşfiq oğlu məhkəmə iclasına üzrsüz səbəblərdən gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Lakin İddiaçı2 23.11.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, o və digər iddiaçı X10 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi barədə iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, “SSANG YONG” minik markalı, **-OZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 12215 (on iki min iki yüz on beş) manat məbləğində pulun Cavabdeh tutularaq onlara verilməsi, vəkilə göstərdiyi yardıma görə ödənilmiş 201 (iki yüz bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun Cavabdeh tutularaq İddiaçı1 verilməsi barədə qətnamə qət edilməsini xahiş etmişlər. Həmin iddia ərizəsi üzrə mülki iş məhkəmənin icraatındadır və məhkəmə baxışı iclası 01 dekabr 2020-ci il tarixə, saat 12:15-ə təyin edilmişdir. Məhkəmə iclası barədə bildiriş ona çatdırılıb. Bildirir ki, o iddia tələbini müdafiə edir. Lakin işi ilə əlaqədar olaraq məhkəmə iclaslarında iştirak edə bilmir. İddia ərizəsi üzrə bütün məhkəmə iclaslarını onun iştirakı olmadan keçirib, iddia ərizəsinə baxıb, “SSANG YONG” minik markalı, **-OZ-*** dövİət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərərin əvəzi olaraq 12215 (on iki min iki yüz on beş) manat məbləğində pulun Cavabdeh tutularaq onlara verilməsi; Vəkilə göstərdiyi yardıma görə ödənilmiş 201 (iki yüz bir) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun Cavabdeh tutularaq İddiaçı1 verilməsi barədə qətnamə qət edilməsini xahiş edir. Məhkəmə mülki işə İddiaçı2 və digər Cavabdeh Müşfiq oğlunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 21.10.2020-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Müşfiq oğlu 08.09.2020-ci il tarixində, saat 01:30-da “Ford Kuga minik” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş materiallarında olan, Xəzər RPİ-nin 22.09.2020-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, sürücülər X2, Cavabdeh Müşfiq oğlunun və X6 əməllərində AR İXM-nin 327.1-ci maddəsinin tərkibi yarandığı üçün qərarın surəti icra olunması üçün Xəzər DYPŞ-nə göndərilsin. İş materiallarına əlavə edilmiş “Avangard” avtoservis tərəfindən tərtib edilmiş 20.10.2020-ci il tarixli ziyan aktından görünür ki, İddiaçı2 məxsus olan “SSang Yong” markalı **-OZ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşına dəymiş maddi ziyan 2490 manat müəyyən edilmişdir. İş materiallarında olan X1 Şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, “Ssang Yong” markalı, 90-0Z-970 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan, ƏN-Vİİ seriyalı, 323968 nömrəli etibarnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı2 mülkiyyətində olan “Ssang Yong” markalı, 90-0Z-970 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək səlahiyyətini İddiaçı1 vermişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 11.03.2021-ci il tarixli, 9/368 saylı rəyindən görünür ki, Nəzəri hesablama yolu ilə, «Chery Service» tərəfindən təqdim edilmiş 14.09.2020-ci il tarixli və «Avangard Avtoservis» tərəfindən təqdim edilmiş 20.10.2020-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2015-ci il buraxılışlı «SSang Yong» minik markalı, ** OZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 10219 manat müəyyən edilir. Beləliklə mülki işin materiallarında öz əksini tapan sənədlərdən və tərəflərin izahatlarından müəyyən edilən işin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh Müşfiq oğlu 08.09.2020-ci il tarixində, saat 01:30-da “Ford Kuga minik” markalı, **-US-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Nəticədə iddiaçılara maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, iddia tələbi üzrə mübahisələndirilən faktlar iddiaçıların təqdim etdiyi sübutlar, həmçinin tərəflərin məhkəmə iclası zamanı verdiyi izahatlarla qismən sübuta yetmişdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətin və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. 1097.3-cü maddəsinə əsasən, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. İstinad olunan maddələrin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İşin faktiki hallarından göründüyü kimi baş vermiş yol nəqliyyat qəzası zamanı , “SSANG YONG” minik markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyanın vurulması, Cavabdeh qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində zərərin vurulduğu və bu hərəkətlərlə (hərəkətsizliklə) ziyanın arasında səbəbli əlaqənin olduğu sübuta yetmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi maddi zərərin ödənilməsi hissəsində qismən təmin edilərək, qanunvericiliyin tələbinə görə vurulmuş zərər, yəni iş üzrə mötəbər sübut hesab edilən Məhkəmə Ekspertiza Mərkəzinin 11.03.2021-ci il tarixli, 9/368 saylı rəyi ilə müəyyən edilən 10219 manat məbləğində vəsait Cavabdeh iddiaçıların xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə iddia tələbi üzrə hüquqi yardıma görə ödənilmiş 201 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbini hüquqi yardıma görə çəkilmiş 201 manat xərcin cavabdehdən tutulmasını əsaslı hesab edir və ağlabatan məbləğdə, yəni hüquqi yardıma görə 201 manat məbləğində pulun cavabdehdən İddiaçı1 xeyrinə tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, Cavabdeh tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı1 xeyrinə, 100 manat ekspertiza xərci Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi ziyana görə 10219 manat pul İddiaçı1 və İddiaçı2, hüquqi yardıma görə ödənilmiş 201 manat və 30 manat dövlət rüsumu İddiaçı1 xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Məhkəmə əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-595/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-595/2021
22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver