Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-62/2024 23.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 MMC, İddiaçı1, İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair” ilk, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MM Park” MMC, İddiaçı1, İddiaçı3 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki iş (açar sözlər: müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi, vurulmuş ziyanın ödənilməsi,subyektiv hüquq) Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İlk iddia üzrə İddiaçı2 MMC-nin nümayəndəsi X1, İlk iddia üzrə ddiaçı İddiaçı1 və 3-cü çəxs İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1, İlk iddia üzrə Cavabdeh3 iştirakları ilə, İddiaçılar İddiaçı2 MMC, İddiaçı1, İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair” ilk, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MM Park” MMC, İddiaçı1, İddiaçı3 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçılar İddiaçı2 MMC, İddiaçı1, İddiaçı3 ilkin iddia ərizəsi ilə müraciət edərək, 30 yanvar 2020-ci il tarixli “Mənzilin alqı-satqısına dair ilkin müqavilə” üzrə cavabdehin təqsiri üzündən ödənilməmiş 137000 manat cavabdehə ödənilməklə yekun alqı-satqı müqaviləsinin bağlanmasının təmin edilməsi və bütün ailə üzvləri ilə birlikdə qeydiyyatdan və mənzildən çıxarılması, Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmasından imtina etməsinin onun birtərəfli qaydada “Mənzilin alqı-satqıına dair ilkin müqavilə”–nin pozulması kimi qiymətləndirilməsi və həmin müqavilənin 2.3-cu bəndinə əsasən aldığı 230 000 (iki yüz otuz min) manatın, bundan sonra ödənilmiş 163 000 (yüz altmış üç min) manat pulun, 460 (dörd yüz altmış) manat notariat xərcinin, 100 manat ödənilmiş dövlət rüsumunun, cəmi 363 560 (üç yüz altmış üç min beş yüz altmış) manatın Cavabdeh1 tutularaq iddiaçılara ödənilməsi, dəfələrlə verdiyi pulun (əldən çıxmış fayda) və işgüzar nüfuzuna vurduğu zərərin əvəzi kimi 100 000 (yüz min) manat cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. (iddia tələbi dəqiqləşdirilmişdir). İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı İcra Hakimiyyətinin xx.xx.20003-cu il tarixli 466 aylı Sərəncamı, Bakı icra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 2014-cü il tarixli 14/157 saylı Ayrıc Aktı, Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2015-ci il tarixli 13 saylı Sərəncamı ilə olan Bakı şəhəri Nərimanov rayonu. AK.Həsən Əliye prospekti, 945 məhəllə ünvanında yerləşən 0386+0,08 ha torpaq sahəsi “X6” MMC-yə icarəyə verilmiş həmin torpaq sahəsində 3 bloklu (A.B.C) hündürmətəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. “A” blokunun tikintisi başqa podratçı tərəfindən 2018-ci ildə tikilib başa çatdırılmış, blok istismara verilmiş mənzillər satılmış və sakinlərə mülkiyyət hüququna dair Çıxarışlar verilmişdir. 2019-cu ilin sonlarından onlarla “X6" MMC-i arasında Bakı şəhəri Nərimanov rayonu. Ak.Həsən Əliyev prospekti, 945 məhəllə ünvanında yerləşən 3 bloklu (A.B,C) hündürmərtəbəli yaşayış binasının “B” və “C blokunun tikintisinin birgə həyata keçirilməsi barədə danışıqlar aparılırdı. Bu danışıqlar zamanı ona məlum olmuşdur ki, tikinti sahəsinin ərazisinə daxil olmayan, lakin yanında yerləşən X.Şuşınski küçəsi, ev 33, mənzil 3-də Cavabdeh1 öz ailəsi ilə yaşayır və o tikintinin aparılacacına maneçilik törədəcəkdir. Çünki o, “A" blokunun tikintisi zamanı belə maneçiliklər törətmişdir, Gələcəkdə həmin problemləri yaşamamaq səbəbindən cavabdehlərlə bir neçə dəfə görüşmüş və onun mənzilini almaq istədiyini bildirmişdir. Bu danışıqlar bir müddət davam etdi. Cavabdeh ümumi sahəsi cəmi 59.6 kv.m olan mənzilini 500 000 (beş yüz min) manata satdığını dedi və o məcburiyyət qarşısında qalaraq onunla razılaşdılar. Cavabdeh1 notariat qaydasında təsdiqlənmiş 30 yanvar 2020-cı il tarixli “Mənzilin Alqı-Satqısına dair İlkin Müqavilə" bağlayaraq mənzilini İddiaçı3 (podratçı şirkətin o zamanki təsisçisi) satmışdır. Bu mənzilin satılmasına mənzildə qeydiyyatda olan mülkiyyətçinin həyat yoldaşı - Cavabdeh2, oğlu Cavabdeh3, qızı X2 notariat qaydasında təsdiq edilmiş razılıq ərizələri vermişdilər. Müqavilənin şərtlərinə əsasən birinci tərəf Cavabdeh1 satılacaq mənzili 500000 manata qiymətləndirir və həmin qiymətə ikinci tərəf İddiaçı3 satmağı ikinci tərəf isə 500000 manata almağı öhdəsinə götürür. İkinci tərəf İddiaçı3 satış məbləğindən 230000 manatını notariusun bankda açılan depozit hesabı vasitəsilə birinci tərəf Cavabdeh1 ödəyir, satış qiymətindən qalan 70000 manatını bir aya, 200000 manatını mənzilin alqı-satqıısna dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh1 230 000 (iki yüz otuz min) manatı notariusun depozit hesabından Bankdan götürmüşdür. Bundan sonra ona İddiaçı1 (podratçı təşkilatın direktoru və hazırda təsisçisi) tərəfindən 70000 (yıitmış min) manta da odənilmişdir. Daha sonra müxtəlif vaxtlarda İddiaçı1 tərəfindən cavabdehlərə bir neçə dəfə pul ödənilmiş (20000+25000+18000) AZN və hazırda cavabdehlərə ödənilmiş pulun cəmi məbləqi 363000 (üç yüz altmış üç min) manat təşkil edir. Ötən müddətdə o dəfələrlə cavabdehlərə müraciət edərək, yekun alqı-satqı müqaviləsinin bağlanmasını xahiş etmişdir. Bu hal bir çox şəxslərin yanında olub və həmin şəxslər bu faktı məhkəmədə təsdiq edə bilərlər. Eyni zamanda bu halı təsdiq edən telefon danışıqları da vardır. Hər dəfə cavabdehlər müxtəlif bəhanələr gətirməklə, o cümlədən yeni aldığı evin təmirinin başa çatmaması, və s. deyərək, ona yenə vaxt verilməsini xahiş etmişdir. Son iki ayda onlar bir neçə dəfə cavabdehlərə müraciət edərək qalıq pulun alınmasını və yekun alqı-satqı müqaviləsinin bağlanmasının həyata keçirilməsini təklif etmişlər. Lakin yenə də cavabdehlər bundan yayınmışdılar. Bu məsələ ilə bağlı bir neçə dəfə poçt xidməti vasitəsi ilə məktub göndərərək yekun alqı-saıqı müqaviləsinin bağlanmasını xahiş etmişdir. Lakin onlar məktubu götürməkdən imtina etdikləri üçün poçt xidməti tərəfindən müvafiq akt da tərtib edilmişdir. Hörmətli məhkəmənin diqqətinə çatdırır ki, cavabdehlərin mənzili tikinti meydançası ərazisinə düşməsə də, onun yaxınlıqında olmasından istifadə edən cavabdehlər, istənilən usulaara əi ataraq tikintinin gedişatına maneçilik törədərək mənzili dəyərindən qat-qat artıq qiymətə tikinti aparan şəxslərə və va başqa şəxslərə satmaq və ya əlavə pul almaq istəyir. Onları belə bir xəbər çatmışdır ki, bəzi şəxslər cavabdehləri təhrik edirlər ki, onlara, onların tikintisinə problemlər yaradaraq ancaq pul alsınlar. Həmin şəxslər qarşılarına məqsəd qoyublar ki, onları şərləyərək, şantaj edərək, hədə-qorxu gələrək şərəf və ləyaqətini alçaldalaraq, vətəndaş və sahibkar kimi işgüzar nüfuzuna xələl yetirmək təhdidi ilə ondan böyük məbləğdə pul alsınlar. Dəfələrlə təklif olunmasına baxmayaraq, onlar yekun alqı-satqı müqaviləsi bağlamaqdan yayınırlar, nə yerdə qalan pulu götürmür, nə aldıqları 363000 manatı qaytarmır., nə də faktiki olaraq onlara məxsus olmayan mənzili boşaltmır. Ona deyirlər ki, onlar mənzili daha 500000 manata satmır, 700000 manata satır, ya siz bununla razılaşın, ya da onlar başqa şəxslərə satacaqdırlar. O onların bu sözləri ilə razılaşmadı və dedi ki, ya onların verdiyi pulu qaytarsınlar ya da mənzili boşaldın. Onlar cavab verdilər ki, nə pulu qaytaracaqlar, nə də mənzildən çıxacaqlar, nə də ki, tikintini aparılmasını qoymayacaqlardır. Cavabdeh2, Cavabdeh3 tikintinin aparılmasına maneçilik törədir, icazəsiz və təhlükəsizlik qaydalarını pozmaqla tikinti meydançasına girir və bununla da özlərinin və tikinti işlərini aparan işçilərin həyat və sağlamlığı üçün real təhlükə yaradırlar. 02 və 03 sentyabr 2022-ci il tarixində tikintidə tamamlama beton işləri aparılarkən Cavabdeh2 və Cavabdeh3 ora gələrək nəlayiq söyüşlər edərək, fəhlə və işçiləri zor tətbiq edəcəkləri ilə hədələyərək, Cavabdeh3 «əlindəki bıçağa oxşar dəmir parçası ilə fəhlələri hədələyərək, vurmağa cəhd edərək, onları nəlayiq küçə söyüşləri ilə təhqir edərək işlərin görülməsinə maneçilik törətmişdirlər. Onda belə narahatçılıq yaranıb ki, Cavabdeh2 və Cavabdeh3 qəsdən özlərinə xəsarət yetirəcəklər və bunu tikintidə baş verməsi barədə yalan məlumat verərək tikintinin dayandırılmasını və böyük məbləğdə təzminat istəyəcəklər. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, qarşılıqlı iddia üzrə 20000 manat miqdarında evə vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutulmasından əlavə, həmçinin əldən çıxmış faydaya görə 64800 manat, gecikdirilmiş, məbləğə görə illik 5 faizinə görə 40500 manat olmaqla cəmi 105300 manatın cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. (iddia tələbi dəqiqləşdirilmişdir). Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qızma qarşı “müqavilə üzə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. İddia tələbi aşağıda qeyd olunanlara əsasən tamamilə əsassız olduğundan iddianı qəbul etmir və təmin edilməməsini xahiş edir. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı2 MMC-nin təsisçisi İddiaçı3 18 fevral 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən öz təsis payını İddiaçı1 satmışdır. Bununla bağlı qeyd edirik ki, onların arasında təsis payının satılmasına dair alqı-satqı müqaviləsi bağlana bilər, lakin nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh1 ilə 3cü şəxs İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin müqavilədə hər hansı MMC-nin tikinti işlərinin həyata keçirilməsi məqsədilə müqavilənin bağlanması qeyd olunmamışdır. Yəni ki, qeyd olunan ilkin müqavilə iki fərqli fiziki şəxs arasında bağlanmışdır. Belə olan halda “MM Park"’ MMC və MMC-nin təsisçisi İddiaçı1 qeyd olunan ilkin müqavilə üzrə hər hansı hüquq və vəzifələrə malik olmadıqlarından, qeyd olunan ilkin müqavilə üzrə onlar Cavabdeh1 və ya onun ailə üzvlərinə qarşı hər hansı tələblə iddia qaldımaqda subyektiv hüquqa malik deyillər. Göründüyü kimi, qeyd oluııan tilkili müqavilə iddiaçı Cavabdeh1 ilə 3-cü şəxs İddiaçı3 arasında bağlandığından iş üzrə iddiaçılar İddiaçı2 MMC və MMC-nin təsisçisi İddiaçı1 iddiaçı kimi hazirki tələblə çıxış etmək üçün subyektiv hiiquqa malik olmadıqlarından qaldırılan iddia tələbi təmin edilə bilməz. Bundan başqa, məhkəmənin diqqətinə çatdırır ki, iddiaçı Cavabdeh1 ilə 3-cü şəxs İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə mənzilin alqı-satqısına dair notarial qaydada ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixə kimi AR Bakı şəhəri icra hakimiyyəti TİMH qeydiyyatı idarəsinin xx.xx.2000-ci il tarixli, 30/15601 qeydiyyat nömrəli (kitab 1102. səh 165535) qeydiyyat vəsiqəsinə əsasən iddiaçı Cavabdeh1 mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən mənzilinin 500 000 (beş yüz min) manata “Alıcı” İddiaçı3, yəni cavabdehə satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək qeyd olunan müqaviəlin bağlamışlar. Həmin müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur: "Birinci tərəf' Cavabdeh1 Onhı qızı satılacaq mənzili 500.000 (beş yüz min) manata qiymətləndirir və həmin qiyməti ikinci tərəf İddiaçı3 satmağı, "ikinci” tərəf İddiaçı3 500.000 (bes yiiz min) manata almağı öhdəsinə götürür. "İkinci" tərəf İddiaçı3 satış məbləğindən 230.000 (iki yüz otuz min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə "Birinci tərəf Cavabdeh1 Oulu qızına köçürməyi, satış qiymətindən 70.000 (yetmiş min) manatı 1 aya, 200.000 (iki yüz min) manatı isə mənzilin alqı-satqısına dair müqavilə bağlananadək ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixə kimi ünvan 4 ünvanında yerləşən mənzilin sökülüb sökülməməsindən, sökülmənin qevdə almıbalınmamasından asılı olmayaraq yekun əlavə müqavilənin bağlanması həvata keçiriləcəkdir. Həmin müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur: ‘‘Birinci tərəf “Cavabdeh1 müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetrilmədikdə aldığı 300.000 (üç yüz min) manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürür. "Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bu müqavilə üzrə öhdəliyin icra edilməməsi və va lazımı icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zərəri əvəzinin ödənilməsi vəzifəsi tərəflərin üzərinə düşür. Müqavilə bağlananda xx.xx.2020-ci il tarixdə 3-cü şəxs İddiaçı3 tərəfindən notariusun bankında açılan depozit hesabından iddiaçı Cavabdeh1 adına 230.000 (iki yüz otuz min) manat pul köçürülmüş, müqavilədədə nəzərdə tutulduğu kimi bir ay müddətində 70.000 (yetmiş min) manat və pulun qalıq hissəsi yəni cəmi 270.000 (iki yüz yetmiş min) manat pul iddiaçı Cavabdeh1 ödənilməmişdir. Qeyd olunan müqavilədən göründüyü kimi müqavilə üzrə 3-cii səxs İddiaçı3 öhdəlik götürmüşdür ki, xx.xx.2021-ci il tarixə kimi əlavə müqaviləni bağlayıb, qalan məbləği ödəməli idi. İddiaçı kimi hazirki tələhlə çıxış etmək üçün subvektiv hüquqa malik olmadıqlarına görə, o cümlədən qarşılıqlı iddiaçı Cavabdeh1 ilə 3-cü şəxs İddiaçı3 arasında bağlanmış ilkin müqaviləyə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərin 3-cü şəxs İddiaçı3 tərəfindən verinə yetirilmədi. Həmçinin Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən artıq xitam verildiyindən və belə bir hüquq mövcud olmadığından həmin müqavilə üzrə hər hansı tələbin irəli sürülməsi əsassızdır və ona görə də iddia tələbi təmin edilməməlidir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri İlkin iddia üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 etiraz ərizəsi ünvanlayaraq bildirmişdirlər ki, iddiaçılar İddiaçı1 və MM park MMC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilə üzə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişlər. Daha sonra İddiaçı3 ididaçı kimi işə əlavə olunmuşdur. İddia tələbi aşağıda qeyd olunanlara əsasən tamamilə əsassız olduğundan iddianı qəbul etmirik və təmin edilməməsini xahiş edirlər. Belə ki, iddia ərizəsində qeyd olunmuşdur ki, İddiaçı2 MMC-nin təsisçisi İddiaçı3 18 fevral 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən öz təsis payını İddiaçı1 satmışdır. Bununla bağlı qeyd edirik ki, onların arasında təsis payının satılmasına dair alqı-satqı müqaviləsi bağlana bilər, lakin nəzərə alınmalıdır ki, iddiaçı Cavabdeh1 ilə 3-cü şəxs İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış ilkin müqavilədə hər hansı MMC-nin tikinti işlərinin həyata keçirilməsi məqsədilə müqavilənin bağlanması qeyd olunmamışdır. Yəni ki, qeyd olunan ilkin müqavilə iki fərqli fiziki şəxs arasında bağlanmışdır. Belə olan halda İddiaçı2 MMC və MMC-nin təsisçisi İddiaçı1 qeyd olunan ilkin müqavilə üzrə hər hansı hüquq və vəzifələrə malik olmadıqıqlarından, qeyd olunan ilkin müqavilə üzrə onlar Cavabdeh1 və ya onun ailə üzvlərinə qarşı hər hansı tələblə iddia qaldımaqda subyektiv hüquqa malik deyillər. Belə ki, M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər iizrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur: “...məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ: müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız Qanunla müəvvən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riavət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni basaa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həvata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, qevd olunan ilkin müqavilə iddiaçı Cavabdeh1 ilə İddiaçı3 arasında bağlandığından is üzrə iddiaçılar İddiaçı2 MMC və MMC-nin təsisçisi İddiaçı1 iddiaçı kimi hazirki tələblə çıxış etmək üçün subyektiv hüquqa malik olmadıqlarından onlara münasibətdə qaldırgılan iddia tələbi təmin edilə bilməz. Bundan başqa məhkəmənin diqqətinə çatdırırq ki, iddiaçı Cavabdeh1 ilə İddiaçı3 arasında xx.xx.2020-ci il tarixdə mənzilin alqı-satqısma dair notarial qaydada ilkin müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən xx.xx.2021-ci il tarixə kimi AR Bakı şəhəri icra hakimiyyəti TİMH qeydiyyatı idarəsinin xx.xx.2000-ci il tarixli, 30/15601 qeydiyyat nömrəli (kitab 1102, səhl65535) qeydiyyat vəsiqəsinə əsasən iddiaçı Cavabdeh1 mülkiyyətində olan, ünvan 3 ünvanda yerləşən mənzilinin 500 000 (beş yüz min) manata “Alıcı” İddiaçı3, yəni cavabdehə satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək qeyd olunan müqaviəlin bağlamışlar. Həmin müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur: “ "Birinci tərəf’ Cavabdeh1 satılacaq mənzili 500.000 (beş yüz min) manata qiymətləndirir və həmin qiyməti ikinci tərəf İddiaçı3 satmağı, “ikinci ” tərəf İddiaçı3 500.000 (besyüz min) manata almağı öhdəsinə götürür. "İkinci" tərəf İddiaçı3 satış məbləğindən 230.000 (iki yüz otuz min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə "Birinci tərəf' Cavabdeh1 köçürməyi, satış qiymətindən 70.000 (yetmiş min) manati 1 aya 200.000 (iki yüz min) manatı isə mənzilin a/qı-satqısına dair müqavilə bağlananadək ödəməyi öhdəsinə götürür. ” Həmin müqavilənin 2.2-ci bəndinə əsasən razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixə kimi ünvan 5 ünvanında yerləşən mənzilin sökülüb sökülməməsindən, sökülmənin qeydə alınıb-alınmamasından asdı olmayaraq yekun əlavə müqavilənin bağlanması həvata keçiriləcəkdir. Həmin müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur: “Birinci tərəf “Cavabdeh1 müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetrilmədikdə aldığı 300.000 (üç yüz min) manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürür. ’’ Həmin müqavilənin 2.4-cü bəndində qevd olunmuşdur: “İkinci tərəf' İddiaçı3 müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə iizrə öhdəliyi verinə yetirmədikdə ödədiyi pulu şeri tələb etməyəcək. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bu miiaavilə iizrə öhdəliyin icra edilməməsi və ya lazımı icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zprəri əvəzinin ödənilməsi vəzifəsi tərəflərin üzərinə diisür. Müqavilə bağlananda xx.xx.2020-ci il tarixdə İddiaçı3 tərəfindən notariusun bankında açılan depozit hesabından iddiaçı Cavabdeh1 adma 230.000 (iki yüz otuz min) manat pul köçürülmüş, müqavilədədə nəzərdə tutulduğu kimi bir ay müddətində 70 000 (yetmiş min) manat və pulun qalıq hissəsi yəni cəmi 270.000 (iki yüz yetmiş min) manat pul iddiaçı Cavabdeh1 ödənilməmişdir. Qevd olunan müqavilədən göründüyü kimi müqavilə üzrə İddiaçı3 öhdəlik götürmüşdür ki. xx.xx.2021-ci il tarixə kimi əlavə müqaviləni bağlayıb, qalan məbləği ödəməli idi. Dəfələrlə müqavilə üzrə öhdəliyin icra edilməsi ilə bağlı iddiaçı tərəfindən cavabdehə müraciətlər olunsa da. keçən müddət ərzində İddiaçı3 tərəfindən hər hansı hərəkət edilməmişdir. Belə olan halda aralarında bağlanmış müqaviləyə əsasən İddiaçı3 öz müqavilə öhdəliyini verinə yetirmədiyi üçün həmin ilkin müqaviləyə artıq xitam verilmişdir. Beləliklə yuxarıda qevd olunanlardan göründüyü kimi iddiaçı Cavabdeh1 ilə İddiaçı3 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ilkin müqaviləyə həmin müqavilədə nəzərdə tutulmuş şərtlərin İddiaçı3 tərəfindən verinə yetirilmədiyi, o cümlədən Mülki Məcəlləsinin 402.5-ci maddəsinə əsasən artıq xitam verildiyindən həmin müqavilə üzrə hər hansı tələbin irəli sürülməsi əsassızdır, ona görə də iddia tələbi təmin oluna bilməz. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən İlk iddia üzrə İddiaçı2 MMC-nin nümayəndəsi X4 ilkin iddia ərizəsinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İlk iddia üzrə İddiaçı1 və İddiaçı3 nümayəndəsi və vəkili Vəkil2 ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh1, onun nümayəndəsi və vəkili Vəkil1 qarşılıqlı iddia tələbini müdafiə etdiklərini bildirmiş və təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh3 ilkin iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki işin materialları İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli Sərəncamından görünür ki, “Nehrəm” Holdinq Kompaniyasının müraciəti və Bakı Şəhər İcra Hakimiyyətinin razılıq məktubu nəzərə alınaraq, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsi, 945 saylı məhəllədə 0,386+0.08 ha torpaq sahəsi yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında həmin kompaniyanın istifadəsinə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının “Nehrəm” Holdinq Kompaniyasına yaşayış binasının tikintisinə icazə verilməsi haqqında xx.xx.2015-ci il tarixli Sərəncamdan görünür ki, “Nehrəm” Holdinq Kompaniyasının xx.xx.2014-cü il tarixli, 008/15 saylı müraciətini, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini və Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2003-cü il tarixli 466 saylı sərəncamının 5ci bəndini nəzərə alaraq: Nərimanov rayonu, AK.H.Əliyev küçəsi, 945-ci məhəllədə yaşayış binasının tikintisinin “Nehrəm” Holdinq Kompaniyasına icazə verilmişdir. - Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 466 saylı sərəncamının 5-ci bəndində dəyişiklik edilməsi haqqında xx.xx.2015-ci il tarixli Sərəncamından görünür ki, “Nehrəm” Holdinq Kompaniyasının xx.xx.2015-ci il tarixli, 001 saylı müraciətini nəzərə alaraq, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli 466 saylı sərəncamının 5-ci bəndində yaşayış binasının ifadəsi, yaşayış binalarının ifadəsi kimi oxunsun. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin tikinti işlərinə dair xx.xx.2015-ci il tarixli xüsusi nişandan görünür ki, sifarişçi “Nehrəm” Holdinq Kompansiyası, obyektin ünvanı Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 945 saylı məhəllə, obyektin təyinatı yaşayış binası/18 mərtəbəli (+texmərtəbə) 2 girişli (1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, zirzəmi mərtəbəsi yeraltı avtodayanacaq və texniki sahədir. - Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, “X7” MMC-nin rəhbərliyi xx.xx.2015-ci il tarixli, 004 nömrəli məktubla Rayon İcra Hakimiyyətinə müraciət edərək, X9 küçəsi, 945-ci məhəllədə təqdim olunmuş layihəyə uyğun 2 girişli 18 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilməsini xahiş etmişdir. Nərimanov Rayon İcra Hakimiyyəti qeyd olunan məsələnin müsbət həllinə etiraz etmir. - Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.2003-cü il tarixli, 446 saylı Sərəncamının 5-ci bəndi, xx.xx.2015-ci il tarixli, 51 saylı sərəncamı, 11311 saylı inşaat pasportu əsasında Nərimanov rayonu, X9 küçəsi, 945-ci məhəllədə tikintisi nəzərdə tutulan 2 girişli yaşayış binasının inşa edilən 2-ci girişinin mövcud vəziyyətdə təqdim olunmuş yeni işçi layihəsinə baxılaraq (2-ci giriş: 18 mərtəbəli + mansarda, 1-ci, 2-ci və zirzəmi mərtəbələri – qeyri-yaşayış sahəsi, "xxxx" MMC-nin işi, LBM A.Həsənov) onun memarlıq hissəsi razılaşdırılır. - AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin xx.xx.2017-ci il tarixli rəydən görünür ki, “Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 945 saylı məhəllədə 2 girişli, 18 mərtəbəli, (+texniki mərtəbə) yaşayış binası (Blok 2:dəyişiklərlə əlaqədar)” üzrə işçi layihəsi bu rəyin 3-cü bölməsinin tələblərinin yerinə yetirilməsi və bütün işlərin icrasının AR qanunvericiliyində müəyyənləşdirilmişş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılır. - AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Tikintilərin Dövlət Reyestri Tikinti obyektlərinə erilən koda dair şəhadətnamədən görünür ki, “Nehrəm” Holdinq Kompaniyasına yaşayış binası (Baş plan üzrə blok 2) Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 945 saylı məhəlləyə 14 fevral 2019-cu il tarixində 001812 kodu verilmişdir. - AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 14 fevral 2019-cu il tarixli məktubundan görünür ki, “Nehrəm” Holdinq Kompaniyasının xx.xx.2019-cu il tarixli 01/161 nömrəli məktubu ilə Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 945 saylı məhəllədə 1 ədə 2 girişli 18 mərətbəli yaşayış binasının (Baş plan üzrə blok 2) tikintisinə icazə verilməsinə dair təqdim olunmuş sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilmişdir. - 30 yanvar 2020-ci il tarixli məznilin alqı-satqısına dair ilkin müqavilədən görünür ki, Cavabdeh1 ilə İddiaçı3 xx.xx.2021-ci il tarixə kimi AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşma və mülkiyyət hüquqların qeydiyyatı idarəsinin xx.xx.2000-ci il tarixli 30/16601 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən mənzili 500000 manata İddiaçı3 satılması barədə gələcəkdə alqı-satqı müqaviləsinin bağlanmasına dair razılığa gələrək müqaviləni bağlamışdırlar. - ünvan 8ndən təsdiq edilən Cavabdeh3 30 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 7 ünvanında yerləşən mənzilin satılmasına razıdır. - ünvan 8ndən təsdiq edilən Cavabdeh2 30 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 7 ünvanında yerləşən mənzilin satılmasına razıdır. - ünvan 8ndən təsdiq edilən Cavabdeh4 30 yanvar 2020-ci il tarixli ərizəsindən görünür ki, qeydiyyatda olduğu ünvan 7 ünvanında yerləşən mənzilin satılmasına razıdır. - "xxxx" ASC-nin 30 yanvar 2020-ci il tarixli mədaxil orderindən görünür ki, 230000 manat pul hesaba mədaxil edilmişdir. - 19 mart 2020-ci il tarixli birgə fəaliyyətə dair müqavilədən görünür ki, “X6” MMC ilə İddiaçı2 MMC razılığa gəlirlər ki, İddiaçı2 MMC ilə “X6” MMC Bakı şəhəri, Nərimanov rayonu, X9 küçəsi, 945 saylı məhəllə ünvanında yerləşən 0,386+0,08 ha torpaqdan 0,16 torpaq sahəsi üzərində 1-ci və 2-ci mərtəbələrində qeyri-yaşayış sahələrinin, zirzəmidə 1 mərtəbə avtodayanacaq olacaq bir girişli iki bloklu 18 mərtəbəli (+texniki mərtəbə) yaşayış binasının tikintisi, həmin yaşayış binasındakı mənzillərin satışı və bundan irəli gələn işlərin aparılması ilə əlaqədar birgə fəaliyyəti həyata keçirəcəklər. - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh1 ilkin alqı-satqı müqaviləsinə əsasən pulundan 60000 mnatda aldı yerdə qaldı 210000 manat. - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh3 anasına məxsus evin pulundan 20000 manat aldı, qalan 190000 manat pulu müqaviləyə əsasən alacaqdır. - xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, Cavabdeh3 İddiaçı1 anasına məxsus evdən 25000 manat pul aldı. - 18 fevral 2022-ci il təsis payının alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı3 İddiaçı2 MMC-nin nizamnamə kapitalında ona məxsus 2126979,20 manat olan 100% təşkil edən 1 payının 2126969,2 manat dəyərində mal materialdan ibarət hissəsini 500000 manata, 10 manat təşkil edən hissəsini isə 10 manat ümumilikdə 500010 manata İddiaçı1 satmışdır. İddiaçı1 tərəfindən İddiaçı3 500010 manat notariusun bankda açılan depozit hesabı vasitəsilə ödənildi. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1503 nömrəli 05 may 2023-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzilin sahəsi 17.2 kv.m, 16,5 kv.m və 9,4 kv.m olan tikililərin konstruktiv elementlərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğu müəyyən edilir. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzilin konstruktiv elementlərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların yaranmasının texniki səbəbi tikinti konstruksiya sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. - AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 08 aprel 2024-cü il tarixli rəyindən göünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzildə əmələ gəlmiş qüsurların əmələ gəlmə səbəbləri binanın 1901-ci ildən inşa olunduğundan konstruksiyalarının fiziki cəhətdən köhnəlməsi, tikinti zamanı tikinti norma və qaydalarına əməl olunmaması, vaxtaşırı təmir və bərpa işlərinin aparılmamasıdır. 1-ci sualın cavabında qeyd edilənlər və tikinti quraşdırma işlərinin 2020-ci ildə dayandırıldığı vaxtdan xeyli müddət keçməsi və çatların köhnə olması səbəbindən, qeyd olunan qüsurlar (çatlar) yaxınlıqda tikinti-quraşdırma işlərinin aparılması zamanı yaranması barədə vizual texniki müayinə nəticəsində fikir bildirmək mümkün deyil. - AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1503 nömrəli 23 iyun 2024-cü il tarixli rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzilin sahəsi 17.2 kv.m, 16,5 kv.m və 9,4 kv.m olan tikililərin konstruktiv e elementlərində, yəni divarlarda və divarla tavanın birləşmə hissələrində üfüqi və şaquli çatların olduğu müəyyən edilir. Fövqaladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, “Azərinşaatlayihə” DBLKT institutunun xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzildə əmələ gəlmiş qüsurların əmələ gəlmə səbəbləri 1901-ci ildən inşa olunduğundan konstruksiyalarının fiziki cəhətdən köhnəlməsi, tikinti zamanı tikinti norma və qaydalarına əməl olunmaması, vaxtaşırı təmir və bərpa işlərinin aparılmamasıdır. Eyni zamanda yuxarıda qeyd edilənlər və tikinti quraşdırma işlərinin 2020-ci ildə dayandırıldığı vaxtda xeyli müddət keçməsi və çatların köhnə olması səbəbindən qeyd olunan qüsurlar (çatlar) yaxınlıqda yaxınlıqda tikinti-quraşdırma işlərinin aparılması zamanı yaranması barədə vizual texniki müayinə nəticəsində fikir bildirmək mümkün deyil. Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzildə əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri mövcud çatların tikinti konstruksiyası sahəsində xüsusi biliyə malik olan tikinti konstruktorları tərəfindən müvafiq müqayinə və hesablamalar aparılmaqla müəyyənləşdirilə bilər. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. MM-nin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. MM-nin 324.1-ci maddəsinə əsasən, əqd mülki huquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-nin 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. MM-nin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur (maddə 568.1). Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissəhissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər (maddə 598) Qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər (maddə 599.3). Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (maddə 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (maddə 442). Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1). Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır (maddə 448.2). Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.( maddə 427.3) Əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.(maddə 427.3) Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə qiymətləndirilməlidir. Bu mənada, öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllə nəzərdə tutur ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik tərədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər (maddə 425.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” qərarına əsasən Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi andan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə Həmçini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096 və 1097.1-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər iizrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında və Konstitusiya Məhkəməsi Plenumunun S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 iyul 2015-ci il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ... ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. “Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikasının MPM-nin: - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə: “Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.” Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, eləcə də tərəflər arasında bağlanılmış mənzilin ilkin alqı-satqı müqavilələrinin müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz müqavilə hüququ çərçivəsində həll edilməlidir. İşin materiallarından görünür ki, Cavabdeh1 ilə İddiaçı3 arasında 30 yanvar 2020-ci il tarixli məznilin alqı-satqısına dair ilkin müqavilə bağlanmışdır. İddiaçı2 MMC-nin təsisçisi İddiaçı3 18 fevral 2022-ci il tarixdə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən öz təsis payını İddiaçı1 satmışdır. Hazırda İddiaçı1 ilk iddiaçı kimi iddiada göstərilənlərin təmin edilməsini xahiş edir. Lakin məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında formalaşmış hüquqi mövqelərə əsasən İddiaçı2 MMC və MMC-nin təsisçisi İddiaçı1 qeyd olunan ilkin müqavilə üzrə hər hansı hüquq və vəzifələrə malik olmadığından, qeyd olunan ilkin müqavilə üzrə o Cavabdeh1 və ya onun ailə üzvlərinə qarşı hər hansı tələblə iddia qaldımaqda subyektiv hüquqa malik olmamışdır. Məhkəmə ilk iddia üzrə İddiaçı3 ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə mənzilin alqı-satqısma dair notarial qaydada bağlanmış ilkin müqavilə ilə bağlı irəli sürülən dəlillərlə bağlı hesab edir ki, Mülki Məcəllənin yuxarıda göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının hazırki iddia tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2020-ci tarixli mənzilin alqı-satqısına dair ilkin müqavilənin şətlərinə uyğun olaraq tərəflər üzərinə öhdəlik götürmüşlər ki, xx.xx.2021-ci il tarixə kimi AR Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşma və mülkiyyət hüquqların qeydiyyatı idarəsinin xx.xx.2000-ci il tarixli 30/16601 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh1 mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən mənzili 500000 manata İddiaçı3 satılacaqdır. Həmin müqavilənin 2.1-ci bəndində qeyd olunmuşdur: “ "Birinci tərəf’ Cavabdeh1 satılacaq mənzili 500.000 (beş yüz min) manata qiymətləndirir və həmin qiyməti ikinci tərəf İddiaçı3 satmağı, “ikinci ” tərəf İddiaçı3 500.000 (beş yüz min) manata almağı öhdəsinə götürür. "İkinci" tərəf İddiaçı3 satış məbləğindən 230.000 (iki yüz otuz min) manatı notariusun bankda açılan depozit hesabı vasitəsi ilə "Birinci tərəf' Cavabdeh1 köçürməyi, satış qiymətindən 70.000 (yetmiş min) manati 1 aya 200.000 (iki yüz min) manatı isə mənzilin a/qı-satqısına dair müqavilə bağlananadək ödəməyi öhdəsinə götürür.» Həmin müqavilənin 2.2-ci bəndinə əsasən razılığa gəlmişlər ki, xx.xx.2021-ci il tarixə kimi ünvan 5 ünvanında yerləşən mənzilin sökülüb sökülməməsindən, sökülmənin qeydə alınıb- almmamasından asdı olmayaraq yekun əlavə müqavilənin bağlanması həvata keçiriləcəkdir. Həmin müqavilənin 2.3-cü bəndində qeyd olunmuşdur: “Birinci tərəf “Cavabdeh1 müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə üzrə öhdəliyi yerinə yetrilmədikdə aldığı 300.000 (üç yüz min) manat məbləğində pulu geri qaytarmağı öhdəsinə götürür. ’’ Həmin müqavilənin 2.4-cü bəndində qevd olunmuşdur: “İkinci tərəf' İddiaçı3 müqavilənin birtərəfli qaydada pozulması tələbində olduqda və ya bu müqavilə iizrə öhdəliyi verinə yetirmədikdə ödədiyi pulu geri tələb etməyəcək. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən bu müqavilə iizrə öhdəliyin icra edilməməsi və ya lazımı icra edilməməsi nəticəsində tərəflərdən hər hansı birinə dəymiş zprəri əvəzinin ödənilməsi vəzifəsi tərəflərin üzərinə diisür. İşin materiallarından görünür ki, müqavilə bağlanan xx.xx.2020-ci il tarixdə İddiaçı3 tərəfindən notariusun bankında açılan depozit hesabından iddiaçı Cavabdeh1 adına 230.000 (iki yüz otuz min) manat pul köçürülmüşdır. Məhkəmə qeyd edir ki, Mülki Məcəlləyə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır və əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilir. Həmçinin ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir, əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. Lakin müəyyən edilmişdir ki, müqavilədə də nəzərdə tutulduğu kimi bir ay müddətində 70 000 (yetmiş min) manat və pulun qalıq hissəsi yəni cəmi 270.000 (iki yüz yetmiş min) manat pul iddiaçı Cavabdeh1 ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 402.1-ci maddəsinə görə ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər və Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən qanunvericilikdə və ya tərəflərin könüllü götürdükləri öhdəlikdə nəzərdə tutulan hallarda tərəfin üzərinə müqavilə bağlamaq vəzifəsi qoyula bilməsi təsbit edilmişdir. Lakin məhkəmə hesab edir ki, tələbin 137000 manat cavabdehə ödənilməklə yekun alqı-satqı müqaviləsinin bağlanmasının təmin edilməsi mümkün deyildir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, müqavilədə nəzərdə tutulmuş şərtlər İddiaçı3 tərəfindən verinə yetirilməmişdir. İddiaçı tərəf satış qiymətindən 70.000 (yetmiş min) manati 1 aya 200.000 (iki yüz min) manatı isə mənzilin alqı-satqısına dair müqavilə bağlananadək ödəməməyini maliyyə problemləri ilə əlaqələndirmiş, lakin buna baxmayaraq əvvəlki təsisçi İddiaçı1 tərəfindən evin pulundan cavabdehə və ailə üzvlərinə bir neçə dəfə pul ödənilməsini (20 000+25 000+18 000) AZN və hazırda cavabdehlərə ödənilmiş pulun cəmi məbləqi 363 000 (üç yüz altmış üç min) manat təşkil etməsini bildirmişdir. Lakin cavabdeh tərəf İddiaçı1 ilə aralarında olan pul məsələrinin hazırki mübahisəyə heç bir aidiyyatı olmamasını, bu məsələnin ayrı məhkəmə icraatında mübahisələndirilə bilməsini göstərmişlər. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin Cavabdeh1 adına 230.000 (iki yüz otuz min) manat pul köçürülməsindən sonra qeyri rəsmi (yazılı qəbzlə) ona və ailə üzvlərinə mübahisəli mənzillə bağlı pul verilməsinə dair izahatı və iş materiallarında olan qəbzləri bunu həyata keçirən şəxsin hazırki iddia ilə subyektiv hüquqa malik olmayan şəxs olduğu üçün sübut növü kimi qəbul edilə bilməz və eyni zamanda da qeyd edir ki, bu hal iddiaçı tərəfin bildirdiyi kimi mövcud olduğu təqdirdə belə, iddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsi kimi qiymətləndirilə bilməz. Beləliklə də, müqavilə üzrə 137000 manat məbləğin ödənilməmiş qalması və xx.xx.2020-ci il tarixli ilkin müqaviləni Cavabdeh1 alqı-satqı müqaviləsinin bağlanmasından imtina etməsinin onun birtərəfli qaydada “Mənzilin alqı-satqıına dair ilkin müqavilə”–nin pozulması kimi qiymətləndirilməsinə dair ilk iddianın dəlillərinin əsaslı olması öz təsdiqini tapmadığından, eləcə də, müqavilədə nəzərdə tutulmuş şərtlər İddiaçı3 tərəfindən verinə yetirilməməsi işin mübahisəsiz və özü tərəfindən etiraf edildiyi halı olduğundan sözügedən məbləgin cavabdehə ödənilməklə yekun alqı-satqı müqaviləsinin bağlanmasının təmin edilməsinə dair iddia tələbinin təmin edilməsi əsassızdır. Göstərilənləri nəzərə alaraq, həmçinin də müqavilənin 2.4-cü bəndinin tələbləri baxımından məhkəmə hesab edir ki, bu müqavilə iizrə öhdəliyi verinə yetirmədiyinə görə də iddiaçı tərəfin cavabdehə ödədiyi pulu geri tələbinə dair iddiası da əsassızdır. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Həmçinin iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının ilkin iddia ilə bağlı irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından əsassızdır. Məhkəmə iddiaçının ilkin iddia ilə bağlı irəli sürdüyü tələblərin əsassız olmasının müəyyən edilməsi ilə əlaqədar törəmə tələblə olan dəfələrlə verdiyi pulun (əldən çıxmış fayda) və işgüzar nüfuzuna vurduğu zərərin əvəzi kimi 100 000 (yüz min) manat cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsinə dair dəlilləri üzrə əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Məhkəmə yuxarıda sadalanan maddələrin tələblərinə uyğun olaraq qarşılıqlı iddia üzrə qeyd edir ki, zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərərin onu vuran şəxsə aid edilməsini nəzərdə tutur. Borclu yalnız səbəb olduğu, yaranmasına görə cavabdehlik daşıdığı zərərin əvəzinin ödənilməsinə cəlb edilə bilər. Beləliklə zərərin mövcud olması, bunun cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri məsələləri məhkəmə tərəfindən müəyyən edilməli olan hallardır Məhkəmə baxışı zamanı araşdırılmış hallardan isə görünür ki, qarşılıqlı iddia üzrə iddiaçılar onlara maddi zərərin vurulmasını, həmin zərərlə qarşılıqlı iddia üzrə cavabdehlərin qanunsuz hərəkət və ya hərəkətsizliyi arasında səbəbli əlaqənin olmasını, habelə zərərin vurulmasında cavabdeh tərəfin təqsirinin olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir İş üzrə təyin edilərək keçirilmiş ekspertiza rəyi də Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsində yerlşən 33 saylı evin, 3 saylı mənzildə əmələ gəlmiş qüsurların əmələ gəlmə səbəblərini 1901-ci ildən inşa olunduğundan konstruksiyalarının fiziki cəhətdən köhnəlməsi, tikinti zamanı tikinti norma və qaydalarına əməl olunmaması, vaxtaşırı təmir və bərpa işlərinin aparılmaması ilə əsaslandırmışdır. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin - 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. - 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə baxışı zamanı qarşılıqlı iddiaçı tərəf ekspertiza rəyində müəyyən edilən halları təkzib edə bilən və ya onun əsaslı olmasını şübhə altına ala biləxək hər hansı arqument və ya sübut növü təqdim etmədiyindən məhkəmə hesab edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Beləliklə də məhkəmə hesab edir ki, qarşılıqlı iddianın evə vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutulmasına dair hissəsi əsassız olduğu üçün təmin edilə bilməz. Məhkəmə həmçinin qarşılıqlı iddianın evə vurulmuş zərərin əvəzinin cavabdehlərdən tutulmasına dair hissəsinin əsassız olduğu üçün tələbin əldən çıxmış faydaya görə 64800 manat, gecikdirilmiş, məbləğə görə illik 5 faizinə görə 40500 manat tutulmasına dair dəlilləri üzrə əlavə araşdırılmasına lüzum görməyərək özünün bu mövqeyini də mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası MPM-nin: - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə məhkəmə hesab edir ki, hər iki iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 MMC, İddiaçı1, İddiaçı3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair” ilkin iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçılara aid edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 MM Park” MMC, İddiaçı1, İddiaçı3 qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №2(005)-62/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-62/2024
23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver