Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-676/2021 17.11.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “borcun ödənilməsi” tələbinə dair, iddiaçı Cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 qarşı “müqavilənin ləğv edilməsi, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.05.2018-ci il tarixli, 1785 saylı Nisyə alqı-satqı Müqaviləsinə əsasən “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ81UBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobilə görə 26.539,00 (yirmi altı min beş yüz otuz doqquz manat) manat əsas borc pulun, 31.000,00 (otuz bir min manat) manat məbləğində icarə haqqı, 34.875,00 (otuz dörd min səkkiz yüz yetmiş beş manat) manat məbləğində cərimənin və 31 manat dövlət rüsumun Cavabdeh ‘'Okean Avto-2011” MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışlar ki, o, İddiaçı2 "xxxx" MMC-nin təsisçisidir. "xxxx" MMC maşınların satışı ilə məşğuldur. Onun mülkiyyətində olan “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ811JBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobilin 29.05.2018-ci il tarixli, AR-İ 621713 nömrəli etibarnamə ilə idarə edilməsini "xxxx" MMC-ə etibar etmişdir. "xxxx" MMC onun razılığı ilə "xxxx" MMC ilə cavabdeh arasında “Hyundai Samafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ81UBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil üçün "xxxx" MMC ilə bağlanmış 29.05.2018-ci il tarixli, 1785 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4.000,00 (dörd min manat) manat, 36 ay müddətinə hər ay 857,00 (səkkiz yüz əlli yeddi manat) manat ödəniş etməklə, 34.824,00 (otuz dörd min səkkiz yüz yirmi dörd manat) manata satılmışdır. Lakin Cavabdeh “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMİ1SJ81UBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil üçün "xxxx" MMC ilə bağlanmış 29.05.2018-cİ il tarixli, 1785 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4.000,00 (dörd min manat) manat, 05 ay üzrə yəni 29.10.2018-ci il tarixədək 4.285,00 (dörd min iki yüz səkksən beş manat) manat, cəmi 8.285,00 manat ödəniş etmişdir. Cavabdeh 29.10.2018-ci il tarixdən "xxxx" MMC-ə heç bir ödəniş etməyərək 26.539,00 (yirmi altı min beş yüz otuz doqquz manat) manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. Qalan 26.539,00 (yirmi altı min beş yüz otuz doqquz manat) manat borc pulu, 31.000,00 (otuz bir min manat) manat məbləğində icarə haqqı, 34.875,00 (otuz dörd min səkkiz yüz yetmiş beş manat) manat məbləğində cərimənin dəfələrlə şifahi və 13.10.2020-ci il tarixdə yazılı xəbərdarlıq etməyimizə baxmayaraq heç bir ödəniş etməyibdir. 29.05.2018-ci il tarixli, 1785 saylı Nisyə alqı-satqı Müqavilənin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirdiyi halda, avtomobilin təhvil verdiyi günə qədər gecikdirdiyi hər gün üçün 50,00 (əlli manat) manat məbləğində icarə haqqı ödənilməlidir. Cavabdeh “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ81UBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil ödənişini 29.10.2018-ci il tarixdən iddia verildiyi günədək, 620 gün istifadə edərək təhvil verilmədiyindən, gecikdirildiyi hər gün üçün 50,00 (əlli manat) manat məbləğində icarə haqqı, yəni 31.000,00 (otuz bir min manat) manat məbləğində icarə haqqı ödənilməlidir. Həmin Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişinin gecikdirdiyi hər gün üçün ödəməli olduğu ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir. Cavabdeh “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMİ1SJ81UBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil ödənişini 29.10.2018-ci il tarixdən iddi verildiyi günədək, 620 gün istifadə edərək iddi verildiyi günədək ödəniş etmədiyindən, gecikdirildiyi hər gün üçün ödəməli olduğu 857,00 (səkkiz yüz əlli yeddi manat) manat pul ödənişin 1%-i məbləğində cərimə, yəni 34.875,00 (otuz dörd min səkkiz yüz yetmiş beş manat) manat məbləğində cərimə ödənilməlidir. Məhkəmənin 16.02.2021-ci il tarixli iclasında Cavabdeh şifahi vəsatəti əsasında X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.08.2021-ci il tarixli, 2(009)-5940/2021 saylı qərardadına əsasən iddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı İddiaçı2 da üçüncü şəxs qismində cəlb olunduğu “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair 2(011)-5940/2021 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki işlə birləşdirilərək, baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı Cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 qarşı “müqavilənin ləğv edilməsi, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, iddiaçı Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış 29.05.2018-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh tərəfindən "xxxx" MMC-yə ödənilmiş 10000 manat məbləğində pulun və mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun "xxxx" MMC-dən tutularaq iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında 29.05.2018-ci il tarixli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən "xxxx" MMC iddiaçıya Hyundai Santafe markalı ** NF *** markalı avtomobili təhvil verməyi, iddiaçı isə müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Qeyd olunan müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 10000 manat məbləğində pul ödənilmişdir. Həmin məbləğin 8235 min manat məbləğində hissəsin cavabdeh tərəfindən Nərimanov Rayon Məhkəməsinə ünvanlanmış iddia ərizəsində etiraf edilmişdir. Qeyd olunan nəqliyyat vasitəsi ilə bağlı iddiaçıya heç bir etibarnamə verilməmiş və nəqliyyat vasitəsi onun mülkiyyətinə verilməmiş, daha sonra isə isfadəsindən və sahibliyindən alınaraq X6 verilmişdir. Bu barədə BDYPİ-nin 05.04.2021-ci il tarixli məktubunda qeyd olunur ki, X6 04.12.2018-ci il tarixli etibarnamə verilmişdir. Həmin vaxtdan nəqliyyat vasitəsi onun istifadə və sahibliyində deyil, həmçinin cavabdehlər ona 29.05.2018-ci il tarixli müqavilənin ləğv edilməsini bildirmişdilər. Lakin bu yaxında cavabdehlər Nərimanov Rayon Məhkəməsində ona qarşı iddia qaldıraraq nəqliyyat vasitəsinin dəyərini ondan tələb etmişlər. Halbuki nəqliyyat vasitəsi artıq uzun müddətdir ki, onun istifadə və sahibliyində deyil. Bu halı cavabdehlər özü də bilir, qərəzli olaraq ona qarşı iddia qaldırır və əsassız varlanmaq niyyətindədirlər. Belə ki, Xətai RPİ-nin 37-ci PŞ-nin 17.03.2021-ci il tarixli qərarından müəyyən olunur ki, nəqliyyat vasitəsinin mülkiyyətçisi İddiaçı2 (həmçinin "Okean Avto"-un təsisçisi) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək nəqliyyat vasitəsinin X8 tərəfindən qaçırıldığını bildirmişdir. Cavabdehlər tərəfindən həm 04.12.2018-ci il tarixində Nodar Əhmədova etibarnamə verilməsi, həm şikayət ərizələri bir daha təsdiq edir ki, nəqliyyat vasitəsi iddiaçının sahibliyindən və istifadəsindən alınmışdır. Müqavilə 2018-ci il tarixində ləğv edildiyi halda rəsmiləşdirilmə aparılmamış, cavabdehlər də bundan istifadə edərək iddiaçıya qarşı Nərimanov məhkəməsində iddia qaldırmışlar. Məhz bu zərurətə görə hazırda müqavilənin ləğv edilməsi ilə bağlı pretenziya ərizəsi göndərsələr də cavabdeh pretenziyanı qəbul etməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X7 “borc” tələbinə dair iddia ərizəsinin təmin, “müqavilənin ləğv edilməsi, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda "xxxx" MMC tərəfindən 14.06.2021-ci il tarixdə Cavabdeh iddia ərizəsinə etiraz verərək bildirmişdir ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək cavabdeh "xxxx" MMC-ə qarşı "müqavilənin ləğv edilməsi,maddi və mənəvi zərərin ödənilməsi" tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə 29.05.2018-ci il tarixdə müqavilə imzalamış və "Hyundai Santafe" minik markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil ona satılmışdır. İddiaçı, BDYPİnin 05.04.2021-ci il tarixli məktubuna əsasən sözügedən avtomobil 04.12.2018-ci il tarixdə X6 etibarnamə verilməsini və Xətai RPİ-nin 37-ci PŞ-nin 17.03.2021-ci il tarixli qərarını rəhbər tutaraq, həmin avtomobilin onun sahibliyində və istifadəsində olmadığından müqavilə ləğv edilməlidir. Hesab edilir ki, aşağıda qeyd edilən səbəblərdən iddia qanunsuz və əsassız olduğundan təmin edilməməlidir: İlk növbədə qeyd etmək istəyirik ki, İddiaçı2 mülkiyyətində olan "Hyundai Santafe" minik markalı, 2009-cu il buraxılışlı, minik tipli, KMHSJ81UBAU559020 şassi nömrəli, qara rəngli, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29.05.2018-ci il tarixli, 1785 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4000 (dörd min) manat, 36 ay müddətinə, hər ay 857 (səkkiz yüz əlli yeddi) manat ödəniş etməklə, 34.824 (otuz dörd min səkkiz yüz iyirmi dörd) manata satılmışdır. Lakin Cavabdeh "Hyundai Santafe" minik avtomobili, 2009-cu il buraxılışlı, minik tipli KMHSJ81UBAU559020 şassi nömrəli, qara rəngli, **- NF-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün"xxxx" MMC arasında bağlanmış 29.05.2018-ci il tarixli, 1785 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 4000 (dörd min) manat, 05 ay üzrə, yəni 29.10.2018-ci il tarixədək 4.285 (dörd min iki yüz səksən beş) manat, cəmi 8.285 (səkkiz min iki yüz səksən beş) ödəniş etməmişdir. Cavabdeh 29.10.2018-ci il tarixdən "xxxx" MMC-ə heç bir ödəniş etməyərək 26.539 (iyirmi altı min beş yüz otuz doqquz) manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. Sözügedən məbləğin Cavabdeh alınıb "xxxx" MMC-ə ödənilməsi üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinə iş icraata götürülmüşdür. Lakin cavabdeh əsassız olaraq məhkəmə prossesini yubandırmaq və süni uzatmaqdan ötrü, eləcə də üzərinə götürdüyü öhdəliklərindən yayınmaq üçün məhkəmənin yekun gedişində vəkillə müqavilə bağlamışdır. Cavabdehi təmsil edən vəkil süni şəkildə məhkəmə icraatını dayandırılmasını təmin etmək məqsədi ilə müqavilənin ləğv edilməsi və pul tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı, iddia tələbində qeyd edilmişdir ki, sözügedən avtomobil onun sahibliyində və istifadəsində olmamışdır. Halbuki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 29.05.2018-ci il tarixli, 1785 saylı nisyə alqı-satqı müqaviləsinə və təhviltəslim "Akt"-na əsasən sözügedən avtomobil ona təhvil verilmiş və 5 ay müddətində ödəniş etmişdir. Bu xüsusatların həqiqiliyini öz izahatı ilə təsdiq etmiş və Xətai RPİ-nin 37-ci PŞ-in 17.03.2021-ci il tarixli qərarında bu öz əksini tapmışdır. Bundan əlavə iddiaçı sözügedən avtomobili avtosalonda 2 (iki) nəfər şəxsin yanında X1 qeyd etmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, "Okean Avto-2011” MMC tərəfindən müştəriyə satılmış avtomobil öz istəyi ilə başqa şəxsə satmaq niyyətinin olduğu zaman o, müqavilənin dəyişilməsi (addan-ada keçməsi) üçün ərizə ilə müraciət edir və müqavilə dəyişməyə görə rüsum ödəyir. Qeyd olunan xüsusatlar 2 nüsxədə çap edilir, biri avtosalonda digəri isə müştəriyə təqdim edilir. Əgər belə hal olsaydı həmin (ərizə və ödənilən məbləğin qəbzi) sənədləri Xətai RPİ-in 37-ci PŞ-ə təqdim edərdi. Bundan əlavə 04.12.2018-ci il tarixdə X6 verilmiş etibarnamə ona dəlalət etmir ki, sözügedən avtomobil Nodar Əhmədova satılmışdır. Belə olan halda alqı-satqı barədə Nodar Əhmədovla müqavilə bağlanardı, lakin belə müqavilə bağlanmamışdır. Sadəcə Cavabdeh müqavilə öhdəliklərini yetirmək əvəzinə əsassız olaraq pul və müqavilənin ləğv edilməsi tələbi ilə iddia qaldırılması, onda elə təsəvvür yaratmışdır ki, müqavilə ilə yaranmış borcu 26.539 (iyirmi altı min beş yüz otuz doqquz) manat ödəməkdən yayına bilər. Hesab edir ki, Cavabdeh iddiası əsassız və qanunsuzdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Cavabdeh iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil “müqavilənin ləğv edilməsi, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin təmin, “borc” tələbinə dair iddia ərizəsinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər iddiaçı, həmçinin üçüncü şəxs İddiaçı2 və üçüncü şəxs X6 qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə iddiaçı və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hər iki iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 17.03.2020-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ811JBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobilin 05 gün müddətinə "xxxx" MMC-ə geri qaytarasınız, əks təqdirdə “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil "xxxx" MMC-ə geri qaytarılması, 26.539,00 (yirmi altı min beş yüz otuz doqquz manat) manat əsas borc pulun, 31.000,00 (otuz bir min manat) manat məbləğində icarə haqqının, 34.875,00 (otuz dörd min səkkiz yüz yetmiş beş manat) manat məbləğində cərimə pulun ödənilməsi üçün qanunvericiliyə müvafiq olaraq məhkəməyə müraciət ediləcəyinə və məhkəməyə müraciət edildiyi vaxtda əlavə məhkəmə xərcləri də tutulacağına dair xəbərdarlıq edilmişdir. "xxxx" MMC-nin Nizamnaməsindən görünür ki, cəmiyyətin təsisçisi İddiaçı2dur. Cəmiyyətin nizamnamə kapitalı 10 manat həcmindədir və hər bviri 5 manat olmaqla 2 paydan ibarətdir. İddiaçı2 payı 10 manat, 2 pay, 100% pul şəklindədir. 20.05.2018-ci il tarixli satıcı-"xxxx" MMC ilə alıcı- Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobili alıcı Cavabdeh mülkiyyətinə vermişdir. Müqaviləyə əsasən avtomobilin alqı-satqı dəyəri ilkin ödəniş 4000 manat, 36 ay müddətinə hər ay 857,00 manat ödəniş etməklə, 34824,00 manat müəyyən edilmişdir. Kredit ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilkin ödəniş 4000 manat olmaqla, 36 ay müddətinə hər ay 857,00 manat (son ay üçün 829,1455) ödəniş etməyi öz üzərinə götürmüşdür. Təhvil-təslim aktından görünür ki, “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh təhvil verilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı2 mülkiyyətindədir. 621713 №-li etibarnamədən görünür ki, etibar edən-İddiaçı2, etibar edilən "xxxx" MMC-yə etibarnamə üzrə ona məxsus olan “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini idarə etməyi və bu bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar olan digər hərəkətləri etməyi etibar etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsini 05.04.2021-ci il tarixli 016- 36285-1221 № məktubundan görünür ki, DİN-in Baş X11 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasına görə sorğu edilmiş “Hyundai Santafe” markalı **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.05.2018-ci il tarixdən ünvan 2 ünvanından qeydiyyatda olan xx.xx.1975-ci il təvəllüdlü İddiaçı2 adına qeydiyyatdadır. Qeyd olunan avtomobilin 04.12.2018-ci il tarixdə 02.09.2024-ci il tarixədək X3 istifadəsinə verilməsi barədə DİN-in Baş X11 İdarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. "xxxx" MMC-nin maliyyə arayışından görünür ki, "xxxx" MMC ilə vətəndaş Cavabdeh arasında bağlanmış 29.05.2018-ci il tarixli 1785 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən “Hyundai Santafe” minik markalı, 2009-cu il buraxılış, KMHSJ8HJBAU559020 şassi nömrəli, qara rəngli, ** NF *** dövlət qeydiyyat nömrəli avtomobil üçün ilkin ödəniş 4000 min manat, 36 ay müddətinə, hər ay 857 manat ödəniş etməklə, 34824 manata satılmışdır. Vətəndaş Cavabdeh sözü gedən avtomobil üçün 4000 manat və 5 ay, hər ay üzrə 857 manat ödəniş etməklə, cəmi 8285 manat məbləğində ödəniş etmişdir. Cavabdeh 29.10.2018-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 26539 manat məbləğində əsas borc qalaraq ödənilməmişdir. Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı polis baş leytenatı Kamran Muxtarovun 17.03.2021 tarixli qərarından görünür ki, vətəndaş İddiaçı2 daxil olmuş məlumatı əsasında cinayət işinin başlanması rədd edilmişdir. Müəyyən edilir ki, 19.01.2021-ci il tarixə vətəndaş İddiaçı2 verilmiş olduğu izahatında 2011-ci il tarixdə "xxxx" MMC-ni təsis etdiyini və həmin vaxtdan rəhbərlik etdiyini bildirmişdir. 2020-ci ildə problemli kreditlər məsələlərini şəxsi nəzarətinə götürdükdən sonra özünə məxsus bir neçə avtomobilin heç bir yerdə qeydiyyata alınmayaraq digər şəxlərin istifadəsində olduğunu aşkar etmişdir. Bununla bağlı müvafiq sənədləşməni arxivdən qaldıraraq bir-bir həmin şəxlərə zəng etdikdə sonuncular ona məxsus avto salondan aldıqları avtomobilləri qaytardıqlarını bildirmişlər...Təhqiqat araşdırması zamanı Cavabdeh vermiş olduğu izahatında Xətai Rayonu Babək prospektində yerləşən “Okean” avtosalonundan “Hyundai Santafe” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etdiyini bildirmişdir. Həmin avtomobilin aylıq kreditini vaxtıvaxtında ödədiyini bildirən Cavabdeh,2018-ci ildə avtomobili satdığını bildirmişdir. Belə ki, Cavabdeh “Okean” avtosalonun qarşısında həmin avtosalonda işləyən iki nəfər şəxsin iştirakı ilə avtomobili Nodar adlı şəxsə satdığını və həmin vaxtdan avtomobildən xəbəri olmadığını bildirmişdir. Cavabdeh tərəfindən 17.05.2021-ci il tarixli "xxxx" MMC-yə ünvanlanmış pretenziyadan görünür ki, iki gün ərzində 29.05.2018-ci il tarixli müqavilənin ləğv edilməsi barədə razılığa gəlməyiniz və nəqliyyat vasitəsinə görə geri qaytarılmasını xahiş edilir. Əks halda müqavilənin ləğv edilməsi, ödənilmiş pulların geri qaytarılması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə ilk növbədə iddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, mülki işin mübahisəsiz hallarından görünür ki, İddiaçı2 "xxxx" MMC-nin təsisçisidir və MMC maşınların satışı ilə bağlı fəaliyyət göstərir. Hazırkı tələb üzrə “Okean Avto-2011" MMC ilə Cavabdeh arasında 29.05.2018-ci il tarixli alqı-satqı müqaviləsi imzalanmışdır və müqaviləyə əsasən Cavabdeh ilkin ödəniş 4.000,00 (dörd min manat) manat etdikdən sonra 36 ay müddətinə hər ay 857,00 (səkkiz yüz əlli yeddi manat) manat ödəniş etməyi, ümumilikdə 34.824,00 (otuz dörd min səkkiz yüz iyirmi dörd manat) manata ödəməyi öhdəsinə götürmüşdür. Hazırda iş üzrə iddiaçılar, Cavabdeh tərəfindən avtomobilə görə sonuncu ödənişin 29.10.2018-ci il tarixdə edilməklə ümumilikdə, 8285 manat ödəniş edildiyini iddia edirlər. Bu səbəbdən müqavilə üzrə ödənilməmiş qalan 26539 manatın, avtomobilin icarə haqqı kimi 31000 manatın və ödənişin gecikdirilməsinə görə hesablanmış 34875 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.3-cü maddəsinə əsasən əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, alqı-satqı müqaviləsinin predmeti olan “Hyundai Santafe” markalı,**-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil 29.05.2018-ci il tarixdə Cavabdeh satılsa da, avtomobil alıcının adına rəsmiləşdirilməmiş, eyni zamanda satıcı tərəfindən avtomobilin idarə edilməsi üçün Cavabdeh etibarnamə verilməmişdir. Bundan əlavə mülki iş materiallarına əlavə edilmiş Xətai RPİ-nin 37-ci PŞ-nin 17.03.2021 tarixli qərarından müəyyən edilmişdir ki, Cavabdeh təhqiqat araşdırması zamanı verdiyi izahatında “Hyundai Santafe” markalı,**-NF-*** dövlət qeydiyyat nişanlı avtomobili 2018-ci il tarixdə Nodar adlı şəxsə satdığını bildirmişdir. Bu hal iş materiallaına əlavə edilmiş DİN-in BDYPİ-nin Qeydiyyat imtahan kompüter uçot bazasından çıxarışla da təsdiq edilir. Belə ki, çıxarışdan müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən X6 04.12.2018-ci il tarixdə “Hyundai Santafe” markalı, **-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı 02.09.2024-cü il tarixədək etibarnamə verilmişdir. Müqavilə əsasında Cavabdeh təhvil verilmiş “Hyundai Santafe” markalı,**-NF-*** dövlət qeydiyyat nişanlı avtomobil işin halları ilə müəyyən edilmişdir ki, sonradan 04.12.2018-ci il tarixdən etibarən mülkiyyətçi, "xxxx" MMC tərəfindən X3 istifadəsinə verilmişdir. Həmin tərixdən avtomobil Cavabdeh istifadəsində olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh sonuncu ödəniş tarixindən (29.10.2018-ci il) avtomobilin X6 verildiyi etibarnamənin tarixinədək (04.12.2018-ci il) arada qalan 1 ay 5 gün üçün ödənilməmiş qalan pulu ödəməli, iddia qalan aylara nisbətdə ödənişlərin edilməsi hissəsində isə avtomobil artıq Cavabdeh istifadə və sahibliyində olmadığından rədd edilməlidir. Yəni Cavabdeh 999 manat (1 aylıq ödəniş olan 857 manat + 5 gün üçün hesablanmış ödəniş 142 manat (857x5:30)=999 manat) iddiaçıların xeyrinə tutulmalıdır. Məhkəmə “Hyundai Santafe” markalı,**-NF-*** dövlət qeydiyyat nişanlı avtomobilin 04.12.2018-ci il tarixdən Cavabdeh istifadə və sahibliyində olmamasını nəzərə alaraq iddia tələbini icarə haqqının və cərimənin ödənilməsi hissəsində də əssassız hesab edir və bu hissədə iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iddiaçı Cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 qarşı “müqavilənin ləğv edilməsi, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Mülki qanunvericiliyin müddəalarına görə, müqavilənin ləğv edilməsi üç halda mümkündür; bunlardan birincisi Mülki Məcəllənin 421.1-ci maddəsində təsbit edilən tərəflərin könüllü razılaşmasıdır. Hazırki halda bu hal istisna olunur, çünki tərəflərin razılaşması yoxdur. İkinci hal Mülki Məcəllənin 421.2-ci maddəsində müəyyən olunmuş digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozduğunun sübuta yetirildiyi haldır. Buna görə, tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, hazırki işdə bu halın mövcudluğu ümumiyyətlə mübahisələndirilmir. Üçüncü hal isə Mülki Məcəllənin 422-ci maddəsində təsbit olunmuş şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin ləğv edilməsi halıdır. Həmin Məcəllənin 422.1-ci maddəsinə görə, tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Məhkəmənin qənaətinə görə, hazırkı mübahisə baxımından həmin halın mövcud olubolmadığının xüsusi araşdırılmasına ehtiyac yoxdur – çünkü, “müqavilənin ləğvi” tələbinin bir qanuni əsasının mövcudluğu artıq müəyyən edilmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 424.3-cü maddəsinə görə müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Eyni Məcəllənin 424.4-cü maddəsinə görə isə, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. Məhkəmə mülki işin mülki işin hallarını nəzərdən keçirərkən tərəflər arasında bağlanmış 29.05.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğv edilməsi üçün hüquqi əsasın mövcud olduğunu müəyyən etmişdir. Belə ki, mülki işin araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 29.05.2018-ci il tarixdə avtomobilin alqı-satqı müqavilə bağlansa da, hazırda müqavilənin predmeti olan avtomobil müqavilə üzrə alıcı Cavabdeh sahiblik və istifadəsində deyil. Avtomobilə dair 29.05.2018-ci il tarixdə alqı-satqı müqavilə bağlandıqdan sonra, qeyd edilən avtomobil 04.12.2018ci il tarixli etibarnamə əsasında X6 verilmişdir. Göründüyü kimi, hazırda "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış müqavilə, müqavilə üzrə öhdəliklərin icrasının hər iki tərəf üçün mümkünsüz hal alması səbəbindən öz hüquqi əhəmiyyətini itirmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğv edilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbini 10000 manat məbləğində maddi ziyanın və 5000 manat məbləğində mənəvi ziyanın ödənilməsi hissəsində əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə iddiaçı Cavabdeh mənəvi ziyan tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenumum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsinin cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən olunmadığından iddia mənəvi zərərin tutulması hissəsində də təmin edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar "xxxx" MMC-nin və İddiaçı2 Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ‘'Okean Avto-2011” MMC-nin xeyrinə 999 manat məbləğində pul tutulsun. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı Cavabdeh "xxxx" MMC-yə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs İddiaçı2 qarşı “müqavilənin ləğv edilməsi, pul və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi qismən təmin edilsin. Cavabdeh ilə "xxxx" MMC arasında imzalanmış 29.05.2018-ci il tarixli müqavilə ləğv edilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-676/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-676/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver