Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-656/2021 10.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, X2 iştirakı ilə, İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filalı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00598-16/19A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixinə ödənilməmiş 1999.28 manat əsas borc, 20.68 manat faiz borcu, ümumilikdə 2019.96 manat məbləğində borcun, iddia qaldırlması üçün ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdeh X1 iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli RPF-00598-16/19A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank “xxxx” ASC 2000 (iki min) manat məbləğində krediti illik 1 (bir) faizlə 12 (on iki) ay güzəşt müddəti tətbiq edilməklə 60 (altmış) ay müddətinə Cavabdeh mülkiyyətinə vermiş, Cavabdeh isə həmin kreditdən iddiaçı ilə bağlanmış FN-00087-02/17A saylı xx xxxx 2017 tarixli kredit müqaviləsi üzrə kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə istifadə etməyi və krediti xx xxxx 2024-cü il tarixinədək faiz ilə birlikdə Bank “xxxx” ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Bank “xxxx” ASC-nin “Həzi Aslanov” filialı ilə Cavabdeh arasında “Problemli kreditləri restrukturizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtləri” barəsində RPF-00598-16/19A saylı xx xxxx 2019-cu il tarixli Kredit Müqaviləsinə 2 saylı Əlavə bağlanmışdır. Cavabdeh kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir.Nəticədə iddiaçı cavabdeh arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti teleqram ilə məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmənin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və Cavabdeh oğlunun iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan; iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00598-16/19A nömrəli müqaviləsindən görünür ki, iddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh illik 1% olmaqla 12 ay güzəşt edilməklə 60 ay müddətinə 2000 manat məbləğində kredit verməyi, Cavabdeh isə kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə ödəmək barədə öhdəlik götürmüşdür. xx.xx.2019-cu il tarixli RPF-00598-16/19A saylı kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, problemli kreditlərin restruktizasiya edilməsi ilə əlaqədar güzəştli kreditlərin verilməsi üzrə vahid kredit şərtlərinin 1.1.4-cü bəndinə uyğun olaraq qaydanın 6.1-ci bəndində nəzərdə tutulmuş tələblərə cavab verən əsas kredit borcu olan və vaxtı keçmiş kredit borcunun restruktrizasiyası ilə əlaqədar bank güzəştli kredit müqaviləsi bağlayan fiziki şəxs olduğu qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-cu il tarixə Bank “xxxx” ASC-yə 1999,28 manat əsas; 20,68 manat faiz; cəmi 2019.96 manat məbləğində borcu yaranmışdır. Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli bildiriş məktubundan görünür ki, cavabdehdən kredit müqaviləsinə əsasən ödənilməmiş kredit və faiz borcunun ödənilməsi tələb olunmuş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə qanuna müvafiq qaydada məhkəməyə müraciət etmək məcburiyyətində olacaqlarını bildirmişlər. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh oğlu xx.xx.1985-ci ildə doğulmuşdur. DİN BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh oğlu xx.xx.1985-cı ildə Bakı şəhərində anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatdadır. Baş Dövlət X5 xx.xx.2020-ci il tarixli 016-93534-1220 nömrəli məktubundan görünür ki, Baş Dövlət X5 Qeydiyyat-imtahan idarəsinin kompyuter uçot bazasına görə xx.xx.1985ci il təvəllüdlü Cavabdeh adında xx.xx.2011-ci il tarixdən “Vaz-21074” markalı **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda olduğu qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı Bank “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli RPF-00598-16/19A saylı kredit müqaviləsinə əsasən isə 12 ay güzəşt müddəti tətbiq edilməklə 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 2000 manat kredit verilmişdir. Lakin Cavabdeh öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır. Göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçı Bank “xxxx” ASC Açıq Səhmdar Cəmiyyətinə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə RPF-00598-16/19A saylı kredit müqaviləsinə əsasən 1999.28 manat əsas, 20.68 manat faiz, cəmi 2019.96 manat məbləğində borc, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış RPF- 00598-16/19A saylı, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 1999.28 manat əsas, 20.68 manat faiz, cəmi 2019.96 ( iki min on doqquz manat doxsan altı) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu Bank “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-656/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-656/2021
10.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver