Məhkəmə qərarları › İş №2(005)-649/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-649/2022

04.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-649/2022 04.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ lzHakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 104 saylı mənzilin su sızma səbəblərinin aradan qaldırılması vəzifəsinin cavabdeh Aida Quliyevanın üzərinə qoyulması və su sızması nəticəsində vurulmuş zərərin əvəzi olaraq 2000 manat pul vəsaitinin, "xxxx" MMC-yə ödənilmiş 80 manat və 41 manat məhkəməyə ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Binanın 10-cu mərtəbəsində yaşayan qonşusu Cavabdeh məxsus 104 saylı mənzilin sanitar qovşağından suyun axması nəticəsində, həmin binanın 9-cu mərtəbəsində ona məxsus 100 saylı mənzil yararsız vəziyyətə düşmüşdür. Bu barədə binanın sakinləri tərəfindən akt tərtib olunmuşdur. Əmlakına təxminən 2000 manat məbləğində zərər dəymişdir. Cavabdehin təqsiri ucbatından dəymiş zərərin əvəzi tutulmalıdır. Daha sonra iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, iş üzrə cavabdeh olan Cavabdeh evində hamamın poluna möhkəm izolyasiya etməsini və ona vurulmuş 2000 manat ziyanın ödənilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı tərəf iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, eyni zamanda mənzilinin bərpası üçün təmir işlərinin dəyərinin daha çox olduğunu, xərcin iddia ərizəsindən göstərdiyi məbləğdən də artıq olduğunu bildirmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 yazılı etiraz təqdim edərək, bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edir ki, guya cavabdehə məxsus mənzilin sanitar qovşağından suyun axması nəticəsində iddiaçıya məxsus 100 saylı mənzil yararsız hala düşüb və sübut kimi 14 sentyabr 2021-ci il tarixli akta istinad edir. Halbuki həmin akta imza edən şəxslər cavabdehə məxsus evə baxış keçirməyiblər. Akta sübut kimi istinad etmək olmaz, çünki akt həqiqəti əks etdirmir. İddiaçı tərəfindən məhkəməyə verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, iddiaçı 100 nömrəli mənzilə dair mülkiyyət hüququnu 02 noyabr 2021-ci il tarixdə əldə etmişdir. İddiaçı ona məxsus mənzilə dair mülkiyyət hüququnu 02 noyabr 2021-ci il tarixdə əldə etdiyi halda necə olur ki o, 14 sentyabr 2021ci il tarixdə tərtib olunmuş akta istinad edir? İddia ərizəsinə əlavə edilmiş fotoşəkillərin həqiqiliyini, iddiaçıya məxsus olan mənzilə aid olub-olmamasını da müəyyən etmək olmur. İddiaçı hesab edir ki şəkillərə də sübut kimi istinad etmək olmaz, çünki həmin şəkillər başqa vətəndaşa, başqa mənzilə də aid ola bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 6A, 100 nömrəli mənzil (yeni qaydalarla: AZ 1033 Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6, M9, m2) tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmışdır; "xxxx" MMMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktına əsasən ünvan 3 ünvanda yerləşən, 10-cu mərtəbəsində yerləşən Cavabdeh məxsus 104 saylı mənzilin sanitar qovşağından suyun axması nəticəsində 9-cu mərtəbədə yaşayan İddiaçı 100 saylı mənzilə ziyan dəymişdir; "xxxx" MMC tərəfindən verilmiş 992330 saylı xx.xx.2021-ci il tarixli mədaxil orderindən görünür ki, su sızması metlaxların izolyasiyasındandır və xidmət haqqı olaraq 80.0 manat İddiaçı tərəfindən ödənilmişdir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2022-ci il tarixli, 10/1940 nömrəli rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsi 6a saylı evin 100 saylı mənzilin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, Nərimanov - 24 MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın məlumatlarına əsasən, Nərimanov rayonu Həsənoğlu küçəsi 6a saylı evin 100 saylı mənzilinə yuxarı mərtəbədəki 104 saylı mənzildən suyun sızması müəyyən olunur. Cavabdehin 104 saylı mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 100 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsi 6a saylı evin 100 saylı mənzilinin tikilisinin divar və tavanında su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyun olaraq 495,0 manat məbləğində müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır; 13 dekabr 2021-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllə, ev 6A, 100 saylı mənzili İddiaçı, 104 nömrəli mənzili isə Cavabdeh məxsusdur. İddiaçı cavabdehin mülkiyyətində olan mənzildən onun mənzilinə suyun axıdıldığını və nəticədə yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 2000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulması və hamamın poluna möhkəm izolyasiya etməli olduğunu iddia edir və həmin məbləği cavabdehdən tələb edir. "xxxx" MMMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli aktına əsasən ünvan 3 ünvanda yerləşən, 10-cu mərtəbəsində yerləşən Cavabdeh məxsus 104 saylı mənzilin sanitar qovşağından suyun axması nəticəsində 9-cu mərtəbədə yaşayan İddiaçı 100 saylı mənzilə ziyan dəymişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 27 iyul 2022-ci il tarixli, 10/1940 nömrəli rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsi 6a saylı evin 100 saylı mənzilin tavanında və divarlarında su sızma ləkələrinin, eləcə də mülki iş materiallarında olan, Nərimanov - 24 MMC-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktın məlumatlarına əsasən, Nərimanov rayonu Həsənoğlu küçəsi 6a saylı evin 100 saylı mənzilinə yuxarı mərtəbədəki 104 saylı mənzildən suyun sızması müəyyən olunur. Cavabdehin 104 saylı mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma hallan müşahidə olunmamışdır. Bu səbəbdən 100 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsi 6a saylı evin 100 saylı mənzilinin tikilisinin divar və tavanında su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyun olaraq 495,0 manat məbləğində müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır. Bununla belə, məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır. Lakin ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin 104 saylı mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Məhkəmə verilmiş ekspert rəyini mötəbər sübut kimi qiymətləndirərək qeyd edir ki, iddia tələbinin-«Cavabdeh evində hamamın poluna möhkəm izolyasiya etməsi” hissəsi təmin oluna bilməz. Belə ki, hazırda cavabdehin mənzilindən iddiaçının mənzilinə su sızma halı müəyyən olunmamışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bununla belə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 495 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı cavabdehdən iddia ərizəsində dəymiş zərər olaraq 2000 manat tələb etmişdir. Bu baxımdan, iş üzrə verilmiş ekspert rəyi vurulmuş zərərin məbləğini müəyyən olunması baxımından sübut kimi qiymətləndirilməklə Cavabdeh 495 manat məbləğində maddi ziyan, "xxxx" MMC-yə ödənilmiş 80 manat, 41 manat məhkəməyə ödənilmiş dövlət rüsumu tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 495 manat məbləğində pul, "xxxx" MMC-yə ödənilmiş 80 manat və 41 manat məhkəməyə ödənilmiş dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 495 (dörd yüz doxsan beş) manat məbləğində maddi ziyan, "xxxx" MMC-yə ödənilmiş 80 manat, 41 manat ödənilmiş dövlət rüsumu İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar