Məhkəmə qərarları › İş №2(005)-599/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-599/2021

01.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-599/2021 01.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə ayrı-ayrılıqda hesablanmış əsas və faiz məbləğinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə ayrı-ayrılıqda hesablanmış əsas və faiz məbləğinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 140886-CNS- 15015/1 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixə banka borclu olduğu 2.902,59 (iki min doqquz yüz iki manat əlli doqquz qəpik) manat məbləğində əsas və 33,87 (otuz üç manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2.936,46 (iki min doqquz yüz otuz altı manat qırx altı qəpik) manat və xx xxxx 2019-cu il tarixli 140886-1-13656/1 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixə banka borclu olduğu 805,14 (səkkiz yüz beş manat on dörd qəpik) manat məbləğində əsas və 9,39 (doqquz manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 814,53 (səkkiz yüz on dörd manat əlli üç qəpik) manat məbləğində pul vəsaitinin, habelə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 140886-CNS- 15015 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 3.300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Həmçinin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 140886-1-13656 nömrəli “Kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 32 (otuz iki) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 600 (altı yüz) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq, Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 140886-CNS-15015/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 2.902,59 (iki min doqquz yüz iki manat əlli doqquz qəpik) manat məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh xarici valyutada olan kredit borcu restrukturizasiya olunmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 140886-1-13656/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 805,14 (səkkiz yüz beş manat on dörd qəpik) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh xx xxxx 2019-cu il tarixli 140886- CNS-15015/1 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxx 2019cu il tarixdən icra etməmiş və nəticədə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2.902.59 (iki min doqquz yüz iki manat əlli doqquz qəpik) manat məbləğində əsas və 33,87 (otuz üç manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2.936,46 (iki min doqquz yüz otuz altı manat qırx altı qəpik) manat və xx xxxx 2019-cu il tarixli 140886-1-13656/1 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxx 2019-cu il tarixdən icra etməmiş və nəticədə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 805,14 (səkkiz yüz beş manat on dörd qəpik) manat məbləğində əsas və 9,39 (doqquz manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 814,53 (səkkiz yüz on dörd manat əlli üç qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqavilələrinin tələblərinə əsasən bu müqavilələr ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra elmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək, tələb olunan məbləgin hissə-hissə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 140886-CNS-15015 nömrəli “Nağd pul krediti müqaviləsi”nin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı bank tərəfindən Cavabdeh istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 3.300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir; İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 140886-1-13656 nömrəli “Kredit xətti müqaviləsi”nin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən iddiaçı bank tərəfindən Cavabdeh istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 32 (otuz iki) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 600 (altı yüz) ABŞ dolları məbləğində kredit xətti açılmışdır; “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 140886-CNS- 15015/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 2.902,59 (iki min doqquz yüz iki manat əlli doqquz qəpik) manat məbləğində kredit verilmişdir; “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh xarici valyutada olan kredit borcu restrukturizasiya olunmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 140886-1-13656/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nin məzmunundan görünür ki, müvafiq müqaviləyə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 805,14 (səkkiz yüz beş manat on dörd qəpik) manat məbləğində kredit verilmişdir; xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli 140886-CNS-15015/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxxxx 2020-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2.902,59 (iki min doqquz yüz iki manat əlli doqquz qəpik) manat məbləğində əsas və 33,87 (otuz üç manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2.936,46 (iki min doqquz yüz otuz altı manat qırx altı qəpik) manat məbləğində borcu qalmışdır; xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli 140886-1-1-13656/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxxxx 2020-ci il tarixdən icra etməmiş və nəticədə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 805,14 (səkkiz yüz beş manat on dörd qəpik) manat məbləğində əsas və 9,39 (doqquz manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 814,53 (səkkiz yüz on dörd manat əlli üç qəpik) manat məbləğində borcu qalmışdır; xx xxxxx 2020-ci il tarixli pretenziya məktubunun surətdən və məzmunundan görünür ki, tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh müvafiq qaydada xəbərdarlıqlar edilmişdir; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 140886-CNS-15015 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 3.300 (üç min üç yüz) manat məbləğində kredit verilmişdir. Həmçinin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 140886-1-13656 nömrəli “Kredit xətti müqaviləsi”nə əsasən Cavabdeh istehlak məqsədilə istifadə edilmiş məbləğə illik 32 (otuz iki) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 600 (altı yüz) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh kredit borcu restrukturizasiya olunmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 140886-CNS-15015/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 2.902,59 (iki min doqquz yüz iki manat əlli doqquz qəpik) manat məbləğində kredit verilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 nömrəli Fərmanın icrası ilə əlaqədar olaraq Cavabdeh xarici valyutada olan kredit borcu restrukturizasiya olunmuş və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxx 2019-cu il tarixli 140886-1-13656/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 (bir) faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 805,14 (səkkiz yüz beş manat on dörd qəpik) manat məbləğində kredit verilmişdir. Lakin Cavabdeh xx xxxx 2019-cu il tarixli 140886- CNS-15015/1 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxx 2019cu il tarixdən icra etməmiş və nəticədə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2.902.59 (iki min doqquz yüz iki manat əlli doqquz qəpik) manat məbləğində əsas və 33,87 (otuz üç manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2.936,46 (iki min doqquz yüz otuz altı manat qırx altı qəpik) manat məbləğində borcu və xx xxxx 2019-cu il tarixli 140886-1-13656/1 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx xxxxxx 2019-cu il tarixdən icra etməmiş və nəticədə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 805,14 (səkkiz yüz beş manat on dörd qəpik) manat məbləğində əsas və 9,39 (doqquz manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 814,53 (səkkiz yüz on dörd manat əlli üç qəpik) manat məbləğində borcu qalmışdır. Pretenziya məktubu ilə tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh müvafiq qaydada xəbərdarlıqlar edilmişdir. Lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri sonuncu tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Göründüyü kimi, Cavabdeh kredit müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilələr ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödəməlidir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı iddiası əsaslıdır, İddiaçı Açıq Səhmdar Cəmiyyəti qeyd edilən iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxx 2019-cu il tarixli 140886-CNS-15015/1 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borclu olduğu 2.902,59 (iki min doqquz yüz iki manat əlli doqquz qəpik) manat məbləğində əsas və 33,87 (otuz üç manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu olmalqa, cəmi 2.936,46 (iki min doqquz yüz otuz altı manat qırx altı qəpik) manat və xx xxxx 2019-cu il tarixli 140886-1-13656/1 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borclu olduğu 805,14 (səkkiz yüz beş manat on dörd qəpik) manat məbləğində əsas və 9,39 (doqquz manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 814,53 (səkkiz yüz on dörd manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx xxxx 2019-cu il tarixli 140886-CNS-15015/1 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixə borclu olduğu 2.902,59 (iki min doqquz yüz iki manat əlli doqquz qəpik) manat məbləğində əsas və 33,87 (otuz üç manat səksən yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 2.936,46 (iki min doqquz yüz otuz altı manat qırx altı qəpik) manat və xx xxxx 2019-cu il tarixli 140886-1-13656/1 nömrəli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2020-ci il tarixə borclu olduğu 805,14 (səkkiz yüz beş manat on dörd qəpik) manat məbləğində əsas və 9,39 (doqquz manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 814,53 (səkkiz yüz on dörd manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar