Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-727/2022 01.04.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 137,40 manat məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidmət haqqının, ümumilikdə 317,80 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22.08.2005-ci il tarixli, TR 057 saylı və 22.08.2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almışdır. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar tərəfindən İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulma hallarına da rast gəlinir. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında 15.05.2008-ci il, 15.03.2011-ci il, 01.10.2014-cü il, 29.03.2015-ci il, 04.01.2018-ci il və 01.06.2019-cu tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən cavabdeh ünvan 2 ünvanda yerləşən yaşayış sahəsində 01.09.2006-cı ildən yaşayır. Belə ki, İddiaçı MMC həmin ünvanda “K@TV1” xidmətlərinin göstərilməsinə 24.11.2010-cu il tarixdən başlamışdır. 31.10.2013-cü il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, bu barədə 0057 L saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 0057 L saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə 24.12.2012-ci il tarixdə baxış keçirilmişdir. Həmin ünvana 28.02.2014-cü il və 27.03.2014-cü il tarixdə keçirilən qrafikdənkənar nəzarət baxışı zamanı cavabdehin yenidən kabel şəbəkəsinə təkrar qanunsuz qoşulması faktları aşkar edilmiş, bu barədə müvafiq olaraq 0976 L və 0197 N saylı akt tərtib edilmişdir. Beləliklə də, yuxarıda qeyd olunmuş qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31.08.2015-ci il tarixədək 9 manat, 01.09.2015-ci il tarixdən isə 10 manat təşkil edir. Eyni zamanda, qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana 0057 L saylı akt tərtib edilənədək son baxışın keçirildiyi 24.12.2012-ci il tarixdən sonuncu dəfə təkrar qanunsuz qoşulma barədə aktın tərtib olunduğu 27.03.2014-cü il tarixə qədər olan müddət 458 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 30 qəpik maddi ziyan hesablamaqla müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulan zərərin məbləği 137,40 manat təşkil edir. Bundan əlavə İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir. Məhkəmə iclasında İddiaçı MMC-nin (“K@TV1) nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, iddia tələbində göstərilən ünvanda o və ailə üzvləri heç vaxt yaşamamışlar. ünvan 3nvanında tikilən binanın 5-ci giriş, 6-cı mərtəbəsində yerləşən 235 saylı, 3 otaqlı, sahəsi 108,4 kv.m olan mənzil 01.09.2006-cı il tarixdən 01.09.2010-cu il tarixədək müqavilə əsasında onun adına olmuşdur. Lakin, həmin müddətdə o və ailə üzvləri həmin mənzildə yaşamamışlar. Daha sonra isə 01.09.2010-cu ildə razılığı əsasında qeyd olunan mənzilin müqaviləsi X1 adına dəyişdirilmişdir. 01.09.2010-cu ildən bu günədək mənzildə Nicat İsmayılov öz ailə üzvləri ilə birgə yaşayır. O, iddiada qeyd olunan mənzildə heç vaxt yaşamamış və heç bir xidmətdən qanuni və ya qeyri-qanuni yolla istifadə etməmişdir. Odur ki, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: 06.05.2021-ci il tarixli DİN BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh ünvan 4 ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş arayışdan qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A, 235 saylı mənzildə 01.09.2006-cı ildən hazırki vaxta kimi Cavabdeh yaşayır. İddiaçı MMC-nin K@TV 1 kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 0197 N saylı, 27.03.2014-cü il tarixli; 0976 L saylı, 25.02.2014-cü il tarixli və 0057 L saylı, 31.10.2013-cü tarixli aktların surətinə əsasən ünvan 2 ünvanında “KATV 1” kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma aşkar olunmuşdur. Həmin aktda, aktın tərtib olunmasında mənzil sakininin iştirakını təmin etmək və tərtib edilmiş aktı təqdim etmək məqsədi ilə həmin mənzilin qapısının döyüldüyü, qapının açılmadığı və aktın surətinin mənzilin qapısına qoyulduğu qeyd edilmişdir. İddiaçı MMC-nin (“K@TV1”) 03.05.2021-ci il tarixli arayışından qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A, 235 saylı mənzil 0057L saylı akt tərtib olunana qədər sonuncu dəfə 24.12.2012-ci il tarixində həmin binaya baxışı keçirilmişdir. İddiaçı MMC-nin (“K@TV1”) 03.05.2021-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A ünvanında, KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə 24.11.2010-cu il tarixdən başlamışdır. "xxxx" MMC tərəfindən verilmiş 24.01.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, ünvan 3nvanında tikilən binanın 5-ci giriş, 6-cı mərtəbəsində yerləşən 235 saylı, 3 otaqlı, sahəsi 108,4 kv.m olan mənzil 01.09.2006-cı il tarixdən 01.09.2010-cu il tarixədək müqavilə əsasında Cavabdeh adına olmuşdur. Həmin müddətdə Cavabdeh və ailə üzvləri həmin mənzildə yaşamamışlar. 01.09.2010-cu ildə Cavabdeh razılığı əsasında qeyd olunan mənzil X1 adına dəyişdirilmişdir. Həmin müddətdən bu günədək mənzildə Nicat İsmayılov ailə üzvləri ilə birgə yaşayır. "xxxx" MMC tərəfindən verilmiş 24.01.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 45, 40 saylı mənzildə 2010-cu ildən ailə üzvləri ilə birlikdə yaşayır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 45, 40 saylı mənzil 04.12.2010-cu il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. Ödəniş tapşırığına əsasən İddiaçı MMC tərəfindən göstərilən hüquqi xidmətə görə Ədalət-A MMC-yə 150 manat məbləğində pul ödənilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı təşkilat tərəfindən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A ünvanında qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulma hallarının aşkar edilməsi məqsədi ilə yoxlama aparılan zaman həmin ünvanda 235 saylı mənzilə müqavilə bağlanmadan kabel şəbəkəsinə qoşulma aşkar edilmişdir. İddiaçı "xxxx" MMC tərəfindən əldə etdikləri arayışda Cavabdeh həmin ünvanda yaşadığı qeyd olunduğu üçün, sonuncu qanunsuz kabel şəbəkəsinə qoşulmada məsuliyyətli aşkar edərək, ondan dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişlər. Lakin cavabdeh iddiaya etiraz edərək, həmin ünvanda yaşamadığını və kabel şəbəkəsinə qanunsuz qoşulmadığını bildirmişdir. Baxılan işdə iddiaçı, cavabdehin qeyri-hüquqi əməlinə istinad edərək zərərə düşdüyünü iddia etdiyi üçün yuxarıda göstərilən şərtləri sübuta yetirmək yükü iddiaçının üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin müvafiq müqavilə bağlamadan qanunsuz olaraq ona məxsus kabel şəbəkəsinə qoşulması halını təsdiqləyən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Belə ki, iddiaçı tərəf "xxxx" MMC-nin arayışını əsas götürərək Cavabdeh qismində qeyd etmişdir. Lakin cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin digər arayışında ünvan 5, 235 saylı mənzil 01.09.2006-cı il tarixdən 01.09.2010-cu il tarixədək müqavilə əsasında Cavabdeh adına olduğunu, müddətdə Cavabdeh və ailə üzvləri həmin mənzildə yaşamadığını, 01.09.2010-cu ildə Cavabdeh razılığı əsasında qeyd olunan mənzil X1 adına dəyişdirildiyini və həmin müddətdən bu günədək mənzildə Nicat İsmayılov ailə üzvləri ilə birgə yaşadığını qeyd edilmişdir. Göründüyü kimi, "xxxx" MMC tərəfindən verilmiş arayışlarda ziddiyyət var, lakin cavabdeh tərəfindən alınmış arayış iddiaçının əldə etdiyi arayışdan daha sonrakı tarixdə verilmişdir. Həmçinin "xxxx" MMC-nin arayışından və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən aydın olur ki, Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 45, 40 saylı mənzildə 2010-cu ildən ailə üzvləri ilə birlikdə yaşamağa başlamış və qeyd edilən mənzil 04.12.2010-cu il tarixdən Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı MMC ünvan 5 ünvanda “K@TV1” xidmətlərinin göstərilməsini 24.11.2010-cu il tarixdən başlamışladığını qeyd etmiş, lakin mülk işə əlavə olunmuş sənədlərdən aydın olur ki, cavabdeh həmin ünvanda yerləşən mənzilini 01.09.2010-cu il tarixdən digər şəxsin adına dəyişdirmişdir. Göründüyü kimi cavabdeh iddiaçı tərəfindən ünvan 5 ünvanında xidmət göstərməyə başlamamışdan əvvəl həmin binada yerləşən mənzilini digər şəxsin adına keçirmiş və həmin mənzildə sonralar yaşaması sübut edilməmişdir. İddiaçı tərəfindən cavabdehin kabel şəbəkəsinə qanunsuz qoşulması barədə başqa sübutlar təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddiaçı tələbinin əsası kimi göstərdiyi faktiki halları sübuta yetirə bilməmişdir. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia və ona söykənən xərc tələbləri əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməli və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin (K@TV1) Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №2(005)-727/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-727/2022
01.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver