Məhkəmə qərarları › İş №2(005)-665/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-665/2025

11.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-665/2025 11.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi və onun dəlilləri İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11.000 (on bir) min ABŞ dolları məbləğində, qətnamə çıxarılan günə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə pul vəsaitlərinin və və ödənilmiş dövlət rüsumunun alınaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavadeh Cavabdeh təxminən yeddi ildən artıqdır ki, tanıyır. Aralarında dostluq münasibəti olmuş, hər hansı bir ədavət olmamışdır.Cavabdeh X1 2022-ci ilinin əvvələrində şəxsi ehtiyacları üçün İddiaçı borc pul istədi və İddiaçı buna etiraz etməyərək 09 mart 2022-ci il tarixdə 6000 (altı) min ABŞ dolları və 09 fevral 2023-cü il tarixdə 5000 ABŞ dolları ümümilikdə 11.000 ( on bir) min ABŞ dolları borc pul verib. Həmin pulu 09 may 2023-cü il tarixdə qaytaracağnı öhədəsinə götürdü. Bununla bağlı cavabdeh mənə pulun qəbul edilməsi ilə bağlı mənə yazılı iltizam verdi.Lakin bu günə qədər verdiyi 11.000 (on bir) min ABŞ dolları borcun qaytarılması ilə bağlı dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq pulun qaytarmamışdır.Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlib. Məhkəmə icraatı iştirakçılarının mövqeyi Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsinə (o cümlədən sms-bildiriş göndərilməsinə) baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Mülki işin materialları - Bakı şəhəri, Nərimanov rayonu, Nemət Quliyev küçəsi ev 6 mənzil 20-də qeydiyyatda olan Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 54, mənzil 10-da qeydiyyatda olan İddiaçı tərəfindən xx.xx.2024-cü ildə ünvanlanan pretenziya məktubundan görünür ki, 09 mart 2022-ci il tarixində 6000 ABŞ dollar və 09 fevral 2023-cü il tarixdə 5000 ABŞ dolları şəxsi ehtiyacları üçün ümumilikdə 11.000(on bir) min ABŞ dolları borc pul alıb.Həmin pulu 09 may 2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüşdür.Lakin ,bu öhdəlik yerinə yetirilməmişdir. - xx.xx.2023-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 5000(beş min) ABŞ dolları şəxsi ehtiyacları üçün borc pul almışdır və 09 may 2023-cü ildə qaytarmağı öhdəliyinə götürmüşdür. İltizamın sonunda “Veysəlov” yazısı və imza qeyd edilib. -09 mart 2022-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh İddiaçı 6000(altı min) ABŞ dolları şəxsi ehtiyacları üçün borc pul almışdır və 09 may 2022-ci ildə qaytarmağı öhdəliyinə götürmüşdür. İltizamın sonunda “Veysəlov” yazısı və imza qeyd edilib. -xx.xx.2024-cü ildə DİN BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh Bakı şəhəri,Nərimanov rayonu,Neymət Quliyev küçəsi,ev 6, mənzil 30-da qeydiyyatdadır. İşə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi : Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2- ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 882. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. İşə baxan məhkəmənin mövqeyi Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər dostluq münasibətindədirlər. Cavabdeh İddiaçı iki dəfəyə 11.000 (on bir) min ABŞ dolları məbləğində borc pul almışdır və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək, 11.000 (on bir) min ABŞ dolları məbləğində qətnamə çıxarılan günə Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə pul vəsaitlərinin və ğdənilmiş dövlət rüsumunun ona qaytarılmasını xahiş edir. Beləliklə, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin növü olan borc və borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Borcun etirafı barədə ərizənin məzmunu ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 404.1 və 404.2-ci maddələrinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və tərəfindən borcunun etirafı qaydasında yazılı iltizamın onun tərəfindən verilməməsi, verərkən hədəqorxu, təkid altında imzaladığını barədə hər hansı bir sübut təqdim edilməmişdir. Borcun etirafına dair müqavilə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək öz razılığı çərçivəsində müəyyənləşdirilmişdir. Borcunu etiraf etməsi barədə yazılı müqavilənin mahiyyətcə qeyri obyektiv olması və həqiqəti əks etdirmədiyi təsdiq edilmir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının qarşısında 11000 dollar məbləğində pul öhdəliyi vardır. İddiaçı həmin öhdəliyin borc münasibətlərindən yaranan öhdəlik olduğunu bildirir. Öhdəliyin hansı əqdə əsasən yaranmasından asılı olmayaraq onun mövcudluğu və məbləği cavabdehin etirafı ilə öz təsdiqini tapır. İddiaçının hazırkı tələbi kredit müqaviləsinə deyil, “mövcud borcun etirafı haqqında” mücərrəd müqaviləyə əsaslanır. Həmin müqavilənin anlayışı Mülki Məcəllənin 882-ci maddəsində verilmişdir. Tərəflərin arasında 09 fevral 2023-cü il və 09 mart 2022-ci il tarixə bağlanmış müqavilə (yazılı iltizam) “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilələrdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 882-ci maddəsində nəzərdə tutulan “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə ilə müxtəlif müqavilələrdən (alqı-satqı, kredit, podrat, icarə və s.) əmələ gələn borc etiraf oluna bilər. Mülki hüquqda “borc” anlayışı yalnız borc (kredit) müqaviləsindən əmələ gələn pul öhdəliyinə şamil edilmir. Bu anlayış ümumiləşmiş anlayışdır və öhdəlik münasibətində (hansı əqdə əsasən yaranmasından asılı olmayaraq) bir tərəfin (borclunun) digər tərəfin (kreditorun) qarşısında olan pul öhdəliyini ifadə etmək üçün istifadə olunur. Cavabdeh iddiaçının qarşısında pul öhdəliyinin olduğunu “mövcud borcun etirafı haqqında” mücərrəd müqavilə bağlamaqla etiraf etdiyindən məhkəmə Mülki Məcəllənin 385 və 882-ci maddələrinin göstərişinə əsaslanaraq hesab edir ki, borcun ödənilməsi barədə iddia tələbi əsaslıdır. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 11.000 (on bir) min ABŞ dolları (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nəzərə alınmaqla) məbləğində pul İddiaçı xeyrinə tutulsun. Mülki iş üzrə ödənilmiş 147 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar