Məhkəmə qərarları › İş №2(005)-614/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-614/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-614/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 7359.87 manat (yeddi min üç yüz əlli doqquz manat səksən yeddi qəpik) kredit borcunun, bunun 4583 manat (dörd min beş yüz səksən üç) əsas, 2776.87 manat (iki min yeddi yüz yetmiş altı, səksən yeddi qəpik) isə faiz borcunun və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və zamin Cavabdeh2 Yuryeviçdən müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 2 saylı Nəsimi filialı ilə Cavabdeh1 Yurycviç arasında bağlanmış 12 mart 2008-ci il tarixli 1886 nömrəli kredit müqaviləsinə əsasən Y.Konstatinova 12 (on iki) ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5000 (beş min) manat məbləğində istehlak kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən Y. Konstatinova müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmiş və Banka olan kredit üzrə borcu tam ödəməmişdir. Bank tərəfindən cavabdehlorə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, 29.10.2009-cu il tarixli 1165 və 20.12.2010-ci il tarixli 1622 saylı xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq, cavabdehlər Banka heç bir cavab verməmişlər və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Kredit müqaviləsinin 6.3-ei bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Y. Konstatinova kredit verilərkən X2 ilə Bank arasında 12 mart 2008-ci il tarixli 1886 saylı Zəmanət müqaviləsi bağlanmışdır. Bu müqavilənin 2.1 -ci və 2.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi 17 may 2011-ci il tarixə borclu Y. Konstatinovun kredit borcu cəmi 7359.87 (yeddi min üç yüz əlli doqquz) manat 87 qəpik təşkil edir. Bundan 4583(dörd min beş yüz səksən üç) manat əsas, 2776.87 (iki min yeddi yüz yetmiş altı) manat 87 qəpik isə faiz borcudur. Cavabdeh1 ilə Bank arasında bağlanmış 12.03.2008-cı il tarixli, 1886 saylı kredit müqaviləsinin 11-ci bəndinə əsasən borcalanla kreditor arasında bu müqavilə üzrə yarana bilən bütün mübahisələr qarşılıqlı razılaşma yolu ilə əks təqdirdə isə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə həll edilir. İddiaçı və cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. Belə ki, iş üzrə İddiaçı ASC-nin 2 saylı Nəsimi rayon filialı ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 12 mart 2008-ci il tarixli 1886 nömrəli kredit müqaviləsinə əsasən avtomobil alınması üçün Cavabdeh1 12 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 5000 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alana istehlak krediti verməyi öhdəsinə götürür, borc alan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ASC-nin 2 saylı Nəsimi rayon filialı ilə zamin Cavabdeh2 Yuryeviç arasında bağlanmış 12 mart 2008-ci il tarixli 1886 saylı zəmanət müqaviləsindən görünür ki, zamin kreditor qarşısında borcalan Cavabdeh1 12 mart İ008-ci il tarixli 1886 nömrəli kredit müqaviləsi üzrə Bank qarşısında olan bütün öhdəliklərinin yerinə yetirilməsinə öhdəlik götürmüşdür. 20.12.2010-cu il tarixli 1622 saylı xəbərdarlıq məktubundan görünür ki «Kapital Bank» ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün xəbərdarlıq edilmişlər. 13 sentyabr 2011-ci il tarixli 1272 saylı məlumatdan görünür ki, 12 mart 2008-ci il tarixli 1886 nömrəli kredit müqaviləsi üzrə borc məbləği 7969 (yeddi min doqquz yüz altmış doqquz) ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5696 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 Yuriyeviç tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair arayış məlumatları və 12 maart 2008-ci il tarixli, 1886 №-li kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 Yuriyeviçin 12 mart 2009-cu il tarixədək(müqavilənin bitmə tarixi) banka olan borcu 5561,04 manat məbləğində müəyyən olunur. Bundan 4583,00 manat əsas borc, 978,04 manat faiz borcu təşkil edir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə Cavabdeh2 münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu, dəbbə pulu tələbi onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi yalnız kredit müqaviləsi üzrə əsas borcun tutulması tutulması hissəsində əsaslıdır, faiz borcunun tutulması hissəsində isə qismən əsaslıdır. Belə ki, məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/5696 saylı ekspert rəyini əsas götürməklə hesab edir ki,, cavabdehlərdən müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 4583,00 manat əsas borc, 978,04 manat faiz borcu tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, habelə cavabdehlərdən 10 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinin xeyrinə ödənilməlidir. Bundan başqa ekspertiza xərci olan 100 manat cavabdehlərdən müştərək qaydada tutulmalı və Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Yuryeviçdən müştərək qaydada İddiaçı ASCnin xeyrinə 12 mart 2008-ci il tarixli 1886 nömrəli kredit müqaviləsinə əsasən 4583,00 manat əsas borc, 978,04 manat faiz borcu ümumilikdə cəmi 5561,04 manat borc və 20 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 10 manat dövlət rüsumu tutulsun Dövlət Büdcəsinə ödənilsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulsun və (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar