Məhkəmə qərarları › İş №2(005)-606/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-606/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-606/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə məbləğinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə hesablanmış əsas, faiz və cərimə məbləğinin, habelə ödənilmiş dövlət rüsumunun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7.468,53 (yeddi min dörd yüz altmış səkkiz manat əlli üç qəpik) manat məbləğində əsas borc, 208,51 (iki yüz səkkiz manat əlli bir qəpik) manat məbləğində faiz borcu və 27,07 (iyirmi yeddi manat yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.704.11 (yeddi min yeddi yüz dörd manat on bir qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyətindən illik 22 (iyirmi iki) faizlə 48 (qırx səkkiz) ay müddətinə 8.000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. Lakin borclu şəxs müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. xx xxxxxxx 2020-ci ilədək Cavabdeh iddiaçı banka xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 7.468,53 (yeddi min dörd yüz altmış səkkiz manat əlli üç qəpik) manat məbləğində əsas borc, 208,51 (iki yüz səkkiz manat əlli bir qəpik) manat məbləğində faiz borcu və 27,07 (iyirmi yeddi manat yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 7.704.11 (yeddi min yeddi yüz dörd manat on bir qəpik) manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh şəxs borcu ödəməkdən boyun qaçırmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh şəxs heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 22-Y-3-0-1152-19 nömrəli istehlak krediti müqaviləsinin məzmunundan görünür ki, müvafiq kredit müqaviləsinə əsasən cavabdeh şəxs bankdan illik 22 (iyirmi iki) faizlə 48 (qırx səkkiz) ay müddətinə 8.000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür; xx xxxxxx 2021-ci il tarixli maliyyə arayışının məzmunundan görünür ki, Cavabdeh banka xx xxxxxx 2019-cu il tarixli 22-Y-3-0-1152-19 nömrəli istehlak krediti müqaviləsi 5.813,53 (beş min səkkiz yüz on üç manat əlli üç qəpik) manat məbləğində əsas borc, 579,81 (beş yüz yetmiş doqquz manat səksən bir qəpik) manat məbləğində faiz borcu və 76,49 (yetmiş altı manat qırx doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.469,83 (altı min dörd yüz altmış doqquz manat səksən üç qəpik) manat məbləğində borcu vardır; İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxxxxx 2020-ci il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, Cavabdeh kredit müqaviləsinə əsasən ödənilməmiş kredit, faiz və cərimə borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə 5 (beş) gün ərzində kredit borcunun tam şəkildə qaytarılması tələbi ilə materialların hazırlanıb məhkəməyə göndəriləcəyi barədə cavabdehlər xəbərdar edilmişdir; xx xxxxxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir; Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən (“Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyətindən) aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçı banka qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə iddia tələbi üzrə hesablanmış əsas, faiz və cərimə borclarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia tələbi əsas məbləğdə qismən təmin edilməli və iş materiallarına əlavə edilmiş müvafiq maliyyə arayışı əsas götürülməli, faiz və cərimə məbləğləri isə qismən təmin edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx xxxxxx 2019-cu il tarixli istehlak krediti müqaviləsi üzrə 5.813,53 (beş min səkkiz yüz on üç manat əlli üç qəpik) manat məbləğində əsas borc, 208,51 (iki yüz səkkiz manat əlli bir qəpik) manat məbləğində faiz borcu və 27,07 (iyirmi yeddi manat yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.049,11 (altı min qırx doqquz manat on bir qəpik) manat məbləğində borc vəsaiti tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh ilə “Nikoyl” X2 Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli 22-Y-3-0-1152-19 nömrəli istehlak krediti müqaviləsi ləğv edilsin. Cavabdeh xx xxxxxx 2019-cu il tarixli 22-Y-3-0-1152-19 nömrəli istehlak krediti müqaviləsi üzrə 5.813,53 (beş min səkkiz yüz on üç manat əlli üç qəpik) manat məbləğində əsas borc, 208,51 (iki yüz səkkiz manat əlli bir qəpik) manat məbləğində faiz borcu və 27,07 (iyirmi yeddi manat yeddi qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 6.049,11 (altı min qırx doqquz manat on bir qəpik) manat məbləğində borc, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı X7 Cəmiyyətinin xeyrinə ödənilsin. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar