Məhkəmə qərarları › İş №2(005)-664/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-664/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-664/2021 08.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Məmmədova Nigar Ülfət qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 119.LN.1604.111218.00002 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 3 (üç) ay müddətinə, illik 18% (on səkkiz faiz) ödənilmək şərtilə 20000 (iyirmi min) ABŞ dolları məbləğində istehlak mallarının alınması üçün kredit verilmişdir. Kredit müqaviləsinin 5.1 -ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin xx.xx.2020-ci il tarixinə Banka ödənilməmiş 20000 (iyirmi min) ABŞ dolları əsas, 600 (altı yüz) ABŞ dolları faiz, 11440 (on bır min dörd yüz qırx) ABŞ dolları cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1591 (bir min beş yüz doxsan bir) ABŞ dolları faiz borcu olmaqla, cəmi 33631 (otuz üç min altı yüz otuz bir) ABŞ dolları borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh 20000 ABŞ dolları əsas, 600 ABŞ dolları faiz, 11440 ABŞ dolları cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1591 (bir min beş yüz doxsan bir) ABŞ dolları faiz borcu olmaqla, cəmi 33631 (otuz üç min altı yüz otuz bir) ABŞ dolları məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mülki iş üzrə təyin edilən məhkəmə iclasında iştirak etməmişlər. Eyni zamanda iddiaçının nümayəndəsi X1 xx.xx.2021-ci il tarixdə ərizə təqdim edərək, mülki işə iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə işdə, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 119.LN.1604.111218.00002 saylı kredit sazişinə əsasən “xxxx” ASC Cavabdeh ilə müqavilə bağlanmışdır. Bank Müştəriyə cavabdehə istehlak məqsədləri üçün 3 ay müddətinə illik 18% ödəmək şərtilə 20000 manat məbləğində kredit vermişdir. İş materiallarında olan pretenziya məktubundan görünür ki, Cavabdeh 3 gün ərzində borcunu ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyinə dair xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, 119.LN.1604.111218.00002 saylı kredit sazişi üzrə ödəniş qrafikindən görünür ki, Cavabdeh müqavilə üzrə hər ay üçün ödəniş məbləği müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 20000 ABŞ dolları əsas, 600 ABŞ dolları faiz, 11440 ABŞ dolları cərimə, 1591 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan cərimə borcu olmaqla, cəmi 33631 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2008-ci il tarixli İ-010/İF/MF nömrəli ipoteka müqaviləsindən görünür ki, xx.xx.2014-cü il tarixli, 120LN.2105.100714.00001 saylı kredit müqaviləsinin təminatı olaraq X3 Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsi, ev 34, mənzil 34-də yerləçən fərdi yaşayış evini bank qarşısında yüklü etmişdir. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən görünür ki, 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsindən əmələ gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Belə ki, iddiaçı bank Cavabdeh 20000 ABŞ Dolları məbləğində pul vəsaitini kredit verməyi, cavabdeh isə müqavilə ilə şərtləşdirilmiş qaydada və müddətdə aylıq ödənişlər etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə müvafıq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, maliyyə arayışı nəzərə alınmaqla iddia tələbi əsas, faiz və gecikdirilmiş vaxt üçün hesablanan 5 %-lik borc hissəsində təmin edilməlidir. Cərimə borcuna gəldikdə isə məhkəmə 20000 ABŞ dolları əsas borca nisbətdə 11440 ABŞ dolları cərimə borcunu tənasübsüz dərəcədə yüksək hesab edir və 500 ABŞ dolları məbləğində tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh 20000 ABŞ dolları əsas borc, 600 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə və 1591 ABŞ dolları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu, cəmi isə 22691 (iyirmi iki min altı yüz doxsan bir) ABŞ dolları, həmçinin bank tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olanlara əsasən və MPM-in 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 20000 ABŞ dolları əsas borc, 600 ABŞ dolları faiz, 500 ABŞ dolları cərimə və 1591 ABŞ dolları Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu, cəmi isə 22691 (iyirmi iki min altı yüz doxsan bir) ABŞ dolları məbləğində borc ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat dövlət rüsumu ləğv prosesində olan “xxxx” ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar