Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-703/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "Unibank” KB ASC Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "Unibank” KB ASC-nin xeyrinə 7916 manat məbləğində əsas borcun, 685,04 məbləğində faiz borcunun, 28,56 manat məbləğində cərimə borcunun, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 8629,60 manat borcun və 106.70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh ilə "Unibank” KB ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 48 ay müddətinə illik 18% ödəmək şərtilə 7916 manat məbləğində kredit vermişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 05 dekabr 2022, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 7916 manat məbləğində əsas borcun, 685,04 manat məbləğində faiz borcunun, 28,56 manat məbləğində cərimə borcunun, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 8629,60 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclaslarında iştirak edən cavabdeh iddia tələbini qismən qəbul etmiş, əsas borca etirazının olmadığını, eyni zamanda, banka olan borcunun ödənilməsi üçün ona vaxt verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 748nkAHM/22 nömrəli Əsas Kredit Razılaşmasına əsasən "xxxx" ASC Cavabdeh 48 ay müddətinə illik 18% ödəmək şərtilə 7916 (yeddi min doqquz yüz on altı) manat kredit limiti açır, Cavabdeh isə həmin krediti götürməyi və həmin saziş ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüşdür; Kredit sazişinə əlavə olunan ödəniş cədvəlinə (1 saylı əlavə) əsasən Cavabdeh 48 ay müddətinə illik 18 faiz və aylıq 233 manat olmaqla ödəniş etməli idi; 05 dekabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 05 dekabr 2022, bazar ertəsi tarixinə "xxxx" KB ASC-yə 7916 manat məbləğində əsas borcun, 685,04 manat məbləğində faiz borcunun, 28,56 manat məbləğində cərimə borcunun, 0 manat komisyon haqqı borcu olmaqla cəmi 8629,60 manat təşkil edir. 21 oktyabr 2022-ci il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı "xxxx" ASC 3 iş günü müddətində Cavabdeh öhdəliyi icra etməyi əks təqdirdə mübahisənin məhkəmə qaydasında həll olunacağı ilə bağlı xəbərdar edilmişdir. xx.xx.2022-ci il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC məhkəmə iddia qaldırmaq üçün 106.70 (bir yüz altı manat yetmiş qəpik) manat məbləğdə dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 748nkAHM/22 nömrəli Əsas Kredit Razılaşmasına əsasən "xxxx" ASC tərəfindən Cavabdeh 48 ay müddətinə illik 18% ödəmək şərtilə 7916 (yeddi min doqquz yüz on altı) manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilə üzrə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti və ona hesablanmış faizləri qaytarmağı barədə öhdəlik götürmüş və öhdəlikləri yerinə yetirmədiyindən banka borcu yaranmışdır. "xxxx" ASC Cavabdeh 7916 (yeddi min doqquz yüz on altı) manat əsas, faiz borcu üzrə 685,04 (altı yüz səksən beş manat dörd qəpik) manat məbləğində faiz borcu, cərimə borcu üzrə 28,56 (iyirmi səkkiz manat əlli altı qəpik) manat olmaqla, cəmi 8629,60 (səkkiz min altı yüz iyirmi doqquz manat altmış qəpik) manat borcunun yarandığını iddia edir. "xxxx" ASC məhkəmədə iddia qaldırmaq üçün ödədiyi 106.70 (bir yüz altı manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunu da cavabdehdən tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi əsas, faiz borcun cavabdehdən tutulması hissəsində tam təmin edilməli, xx.xx.2022-ci il tarixli, 748nkAHM/22 nömrəli kredit müqaviləsi üzrə 7916 (yeddi min doqquz yüz on altı) manat əsas, faiz borcu üzrə 685,04 (altı yüz səksən beş manat dörd qəpik) manat məbləğində faiz borcu, cərimə borcu üzrə 28,56 (iyirmi səkkiz manat əlli altı qəpik) manat olmaqla, cəmi 8629,60 (səkkiz min altı yüz iyirmi doqquz manat altmış qəpik) manat Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 231-ci maddəsinin tələblərinə istinadən cavabdeh tərəfin borcun hissə-hissə ödənilməsi və ya borcun tutulmasına möhlət verilməsi barədə qətnamə qəbul edilməsi xahişi ilə bağlı qeyd edir ki, bu məsələ hazırki mərhələdə deyil, artıq məhkəmə tərəfindən qəbul edilmiş qətnamənin icra olunması mərhələsində baxılan və həll edilən məsələdir ki, bununla da bağlı cavabdehə onun aidiyyəti hüquqları izah edilmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda çox olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 7916 (yeddi min doqquz yüz on altı) manat əsas, faiz borcu üzrə 685,04 (altı yüz səksən beş manat dörd qəpik) manat məbləğində faiz borcu, cərimə borcu üzrə 28,56 (iyirmi səkkiz manat əlli altı qəpik) manat olmaqla, cəmi 8629,60 (səkkiz min altı yüz iyirmi doqquz manat altmış qəpik) manat habelə 106.70 (bir yüz altı manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 748nkAHM/22 nömrəli kredit müqaviləsi üzrə 7916 (yeddi min doqquz yüz on altı) manat əsas, faiz borcu üzrə 685,04 (altı yüz səksən beş manat dörd qəpik) manat məbləğində faiz borcu, cərimə borcu üzrə 28,56 (iyirmi səkkiz manat əlli altı qəpik) manat olmaqla, cəmi 8629,60 (səkkiz min altı yüz iyirmi doqquz manat altmış qəpik) manat, 106.70 (bir yüz altı manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-703/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-703/2023
07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver