Məhkəmə qərarları › İş №2(005)-657/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-657/2024

16.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-657/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-nin hərrac mərkəzinə ödədiyi 550 manat pulun cavabdehdən alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X5 adında şəxs İddiaçı borclu olduğundan və o borcunu qaytarmadığına görə İddiaçı pul tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdi. Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin olunmuş və məhkəmənin 2(004)-4475/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi Kürdəmir İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Kürdəmir İcra və Probasiya Şöbəsində borclu X2 əmlakları araşdırılmış və nəhayət rayonun Carlı kəndində borcluya məxsus 0.55 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-1475/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında borclu X4 məxsus Kürdəmir rayonu Carlı kəndindəki 0.55 ha torpaq sahəsinin hərraca çıxarılmasına dair Kürdəmir İcra və Probasiya Şöbəsi tərəfindən 207476/2-1836 saylı xx.xx.2021-ci il tarixli sifariş verilmişdir. Açıq Hərrac təşkilatının X7 Haqqında 12/01 saylı, 25 fevral 2022-ci il tarixli protokolunun əsilindən görünür ki, borclu X4 məxsus Kürdəmir rayonu, Carlı kəndindəki 0.55 ha torpaq sahəsi hərraca çıxarılaraq 11000 manat dəyərində qiymətləndirilmiş və bu daşınmaz əmlak İddiaçı verilmişdir. borclu X2 İddiaçı olan borcu ilə onun 0.55 ha torpaq sahəsi olan daşınmaz əmlakının dəyəri arasında fərq olduğuna görə İddiaçı 6800 manat pulu Kürdəmir İcra və Probasiya Şöbəsinə ödədi. Cavabdeh "Daşınır və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən İddiaçı verilmiş 25 fevral 2022-ci il tarixli müqavilənin əslindən görünür ki, sözügedən alqı-satqı müqaviləsi əsasında Zeynal X3 rayonu, Carlı kəndində yerləşən 0.55 ha torpaq sahəsini almışdır. Digər sənədin əslindən görünür ki, İddiaçı hərrac keçirildiyi tarixdən bir gün əvvəl, yəni xx.xx.2022-ci ildə hərraca çıxarılmış Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.55 ha torpaq sahəsi üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC-nin hərrac mərkəzinə 550 manat beh ödəmişdir. Beləliklə, İddiaçı bundan sonra Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.55 ha həyətyanı torpaq sahəsi üçün öz adına Çıxarış almaq istədi. Azərbaycan Respublikası. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən İddiaçı verilmiş **********33 saylı, 16 avqust 2022-ci il tarixli imtina bildirişindən görünür ki, Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.55 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsi üzərində məhkəmə mübahisəsinin olması aşkar edildiyindən ərizənin icrasından imtina olunmuşdur. İddiaçı bir müddət gözləmiş və digər müvafiq sənədləri də əldə etdikdən sonra Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.55 ha həyətyanı torpaq sahəsi üçün öz adına Çıxarış almaq üçün yenidən aidiyyəti Dövlət Orqanına müraciət etdi. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən İddiaçı verilmiş **********74 saylı, 22 noyabr 2022-ci il tarixli imtina bildirişinin əslindən görünür ki, Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.55 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı araşdırılma aparılarkən həmin torpaq sahəsinin X4 və 5 nəfər ailə üzvlərinə verilməsi Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı əsasında JN-130A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Təqdim edilmiş hərracın yekunlarına dair protokolunda isə bir nəfərin əmlakı kimi satıldığından həmin torpaq sahəsi üçün İddiaçı adına çıxarış verilməsindən yenə imtina olunmuşdur. Bundan sonra borclu X1 Gülarə Qurbanəli qızına olan pul borcunu tam ödədi. Ona görə də İddiaçı borcluya məxsus 0.55 ha torpaq sahəsindən imtina etdi və bu barədə Kürdəmir İcra və Probasiya şöbəsinə rəsmi məlumat verdi. Kürdəmir İcra və Probasiya Şöbəsi onlara ödədiyi 6800 manat pulunu İddiaçı qaytardılar. Daha sonra cavabdeh "xxxx" MMC-nin hərrac mərkəzinə ödədiyi 550 manat behi geri istədi. Lakin cavabdeh 550 manat pulu İddiaçı qaytarmadılar. Ona bildirdilər ki, yalnız məhkəməyə iddia ərizəsi ilə müraciət etməklə o cavabdehə ödədiyi həmin pulunu gen ala hilər. Ona görə də cavabdehə verdiyi 550 manat pulun alınıb İddiaçı ödənilməsi üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə hazırki iddia ərizəsi ilə müraciət edir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmənin hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinə uyğun izahat verdi. Məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmənin baxış iclasında, cavabdeh isə bütün məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları "Daşınır və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC və İddiaçı arasında bağlanmış 25 fevral 2022-ci il tarixli müqavilənin əslindən görünür ki, sözügedən alqı-satqı müqaviləsi əsasında Zeynal X3 rayonu, Carlı kəndində yerləşən 0.55 ha torpaq sahəsini 11000 manata almışdır. Daşınır və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən verilmiş qəbzdən görünür ki, İddiaçı xx.xx.2022-ci ildə hərraca çıxarılmış Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.55 ha torpaq sahəsi üçün “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi" MMC -nin hərrac mərkəzinə 550 manat beh ödəmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən İddiaçı verilmiş **********33 saylı, 16 avqust 2022-ci il tarixli məktubdan görünür ki, Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.55 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı torpaq sahəsinə baxış keçirilmiş və həmin torpaq sahəsi üzərində məhkəmə mübahisəsinin olması aşkar edildiyindən Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.55 ha torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizənin icrasından imtina olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən İddiaçı verilmiş **********74 saylı, 22 noyabr 2022-ci il tarixli məktubda qeyd olunur ki, Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.55 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı araşdırılma aparılarkən həmin torpaq sahəsinin X4 və 5 nəfər ailə üzvlərinə verilməsi Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı əsasında JN-130A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Təqdim edilmiş hərracın yekunlarına dair protokolunda isə bir nəfərin əmlakı kimi satıldığından həmin torpaq sahəsi üçün İddiaçı adına çıxarış verilməsindən yenə imtina olunmuşdur. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: X5 adında şəxs İddiaçı borclu olduğundan və o borcunu qaytarmadığına görə İddiaçı pul tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdi. Bakı şəhəri Yasamal rayon Məhkəməsi tərəfindən iddia tələbi təmin olunmuş və məhkəmənin 2(004)-4475/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi Kürdəmir İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Kürdəmir İcra və Probasiya Şöbəsində borclu X2 əmlakları araşdırılmış və nəhayət rayonun Carlı kəndində borcluya məxsus 0.55 ha torpaq sahəsi olduğu müəyyən edilmişdir. Yasamal rayon Məhkəməsinin 2(004)-1475/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsi əsasında borclu X4 məxsus Kürdəmir rayonu Carlı kəndindəki 0.55 ha torpaq sahəsinin hərraca çıxarılmasına dair Kürdəmir İcra və Probasiya Şöbəsi tərəfindən 207476/2- 1836 saylı xx.xx.2021-ci il tarixli sifariş verilmişdir. Açıq Hərrac təşkilatının X7 Haqqında 12/01 saylı, 25 fevral 2022-ci il tarixli protokolla borclu X4 məxsus Kürdəmir rayonu, Carlı kəndindəki 0.55 ha torpaq sahəsi hərraca çıxarılaraq 11000 manat dəyərində qiymətləndirilmiş və bu daşınmaz əmlak İddiaçı verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 16 saylı Ucar Ərazi İdarəsindən İddiaçı verilmiş **********74 saylı, 22 noyabr 2022-ci il tarixli imtina bildirişi ilə, Kürdəmir rayonu, Carlı kəndində yerləşən 0.55 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı araşdırılma aparılarkən həmin torpaq sahəsinin X4 və 5 nəfər ailə üzvlərinə verilməsi Kürdəmir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 03 saylı qərarı əsasında JN-130A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Təqdim edilmiş hərracın yekunlarına dair protokolunda isə bir nəfərin əmlakı kimi satıldığından həmin torpaq sahəsi üçün İddiaçı adına çıxarış verilməsindən yenə imtina olunmuşdur Daha sonra borclu X1 Gülarə Qurbanəli qızına olan pul borcunu tam ödədi. Ona görə də İddiaçı borcluya məxsus 0.55 ha torpaq sahəsindən imtina etmişdir. Lakin "xxxx" MMC 550 manat pulu İddiaçı qaytarmaqdan imtina etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan respublikası Mülki Məcəlləsinin 415.4-cü maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Məhkəmə hesab edir ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, tərəflər arasında hərracdan satılan əmlakın iddiaçının adına özəlləşdirilməsinə dair müqavilə imzalanmışdır. Bu zaman iddiaçı tərəfindən cavabdehə beh olaraq ödənilən məbləğ iddiaçı tərəfindən müqavilə üzrə əmlakın dəyəri olaraq ödənilməli olan məbləğə daxil edilmişdir. Lakin həmin əmlakın iddiaçının xeyrinə özgəninkiləşdirilməsi tərəflərdən asılı olmayan səbəblərdən mümkün olmamışdır. Əmlakın hərracdan satılmasına dair icra məmuru tərəfindən sifariş verilməsinə əsas verən icra sənədi üzrə icra borclu tərəfindən təmin edildikdən sonra əmlakın tələbkarın adına özəlləşdirilməsinə dair qanunvericilik əsası aradan qalxmışdır. Belə olan halda tələbkar əmlakın dəyəri olaraq ödədiyi pulu geri götürmək hüququ yaranmışdır. Ödənilmiş beh məbləği Azərbaycan respublikası Mülki Məcəlləsinin 415.4-cü maddəsinə əsasən əmlakın ümumi dəyərinə daxil olduğundan bu məbləğ də tələbkara geri qaytarılmalıdır. Lakin cavabdeh bu məbləği qaytarmaqdan imtina edərək iddiaçınını hesabına əsassız varlanmışdır. Məhkəmə qeyd edir ki, əsassız varlanma mülki dövriyyənin istənilən əşyaları ilə əlaqədar yarana bilsə də əsassız varlanma predmetini adətən pul təşkil edir. Əsassız varlanma pul vəsaitlərinin hüquqi əsas olmadan əldə edilməsində və ya saxlanılmasında ifadə olunduqda onlar əsassız varlanan şəxsin əmlakına qarışmaqla onların arasında itir. Bu zaman pul vəsaitləri varlanmış şəxsdən əşya hüquqi və ya öhdəlik hüquqi tələblər vasitəsi ilə deyil, əsassız varlanma qaydalarına uyğun əmlakdan məhrum olanın tələbi ilə ona qaytarılır. Əsassız varlanma öhdəlikləri bütün hüquqi faktlardan, yəni hərəkət və hadisələrdən, hüquqauyğun və hüquqazidd hərəkətlərdən, hüquqi aktlardan və hüquqi əməllərdən yarana bilər. Hüquqi faktlardan yalnız müqavilələr əsassız varlanma faktı kimi çıxış edə bilmir. Məhkəmə qeyd edir ki əsassız varlanma hüquqauyğun hərəkətlərdən də yarana bildiyi üçün hüquq pozuntusunun tərkib elementi olan təqsir bu halda məhz mülkiyyətçi tərəfindən əmlakın tələb edilib lakin qaytarılmadığı zamandan yaranır. Məhkəmə qeyd edir ki hazırda baxılan iş üzrə əsassız varlanma faktı kimi hüquqi əməl çıxış edir. Belə ki iddiaçı ferma təsərrüfatının təşkil olunması üçün pul məbləğini yatırım edir və nəticədə müvafiq hüquq və vəzifələri yaranır. Məhkəmə hesab edir ki iddia tələbinin əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2ci maddəsində qeyd edildiyi kimi həyata keçirilməmiş əsas təşkil edir. Belə ki, beh əmlakın hərracında iştirak etməsi üçün iddia tərəfindən ödənilmiş məbləğ olub, bu məbləğ hərracdan satılan əmlakın dəyərinə daxil edilmişdir. Beh verilmiş hərracın keçririlməsinə əsas isə borclunun əmlakının tələbkarın adına özəllləşdirilməsi yolu ilə icra sənədinin icrasının təmin edilməsi olmuşdur. Məhkəmə hesab edir ki, "xxxx" MMC həyata keçməmiş əsasla əldə etdiyi pul məbləğini iddiaçıya qaytarmamaqla əsassız varlandığı iş materialları ilə sübuta yetirilir. Bu səbəbdən də "xxxx" MMC əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, iddiaçı tərəfindən tələb olunan 550 manat pul məbləğini ona qaytarmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 550 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etdiyindən cavabdeh "xxxx" MMC-dən 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 550 manat məbləğində pul, həmçinin 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar