Məhkəmə qərarları › İş №2(005)-68/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-68/2022

09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-68/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh XXX Gurjiv Singh qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) «əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh XXX Gurjiv Singh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 5690 (beş min altı yüz doxsan) manat pul cavabdehdən onun xeyrinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3 massiv 27-ci döngədə yerləşən mülkün sahibidir. Mülk Seriya MA № ******* çıxarışına əsasən Badamdar qəsəbəsi 3-cü yaşayış massivində Daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 3076 nömrəli vərəqində qeydiyyata alınmış sahədə yerləşən 3 mərtəbəli iddiaçıya məxsusdur. 30 Noyabr 2019-cu il tarixində 1 saylı "Asan xidmət" mərkəzində notariat ofisində Notariusun iştirakı ilə bir il müddətinə xüsusi mülkünü Gurjiv Singh adlı Hindistan (MYİ №0******, 14.10.2019-DMX) vətəndaşına icarəyə vermiş, ona üç aylıq kirayə borcunun qaldığını və əvvəlki ayları da mövcud vəziyyətlə bağlı tam ödəmədiyi üçün ani olaraq evdən çıxmasını bildirmiş və bir daha söhbət üçün bir araya gəlməyib qaçmışdır. Evdə olan avadanlıqlar və şəxsi özəl əşyalarına dair aralarında olan anlaşmaların heç birinə əməl etməmişdir. Evdən çıxma qərarını da müqavilə şərtlərinə uyğun olaraq ən azı bir ay əvvəl ona məlumat verməli olduğunu bildirsə də, buna məhəl qoymadan ani olaraq çıxmışdır. İcarəçi qaldığı müddətdə evdə olan bəzi əşya və avadanlıqları yarasız vəziyyətə gətirdiyini və bəzi iddiaçının özü və ailəsinə məxsus əşyaların evdə olmadığını aşkarlamışdır. Evdə baxış keçirdiyi zaman yararsız hala düşən əşyaları vasitəçisi şahid olmuş və ona bildirsə də, telefonla hər bir çatışmazlığın aradan qaldırılacağını vəd etmişdir. Baxış zamanı evdə soyuducunun yararsız vəziyyətdə olmasını, hamamda duş kabininin qapısını sındırdığını, duş kranın və digər su kranları yararsız vəziyyətdə olduğunu, qapı və pəncərələrin tutacaqlarının qırılması, mətbəx mebelinin siyirtmələrinin mexanizmləri sındırılmış olması, ondan icazəsiz özəl əşyaları ilə dolu otağı açılıb və bu otaqdan da istifadə olunaraq özəl əşyalarından (ailəsinin cehizlik qabları) istifadə olunaraq yarasız vəziyyətə salınması onun nümayəndəsinin iştirakı ilə təsdiq olunmuşdur. İddiaçıya avans olaraq dəymiş zərər üçün 400 manat verərək, qaçıb gizlənmişlər. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması və cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclaslarında iştirak etməməsi səbəbindən qiyabi qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq cavabdeh heç bir səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməməsini nəzərə alaraq məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən notarial qaydada təsdiqlənmiş MA seriyalı ******* №–li çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.02 ha olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 31 nömrəli reyestr kitabının 3076 nömrəli vərəqində 16.06.2011-ci il tarixdə qeydiyyata alınmışdır; İcarəyə verən İddiaçı ilə icarəyə götürən "xxxx" MMC-nin adından XXX Gurjiv Singh arasında 30.11.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.02 ha ibarət torpaq sahəsi icarəyə verən tərəfindən "xxxx" MMC-yə iki il müddətinə icarəyə verilmişdir. Bu müqavilənin 3-cü bəndi ilə İcarədar İcarəyə verənə 1300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hazırki müqavilənin ləğvi ilə bağlı 6 ay ərzində İcarəçi tərəfindən təşəbbüs irəli sürülərsə 6 aylıq icarə haqqı məbləğində İcarəyə verənə kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" MMC-nin adından XXX Gurjiv Singh arasında bağlanmış 30.11.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.02 ha ibarət torpaq sahəsi icarəyə verən tərəfindən "xxxx" MMC-yə iki il müddətinə icarəyə verilmişdir. Bu müqavilənin 3-cü bəndi ilə İcarədar İcarəyə verənə 1300 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Hazırki müqavilənin ləğvi ilə bağlı 6 ay ərzində İcarəçi tərəfindən təşəbbüs irəli sürülərsə 6 aylıq icarə haqqı məbləğində İcarəyə verənə kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 5690 (beş min altı yüz doxsan) manat məbləğində pulu cavabdeh XXX Gurjiv Singhdan tələb edir. Göründüyü kimi, İddiaçı ilə cavabdeh "xxxx" MMC-nin adından XXX Gurjiv Singh arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı "xxxx" MMC-nin adından XXX Gurjiv Singh 30.11.2019-cu il tarixdə bağlanmış icarə müqaviləsinin surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0.02 ha ibarət torpaq sahəsi icarəyə verən tərəfindən "xxxx" MMC-yə iki il müddətinə icarəyə verilmişdir. Cavabdeh iddiaçının əmlaklarını yararsız hala salmış, həmin icarə müqaviləsi üzrə yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 5690 (beş min altı yüz doxsan) manatı iddiaçı cavabdehdən tələb edir. Buna görə də, cavabdeh öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini iddiaçıya ödəməlidir. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdeh "xxxx" MMC-nin adından XXX Gurjiv Singhdan vurulmuş maddi zərərə görə cəmi 5690 (beş min altı yüz doxsan) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin adından XXX Gurjiv Singhdan 5690 (beş min altı yüz doxsan) manat məbləğində maddi ziyan tutularaq, İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar