Məhkəmə qərarları › İş №2(005)-633/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-633/2021

05.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-633/2021 05.08.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7, Üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol nəqliyyat hadisəsi zamanı "xxxx" ASC-do sığorta olunmuş “Ford Fiesta” minik markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş 5000 (beş min) manat məbləğində maddi zərərin, 30 manat dövlət rüsumunun və 310 manat hüquqi yardım üçün ödənilmiş məbləğin cavabdeh "xxxx" ASC dən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, “Ford Fiesta” markalı ** FU *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi 24 sentyabr 2019-cu il tarixli lizinq müqaviləsi əsasında "xxxx" MMC tərəfindən sahiblik və istifadəsinə verilmişdir. Sözü gedən nəqliyyat vasitəsini idarə edərkən 04 iyul 2019-cu il tarixdə Bakı şəhəri Abdulla Şaiq küçəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Ravon” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və hər iki avtomobilə zərər dəymişdir. Nəticədə inzibati tənbeh vermə haqqında 04.07.2019-cu il tarixli qərara əsasən İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 40 manat məbləğində cərimə olunmuşam. Hadisə nəticəsində mənim avtomobilimə 5000 manat dəyərində zərər dəymişdir, onun sahiblik və istifadəmdə olan nəqliyyat vasitəsi "xxxx" ASC-də kasko sığorta ilə sığortalı olduğundan dəymiş zərərin ödənilməsi ilə bağlı dəfələrlə "xxxx" ASC-yə müraciət etməsinə baxmayaraq hər dəfəsində müxtəlif bəhanələr ilə ona sığorta ödənişinin edilməsindən imtina edilmişdir. Sığorta şirkəti qərəzli olaraq ödənişi etməkdən yayındığı üçün artıq məcbur olub avtomobili təmir elətdirmiş və təmirinə çəkilmiş xərcləri sığorta şirkətindən tələb etməyə başlamış, lakin bu dəfə də "xxxx" ASC ödəniş etməkdən imtina etmək üçün avtomobilə dəymiş zərəri maksimum göstərməklə avtomobili tam məhv kimi qeyd etmiş və bu əsasla ödənişdən imtina etmişdir. Belə ki, 31 avqust 2018-ci il tarixli Nəqliyyat vasitəsinin kasko sığortası şəhadətnaməsinə əsasən ** FU *** dövlət nömrə nişanlı “Ford Fiesta” markalı nəqliyyat vasitəsi kasko sığortası üzrə 7200 manat dəyərində sığortalanmışdır. Avtomobilin bazar dəyəri 15000 manat dəyərində müəyyən edilmişdir. Sığorta şirkəti də ödənişdən imtina etmək üçün hadisədən sonra avtomobilə vurulmuş zərəri tam məhv olmuş kimi göstərməklə və avtomobilin bazar dəyərini aşağı salmaqla sığorta ödənişindən imtina üçün əsas yaratmağa çalışmışdır. Ona görə də, cavabdeh tərəfindən təqdim edilmiş qüsur aktı mübahisəlidir və məhkəmə gedişatında məhkəmənin təşəbbüsü ilə mübahisəli hal olduğundan nəqliyyat vasitəsinin qəzadan sonrakı vəziyyətini əks etdirən şəkillər, videolar və dəyişilməli olan, təmirə ehtiyacı olan detalların əsasında ekspertiza təyin edilməsi şərtdir. Halbuki, sözü gedən nəqliyyat vasitəsi sığorta şirkətinin əsassız süründürmələrindən sonra onun tərəfindən təmir edilmiş və nəqliyyat vasitəsinin yararlı vəziyyətə, əvvəlki vəziyyətə gətirilməsi üçün 5000 manat məbləğində xərcim çıxmışdır. Hal-hazırda nəqliyyat vasitəsi təmir olunmuş və işlək vəziyyətdədir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X12 iddianı qəbul etməyərək, məhkəməyə verdiyi izahatında bildirmişdir ki, Belə ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında 31.08.2018-ci il tarixli, Mİ-009644 nömrəli sığorta müqaviləsi bağlanaraq, **-PU-*** dövlət qeydiyyat nişanlı, “Ford Fiesta” minik markalı avtomobil sığorta obyektinin dəyəri 15000 (on beş min) manat, sığorta məbləği 7200 (yeddi min iki yüz) manat olmaqla 3 (üç) il müddətinə qismən sığortalanmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin 27.04.2021-ci il tarixli 9/1532 №-li rəyinə əsasən sığortalı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2062 manat müəyyən edilmişdir. Hesab etsək ki, iddia tələbi əsaslıdır, belə olan halda avtomobil sığorta müqaviləsi üzrə qismən, yəni 48% sığortalandığından (7200/15000=48%) avtomobilin təmir-bərpa xərci 2062x48%=989,76 manat hesablanmışdır. Hesablanmış məbləğdən azadolma məbləği çıxılmalıdır. Mir X1 təcrübəsi iki ildən az olduğundan müqavilə şərtlərinə əsasən azadolma məbləği iki qat tətbiq olunur. Belə olan halda azadolma məbləği 500x2 =1000 manat hesablandığından sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab olunur. İddiaçını hazırkı məhkəmənin predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki o, Mİ 009644 saylı sığorta müqaviləsinin tərəfi deyildir. Belə ki, sözügedən müqavilə "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmışdır. Məhkəmə, tərələrin izahatını dinləyib, mülki işin sənədlərini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC-nin İddiaçı, "xxxx" MMC-yə və X10 ünvanlandığı 26.08.2019-cu il tarixli, 974 saylı məktubunun məzmununda “"xxxx" ASC ilə "xxxx" MMC arasında 31.08.2018-ci il tarixli, Mİ- 009644 nömrəli sığorta müqaviləsi bağlanaraq, ** PU *** dövlət qeydiyyat nişanlı, "Ford Fiesta" minik markalı avtomobil 3 (üç) il müddətinə 7200 (yeddi min iki yüz) mani məbləğində sığortalanmışdır. Sığortalanmış avtomobil 04 iyul 2019-cu il tarixdə Yasamal rayonu ərazisində hərəkətdə olan zaman yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə sığortalı avtomobilə zərər dəymişdir. Sığortalı avtomobil, "xxxx" MMC-nin Nissan Servis məntəqəsində qiymətləndirilmiş və avtomobilə dəymiş zərər 11790.40 (on bir min yeddi yüz doxsan manat qırx qəpik) manat məbləğində müəyyən edilmişdir. Daha sonra avtomobilin bazar qiyməti və qalıqları müstəqil qiymətləndirmə şirkəti olan "xxxx"MMC-də qiymətləndirilmişdir və aparılmış 02.08.2019-cu il tarixli qiymətləndirməyə əsasən avtomobilin bazar dəyəri 13000 (on üç min) manat, qalıq dəyəri 5500 (beş min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Avtomobilə dəymiş ziyan, avtomobilin sığorta hadisəsinin baş verdiyi tarixdəki real bazar qiymətinin 70%-ni keçdiyi üçün avtomobil tam məhv hesab olunmuşdur. Qeyd etmək istəyirik ki, 31.08.2018-ci il tarixli, Mİ-009644 saylı sığorta müqaviləsinə əsasən sığorta hadisəsi zamanı avtomobil tam məhv olduqda azadolma nəqliyyat vasitəsinin həmin dövrdə elan real bazar qiymətinin 15%-ni (1950 manat) təşkil edir. Belə olan halda avtomobil sığorta müqaviləsi üzrə qismən sığortalandığından (48%) sığorta ödənişi 11050x48%=5304 manat məbləğində müəyyən olunmuşdur. Müqavilə şərtlərinə uyğun olaraq sığorta ödənişindən avtomobilin qalıq dəyəri (5500 manat) çıxıldıqda sığorta ödənişinin verilməsi qeyri mümkün hesab edilir. Baş vermiş hadisə ilə əlaqədar bildiririk ki, sözügedən avtomobilin sığorta müqaviləsi "X4 Sığortası Qaydaları" ilə tənzimlənir. 19.05.2018-ci il tarixdə Yasamal rayonu ərazisində ** PU *** dövlət qeydiyyat nişanlı, "Ford Fiesta" minik markalı avtomobilin iştirakı ilə baş vermiş yol nəqliyyat hadisəsi üzrə sığorta ödənişinin verilməsi qeyri-mümkün hesab edilmişdir.” göstərilmişdir; Bakı şəhəri DYPİ-nin 04.07.2019-cu tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir; Mİ seriyalı, 009644 nömrəli X4 sığortası şəhadətnaməsinə surətinə əsasən “Ford Fiesta" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, sığorta olunan X13, faydalan şəxs "xxxx" MMC göstərilmişdir. Nəqliyat vasitəsi üzrə 500 manat azadolma məbləği olmaqla 7.200 manat həddində sığorta məbləği, Sığorta obyektinin dəyəri 15.000 manat, sığorta haqqı 561,6 manat təşkil edir; Sığorta müqaviləsinin qüvvədə olma müddəti 31.08.2018 – 30.08.2021-ci il qeyd edilmişdir. Lizinqverən "xxxx" MMC ilə Lizinqalan fərdi sahibkar İddiaçı arasında bağlanmış 24.04.2019cu il tarixli, 07/0127/YDLİZ saylı Maliyyə Lizinqi müqaviləsinə əsasən Lizinqverən əvvəlcədən lizinq vermək məqsədi ilə öz vəsaiti hesabına əldə etdiyi və mülkiyyətində olan və ya Lizinqalan tərəfindən seçilmiş, Lizinqverən”lə Satıcı arasında 24.04.2019 tarixində bağlanılan alqı-satqı müqaviləsinə əsasən əldə edilmiş 1 ədəd 2013-cü il buraxılışlı olan, ”Ford Fiesta” markal, nəqliyyat vasitəsini Lizinqalan”ın müvəqqəti sahiblik və istifadəsinə verməyi öz öhdəsinə götürür. Lizinq müqaviləsi 28 ay müddətinə bağlanır və 29.08.2021-ci il tarixədək qüvvədədir; «TURBO SERVİCE»-in tərtib etdiyi Təmir Kartında “Ford Fiesta” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər üçün qüsur aktının tərtib edilmə xərci - 2190 manat müəyyən edilmişdir. «TURBO SERVİCE»-in tərtib etdiyi Təmir Kartında “Ford Fiesta” markalı **-FU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirməklə dəymiş zərər üçün qüsur aktının tərtib edilmə xərci - 38 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.04.2021-ci il tarixli, 9/1532 saylı ekspert rəyinin nəticə hissəsinə əsasən “Turbo" servis tərəfindən təqdim olunmuş 12.01.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2013-cü il buraxılışlı “Ford Fiesta” markalı, ** PU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2062,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 manat təşkil edir; 02.11.2020-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X4 sığortası şəhadətnaməsinə surətinə əsasən “Ford Fiesta" markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti, sığorta olunan X13, faydalan şəxs "xxxx" MMC göstərilmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Yuxarıda sadalanan işin hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki məhkəmə baxışının predmeti olan iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki X4 sığortası şəhadətnaməsinə görə “faydalan şəxs "xxxx" MMC göstərilmişdir, bu isə öz növbəsində hazırki tələb ilə müraciət etmək hüququnu İddiaçı deyil, NG Kapital Lizinq” MMC-yə məxsus olmasını şərtləndirir. Bununla belə, iddiaçının hazırki iddia tələbi ilə müraciət edilməsi üçün subyektiv hüququ yaranmadığında hazırki iddia tələbi rədd edilməlidir. Məhkəmənin 05.08.2021-ci il tarixli iclasında iddiaçı tərəf İddiaçı ərizə ilə müraciət edərək iddiaçı qismində "xxxx" MMC-nin işə cəlb edilməsini, iddiaçını əsl iddiaçı ilə əvəz etməyi xahiş etmişdir. Məhkəmə бунунла баьлы qeyd edir ki, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi mülki prosesin sərbəstlik prinsipinə uyğundur, "xxxx" MMC-нин щяр щансы бир тялябля məhkəməyə müraciəti olmadığı halda, onun əvəzinə İddiaçı müraciət etməsi mülki prosessual qanunvericiliyin tələbinə ziddir. Məhkəmə onu da qeyd edir ki, iddiaçının subyektiv hüququnun olmadığı qənaətinə gəldiyindən, onun irəli sürdüyü digər dəlillərin araşdırılmasına ümumiyyətlə ehtiyac yoxdur, çünki işin həlli üçün onların hər hansı əhəmiyyəti mövcud deyildir. Belə yanaşma prosessual qənaət prinsipinin tələbidir və məhz buna görə də iddianın təmin olunması mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 100 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində) “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar