Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-723/2022 04.03.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi, İddiaçı İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 21500 manat borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 130 manat pulun tutularaq, ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bildirir ki, Bakı şəhəri, Nərimanov rayonu X10 küçəsində yerşən 7 A nömrəli evin 35 nömrəli mənzilinin icarədarı atası Kalmıkov Vya çeslav Semyonoviç olmuşdur. Mənzilə aid orderdə atasının, anasını və onun adları olmuşdur. Həmin mənzil onlara verilərkən cavabdeh və digər bacıları hələ doğulmamışdılar.Cavabdeh isə onun bacısıdır. İddiaçı doğulduğu vaxtdan yəni 1976-cı ildən 1988-ci ilədək həmin mənzildə yaşayıb. 1988-ci ildə Bakının Mərdəkan qəsəbəsində yerləşən 2 nömrəli internat məktəbində oxuyub. 1992-ci il tarixdə həmin məktəbi bitirdikdən sonra yaşamaq üçün yenidən həmin mənzilə qayıtdıqdan sonra 2012-ci ilə qədər orada yaşayıb. Həmin il ralarında mütəmadi olaraq mübahisələr baş vermiş. Nəticədə iddiaçı olub yenidən kirayədə yaşayıb. 2012-ildə şəxsiyyət vəsiqəsi almaq üçün Nərimanov RPİ-yə müraciət etdikdə məlum olmuşdur ki, Cavabdeh həmin mənzili öz adına özəlləşdirmişdir və qeyd olunan mənzilə qeydiyyata alınması üçün onun razılığı tələb olunur. Tatyana razılıq ərizəsi vermədiyi üçün bundan sonra iddiaçı həmin mənzilə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, mənzilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə zamanı Tatyana xahiş etmişdir ki, məsələni daha da qəlizləşdirməmək üçün iddia ərizəsini geri götürsün və bildirmişdir ki, onsuz da yaxın vaxtlarda mənzili satacaq və bu satışdan əldə olunan gəliri bacı-qardaş arasında dörd bərabər hissəyə böləcək. Belə olan halda iddiaçı ərizə verddi və mülki iş 22 oktyabr 2015-ci tarixli qərardadla baxılmamış saxlanıldı. Beləliklə ki, iddiaçı ilə cavabdeh Tatyana Vyaçeslavovna arasında şifahi formada «Borcun etirafı müqaviləsi» (bundan sonra Müqavilə) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh etiraf etmişdir ki, iddiaçıya 21500 manat məbləğində borcu vardır. Belə ki, cavabdeh etiraf elmişdir ki, atalarından onlara qalmış - Bakı şəhəri, Nərimanov rayonu, X11 küçəsində veriəşən 7A nömrəli evin 35 nömroli mənzilini satdıqdan sonra əldə olunmuş məbləğ iddiaçımnın, onun, digər bacılarının arasında bərabər paylarda 4 hissəyə bölünəcək. Cavabdeh 18 avqust 2020-ci il tarixli alqı=satqı və ipoteka müaviləsinə əsasən həmin mənzili X7 86000 manat qiymətə satmışdır. Beləliklə iddiaçıya 21500 manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərinə görə qeyd olunan məbləği mənzil satıldıqdan dərhal sonra yəni 18 avqust 2020-ci il tarixdə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin o bunu etməmiş, bununla da tərəflər rasında bağlanmış müqavilənin tələblərini pozaraq, müqavilə öhdəliklərini icra etməmişdir. Cavabdehə tərəfindən dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilsə də bir nəticə olmamışdır. Belə ki, borc məbləğinin dərhal qaytarılması barədə yazılı xəbərdarlıqla cavabdehə müraciət olunmuş, lakin o poçt göndərişini qəsdən qəbul etməməklə, mülki məsuliyyətdən yayınmış, yenə də müqavilə öhdəliyini yerinə yetirməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı ilə cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və onun tələbi məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Lakın cavabdehlə aralarında olan razılaşmaya görə 18.08.2020-ci il tarixdə 21500 (iyirmi bir min beş yüz) manat ödəməyi öhdəsinə götürsə də, bunu etməmiş, bununla da cavabdeh öhdəlikləri icra etməmişdir. Cavabdeh bu günə qədər olan müddət ərizə ilə 21500 manat ödəməli olsa da, heç bir manat da ödəməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Vyaçeslavova, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbiniqəbul etməyərək, yazılı etiraz təqdim etdilər. Yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən Nərimanov Rayon məhkəməsinə verilmiş borc məbləğinin qaytarılması tələbinə dair iddia ərizə üzrə 2(005)- 723/2022 saylı mülki iş hal-hazırda sizin icraatdadır. Həmin iş üzrə müdafiə etdiyi Cavabdeh qismindədir. Hesab edir ki, İddiaçı tərəfindən həmin iş üzrə verilmiş iddia ərizəsi qeyri obyektiv qanuna zidd və əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, 1976-ci il tarixindən başlayaraq 1988-ci il tarixinədək Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsində yerləşən 7 A nömrəli evin 35 saylı mənzildə yaşayıbdır. İddia ərizəsinin bu yazıları yanlışdır. Belə ki, mülki iş üzrə materiallara daxil olmuş sənəddən məlum olur ki, İddiaçı Səbail rayonunda 1976-ci il tarixdə doğulubdur. İş materiallarında olan digər sənədlərdən görünür ki, İddiaçı məhz 1979-cu il tarixdə Nərimanov rayonuna köçərək yuxarıda qeyd olunan mənzildə məskunlaşmışdılar. Bundan başqa İddiaçı iddia ərizəsində qeyd edir ki, guya internatdan qayıtdıqda yenidən Nərimanov rayonu, X10 küçəsində yerləşən 7A nömrəli evin 35 saylı mənzildə yaşayıbdır. Bildirir ki, bu kimi məlumatda yanlışdır. Belə ki, tərəfindən məhkəməyə təqdim olunan 26 sayı MKİS-ın arayışına əsasən məlum olur ki, iddiaçının anası X3 və iddiaçının özü İddiaçı 19.02.1990-cı il tarixdə həmin ünvanın qeydiyyatından çıxmışdılar və İddiaçı bundan sonra heç vaxt həmin mənzildə yaşamayıb və qeydiyyatda olmayıb. Qeyd etmək istəyir ki, 1995ci il tarixli arayışdan məlum olur ki, həmin mənzilin qeydiyyatında yalnız Cavabdeh, bacıları Kalmıkova Valentina və Kalmıkova Yelena qeydiyyatda olmuşdular. Bunu da qeyd etmək istəyir ki, cavabdehin qardaşı və anası barədə heç bir məlumat olmadığı üçün, cavabdehin və iki bacılarını başqa bir şəxs tərəfindən qəyyumluğa götürülərək baxılırdı. Bundan başqa İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya Cavabdeh 2015-ci il tarixdə iddiaçının ona məhkəmə qaydasında mənzilə köçürülməsinə dair qaldırdığı iddia zamanı söz vermişdir ki, evin satışından 21500 manat məbləğində pul vəsaitini verəcəkdir. Bu kimi məlumatda yanlışdır. Belə ki, 2015-ci il tarixdə Cavabdeh heç bir vədd verməmişdir, mənzili satmaq fikrində deyildi və heç bir borc müqaviləsi bağlamamışdır. Borc müqaviləsi olduğu təqdirdə, rəsmi sənəd olmaqla sübuta yetirilməlidir. Lakin borc müqaviləsi barəsində heç bir sənəd yoxdur və bu barədə heç bir şifahi müqavilə bağlanmamışdır. Bundan başqa Cavabdeh 18 avqust 2020-ci il tarixdə, Nərimanov rayonu, X10 küçəsində yerləşən 7A nömrəli evin 35 saylı mənzili satmışdır. Məhz 2015-ci il tarixdə Cavabdeh mənzili neçə yə satdığının və hansı həcmdə vəsaitin verilməsini necə söz verə bilərdi ? Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 7a saylı evin 35 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh Vyaçeslavovanın adına daşınmaz əmlakın dövlət reyestrində 1243 nömrəli reyestr kitabının 113096 nömrəli vərəqində, 05.10.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, Bakı şəhəri MKTB-nin 36 MKİS-in 7557 saylı X8 surətinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 7a saylı evin 35 saylı mənzili 01.04.1979-cu il tarixli 172185 nömrəli orderə ilə X1, Yaşenko Tatyana, Kalmıkova Yelena, X6 yaşayırlar. İş materiallarında olan 470 saylı, 09.08.2005-ci il tarixli Bakı Şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti Başçısının Sərəncamının surətindən görünür ki, vətəndaş X4 Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, A.M.Cümə küçəsindəki 7a saylı evin yaşayış sahəsi 29,011 kv.m olan 2 otaqlı 35 saylı mənzilinin icarə müqaviləsinin öz adına dəyişdirilməsini xahiş etmişdir. Müəyyən edilmişdir ki, mənzilin keçmiş icarədarı X5 15.04.1994-cü il tarixdə vəfat etmişdir. Hazırda həmin mənzildə 4 nəfərlik ailə tərkibi ilə (özü, 2 bacısı, bacısı qızı) icarədarın qızı X4 yaşayır və mənzilin icarə müqaviləsinin onun adına dəyişdirilməsinə yetkinlik yaşına çatmış ailə üzvlərinin rəsmi qaydada razılıqları vardır. Qeyd olunanlara istinad edərək A.M.Cümə küçəsindəki 7a saylı evin yaşayış sahəsi 29.01 kv m olan 2 otaqlı 35 saylı mənzilinin icarə müqaviləsi 4 nəfərlik ailə tərkibi ilə vətəndaş X2 adına dəyişdirilməsi qərara alınaraq həmin mənzilin icarədarı hesab edilmişdir. Məhkəmədə müəyyən edilən hallar ondan ibarətdir ki, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi, 7a saylı evin 35 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh Vyaçeslavovanın adına daşınmaz əmlakın dövlət reyestrində 1243 nömrəli reyestr kitabının 113096 nömrəli vərəqində, 05.10.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İddiaçı mübahisəli mənzilə köçürülməyi barədə məhkəməyə müraciət etmiş, daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərardadı ilə baxılmamış saxlanılmışıdır. Hazırda iddiaçı cavabdehlə aralarında şifahi olaraq borun etirafına dair müqavilənin bağlandığına istinad edərək, Cavabdeh mülkiyyətində olmuş mübahisəli mənzilin satışından əldə olunmuş pul vəsaitinin ¼ hissəsinə iddia edir, Cavabdeh həmin vaxt onlar arasında belə razılığın olmadığını, onun məhkəməyə gəlmədiyini, bu səbəbdən də iddiaçı ilə belə bir şifahi müqavilənin bağlanmasının qeyri-mümkün olduğunu, o cümlədən həmin mənzilin qeydiyyatında yalnız Cavabdeh, bacıları Kalmıkova Valentina və Kalmıkova Yelena qeydiyyatda olmuşlar. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, İddiaçı iddia tələbinin dəlillərinə əsaslanaraq, Cavabdeh mülkiyyətində olmuş mübahisəli mənzilin satışından əldə olunmuş pul vəsaitinin ¼ hissəsinə dair aralarında şifahi razılaşmanın olduğuna istinad etsə də buna dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun mülahizə xarakterli izahatı və iş materiallarında olan sübut əhəmiyyəti olmayan digər sənədlər mövcuddur. Onun izahatları və sənədlər isə işdə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı təqdim etdiyi sənədlərə və təqdim edilmiş izahatlara, habelə digər sənədlərinə istinad edərək, cavabdehin ona borclu olduğunu və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Beləliklə məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №2(005)-723/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-723/2022
04.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver