Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-717/2023 20.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, X8 Mehdi qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 MMC-nin Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3 MMC Cavabdeh qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş zərərə görə 120 000 (bir yüz iyirmi min) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, bildirirlər ki, İddiaçı3 MMC 1998-ci ildə mərhum X1 tərəfindən təsis edilmiş və Dövlət qeydiyyatından keçərək fəaliyyətə başlamışdır. Bu gün 105 işçisi olan İddiaçı3 MMC X5 nəvəsi mən investor İddiaçı1 və mən təsisçi İddiaçı2 gərgin əməyi və külli miqdarda etdiyimiz investisiya hesabına öz fəaliyyətini davam etdirir. Qeyd olunur ki, ünvan 1 ünvanda yaşayış binalarının tikintisi Bakı şəhər İcra Hakimiyyəti Başçısının 17 avqust 2005-ci il tarixli, 220 saylı sərəncamına əsasən İddiaçı3 MMC tərəfindən həyata keçirilmişdir. 07 may 2012-ci il tarixli, 117 saylı müqavilə ilə “Azinteroil MMC Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli 16 küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri Cavabdeh təhvil verməyi, sonuncu isə mənzillərin qiymətini “razılaşdırma yolu” şərti ilə müəyyən edilməklə, ödəməyi öhdəsinə götürmüşlər. Qeyd olunan mənzillər İddiaçı3 MMC tərəfindən müqavilə bağlanandan sonra Cavabdeh təhvil verilmiş və keçən müddət ərzində cavabdeh orada yaşamışdır. İddiaçı3 MMC 07 may 2012-ci il tarixli, 117 saylı müqaviləyə əsasən öhdəliyini icra edərək, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında tikintisi həyata keçirilmiş çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində olan 2 və 3 otaqlı, 97 və 98 saylı mənzilləri cavabdehə təhvil versə də, cavabdehin verilmiş mənzillərə görə ümumilikdə 285736 manat borcu mövcud olmuşdur. Cavabdeh həmin borc məbləğinin ödənilinəsi dəfələrlə tələb olunsa da, o bundan imtina etmiş və bununla da müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də, İddiaçı3 MMC Cavabdeh qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok, 13-cü mərtəbəsində, ümumi sahəsi 81,3 və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılması və həmin mənzillərin İddiaçı3 MMC-yə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı3 MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq İddiaçı3 MMC-yə geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)- 743/2020 nömrəli qətnaməsi nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin olunmamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 dekabr 2021-ci il tarixli, 2(102)- 5518/2021 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2( 103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli icra sənədi icra edilmiş, borclu Cavabdeh mənzilləri boşaldaraq xx.xx.2022-ci il tarixdə İddiaçı3 MMC-yə təhvil vermişdir. Göründüyü kimi, Cavabdeh ailə üzvləri ilə birlikdə 2012-ci ildən xx.xx.2022-ci il tarixədək, yəni 10 il İddiaçı3 MMC-yə məxsus olan və ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cii mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128,8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərdə yaşamışdır. Hesab edirlər ki, cavabdeh “Azinteroif’ MMC-yə məxsus olan mənzillərdə ödənişsiz əsaslarla yaşamaqla bizə maddi zərər vurmuşdur və ona görə də həmin ödənişsiz və təmənnasız yaşayış müddəti və bunun nəticəsində vurulmuş zərər məbləği müəyyən edilməklə Cavabdeh tutularaq biz iddiaçılara ödənilməlidir. Zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan da müəyyən etmək olar ki, 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin predmeti olan mənzillərin göstəricilərinə uyğun olan mənzillərin minimum kirayə qiyməti 2013-2022-ci illəri əhatə edən dövrdə müxtəlif olmuşdur. Belə qənaətə gəlinir ki, Cavabdeh tərəfindən bizə vurulmuş zərərin məbləği aylıq zərər məbləği qismində məhz 1000 manat məbləği qəbul edilməlidir. Cavabdehin İddiaçı3 MMC-yə məxsus olan mənzillərdə ümumilikdə 120 ay yaşaması əsas götürüldüyü təqdirdə bizə vurulmuş ümumi zərər məbləği (120 ay x 1000 manat = 120.000 manat) 120 000 manat təşkil edir. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbi ilə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə etmiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını, çıxışlarını dinləyib və mülki işin materiallarını araşdırıb, aşağıda qeyd olunanlara əsasən, iddia tələbinin qismən təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli. 2(005)- 3755/2019 nömrəli qətnaməsi ilə (hakim S.İ.Ədilova) iddia təmin edilərək, “Azinteroil" MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128.8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq “Azinteroil" MMC-yə geri qaytarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)- 743/2020 nömrəli qətnaməsi ilə (hakimlər İ.S.Şirinovun sədrliyi və məruzəsi ilə, hakimlər T.S.Səmədovdan və E.C.Kazımovdan ibarət tərkibdə) apellyasiya şikayətləri təmin olunmamış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 fevral 2021-ci il tarixli, 2(102)-103/2021 nömrəli qərarı ilə (hakim V.T.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.A.Əhmədovdan və İ.K.Dəmirovdan ibarət tərkibdə) Cavabdeh və müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2020-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi ləğv edilmiş və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021 -ci il tarixli, 2(103)- 743/2020 nömrəli qətnaməsi ilə (hakim N.Ş.Cəfərovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Ə.Baxışovadan və X.A.Cəmilovadan ibarət tərkibdə) Cavabdeh və üçüncü şəxs X2 apellyasiya şikayətləri rədd edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)-3755/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarı ilə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixli Aktın surətindən görünür ki, borclu Cavabdeh mənzilləri könüllü boşaldaraq mənzillərin giriş qapısının açarlarını təqdim etmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Sizin müraciətinizi nəzərə alaraq ekspert- mütəxəssislərimiz tərəfindən Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci giriş (blok), 13-cü mərtəbəsində ümumi sahələri 81,3 kv.m və 128,8 kv.m olan, uyğun olaraq 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin 2013-2022-ci illəri əhatə edən dövrdə aylıq kirayə qiymətlərini müəyyən etmək məqsədi ilə araşdırmalar aparmışlar. - Qiymətləndirmə prosesi “Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanununa, Azərbaycan milli qiymətləndirmə standartlarına, beynəlxalq qiymətləndirmə standartlarına və digər qanunvericilik aktlarına uyğun olaraq aparılıb. - Qiymətləndirmə zamanı daşınmaz əmlakın yerləşdiyi inzibati ərazi, əmlakın tikilmə və istifadədə olma tarixi, mənzilin binada hansı mərtəbədə olduğu.mənzilin yerləşdiyi mərtəbədəki mövqeyi, təmirinin səviyyəsi, əmlakın yerləşdiyi ərazidə infrastrukturun vəziyyəti,ictimai nəqliyyat vasitələrinin marşrut xəttinin, metro stansiyalannın əraziyə yaxınlığı, ictimai nəqliyyatın dayanacaq yerlərinin olduğu məsafə, ərazidə istirahət parklarının, elm - təhsil müəssisələrinin, uşaq baxçası, uşaq əyləncə mərkəzlərinin olması, 2013-2022-ci illəri əhatə edən dövrdə Azərbaycan manatının xarici valyutalara olan nisbi məzənnəsi (nisbəti) və ümumilikdə əmlakın kirayə qiymətinə təsir edə biləcək bütün amillər nəzərə alınmışdır.İnternet səhifələrində, mətbuatda olan elanlar analiz edilərək istifadə edilmiş, üçüncü şəxslərdən qiymət müəyyənləşdirmək üçün şifahi formada (“Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunu maddə 9-a əsasən) məlumatlar toplanmış, "xxxx" MMC-nin baza məlumatlarına istinad edilmiş və aşağıdakı nəticəyə gəlinmişdir. Bakı şəhəri, Y.V.Çəmənzəminli 16 ünvanda və bu ünvana yaxın, uyğun ərazidə yeni tikili çoxmənzilli binalarda 125-130 kv.m sahəsi olan 3 otaqlı və 80-85 kv.m sahəsi olan 2 otaqlı mənzillərin 2013-2022-ci illəri əhatə edən dövrdə aşağıdakı kimi müəyyənləşdirildi: 2013-2015-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 600 AZN. 2013-2015-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 600 AZN. 2016-2018-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv metr mənzilin bir aylıq orta kirayə qiyməti 850 AZN. 2019-2020-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 1400 AZN. 2021-2022-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 3 otaqlı, 128,8 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 1750 AZN. 2013-2015-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 380 AZN. 2016-2018-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 530 AZN. 2019-2020-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 850 AZN. 2021-2022-ci illəri əhatə edən dövr üçün aylıq kirayə qiyməti: 2 otaqlı, 81,3 kv m-mənzilin bir aylıq orta kirayə qiyməti 1120 AZN. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, “Azinteroil" MMC ilə Cavabdeh arasında bağlanmış 07 may 2012-ci il tarixli, 117 saylı müqavilənin ləğv edilməsi, ünvan 3 ünvanında yerləşən çoxmənzilli yaşayış binasının 2-ci blok 13-cü mərtəbəsində olan, ümumi sahəsi 81,3 kv.m və 128.8 kv.m olan, 2 və 3 otaqlı, 97 və 98 saylı mənzillərin boşaldılaraq “Azinteroil" MMC-yə geri qaytarılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarı ilə Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 21 may 2021-ci il tarixli, 2(103)-743/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli, 2(005)- 3755/2019 nömrəli icra sənədi icra edilmiş, borclu Cavabdeh mənzilləri boşaldaraq xx.xx.2022-ci il tarixdə İddiaçı3 MMC-yə təhvil vermişdir. Hazırda iddiaçılar məhkəmədə onu mübahisələndirir ki, Cavabdeh ailə üzvləri ilə birlikdə ödənişsiz əsaslarla və təmənnasız 2012-ci ildən xx.xx.2022-ci il tarixədək, yəni 10 il İddiaçı3 MMC-yə məxsus olan mənzillərdə yaşamış, maddi zərər vurmuşdur. Zərər məbləğinin müəyyən edilməsi meyarı kimi, belə bir mənzilin kirayə haqqı məbləği əsas götürülməlidir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərkən aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər iddia tələbi üzrə irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından iddia üzrə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilmiş, həmin faktiki hal məhkəmə qərarı ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Məhkəmə eyni zamanda bildirir ki, hazırda İddiaçı2, İddiaçı1 və İddiaçı3 MMC birgə iddiaçı qismində tələb irəli sürsələr də, yuxarıda qeyd olunan məhkəmə qərarlarından da görüdüyü kimi mübahisəli əmlaklar İddiaçı3 MMC-yə məxsusdur. Digər iddiaçılar İddiaçı2 və İddiaçı1 isə İddiaçı3 MMC-nin təsisçiləridirlər. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki iddia tələbini irəli sürməyə yalnız İddiaçı3 MMC subyektiv hüquqa malik olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə görə, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında mübahisə müqavilədən irəli gələn öhdəlik münasibətlərinin əhəmiyyətli dərəcədə pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsindən yaranmışdır, ona görə də tərəflər arasında yaranan mübahisə həmin çərçivədə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqaviləsi cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməməsi nəticəsində ləğv edildiyindən və işin həmin faktiki halı Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-5518/2021 saylı qərarı ilə öz təsdiqini tapdığından hesab edir ki, iddiaçı öz əmlakından istifadə etmək imkanından məhrum olduğu üçün ona dəymiş zərərin əvəzini tələb etməkdə haqlı olmuşdur. Düzdür hazırda iddiaçı məhkəmə mübahisələri getdiyi tarixlər də daxil olmaqla, müqavilənin bağlandığı tarixdən cavabdehdən əmlaklardan əvəzsiz istifadə etməsinə görə dəymiş zərərin əvəzini tələb edir. Lakin məhkəmə hesab edir ki, bu hissədə iddia tələbi əsaslı hesab edilə bilməz. Nə qədər ki məhkəmə mübahisələri gedirdi, cavabdehin həmin mübahisəli əmlaklardan istifadəsinin əvəzsiz olması öz təsdiqini tapmamışdı, həmin müddətdə cavabdehdən mübahisəli əmlaklardan sahiblik və istifadə etmənin dayandırılmasını gözləmək düzgün olmazdı. Belə ki, həmin müddətdə Cavabdeh mübahisəli əmlaklara görə İddiaçı3 MMC-yə borcunun olmasını mübahisələndirirdi. Göründüyü kimi, tərəflər arasındakı mübahisəyə son olaraq Ali Məhkəmənin MK-nın yuxarıda sözügedən qərarı ilə hüquqi qiymət verilmişdir. Belə olanda Cavabdeh həmin qərarın çıxdığı tarixdən xx.xx.2022-ci il tarixinədək mübahisəli əmlakları iddiaçılara təhvil verməyərək, əmlakdan istifadə etmiş, müqavilənin ləğv edilməsinə baxmayaraq, sahibliyi davam etdirməklə, iddiaçıya maddi ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, bu zaman iddiaçının təqdim etdiyi orta aylıq kirayə haqqını əks etdirən mütəxəssis rəyi əsas götürülməklə, cavabdehdən İddiaçı3 MMC-nin xeyrinə təqribi 11 aylıq müddət üçün (xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək) 11000 (on bir min) manat (11 x 1000 AZN) pul tutulmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsində göstərilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı3 MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 117 saylı müqavilə ləğv edildiyindən, Cavabdeh İddiaçı3 MMC-yə məxsus mənzillərdə 11 ay ərzində heç bir hüquqi əsas olmadan yaşadığından iddia tələbi qismən təmin edilməli, Cavabdeh İddiaçı3 MMC-nin xeyrinə 11000 (on bir min) manat pul tutulmalıdır. Çünki, hazırda mübahisələndirilən iddia tələbi üzrə dəymiş zərərin əvəzinin tələb edilməsi (iddiaçının iradə ifadəsinin ziddinə əmlaklardan uzun müddət əvəzsiz istifadə etdiyinə görə) mülki qanunvericilin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə həmçinin mülki iş üzrə ödənilmiş 410 manat dövlət rüsumunun iddiaçıya aid edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Beləliklə məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İddiaçı3 MMC-nin xeyrinə 11000 (on bir min) manat pul tutulmaldır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İddiaçı3 MMC-nin xeyrinə 11000 (on bir min) manat pul tutulsun. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-717/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-717/2023
20.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver