Məhkəmə qərarları › İş №2(005)-608/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-608/2024

27.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-608/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: maddi ziyan) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rüfanə Xıdır qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277 (iki min iki yüz yetmiş yeddi) manat 40 (qırx) qəpik məbləğində pulun ondan alınmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Rüstəmov X1 Rayon Məhkəməsinin 1(005)-438/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin göstərişi 26 05 2023-cu il tarixdə İddiaçı icraatına daxl olmuşdur. xx.xx.2023cü il tarixdə məhkum Cavabdeh iştirakı ilə məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının huquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçun ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verılməzliyı, habelə həmin vasitəni zədələdıkdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və ona yaşadığı ünvanda elektron nəzarət vasitəsi tətbiq edilərək bu barədə müvafiq protokol tərtib edilmişdir. Müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı ış üzrə cavabdeh məhkum Cavabdeh tətbiq edilərək təhvil verilmişdir. Nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixdə məhkum Cavabdeh elektron nəzarət vasitəsinə baxış keçirlımiş və bu zaman mobil qurğunun qeyri-işlək vəziyyətdə olduğu və mobil qurğunun ekranının ağardığı müəyyən edilmişdir. Bu barədə həmin tarixdə müvafiq qaydada protokol tərtib edilərək fotoşəkillərlə birlikdə şəxsi işə əlavə edilmişdir. Mobil qurğu qeyri-işlək vəziyyətdə olduğundan məhkum A. Rüstəmovdan elektron nəzarət vasitəsi təhvil alınaraq xx.xx.2023-cü il tarixli aktla Elektron Monitorinq İdarəsinə təhvil verilmişdir. Evrodizayn QSC-dən 13.10 2023-cü il tarixdə daxıl olmuş elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyə əsasən ana platada elektron elementlərin korroziyası müşahidə olunduğu, təmirinin mümkür olmadığı və istifadəyə tam yararsız olduğu bildirilmişdir. Tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçun sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat 40 qəpik hesablanmışdır. Hesab edir ki, cavabdehin günahından, yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və bizə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyinin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277 manat 40 qəpik təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. II. Tərəflərin mövqeləri: Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, iddia ərizəsində qeyd olunan borcla razıdır. Başqa şəxsə zərər yetirdiyinə görə hər ay 600 manat məbləğində ödəniş edir və həmin ödəniş bitəndən sonra hazırki tələbdə qeyd olunan borcu ödəyə bilər. Hazırda “Uber” şirkətində kuryer işləyir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir III. İşin faktiki halları: İş materiallarında olan: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-438/2022 saylı xx.xx.2022-ci il tarixli Hökmündən görünür ki, “Cavabdeh Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona, 06 (altı) ay müddətinə azadlığın mədudlaşdırılması növündə cəza təyin edilsin. Cavabdeh üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cavabdeh üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Cavabdeh barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvəsində saxlanılsın. İş üzrə ekspertiza xərci 185 (yüz səksən beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Mülki iddiaçı X4 mülki Cavabdeh qarşı mülki iddiası qismən təmin edilsin, mülki Cavabdeh 7.586,5 (yeddi min beş yüz səksən altı manat beş qəpik) manat məbləğində vurulmuş maddi zərər, dövlət rüsumunun ödənilməsinə xərclənmiş 135 manat pul vəsaiti, ümumilikdə 7.721,5 (yeddi min yeddi yüz iyirmi bir manat, beş qəpik) manat tutularaq mülki iddiaçı X5 ödənilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən təqsirləndirilən şəxs Cavabdeh hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə cəmi 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 Vəkil Bürosunun hesabına köçürülsün. Hökm elan olunduğu andan 20 çün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 may 2022-ci il tarixli 1(005)- 438/2022 saylı qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişdən görünür ki, Hökm 28 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir.” Hökm edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 may 2022-ci il tarixli 1(005)-438/2022 saylı qanuni qüvvəyə minmiş hökmün icrası barədə göstərişdən görünür ki, Hökm 28 fevral 2023-cü il tarixdə qanuni qüvvəyə minmiş və xx.xx.2023-cü il tarixdə icraya yönəldilmişdir. -Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması, təhvil verilməsi və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə 20 may 2023-cü il tarixli protokoldan görünür ki, Cavabdeh 1 ədəd “ATTENTİ” markalı 35640288 (34073) seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd sadə elektron qolbaq, İ ədəd mobil qurğunun qabı və yaddaş kitabçası) təhvil verildi və istifadə qaydaları izah olundu. Məhkuma Nərimanov Rayon Məhkəməsinin 1(005 M38/2022 saylı xx.xx.2022 il tarixli hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi. - Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin cəzanın icrası qaydalarına və şərtlərinə əməl etməsinin yoxlanılması barədə 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, məhkum Cavabdeh Attenti markalı 35640288 seriyalı elektron nəzarət vasitəsi komplektinə baxış keçirildi. Elektron Monitorinq İdarəsinin əməkdaşları tərəfindən verilən məlumata əsasən mobil qurğudan izlənmə siqnalları daxil olmur. Baxış zamanı Attenti markalı 35640288 seriyalı mobil qurğunun ekranının ağardağı və qeyri işlək vəziyyətdə olduğu müəyyən edildi. Bu səbəbdən Attenti markalı 35640288 mobil qurğu Attenti markalı 35640320 seriyalı mobil qurğu ilə dəyişdirilərək məhkum Cavabdeh təhvil verildi. Məhkumla bir daha fərdi söhbət aparıldı, hüquq və vəzifələri, cəzanın çəkilməsinin qaydası və şərtləri, env-in istifadə qaydaları bir daha izah olundu. - ”Leading İT leading business” elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəydən görünür ki, 35640288 seriya nömrəli “Attenti V6” mobil qurğusunda ana platada elektron elementlərin korroziyası müşahidə olunur. Təmiri mümkün deyil. İstifadəyə tam yararsızdır. - "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Ədliyyə Nazirliyi Probasiya Xidmətinə ünvanlanmış xx.xx.2021-ci il tarixli, ED-M-96-21 saylı məktubundan görünür ki, Sadə elektron qolbaq -sadə elektron qolbaq – x1, mobil nəzarət qurğusu – x1, elektrik adapteri – x1, proqram lisenziyası- x1 vasitələrin dəyəri 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. - Cavabdeh izahatından görünür ki, Cavabdeh ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Həmin tarixdə (13.08.203) Buzovna kəndinə dostumgilin bağ evinə dincəlməyə getmişdim. Orada həyətdə çimmək üçün su hovuzuna girdim. Mobil qurğunu su hovuzunun kənarına qoymuşdum. Bu zaman qurğudan aralı qaldığım üçün mobil qurğunun ekranında qolbaq tapılmır siqnalı gəldiyindən, dərhal su hovuzundan əlim sulusulu mobil qurğunu götürdüm və orta düyməsini basdım. Əlim sulu olduğundan mobil qurğunun ekranı ağardı və mobil qurğu qeyri-işlək vəziyyətə düşdü.” IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-438/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 267.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinmiş və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Cavabdeh üzərinə digər vəzifələrlə yanaşı elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmuşdur. Cavabdeh üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş, elektron nəzarət vasitəsini özündən kənarlaşdırmış, onu qorumamış və nəticədə elektron nəzarət qurğusu yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. -1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 156-1.4-cü maddəsinə əsasən, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxsdən tutulur. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Yalnız bu halda, şəxs törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşıyır. Buna görə də, cavabdehin mülki hüquq pozuntusu törədib tərətməməsinə, törətdiyi halda onun təqsirli olmasına iş materiallarında olan sübutlarla əlaqəli şəkildə araşdırılaraq qiymət verilməlidir. “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli qərarının 7.5-ci bəndinə əsasən tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda onun dəyəri həmin şəxs tərəfindən tutulur. Göründüyü kimi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-438/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün icrası İddiaçınə həvalə edilmişdir. Cavabdeh elektron nəzarət vasitəsinin istifadə qaydaları, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edlmişdir. Lakin Cavabdeh ona təhkim olunmuş mobil qurğunu xx.xx.2023-cü il tarixdə yarasız vəziyyətə salmaqla (su ilə təmas etdirməklə) maddi zərər vurmuşdur. Bununla yanaşı məhkəmə araşdırması zamanı Cavabdeh xx.xx.2023-cü il tarixdə yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfindən etiraf edilərək, qəbul edildiyindən, iddiaçı həmin faktları sübut etmək vəzifəsindən azaddır. Odur ki, göstərilən hallar işin sübut olunmuş xüsusatları kimi qəbul edilərək, göstərilən qaydada qiymətləndirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması mülki iş materiallarında olan sübutlarla, habelə cavabdehin izahatı ilə öz təsdiqini tapdığından, 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat pul vəsaiti cavadeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan çox olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Belə olan halda, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, Cavabdeh isə dövlət rüsumu ödənilməsindən azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddia tələbinin həcmi nəzərə alınmalı və iddia tam təmin olunduğundan məhkəmə hesab edir ki, 42,8 (qırx iki manat səksən qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) məbləğində pul tutularaq Dövlət büdcəsinə (X3; M/H: AZ41NABZ013601**********3944; VÖEN:**********; Kod: 210005; SWİFT: CTREAZ22; Bakı şəhər Maliyyə İdarəsi; H/H: AZ66CTRE********************; VÖEN: **********; Büdcə səviyyəsinin kodu: 1; Büdcə təsnifatının kodu: 142330) ödənilməli. Cavabdeh dövlət rüsumunun əvəzi kimi 42,8 (qırx iki manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. V. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat və dövlət rüsumunun əvəzi kimi 42,8 (qırx iki manat səksən qəpik) manat tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə (X3; M/H: AZ41NABZ013601**********3944; VÖEN:**********; Kod: 210005; SWİFT: CTREAZ22; Bakı şəhər Maliyyə İdarəsi; H/H: AZ66CTRE********************; VÖEN: **********; Büdcə səviyyəsinin kodu: 1; Büdcə təsnifatının kodu: 142330) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar