Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-620/2024 30.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz əldə edilən 15 000 (on beş min) manat məbləğində pulun və 135 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Rahib Əliyev tərəfindən iddiaçının oğlu - X9 Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsi ilə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb etmişdir: guya ki, o, Cavabdeh məxsus tikinti materialları mağazasında əmək müqaviləsi üzrə satıcı işləyən zaman ona etibar edilmiş əmlakı oğurlayaraq talan etmiş və bu hərəkətləri ilə cavabdehə 26 498,13 manat məbləğində ziyan vurmuşdur. İşin hallarından müəyyən olunur ki, Asya Əsgərovanın şikayəti üzrə Nərimanov rayon Polis İdarəsində dəfələrlə araşdırmalar aparılmış, lakin Araz Nağıyevin əməlində nə oğurluq, nə mənimsəmə, nə də ki dələduzluq faktı təsdiq edilmədiyi üçün cinayət işinin başlanması hər dəfə rədd edilmişdir. Belə ki, Nərimanov Rayon Prokurorluğunun müstəntiqi Elfanə Bayramovanın xx.xx.2018-ci il tarixli qərarı ilə, mənimsəmə faktı təsdiq edilmədiyi üçün Asiya Əsgərovanın şikayəti üzrə cinayət işinin başlanması rədd edilmişdir. Nərimanov Rayon Prokurorunun 24 iyun 2019-cu il tarixli qərarı ilə həmin qərarı ləğv edilmiş, iş təkrar istintaqa qaytarılmışdır. Nərimanov PRİ-nin müstəntiqi Elnur Məmmədovu 18 mart 2020-ci il tarixli qərarı ilə cinayət işin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Nərimanov rayon prokurorunun 12 noyabr 2020-ci il tarixli qərarı Elnur Məmmədovun 18 mart 2020-ci il qərarı əsassız olaraq ləğv edilmiş, oğurluq faktı üzrə AR CM-nin 177.2.4-cü maddəsi ilə qondarma cinayət işi başlanmışdır. Həmin işi icraatına gəbul etmiş müstəntiq Rahib Əliyev tam qanunsuz olaraq Araz Nağıyevi Azərbaycan Respublikası CM-nin 177.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmiş və onu həbs edərək Nərimanov RPİ-nin MSY-nə yerləşdirmişdir. Araz Nağıyev həbsdə olduğu zaman müstəntiq iddiaçı X4 - zəng edib, oğlunu həbs etdiyini və təcridxanaya yerləşdirdiyini bildirmiş, yalnız 26 498,13 manat zərərin ödənildiyi halda onu həbsdən azad edə biləcəyi ilə iddiaçını hədələmişdir. İddiaçı bildirir ki, bir ana kimi o bu xəbərdən vahiməyə düşmüş, işin hallarına varmadan qohumlarından 15 000 manat pul yığıb, həmin pulları müstəntiqə çatdırmışdır. Müstəntiq protokol tərtib etməklə həmin pulları cavabdeh (“zərərçəkmiş şəxs") Asiya Qasımovaya təqdim etmişdir və dərhal oğlunu həbsdən azad etmişdir. İstintaqın sonrakı mərhələsində Araz Kazımova verilmiş ittiham təsdiq edilməmiş və cinayət işinə bəraətverici əsaslar ilə xitam verilmişdir. Müəyyən olunmuşdur ki müstəntiq Rahib Əliyev qondarma sübutlar üzrə tamamilə qanunsuz olaraq Araz Nağıyevi cinayət məsuliyyətinə cəlb edilmiş və işi məhkəməyə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(005)-107/2021 saylı qərarı ilə qondarma cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai istintaqa prosessual rəhbərlik edən prokurora qaytarılmışdır, müstəntiq və prokuror barəsində xüsusi qərar çıxarılmışdır. Məhkəmə tərəfindən cinayət işi istintaqa qaytarıldıqdan sonra o, Nərimanov RPİ-nin müstəntiqi Ceyhun Hüseynovun icraatına verilmişdir. Araz Nağıyevin əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün müstəntiq Ceyhun Hüseynovun 05 yanvar 2022-ci il tarixli qərarı ilə cinayət işinin icraatına bəraətverici əsaslar üzrə xitam verilmişdir. Nərimanov RPİ-nin istintaq şöbəsinin qanunsuz əməlləri nəticəsində Araz Nağıyevə maddi və mənəvi ziyan vurulmuşdur. Oğlunun təqsirini sübuta yetirə bilmədiyi halda, yəni hər hansı hüquqi əsas olmadan müstəntiq iddiaçıdan 15 000 manat pul alıb protokol üzrə cavabdehə təhvil vermişdir. Maddi və mənəvi ziyan bilavasitə istintaq orqanının qanunsuz əməlləri nəticəsində vurulduğu üçün oğlu Araz Nağıyev Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı məhkəməyə iddia ərizəsi verib, ona vurulmuş mənəvi və 15 000 manat məbləğində maddi ziyanın dövlət büdcəsindən ödənilməsini tələb etmişdir. Nəsimi Rayon Məhkəməsinin (hakim Ramin Xəlilov) xx.xx.2022-ci il tarixli 2(067)- 2042/2022 saylı qətnaməsi ilə mənəvi ziyanın ödənilməsi hissəsində Araz Nağıyevin iddia tələbi qismən təmin edimişdir, lakin 15 000 manat məbləğində maddi ziyanın ödənilməsi hissəsində iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(103)-6522/2022 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və qətnamə qanuni qüvvəyə minmişdir. 15000 manat məbləğində maddi ziyanın dövlət büdcəsindən ödənilməsi hissəsində Araz Nağıyevin iddia tələbini rədd edən məhkəmələr, bunu belə əsaslandırmışlar ki, göstərilən pullar Araz Nağıyeva məxsus olmamış və tərəfindən təqdim edilməmiş, bu səbəbdən o həmin pulları qeri tələb etmək hüququna da malik deyil. Maddi ziyana məruz qalan və ziyanın ödənilməsini tələb etmək hüququna (subyektiv hüquq) malik olan şəxs X2 məxsusdur. Lakin bu halda cavabdeh subyekt kimi dövlət orqanı deyil, pulları əldə etmiş Cavabdeh çıxış etməlidir. Göründüyü kimi Cavabdeh heç bir qanuni əsas olmadan iddiaçının 15 000 manat pulunu qanunsuz əldə etmişdir və mülki qanunvericiliyin tələblərinə görə əsassız əldə etdikləri pulları öz sahibinə geri qaytarmalıdır. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddiaya qarşı etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı tərəfindən verilmiş iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı qarşı sonuncuya maddi ziyanın vurulması ilə nəticələnmiş hər hansı mülki hüquq pozuntusuna (deliktə) yol verməmişdir. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində Cavabdeh yol verdiyi delikt göstərilməmiş və əsaslandırılmamışdır, Əksinə iddiaçı tərəfindən qeyd edilmiş işin faktiki hallarından görünür ki, iddiaçıya oğlu barəsində cinayət işi üzrə istintaqı aparan müstəntiq tərəfindən zəng edilmiş, onun oğlunun həbs edildiyi və təcridxanaya yerləşdirildiyi, zərərin ödəniləcəyi halda oğlunun həbsdən azad ediləcəyi bildirilmişdir. İddiaçı da həmin vaxt oğlunu həbsdən azad etməkdən ötrü 15,000 (on beş min) manat məbləğində pul vəsaitini müstəntiqə vermişdir. İddiaçının özü tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, təqsirləndirilən şəxs X14 zərərçəkmiş şəxs Cavabdeh vurmuş olduğu 28115,63 (iyirmi səkkiz min bir yüz on beş manat altmış üç qəpik) manat məbləğində maddi ziyanın müqabilində 16 noyabr 2020-ci il tarixdə Nərimanov RPİ-nin İstintaq şöbəsində anası İddiaçı vasitəsilə Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat və 10200 (on min iki yüz) manat ekvivalentində 6000 (altı min) ABŞ dolları olmaqla cəmi 15000 (on beş min) ödəniş etmişdir. Bununla əlaqədar Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X11 tərəfindən 16 noyabr 2020-ci il tarixdə İddiaçı və zərərçəkmiş şəxs Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Göründüyü kimi iddiaçının ona iddia etdiyi maddi ziyanı təşkil edən pul vəsaiti Cavabdeh tərəfindən deyil, Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı Əliyev Rahib tərəfindən həmin dövrdə istintaqı aparılan cinayət işi çərçivəsində təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyan müqabilində alınaraq zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh verilmişdir. Belə olan halda Cavabdeh tərəfindən hansısa mülki hüquq normasını pozmaqla iddiaçıya maddi ziyan vurması birmənalı şəkildə istisna edilir. Göründüyü kimi hazırkı iş üzrə cavabdeh qismində çıxış edən Cavabdeh tərəfindən təqsirli olan qanunsuz hərəkət və ya hərəkətsizlik həyata keçirilməmişdir. İddiaçı tərəfindən verilmiş iddia ərizəsində də bununla bağlı heç bir qeyd mövcud deyil. Digər tərəfdən iddiaçının oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar müvafiq istintaq orqanı ilə vətəndaş arasında yaranmış hüquqi münasibətlərdə müstəntiq tərəfindən hər hansı qanunsuz hərəkət və ya hərəkətsizliyə yol verilmişsə bu pozuntuya görə həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh deyil, həmin hərəkətə yaxud hərəkətsizliyə yol vermiş əməkdaş məsuliyyət daşıyır. İddiaçının təqdim etdiyi iddia ərizəsinə əlavə sənədlərdən görünür ki, iddiaçı haqlı olaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı müstəntiqin hərəkətləri nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin, o cümlədən həmin iş üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticə o anlama gəlmir ki, iddia edilən zərərin əvəzi müvafiq cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh tərəfindən ödənilməlidir. Beləliklə, Mülki Məcəllənin 1096.1ci maddəsi kontekstində məhz hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş Cavabdeh tərəfindən vurulmuş zərərin ödənilməsi üçün zəruri olan hüquqi əsasların heç biri müəyyən edilmir. Hazırkı iş üzrə iddiaçı tərəfindən ona cavabdehin maddi ziyan vurduğu iddia edilsə də, bununla bağlı ümumiyyətlə heç bir sübuta istinad edilməmiş və iddia ərizəsinə əlavə olunmamışdır. Digər tərəfdən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi halların göstərilməsi üçün təqdim etdiyi Nərimanov RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X3 tərəfindən qəbul edilmiş cinayət işinin icraatına xitam verilməsi haqqında 05 yanvar 2022-ci il tarixli qərarı iddiaçıya maddi ziyanın məhz cavabdeh tərəfindən vurulduğuna dəlalət etmir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, həmin qərar Nərimanov rayon prokurorluğu tərəfindən xx.xx.2022-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Hazırda hazırkı iş üzrə cavabdeh qismində göstərilmiş Cavabdeh müraciəti əsasında iddiaçının övladı X7 əməlində Azərbaycan Respublikası CM-nin 179- cu maddəsinin tərkib əlamətlərinin olub-olmaması ilə bağlı araşdırmalar Bakı şəhər prokurorluğunda və Nərimanov rayon prokurorluğunda davam edir. Beləliklə, yuxarıda istinad edilmiş normaların, eyni zamanda sübutetmə ilə bağlı digər normaların hüquqi mənası baxımından iddiaçının istinad etdiyi halların sübutu kimi təqdim etdiyi sənəd və məlumatlar aiddiyətlilik, tamlıq, mötəbərlik kimi prinsiplərə cavab vermir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda iddia ərizəsi ilə eyniməzmunlu izahat verib, iddia tələbini müdafiə edib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin əsassız olduğunu bildirib, yazılı etirazın dəlilləri üzrə eyniməzmunlu izahat verib, iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsində də 15000 manat məbləğində ziyanın dəyməsinin sübuta yetirilmədiyini öz əksini tapmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, təqdim edilən sübutları tədqiq edərək, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Nərimanov RPİ-si İŞ-nin müstəntiqi X1 05 yanvar 2022-ci il tarixli “cinayət işinin icraatına xitam verilməsi haqqında” Qərarından görünür ki, AR CM-nin 177.2.4-cü maddəsi ilə başlanmış ********* saylı cinayət işi üzrə icraata xitam verilmişdir. İş materiallarında olan Nərimanov RPİ-si İŞ-nin müstəntiqi X6 27 noyabr 2020-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərarından müəyyən olunur ki, təqsirləndirilən şəxs X14 zərərçəkmiş şəxs Cavabdeh vurmuş olduğu 28115,63 (iyirmi səkkiz min bir yüz on beş manat altmış üç qəpik) manat məbləğində maddi ziyanın müqabilində 16 noyabr 2020-ci il tarixdə Nərimanov RPİ-nin istintaq şöbəsində anası İddiaçı vasitəsilə Cavabdeh 4800 (dörd min səkkiz yüz) manat və 10200 (on min iki yüz) manat ekvivalentində 6000 (altı min) ABŞ dolları olmaqla cəmi 15000 (on beş min) manat ödəniş etmişdir. Bununla əlaqədar 16 noyabr 2020-ci il tarixdə İddiaçı və zərərçəkmiş şəxs Cavabdeh iştirakı ilə müvafiq protokol tərtib olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(006)-2042/2022 saylı qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən iddiaçı X8 xeyrinə mənəvi zərərə görə 500 (beş yüz manat) manat pul tutularaq ona verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)-6522/2022 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-2042/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə qismən - maddi zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməklə iddia təmin edilməməsi, qətnamə apellyasiya şikayətlərinə münasibətdə qalan hissələrdə dəyişdirilməsin. İş materiallarında olan Nərimanov rayon prokurorluğu tərəfindən Cavabdeh və Vəkil1 ünvanlanan 09 yanvar 2023-cü il tarixli məktubdan görünür ki, Nərimanov RPİ-nin İŞ-in müstəntiqi Ceyhun Hüseynovun ********* saylı cinayət işi üzrə xitam verilməsi barədə qərar xx.xx.2022-ci il tarixdə rayon Prokurorluğu tərəfindən ləğv edilərək istintaqın davam etdirilməsi üçün Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Beləliklə məhkəmədə müəyyən edilmişdir ki, İddiaçı X8 Cavabdeh vurmuş olduğu 28115,63 manat puldan 15.000 manat məbləğində pulu xx.xx.2020-ci il tarixdə Cavabdeh ödəmişdir. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(005)-107/2021 saylı qərarına əsasən təqsirləndirilən şəxs X8 AR CM-nin 177.2.4cü maddəsində nəzərdə tutulan cinayət işinin icraatına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılaraq X14 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi X3 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərara əsasən təqsirləndirilən şəxs X8 gizli talama yolu ilə cinayət işinin icraatına xitam verilmişdir. Hazırda iddiaçı məhkəmədə o halı mübahisələndirir ki, oğlu Araz Nağıyevin təqsiri sübuta yetmədiyindən, yəni artıq hər hansı hüquqi əsas mövcud olmadığı halda iddiaçının cavabdehə verdiyi 15 000 manat pul vəsaiti də ona geri qaytarılmalıdır. Cavabdeh iddia tələbinə etiraz edərək, Cavabdeh tərəfindən hər hansı mülki hüquq normasının pozulması, iddiaçıya sonuncunun hərəkətləri ilə maddi ziyanın vurulmayıb, cavabdeh qismində çıxış edən Cavabdeh tərəfindən təqsirli olan qanunsuz hərəkət və ya hərəkətsizlik həyata keçirilməmişdir. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Öhdəlik, ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilə əsasında yarana bilər. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, iddia tələbinin qanuni əsasını əsassız varlanmadan irəli gələn öhdəlik münasibətləri təşkil edir. Belə ki, cavabdeh heç bir hüquqi və ya müqavilə əsası olmadan 15000 (on beş min) manat məbləğində pul vəsaitini əldə etmişdir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Cavabdehin “15000 manat məbləğində ziyanın dəyməsini sübuta yetirilmədiyi” barədə etirazının dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən məbləğin cavabdehdən digər əsaslarla tələb edilməsi imkanı mövcud olmuşdur. Bundan başqa, həmin ziyanın iddiaçının oğlu A.Nağıyevə dəyməsi sübuta yetirilməmişdir. Göründüyü kimi, hazırda iddia tələbinin dəlilləri əsassız varlanma ilə bağlı qanunvericilik müddəalarının dispozisiya şərtlərinə uyğun gəlir. Bu səbəbdən də məhkəmə bildirir ki, cavabdehin etirazının dəlilləri öz təsdiqini tapmadı. Azərbaycan Respublikasının Mülki Məcəllənin: 135.1-ci maddəsinə əsasən, bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır. 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, cavabdeh iddiaçıya məxsus 15000 manat məbləğində pulu hər hansı qanuni əsas olmadan əldə edib özündə saxlamaqla əsassız varlanmışdır və o, əsassız varlanma nəticəsində əldə etdiklərini iddiaçıya geri qaytarmalıdır. Göründüyü kimi, əsassız varlanmadan əmələ gələn öhdəliyin (kondiksiya öhdəliyinin) əsas vəzifəsi vətəndaş və hüquqi şəxslərin əmlak xarakterli hüquq və vəzifələrini müdafiə etməkdən ibarətdir. Əsassız varlanma institutu müəyyən bir şəxsə məxsus olan əmlakın başqa şəxs tərəfindən lazımi əsas olmadan əldə edilməsi zamanı yaranan münasibətləri tənzimləyir. Bu institut əmlakı əsassız əldə edən şəxsin üzərinə zərər düşən şəxsə, yəni əmlakdan əsassız məhrum olan şəxsə həmin əmlakı qaytarmaq vəzifəsi qoyur. Buna görə də, əsassız varlanma institutunun əsasında ədalət mülahizələri durur. Əsassız varlanma qanundan əmələ gələn öhdəlik hesab olunur və bu öhdəliyin yaranması üçün müqavilə tələb olunmadığından, o müqavilədən kənar öhdəliklər sırasına daxildir. Əsassız varlanma hüquqi əsası olmayan hadisədir. Hüquqi hadisə dedikdə isə hüquqa uyğun olan müvafiq faktlar başa düşülür. Hüquqi fakt rolunda isə qanun, müqavilə, əqd vərəsəlik çıxış edə bilər. Varlanma sadalanan bu hüquqi faktlardan əmələ gəlmirsə, əsassız varlanma hesab edilir. Həmçinin, qanun iki məqamı da hüquqi əsas olmadan varlanma hadisəsini şərtləndirən hal hesab etmişdir. (MM-nin 1091.2-ci maddəsi). Birinci məqam varlanmanın həyata keçməyən əsasla (məqsədlə) bağlı olmasından ibarətdir. Bu halda bir şəxs müəyyən məqsəd (əsas) üçün digərinin hesabına hər hansı əmlak alır, lakin məqsəd (əsas) həyata keçmir. İkinci hal isə varlanmanın, yəni əmlakın əldə edilmə əsasının sonradan ardan qalxmasından ibarətdir. Kondikasiya öhdəliyi iki subyekt – varlanan şəxslə, məhrum olan şəxs arasında yaranır. Əsassız varlanma faktı varlanan şəxslə məhrum olan şəxs arasında əsassız əldə edilmiş və saxlanılmış əmlakı məhrum olan şəxsə qaytarmaq üzrə öhdəliyi əmələ gətirir. Eyni zamanda Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. İddia tələbinin dəlilləri nəzərə alınmaqla, qeyd olunmalıdır ki, iddiaçının mübahisəli pul vəsaitini cavabdehə verməsi üçün əsas olmuş cinayət işinə xitam verilməsi ilə cavabdehin iddiaçıdan pul vəsaiti əldə etməsinə səbəb olmuş hüquqi əsas aradan qalxmışdır. Bu baxımdan Mülki Məcəllənin 1091 və 1092.1-ci maddələrinə əsasən varlanmış şəxs kimi cavabdehin əldə etdiklərini məhrum olan iddiaçının tələbi ilə ona qaytarmaq vəzifəsi yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən Cavabdeh ödənilmiş 15.000 manat pul məbləği iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 135 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 15000 (on beş min) pul vəsaiti və 135 (yüz otuz beş) manat dövlət rüsumu İddiaçı xeyrinə ödənilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-620/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-620/2024
30.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver