Məhkəmə qərarları › İş №2(005)-649/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-649/2021

29.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-649/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi Cəfərova Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X2 Cavabdeh qarşı “reqres qaydada pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh reqres qaydasından 85 min (səksən beş min) manat alınıb iddiaçıya verilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçının həyat yoldaşı hərbçi olduğundan bir müddət Gəncədə (hazırda Beyləqan-Fizuli cəbhəsində) yaşamalı olmuşlar. Yaşadığıları, mənzilin yanında gözəllik salonu var idi. Salon Türkiyə vətəndaşlarının olsada salonu faktiki cavabdeh idarə etmişdir. İddiaçı orada işə düzəlmişdir. X10 Uğuru tanımamışdır. Onunla işgüzar münasibəti olmamışdır. Heç vaxt ondan pul götürməmişdir. Dəmirçi '"xxxx MMC-nin təsisçisi olmaqla işgüzar münasibəti gözəllik salonunun faktiki işlədən Cavabdeh ilə olmuş, sonuncunu əvvəlincini hələ 2012-ci ildə MMC-yə direktor təyin etmiş,ona 100 min manatlıq Türkiyədən gətirilmiş avadanlıq vermişdir. 2018-ci ilin fevralında Uğur Türkiyəyə gedirdi və 2 yerə hesabat verəcəyi ilə əlaqədar avadanlıqların dəyərinə yəni 100 min manata borc müqaviləsi yazılması onun xahişi ilə gündəmə gəldi. Müqavilə bağlanan ərəfədə Dəmirçi təcili Türkiyəyə getməsi və oradan göndərilən avadanlıqla bağlı hesabat aparması gündəliyə gəldiyindən,müqavilə bağlanarkən Cavabdeh (deməsinə görə) şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən və bu səbəbdən notariusun müqaviləni təsdiq etmədiyindən sonuncunun xahişi ilə 45.000 manat və 55 000 manat pulun alınmasına dair 3M-27 və 3M-28 nömrə ilə reyestrdə qeydə alınaraq təsdiq olunmuş xx xxxxxx 2018-ci il tarixli kredit müqavilələri imzalamışdır. Borcu Bəybala ödəməli idi. Müqavilələrdəki pulu almağına dair etdiyi qeydləri ona notarius yazdırmışdır. İddiaçı birdə xəbər tutmuşdur ki, Bəybala borcu bağlamadığından Uğur iddiaçını Bərdə rayon məhkəməsinə verib 100 min manat tələb edir. Məhkəmədə səthi, birtərəfli araşdırma aparılsada göstərdikləri tamamilə təsdiq olunmuşdur. Vət.Cavabdeh məhkəməyə ərizə verərək iddiaçının göstərdiklərini təsdiq etmiş, ərizəsinə əlavə elədiyi X8 Bakı şəhəri 9 saylı notariat kontorunda imzası təsdiq olunmuş ərizəsini təqdim etmişdir. Məhkəmədə ifadəsi alınarkən göstərdikləri bir daha təsdiq etmiş, müqavilədə göstərilən 100 min manat pulun borc alınmadığını, şəxsiyyət vəsiqəsinin müddəti bitdiyindən və Dəmirçi Türkiyəyə getdiyindən onun xahişi ilə Süievmanovanın müqavilələri imzalamasını.bunun üçün notariusa 500 manat rüşvət verdiklərini,borcun avadanlıq alınmasından yarandığını,bu puldan 15 min manat Dəmiçiyə ödədiyini, 85 min manat borclu qaldığını göstərmişdir.Dəmirçinin Bakı şəhəri 9 saylı notariat kontorunda im/ası təstİq olunmuş və işin 66-cı vərəqindən biz tərəfindən götürülmüş ərizəsi ilə təsliq olunur ki, X9 İddiaçı yox Cavabdeh işgüzar münasibəti olmuş,birgə müəssisə işləiııişlər və '‘Buta” gözəllik mərkəsində olan bütün avadanlıqları Bəybala 15 min qiymətinə mənə hesablanmış və məntən tələb edilən borc əvəzinə Dəmirçiyə vermişdir. Məhkəmə məhz bu sənədi və Cavabdeh ifadəsini mötəbər sübut kimi götürərək iddia .ələbini 85 minə endirmişdir.Bununla belə məhkəmələr sübuta qiymət verərkən əyər pulu Aygün almışsa onun borcuna görə Bəybalanının 15 min manatlıq avacanlığı iddiaçıya vermə səbəbinə aydınlıq gətirməmişlor.Halbuki məhkəmənin gəldiyi nəticə ilə iddiaçı razılaşaraq borcu Bəybalanın qismən ödəməsini qəbul edərək qətnamədən şikayət verməmiş,tələb edilən 100 min borcun qismən ödənişini Bəybaladan qəbul etməklə pulu Bəybalanın verməli olmasını etiraf elmiş olur.Həmin mülki işin 77-ci vərəqindəki (biz tərəfindən surəti götürülüb) “Braillc Teknik AZE MMC-nin təsisçilərinin xx.xx.2012-ci il tarixli qərarı ilə təstiq olunur ki,Cavabdeh cəmiyyətə qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə təyin edilir və ona bütün işləri görmək səlahiyyəti verilir. Təqdim etdiyimiz 0X.08.2012-Cİ il tarixli əmrin surəti Mə təstiq olunur kİ,Dəmirçi Osman və Mustafa qardaşları "Braille Teknik AZK MMCnin direktoru vəzifəsinə Cavabdeh təyin etmişlər. İşdə Dəmirçinin mənə 100 min manat borc verməsinə səbəb yaradan hər hansı bir sübut olmamışdır. Uğurur. iş birliyi Bəybala ilə olmuşdur.llər 2 müqavilənin eyni gün,eyni saat və eyni dəqiqədə.eyni məkanda imzalanmasıda müqavilələrin görüntü xətrinə bağlanmasım təstiq edir. Eyni gün,eyni saat və eyni dəqiqədə,eyni məkanda borc müqaviləsi bağlanardısa elə 100 minə bir müqavilə bağlanardı daha onu iki müqavilədə rəsmiləşdirməyə zərurət yaranmazdı.İki müqavilə yazılmasına səbəb Dəmirçinin Türkiyədə avadanlıqla bağlı 2 yerə hesabat verməsi ilə əlaqədar olmuşdur.Bərdədən olan bir xanıma tanımadığı Türkiyə vətəndaşının əl lulub 100 min faizsiz, borc verməsi uydurma fərziyyə kimi qiymətləndirilməlidir. Bununla belə müqavilələri əsas götürən Bərdə rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli, 2(021 )- 374\2Ö 19 saylı (sədrlik edən hakim S.Seyfullayev) qətnaməsi ilə İlkin iddia tələbi təmin edilərək məndən cəmi 85 000 (səksən beş min) manat borc və 20 manat dövlət rüsumunun tutularaq X11 verilməsi , qarşılıqlı iddiam isə təmin edilməməsi, X8 ödəmədiyi 10 manat dövlət rtisumununda məndən alınaraq dövlət büdcəsinə ödənməsi,mənim reqres qaydada Cavabdeh qarşı məhkəmədə iddia qaldırmaq hüququmun olmasının izah edilməsi qət edilmişdir. Tərəfimdən qətnamədən apcllyasiya və kassasiya şikayəti şikayəti vcrilsədə təmin edilməmiş, qətnamə qanııni qüvvəyə minmişdir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan; xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən 21 oktyabr 2020-ci il tarixdə verilmiş Arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov ray, F.X.Xoyski pr,ev.123A,m.15 ünvanında qeydiyyatdadır. Bərdə Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(021)-374/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, ilkin iddia təmin edilərək cavabdeh İddiaçı cəmi 82.000 (səksən beş min) manat borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X8 xeyrinə verilməsi, qarşılıqlı iddia əsassız olduğundan təmin olunmayaraq, iş üzrə ödənilməmiş 10 manat dövlət rüsumu İddiaçı alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-3770/2020 nömrəli qərarı ilə cavabdeh İddiaçı kasassiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(104)-3201/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirlmədən saxlanılmışdır. Cavabdeh tərəfindən Bərdə Rayon Məhkəməsinə ünvanlanan ərizənin surətindən görünür ki, xx.xx.2018-ci il məhkəmə əmrinə əsasən xx.xx.1984-cü ildə Bərdə rayon Əmirli kəndində anadan olmuş, Bərdə rayon Əmirli kəndində yaşayan İddiaçı 100.000 manat tutularaq krediti X8 xeyrinə ödənilməsi əmr edilmişdir. Lakin həmin məbləği o götürmüşdür. Həmin məbləğin 15000 manat məbləğinin ödəmişdir. Qalan 85.000 manat məbləğini də özü ödəyəcək. Onun şəxsiyyət vəsiqəsinin müddəti bitdiyi üçün yanlışqlıqla İddiaçı ilə kredit müqaviləsi bağlanmışdır. Təsdiq üçün notarius qaydası üzrə ödəniş barədə təsdiq edilmiş ərizənin surəti izahata əlavə olunmuşdur. Bu səbəbdən əmrdən verilmiş etirazı düzgün hesab etmişdir. Türkiyə Respublikası, Kurucuova kəndi ünvanında qeydiyyatda olan Demirci Mustafa tərəfindən olan ərizənin surətindən görünür ki, X4 məxsus”Buta” gözəllik mərkəzində olan bütün avadanlıqları dəyərində qiymətləndirərək ünvan 4 M 15 ünvanında qeydiyyatda olan xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh borcun əvəzinə təhfil vermişdir. X1 tərəfindən Bərdə Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, İddiaçı X5 qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. xx.xx.2012-ci il tarixli “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin qərarının surətindən görünür ki, cəmiyyətin qanuni təmsilçilik funksiyasına malik direktoru vəzifəsinə Cavabdeh təyin edilmiş, Cəmiyyətin dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydə alınması üçün müvafiq dövlət orqanına müraciət edilmişdir. Dövlət qeydiyyatı məlumatlarında baş vermiş dəyişikliklərin qeydiyyata alınması ilə bağlı bütün lazımi sənədlərin hazırlanması, müvafiq dövlət orqanına təqdim edilməsi, özündə bütün reyester məlumatlarını əks etdirən reyesterdən çıxarışın və digər hazır sənədlərin götürülməsi və (3-cü şəxsə etibarnamə vermək səlahiyyəti) Cavabdeh həvalə edilsin. xx.xx.2012-ci il tarixli əmrin surətindən görünür ki, “xxxx” MMC-nin təsisçiləri Osman Demirçi və Mustafa Dmirçinin xx.xx.2012-ci il tarixli qərarını nəzərə alaraq Cavabdeh xx.xx.2012-ci il tarixdən “xxxx” MMC-nin direktoru təyin edilmişdir. Məhkəmə sorğusuna əsasən Bakı şəhəri 9 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli 405 nömrəli məktubundan görünür ki, “elektron notariat” avtomatlaşdırılmış informasiya sisteminə baxış keçirlərkən İddiaçı və X13 arasında Bakı şəhəri 9 saylı notariat ofisində kredit müqaviləsi ilə bağlı heç bir əməliyyat aşkar edilməmimşdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Türkiyə Respublikası vətəndaşı X13 xx xxxxxx 2018-ci tarixli kredit müqaviləsi üzrə xx xxx 2018-ci il tarixədək qaytarmaq şərtilə 45000 manat və 55000 manat olmaq şərtilə 100.000 manat borc vermişdir. Bu əsasla Bərdə Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(021)- 374/2019 nömrəli qətnaməsi ilə cavabdeh İddiaçı cəmi 82.000 (səksən beş min) manat borcu və ödənilmiş 20 manat dövlət rüsumu tutularaq X8 xeyrinə verilməsi qət edilmişdir. İddiaçı borc məbləğini cavabdehə görə götürdüyündən reqres qaydada pul məbləğini tələb etməkdədir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə qətnaməsilə tutulmuş məbləğin X5 tam ödənilmədiyini bildirmiş və pulun ödənilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.4-cü maddəsində göstərilir ki, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Sadalanan qanunvericilik əsaslarından göründüyü kimi iddiaçının reqres qaydada tələb etmək hüququ borc öhdəliyini yerinə yetirdiyi andan əmələ gəlir. Vurulmuş zərərin əvəzini ödəmiş şəxsin reqres qaydada tələb hüququ yaranır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəmə qətnaməsilə tutulmuş məbləğin X5 tam ödənilmədiyini bildirmiş və pulun ödənilməsinə dair hər hansı sübut təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edlməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “reqres qaydada pul tələbinə” dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar