Məhkəmə qərarları › İş №2(005)-698/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-698/2022

08.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-698/2022 08.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən alınmış kreditin 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları (40 564.53 manat) məbləğində olan borcu ödənilməsinə yönəldilməsi nəticəsində tərəfindən artıq ödənilmiş 9 466.95 (doqquz min dörd yüz altmış altı manat 95 qəp) manat məbləğində pul “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ilə onun arasında bir neçə kredit müqavilələri bağlanmışdır. Belə ki, 24 iyun 2015-ci il tarixdə 30 000 ABŞ dolları ona 36 ay müddətinə MK/88848/51/1 nömrəli kreditin verilməsinə dair Bankla saziş bağlanmışdır. Bu sazişlə müəyyən olunmuş kredit borcunun bir hissəsi bağlanaraq, onun banka qalıq əasas borcu 18 840.87 ABŞ dollar faiz borcu isə 5 020.62 ABŞ dolları, cəmi 23 861.49 ABŞ dolları qalmışdır Bu borca görə o, xx.xx.2016-cı il tarixdə Banka dəvət edilərək, 23 861.49 ABŞ dolları məbələğində olan borcunu həmin günə olan məzənnə ilə (1.70 manat dəyəri ilə) bağlamaq üçün onunla yeni, manatla kredit müqaviləsinin bağlanması təklif olundu. Bu səbəbdən 49980.44 manatın ona kreditin verilməsi barədə onunla SU7892657/15 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsi bağlanıldı və həmin məbləğdə pul ona verilmədən 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları həmin günə olan məzənnə manatla 40 564. 53 qəpik təşkil edən borcun bağlanmasına yönəldilmişdir. Lakin yerdə qalan pulun fərqi 9 415.47 manat (49 980-40 564.53) iddiaçıya qaytarılmamış, bu pul ona verilməmişdir. Buna baxmayaraq onun tərəfindən müntəzəm şəkildə SU7892657/15 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən tərtib olunmuş borc cədvəlinə əsasən aylıq ödənişlər edilmişdir. Lakin hazırda “Bank of Baku “Açıq Səhmdar Cəmiyyəti Bakı şəhəri Yasamal rayon Məhkəməsinə (İş № 2(004)- 6380/2021) ona qarşı 3285.6 manatı tələbi ilə bağlı iddia ərizəsi vermişdir. Verilən bu iddiadan o bilmişdir ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti SU7892657/15 saylı xx.xx.2016 tarixli müqaviləyə görə ona verməli olduğu 49 980 manatı tam olaraq 24 iyun 2015-ci il tarixli MK/88848/5l/l nömrəli kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları olan dollar hesabına köçürmüşdür ki, həmin məbləğlər arasındakı fərqə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ondan 91415,47 manat artıq ğötürmüş və bunu kredit borcu kimi bu günə qədər də ona ödətdirmişdir. Bundan başqa Cavabdeh Açıq Səhmdar Cəmiyyəti 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə iddiaçı 51.48 manatı ödəmiş ki, həmin məbləğ ümumi ödənişlərdə əks olunmayıb. Beləliklə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti ondan əsassız olaraq 9 466.95 (doqquz min dörd yüz altmış altı manat 95 qəp) manat məbləğində pul almışdır. Bankla bağladığı SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinin məqsəd nə olduğu işdə olan hallara görə açıq-aydın müəyyən olur. Bu krediti bağlamaqda başlıca məqsəd 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə qalmış 23 861.49 ABS dolları məbləgində olan borcu olmuşdur. Həmin borc xx.xx.2016-ci ilə olan manat məzənnəsi ilə 40564.53 manat təşkil edirdi. SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən həmin kredit hesabına 49 980 manat ödənilmişdir. Yəni qeyd olunan borca görə 9415,47 manat pul ödənilmişdir ki, bu puldan o yox bankın özü faydalanmışdır. Göründüyü kimi onun məqsədi 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə banka olan 40 564.53 manat borca görə SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasan verilməli olan 49 980 manatın tam olaraq həmin hesab ödənilməsi iddiaçının məhkəməyə təqdim etdiyi 22 dekabr 2016cı il tarixli YSM-SU-78926570/l3-ÖT nömrəli ödəniş tapşırığı ilə öz əksini tapmışdır. Ödəniş tapşırığından da müəyyən olunur ki, 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə verilməli olan 49 980 maııat tam ularaq 24 iyun 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə banka olan 40 564.53 manat borca görə hesab AZ67JBBK038İ1001MK888481151C nömrəli hesab köçürülmüşdür. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun oxşar məzmunlu izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, məhkəmə iclasında iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Bank of Baku” ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı bankı artıq ödənişin geri qaytarılmasına dair xəbərdar edilmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış SU/78926/57/15 saylı xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 43 ay müddətinə, illik 22% olmaqla 49880,44 məbləğində kredit verilmişdir. Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış MK/88848/51/1 saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə, illik 22% olmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, MK/88848/51/1 saylı kredit müqaviləsinə əlavədən görünür ki, cavabdeh İddiaçı hər ay 1145,71 manat (son ay 1152,13 manat) məbləğində ödəniş etməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/738 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli MK/88848/15/1 №-li kredit müqaviləsi üzrə ödənilməli olan borc məbləği xx.xx.2016-cı il tarixə əsas borc üzrə 24290,53 ABŞ dolları, faiz borcu üzrə 207,82 ABŞ dolları təşkil edir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 145 manat təşkil edir; Məhkəmə iclasında şahid qismində dindirilmiş ekspert X2 ifadə verərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/738 nömrəli ekspert rəyini müdafiə edərək bildirmişdir ki, təqdim olunmuş iş materialları əsasənda ödənişlər də nəzərə alınmaqla rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci madəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.2-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, "Bank of Baku” ASC ilə İddiaçı oğlu arasında kredit müqaviləsi bağlanmış müqaviləyə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 22% olmaqla 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SU7892657/15 saylı xx.xx.2016-ci il tarixli kredit müqaviləsinə əsasən alınmış kreditin 2015-ci il tarixli MK/88848/51/1 nömrəli kredit sazişinə görə qalmış 23 861.49 ABŞ dolları (40 564.53 manat) məbləğində olan borcu ödənilməsinə yönəldilməsi nəticəsində tərəfindən artıq ödənilmiş 9 466.95 (doqquz min dörd yüz altmış altı manat 95 qəp) manat məbləğində pul “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə istinadən iddiaçı tərəfindən 9466,95 ABŞ dolları məbləğində pulun artıq ödənilməsi ilə bağlı hesab edir ki, qeyd edilən hal məhkəmə qarşısında sübuta yetirilməmişdir. Belə ki, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş və nəticədə İddiaçı banka borclu olduğu müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, İddiaçı tərəfindən banka artıq ödəmə olmadığı sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası rədd edilməli, keçirilmiş məhkəmə ekspertiza xərci olaraq 145 (bir yüz qırx beş) manat iddiaçıdan tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 145 (bir yüz qırx beş) manat İddiaçı tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar