Məhkəmə qərarları › İş №2(005)-643/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-643/2024

22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-643/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh MMC və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən əmlakına dəyən zərərə görə cəmi 1252,2 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, X3 cavabdehlər sırasından çıxarılmasını və cavabdeh "xxxx" MMC-dən əmlakına dəyən zərərə görə cəmi 1170 manat pulun və 50 manat müstəqil ekspert xərci olmaqla, cəmi 1220 manat pulun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 14:00 radələrində "xxxx" MMC-yə məxsus X2 idarə etdiyi (sürücülük vəsiqəsinin nömrəsi: BB239439, şəxsiyyət vəsiqəsinin nömrəsi: RTMXMZ) **-TH-*** dövlət qeydiyyat nişanlı Daewoo BS090 markalı avtobus 3 mkr. dairəsi ərazisində ona məxsus Toyota Prius **-BM- *** dövlət qeydiyyat nömrəli avtonəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmişdir. Yolnəqliyyat hadisəsi nəticəsində məlum olmuşdur ki, X6 yol nəqliyyat hadisəsi törətməkdə təqsirkardır. Bakı şəhəri DYPİ YNH inspektoru X8 xx.xx.2023-cü ildə tərtib etdiyi İXP ******* saylı protokolla da bu rəsmiləşdirilmişdir. Avtonəqliyyat hadisəsi nəticəsində tərəfinə 1170 manat ziyan dəymişdir. Cavabdehin sığortası olmadığına görə dəymiş ziyani qarşılamaq bilavasitə mülkiyyətçinin vəzifəsidir. Cavabdehin nümayəndəsi ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış, lakin dəymiş zərərin ödənilməsindən imtina edilmişdir. Əlavə olaraq da, pretenziya məktubuna münasibət bildirilməmiş və ona dəymiş ziyan ödənilməmişdir. Təqsirkarın ona vurduğu maddi ziyan, qeyd olunan inzibati xəta ilə yolnəqliyyat hadisəsi arasında əlaqənin olması işə əlavə olunmuş qoşmalarla təsdiq olunaraq iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə tərəfindən X6 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, əvvəl iddia ərizəsində hər iki cavabdehdən vurulmuş zərərin tutulmasını xahiş etsə də, sonradan yalnız MMC-dən tutulmalı olduğu qənaətinə gəlmişdir. Belə ki, digər cavabdeh sürücüdür, MMC isə nəqliyyat vasitəsinin sahibidir və onu sığorta etdirmək vəzifəsi daşıyan şəxsdir. Lakin buna baxmayaraq avtobusu icbari qaydada sığortalatdırmamış və bunun nəticəsində bugünə kimi ona dəyən zərər ödənilməmişdir. Bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC-nin 45 saylı yol vərəqəsinin surətindən görünür ki, X6 daşıma avtonəqliyyatı üçün **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə 01-31 oktyabr tarixlərində xəttə çıxmasına icazə verilmişdir; - BPİ-nin DYPİ-nin YNHÜŞ inspektorunun arayışının surətindən görünür ki, X6 yazılı izahat verməkdən imtina etmişdir; - İnzibati xəta haqqında ******* saylı protokolun və TP ******* “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, “Daewoo BS090 avtobus” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X6 AR İXM-nin 469.3 və 327.2-ci maddələrinin tələblərini pozaraq inzibati xəta törətmiş və 80 manat məbləğində cərimə edilmişdir; - DİN portalından çıxarışdan görünür ki, “Daewoo BS090 avtobus” markalı nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsusdur; - Nəqliyyat vasitəsinin şəhadətnaməsindən görünür ki, X17 markalı, 77BM125 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı məxsusdur; - Etibarnamənin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-yə “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair sürmək üçün etibarnamə vermək və sair hüquqları nəzərdə tutan etibarnamə vermişdir; - "xxxx" MMC-nin yol vərəqəsinin surətindən görünür ki, X9 “Toyota Prius” markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2019-xx.xx.2031-ci il tarixlərində idarə etməyə icazə verilmişdir; - Müstəqil ekspert X10 xx.xx.2023-cü il tarixli ekspert rəyinin surətindən görünür ki, İddiaçı “Toyota Prius” markalı **-BM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə qəza nəticəsində dəymiş zərərin həcmi 1170 manat təşkil edir; - xx.xx.2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, İddiaçı tərəfindən "xxxx" MMC rəhbərliyi ona dəymiş ziyanın qısa müddətdə ödənilməsi barədə xəbərdarlıq edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/443 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, X13 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktında 2009-cu il buraxılışlı “Toyota Prius” minik markalı, **- BM-*** dölvlət qeydiyyat nişanlı avotomobilin təmir-bərpa xərci təxminən 1170 manat müəyyən edilmişdir. Dəyişdirilməli hissələrin qiyməti 500, təmir bərpa işlərinin qiyməti 670 manat. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, X5 xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus Daewoo BS090 markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə İddiaçı məxsus, etibarnamə əsasında X13 tərəfindən idarə edilən **-BM-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobilə zərər yetirmişdir. “Daewoo BS090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtomobil digər cavabdeh "xxxx" MMC-yə məxsus olmuşdur. Hazırda iddiaçı inzibati tənbeh tədbiri X5 barəsində tətbiq edilsə də, avtomobilin mülkiyyətçisinin "xxxx" MMC olmasına, nəqliyyat vasitəsinin onun tərəfindən icbari qaydada sığortalanmamasına əsaslanaraq yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilinə dəymiş maddi zərərin onun tərəfindən ödənilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096 və 1097.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu fəaliyyətlə məşğul olan şəxslərin təqsirindən asılı olmayaraq yarana bilər. Göründüyü kimi, iddia tələbinin hüquqi əsası kimi qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl və zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X6 hadisənin baş verdiyi vaxt "xxxx" MMC-yə məxsus “Daewoo BS090” markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı avtobusu idarə edərək 3 mkr dairəsi ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. İnzibati tənbeh vermə haqqında qərarla nəqliyyat vasitəsinin sürücüsü X6 İXM-in 327.1 (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) və 469.3-cü (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə) maddələri ilə təqsirli bilinmişdir. Hazırki mülki iş üzrə zərərin baş verməsi, bunun X3 qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olması, qanunsuz əməllə zərər arasında səbəbli əlaqə, habelə sonuncunun təqsiri müəyyən edilmişdir. Digər tərəfdən nəqliyyat vasitəsi "xxxx" MMC-yə məxsus olmuş, sonuncu isə nəqliyyat vasitəsini icbari qaydada sığorta etdirmək vəzifəsi yerinə yetirməmişdir. Konstitusiya Məhkəməsi Plenumunun təqsirsiz məsuliyyətlə bağlı hüquqi mövqeyinə görə, istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir. Mülki Məcəllənin 1097.3cü maddəsinə görə, qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Qanunvericilikdə nəzərdə tutulmuş təqsirsiz məsuliyyət növlərindən biri Mülki Məcəllənin 1108-ci maddəsinə uyğun olaraq yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə yüksək təhlükə mənbəyinin sahibinin məsuliyyətidir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinə müvafiq olaraq, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə görə, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Lakin bu heç də işçinin təqsirli olaraq törətmiş olduğu mülki hüquq pozuntusuna görə məsuliyyətinin istisna edilməsini ifadə etmir. Belə ki, qeyd edildiyi kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərar). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, Mülki Məcəllənin 1096.2-ci maddəsinə uyğun olaraq, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən qanuni sahibə, yaxud zərər vurana və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Məhkəmə qeyd olunanlara əsasən və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, X1 olduğu zərərə görə avtomobilin qanuni sahibi olan "xxxx" MMC Mülki Məcəllənin 1108.1-ci maddəsinə uyğun olaraq məsuliyyət daşıyır. Hazırki işdə avtomobilin qanuni sahibinin məsuliyyətini istisna edən və Mülki Məcəllənin 1108.2-ci maddəsində sadalanan hallar aşkar edilməmişdir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı vurulmuş zərərin ödənilməsi tələbini irəli sürməkdə haqlıdır. Belə ki, ziyan MMC-nin işçisinin təqsiri üzündən dəysə də, yuxarıda qeyd edilənlərə müvafiq olaraq və iddiaçının ziyanın yalnız əmlak sahibindən tutulması xahişini nəzərə alaraq ziyanın ödənilməsi vəzifəsi yüksək təhlükə mənbəyinin sahibi kimi MMC-nin üzərinə qoyulmalıdır. Tələb edilən ziyanın məbləği ilə bağlı isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ziyanın məbləği 1170 manat olaraq müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki işdə olan ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı hər hansı əsas iş materiallarında mövcud deyildir. Məhkəmə ekspert rəyinə işin digər araşdırılmış halları və sübutları ilə birlikdə qiymət verərək hesab edir ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş iddiaçının mülkiyyəti hesab olunan “Toyota Prius” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpasının ümumi və real xərci ekspert rəyində göstərilmiş məbləğdə nəzərə alınmalı və 1170 manat cavabdehlər "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin müstəqil ekspertə ödənilmiş 50 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı həmin məbləğin ödənilməsini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etmədiyindən iddia həmin hissədə təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 14.2, 217.3 və 217.4-cü maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən vurulmuş maddi zərərə görə 1170 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 32,2 manat pulun 31 manatı tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən vurulmuş maddi zərərə görə 1170 (bir min yüz yetmiş) manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 32,2 manat pulun 31 (otuz bir) manatı tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 100 (yüz) manat pul cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, müxbir hesabAZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar