Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-754/2024 18.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı1, İddiaçı2, İddiaç İddiaçı4, Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X17nin nümayəndələri X10 və Nümayəndə3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X2rşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X22 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) əmək haqqının, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində Azərbaycan X17ndən İddiaçı1 xeyrinə 3583 manat məbləğində pul vəsaitinin, X5 xeyrinə 2519 manat məbləğində pul vəsaitinin, İddiaçı2 xeyrinə 6462 manat və maddi-mənəvi ziyana görə 2500 manat, cəmi 8962 manat pul vəsaitinin, İddiaçı3 xeyrinə ödənilməmiş 5092 manat və maddi mənəvi ziyana görə 2500 manat, cəmi 7592 manat pulun, İddiaçı4 xeyrinə ödənilməmiş 5137 manat və maddi mənəvi ziyana görə 2500 manat, cəmi 7637 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar - İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və X32 (iddia üzrə hüquqi varisi X13) hər biri uzun müddət əvvəllər AR Nəqliyyat Nazirliyinin, hazırda Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində olan “X31 Mərkəzi” MMX-də müxtəlif vəzifələrdə işləmişlər. Hər biri üzərlərinə düşən vəzifə borcunu layiqincə yerinə yetirmişlər. MMC-yə yeni rəhbərlik təyin olunandan sonra onlara bildirilib ki, hamısı işdən çıxmalıdır, bundan sonra onların əmək haqlarını ödəyəcəklər. Sonra onlara 3 ay əmək haqqı ödənildi, ancaq sonradan dəfələrlə müraciət ediblər, müxtəlif bəhanələrlə onları aldadıblar. Onlar əmək haqlarının ödənilməsi xahişi ilə mütəmadi olaraq cavabdehə müraciət etmişlər. Ancaq iddiaçıların bəzilərinə 2022-ci ilin ortalarına kimi müəyyən ödənişlər olub. Müraciətlə bağlı xx.xx.2021-ci il tarixli məktubla cavabdeh bildirmişdir ki, əmək haqqı borclarının onlara ödənilməsi nəzarətdə saxlanılır və həmin ödənişlər təmin olunacaqdır. 2023-cü ilin mart ayında etdikləri müraciətlə bağlı xx.xx.2023-cü il tarixli məktubla bildirilir ki, cavabdehin tabeçiliyində olan “X8” MMC öz fəaliyyətini dayandırmışdır. Cavabdeh məsuliyyətdən yayınmaq üçün onlara bu cür formal xarakterli məlumat verir. Ona görə ki, "xxxx" fəaliyyətini davam etdirir. MMC-də hazırda taksi sürücüləri və beynəlxalq yük daşımalarını həyata keçirən sürücülər üçün təşkil olunmuş kurslar fəaliyyət göstərir. Həmin kurslara hər ay yüzlərlə sürücülər cəlb olunurlar. Kursda təlim keçmə müddəti 1 həftə olmaqla, hər sürücüdən 277 manat məbləğində təhsil haqqı alınır. Deməli müəssisənin hesabına hər ay külli miqdarda pul vəsaiti daxil olur. Bundan əlavə onlarda olan dəqiq məlumata görə AR Müdafiə Nazirliyi tərəfindən də vaxtaşırı olaraq "xxxx" MMC-yə ödənişlər edilmişdir. Mütəmadi olaraq MMC-yə müraciət etmələrinə baxmayaraq, cavabdeh qəsdən onların əmək haqlarını ödəmir. Onun bu hərəkəti səbəbindən onlara həm də əmək haqqı məbləğindən əlavə maddi və mənəvi ziyan dəymişdir. Qeyd edilən səbəbdən X3 ödənilməyən 6462 manat əmək haqqından əlavə 2500 manat maddi ziyan dəymişdir. Bu səbəbdən cavabdeh ona əsas məbləğ də nəzərə alınmaqla cəmi - 8962 manat, İddiaçı3 5092 manat ödənilməyən əmək haqqından əlavə 2500 manat, əlavə maddi və mənəvi ziyan dəymişdir. Ona görə də ona cavabdeh tərəfindən 7592 manat məbləğində pul vəsaiti ödənilməlidir. Eləcə də İddiaçı4 5137 manat əmək haqqı borcundan əlavə 2500 manat dəymiş maddi və mənəvi ziyana görə, cəmi 7637 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh onların qanuni tələblərindən imtina etdiyinə görə onlar qanunvericiliyin tələblərinə uyğun olaraq mediasiya təşkilatına müraciət etmişlər. Bu barədə məlumat cavabdehə vaxtında çatdırılıb. Ancaq onlardan fərqli olaraq cavabdeh tərəfi mediasiyada iştirak etməmişdir. Bu səbəbdən onlar məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Onlara müavinət ödənilməyib. Ancaq cavabdehin hazırda İddiaçı1, Ə.Əliyevə, İddiaçı2, İddiaçı3, İddiaçı4 müvafiq olaraq 3583, 2519, 6462, 5092 və 5137 manat məbləğində ödənilməmiş əmək haqqı borcu vardır. "xxxx" MMC-yə daxil olan pul vəsaiti barədə cavabdeh onlara məlumat vermir. Ona görə də bu barədə arayışı məhkəməyə təqdim edə bilmirlər. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X17 məhkəməyə etiraz ərizəsi və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək qeyd etmişdir ki, Prezidentin Fərmanına əsasən "Nəqliyyat Təlim- Tədris Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini dayandırmışdır. İddiaçılar qanunvericiliklə müəyyən edilmiş 1 illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir ki, bu hal prosessual pozuntudur. Əliyev Əlinin varisi İddiaçı5 işdən azad olunmasına dair əmrin verildiyi xx.xx.2020-ci il tarixdən 3 il 1 ay 12 gün sonra, yəni xx.xx.2023-cü il tarixində Əliyev Əli mediasiya prosesinin tətbiqi barədə təklif ilə Xidmətə müraciət etmiş, 02 noyabr 2023-cü il tarixdə isə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Bununla da iddia müddətini 2 il 1 ay 12 gün ötürmüşdür. İddiaçı2 işdən azad olunmasına dair əmrin verildiyi xx.xx.2022-ci il tarixdən 1 il 8 ay 19 gün sonra, yəni xx.xx.2023-cü il tarixində İddiaçı2 mediasiya prosesinin tətbiqi barədə təklif ilə Xidmətə müraciət etmiş, 02 noyabr 2023-cü il tarixdə isə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Bununla da iddia müddətini 8 ay 19 gün ötürmüşdür. İddiaçı4 işdən azad olunmasına dair əmrin verildiyi xx.xx.2022-ci il tarixdən 1 il 5 ay sonra, yəni xx.xx.2023-cü il tarixində İddiaçı4 mediasiya prosesinin tətbiqi barədə təklif ilə Xidmətə müraciət etmiş, 02 noyabr 2023-cü il tarixdə isə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Bununla da iddia müddətini 5 ay ötürmüşdür. İddiaçı3 işdən azad olunmasına dair əmrin verildiyi xx.xx.2021-ci il tarixdən 1 il 5 ay 28 gün sonra, yəni xx.xx.2023-cü il tarixində İddiaçı3 mediasiya prosesinin tətbiqi barədə təklif ilə Xidmətə müraciət etmiş, 02 noyabr 2023-cü il tarixdə isə mediator tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Bununla da iddia müddətini 1 il 5 ay 28 gün ötürmüşdür. İddiaçı1 işdən azad olunmasına dair əmrin verildiyi xx.xx.2020-ci il tarixdən 3 il 1 ay 24 gün sonra, yəni xx.xx.2023-cü il tarixində İddiaçı1 mediasiya prosesinin tətbiqi barədə təklif ilə Xidmətə müraciət etmiş, 02 noyabr 2023-cü il tarixdə isə mediator tərəfindən İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Bununla da iddia müddətini 2 il 1 ay 24 gün ötürmüşdür. Yuxarıda göstərilənlərlə müəyyən edilir ki, iddiaçılar iddia müddətini ötürmüş, iddia müddətinin bərpasına dair ərizə təqdim etməmiş və iddia müddətinin ötürülməsinin üzrlü səbəb olmasını heç cür əsaslandırmamışlar. Göründüyü kimi, imperativ olan bu madəyə əsasən tərəf həm müddətin bərpası, həm də iddia ərizəsini eyni anda rəsmi olaraq məhkəməyə verməlidir. Lakin, iddiaçıların məhkəməyə təqdim etdikləri və xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmış iddia ərizəsi və digər sənədlərə baxdıqda müəyyən edilir ki, iddiaçılar müddətin bərpası barədə ərizələrlə məhkəməyə müraciət etməmişlər. Onu da xüsusilə qeyd etmək istəyir ki, tərəfdən iddia müddətinin tətbiqi barədə ərizələr verildikdən sonra iddiaçıların həmin müddətlərin bərpası barədə ərizələr vermək istəsələr belə, qeyd edilən ərizələr təmin edilməməlidir. Belə ki, əvvəla iddiaçılar həmin ərizə ilə müraciət etmək istəsələr, belə qeyd edilən ərizələrin verilmə müddəti və qaydası 133.3-cü maddəsinin tələblərinin kobud surətdə pozulması olacaq. Digər tərəfdən də uzun müddət keçməsindən sonra iddia müddətinin bərpa ediməsi barədə ərizənin verilməsi hüquqdan sui-istifadə olardı ki, bu zaman məhz iddia müddəti institutunun özü tam mənasız olar. Maddi ziyanla bağlı iddiaçılar onlara dəymiş maddi ziyanı təsdiq edən heç bir sübut təqdim etməyiblər. Onlar, yalnız öz mülahizələrinə uyğun olaraq istədikləri məbləği iddia ərizəsində qeyd etmiş və cavabdehdən tələb edirlər. İddia ərizəsinə əlavə olunmuş əsas sənədə yalnız 4 ədəd əmək kitabçasının surəti və bir iddiaçının (Əliyev Əli) informasiya sistemindən “Sosial arayış” çıxarışıdır ki, bu sənədlər maddi ziyanla bağlı heçnəyi bildirmirlər və ziyan dəyməsini heç bir formada təsdiq etmirlər. Odur ki, hazırkı iş üzrə iddiaçıların iddialarını təsdiq edən heç bir sübut olmadığından iddia tələbi rədd edilməlidir. Mənəvi ziyanla bağlı İddiaçı3, X6 və İddiaçı4 maddi ziyandan əlavə olaraq, hər biri ayrı-ayrılıqda onlara dəymiş mənəvi ziyana görə 2500 manat pul məbləği istəmişdilər. Əvvəla qeyd olunmalıdır ki, mənəvi ziyanın onlara nə formada dəydiyi məlum deyildir və heç bir formada əsaslana bilməz, çünkü mənəvi ziyan şəxs qanunsuz hərəkətlər nəticəsində bilavasitə psixoloji sarsıntılar, onların psixoloji travmalarla nəticələnən ziyandır. Həmin şəxslər yalnız daha çox pul məbləği tələb etmək üçün bu cür vasitəyə əl atmışlar. Odur ki, onların mənəvi ziyanla bağlı pul tələbləri əsasssızdır və yalnız daha çox pul qazanmaq məqsədi daşıyır. İddiaçılar İddiaçı5 və İddiaçı3 məhkəməyə ərizə təqdim edərək, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X17nin nümayəndəsi Nümayəndə3 etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Nəqliyyat Təlim-Tədris Mərkəzi MMC fəaliyyətini dayandırmışdır. Onların hüquqi varis olmaları məsələsi mübahisəlidir. İddia müddəti ötürüldüyündən hazırki işə iddia müddəti tətbiq edilməlidir. Onlar ekspert rəyini də əsassız hesab edirlər. Çünki ekspert iddia ərizəsinə baxaraq hesablama etmişdir. Onlar isə bank çıxarışlarına uyğun hesablama etmişlər. Onların hesablamalarında məbləğlər daha azdır. İddiaçı4 tərəflərindən ödəniş edildiyindən ona münasibətdə iddia müddəti ötürülməmişdir. İddianı qalan hissədə əsassız hesab edirlər və iddianın rədd edilməsini xahiş edirlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X17nin nümayəndəsi X19 bildirmişdir ki, o, 1997-ci ildən nəqliyyat sistemində çalışır. Nəqliyyat Təlim-tədris Mərkəzi MMC müstəqil hüquqi şəxsdir. Hüquqi varis kimi isə X17 çıxış edir. O, mühasibat uçotunun şöbə müdiri vəzifəsində işləyir. Onlar maliyyə departamenti olaraq vahid bəyannamə əsasında araşdırma aparmışlar. Vahid bəyənnamə onlarda mövcuddur. Bəyannamədə 21 işçinin adı var və həmin işçilərin illər üzrə əmək haqqını müəyyən etmişlər. Hansı aylar üzrə əmək haqqının ödəndiyini isə bank çıxarışlarından müəyyən edirlər. İddiaçı4 2020-ci ilin avqust-sentyabr ayları üçün əmək haqqı ödənilib. Onun ilk müqaviləsinə 2022-ci ilin 29 aprel tarixində xitam verilib. Sonuncu ödəniş 2022-ci ildə edilib. 2022-ci ilin aprel ayı da daxil olmaqla borcu hesablamışlar. Cəmi 4504,45 manat İddiaçı4 borcları vardır. İddiaçı4 sonuncu ödəniş 239,90 manat olmaqla 2022-ci ilin noyabr ayında edilib. İddiaçı2 Nəqliyyat Təlim-tədris Mərkəzi MMC tərəfindən ödəniş 30 dekabr 2021-ci ildə ödənilib, lakin 07 yanvar 2022-ci ildə İddiaçı2 kart hesabına keçib. Həmin ödəniş 2019-cu ilin fevral ayı üçün edilib. Hazırda isə 2094,85 manat borc qalıb. İddiaçı1 30 dekabr 2021-ci ildə 2019-cu ilin noyabr ayı üçün maaş ödənilib. 12 yanvar 2022-ci ildə də kart hesabına keçirilmişdir. 2019-cu ilin dekabr ayında 2020-ci ilin iyul ayı daxil olmaqla hesablama aparılıb, 1931,75 borc qalıb. Köhnə borclar ödənilirdi, yenilər qalırdı. 1 aprel 2021-ci ildə İddiaçı3 müqaviləsinə xitam verilib. 2019-cu ilin iyun ayının ödənişi edilib. 12 yanvar 2022-ci ildə isə ödəniş kart hesabına keçib. xx.xx.2020-ci ildə Əliyev Əlinin müqaviləsinə xitam verilib. xx.xx.2021-ci il tarixində sonuncu ödəniş kart hesabına köçürülüb. İdarəçilik onların müəssisəyə keçdikdən sonra yalnız Kərəm bəyə 2 ay ödəniş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 bildirmişdir ki, 2019-cu ilin dekabr ayında işdən çıxmışdır. 2022-ci ilin yanvarında ona sonuncu ödəniş olunub. 2021-ci ildə AYNA fəaliyyətə başladıqdan sonra Nəqliyyat Təlim-tədris Mərkəzi MMC fəaliyyətini dayandırıb. Onlar işdən çıxdıqları gün hüquqları pozulmayıb. İstəkləriylə işdən çıxmışlar. Onlar maaş almaq üçün müraciət etmişdilər və onlara bildirilmişdir ki, Müdafiə Nazirliyinin Nəqliyyat Təlim-Tədris Mərkəzi MMC-yə 150000 manatdan çox borcu var. Həmin borc ödənildikdən sonra maaşları da veriləcək. Bundan sonra 3 dəfə ona maaş verildi. O, nazirliyə müraciət etmişdi ki, borcun qalığı ödənilsin. Cavab olaraq isə, Nəqliyyat Təlim-tədris Mərkəzi MMC bildirib ki, pandemiya olması ilə əlaqədar tədris prosesi dayandırılmışdır və buna görə işçilərə 1 yanvar 2021-ci il tarixi üzrə 86,220 manat borc öhdəliyi yaranmışdır. Buna baxmayaraq işçilərə borcların ödənilməsi nəzarətdə saxlanıldığı, büdcəyə maliyyə vəsaiti daxil olduqca əmək haqqı və son haqq hesab üzrə borcun ödənilməsinin təmin ediləcəyi bildirilmişdi. 2021-ci ilin avqustun 2-si onların müraciətlərinə cavab verilib. Onlar da həmin vaxta kimi gözlədilər. Artıq müəssisəyə maliyyə vəsaiti daxil olurdu. 17 mart 2023-cü ildə borcu ödəməyəcəklərini bildirdilər. Onlar isə hüquqlarının pozulduğunu həmin vaxtdan bilmişlər. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 bildirmişdir ki, onun əmək haqqı 2022-ci ilin sonuna kimi ödənilib. 2022-ci ilin aprel ayında əmək müqaviləsinə xitam verilib. Aprel ayından da ilin sonuna kimi hazırlıq kursunda müəllim kimi işləyib. 2023-cü ilin aprel ayına kimi işə gedib-gəlmişdir. Lakin sonradan bilib ki, müqaviləylə onu işə götürməyiblər, o 2022-ci ilin aprel ayından, müqaviləsiz, yəni qeyri-rəsmi işləmişdir. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 bildirmişdir ki, 2020-ci ilin sentyabr ayında müqaviləsinə xitam verilib. O, sonuncu dəfə maaşını 2022-ci ilin yanvar ayında almışdır. Sonradan ona heç bir ödəniş olunmayıb. Dəfələrlə müxtəlif qurumlara müraciət ediblər. Borcu ödəyəcəklərini düşündüklərindən daha əvvəl məhkəməyə müraciət etməmişlər. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasda iştirak edən tərəflərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı5 xx.xx.1993-cü il tarixdə doğulmuşdur. X15, anası X25r; - Nəqliyyat Təlim-Tədris Mərkəzi ilə İddiaçı1 arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə dispetçer vəzifəsinə işə qəbul edilmişdir; - Nəqliyyat Təlim-Tədris Mərkəzi ilə İddiaçı4 arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə sürücü vəzifəsinə işə qəbul edilmişdir; - Nəqliyyat Təlim-Tədris Mərkəzi ilə X32 arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixində qaraj mexaniki vəzifəsinə işə qəbul edilmişdir; - Nəqliyyat Təlim-Tədris Mərkəzi ilə İddiaçı2 arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə şöbə müdiri vəzifəsinə işə qəbul edilmişdir; - Nəqliyyat Təlim-Tədris Mərkəzi ilə İddiaçı3 arasında bağlanmış əmək müqaviləsinin surətindən görünür ki, o, xx.xx.2019-cu il tarixdə qaraj mexaniki vəzifəsinə işə qəbul edilmişdir; - İddiaçı2 əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2015-ci il tarixdə “X33”nda metodist vəzifəsinə qəbul edilmiş və xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir; - İddiaçı3 əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2020-ci il tarixdə sürücü vəzifəsinə qəbul edilmiş və xx.xx.2021-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir; - İddiaçı4 əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.2010-cu il tarixdə sürücü vəzifəsinə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir; - "xxxx" MMC-nin ş/h-54 saylı, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı2 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən (öz xahişi ilə) 15 oktyabr 2020-ci il tarixindən (əmək kitabçasında xx.xx.2019-cu il qeyd edilib) xitam verilmişdir; - "xxxx" MMC-nin ş/h-40 saylı, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 2020-ci il 14 avqust tarixindən (əmək kitabçasında xx.xx.2021-ci il tarix qeyd edilib) xitam verilmişdir; - "xxxx" MMC-nin ş/h-39 saylı, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı1 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 2020-ci ilin 05 avqust tarixindən xitam verilmişdir; - "xxxx" MMC-nin ş/h-10 saylı, xx.xx.2022-ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı4 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 29 aprel 2022-ci il tarixindən xitam verilmişdir; - "xxxx" MMC-nin ş/h-37 saylı, xx.xx.2020-ci il tarixli əmrinin surətindən görünür ki, X32 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 2020-ci il 04 avqust tarixindən xitam verilmişdir; - Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X18 Xidmətinin rəisi Həbib Həsənovun İddiaçı2 ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Xidmətin tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən bildirilmişdir ki, pandemiya ilə əlaqədar olaraq tədris prosesi dayandırılmışdır, buna görə də işçilərə xx.xx.2021-ci il tarixinə əmək haqqı üzrə 86220.00 manat borc öhdəliyi yaranmışdır. Buna baxmayaraq işçilərin əmək haqqı borclarının ödənilməsi nəzarətdə saxlanılır və müəssisəyə maliyyə vəsaiti daxil olduqca əmək haqqı və son haqq-hesab üzrə borcun ödənilməsi təmin ediləcəkdir; - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X17nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə İddiaçı3 arasında bağlanılmış əmək müqaviləsinə 14 avqust 2020-cu il tarixində, İddiaçı1 “Nəqliyyat Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında bağlanılmış əmək müqaviləsinə 05 avqust 2020-ci il tarixində, İddiaçı2 “Nəqliyyat Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında bağlanılmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixində, X4 “Nəqliyyat Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında bağlanılmış əmək müqaviləsinə 13 iyul 2020-ci il tarixində, X7 “Nəqliyyat Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyət ilə aralarında bağlanılmış əmək müqaviləsinə iyul 2017-ci il tarixində xitam verilmişdir. “Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər Haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021 -ci il tarixli 1463 nömrəli Fərmanının 8-ci hissəsinə əsasən “Nəqliyyat Təlim-Tədris Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini dayandırmışdır. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X17nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nəqliyyat X16 Məsuliyyətli Cəmiyyət ilə İddiaçı2 arasında bağlanılmış əmək müqaviləsinə 17 dekabr 2019-cu il tarixində xitam verilmişdir və Avtomobil nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-cı ıı tarixli 1463 nömrəli Fərmanının 8-cı hissəsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti öz fəaliyyətini dayandırmışdır; - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, iddiaçılar tərəfindən cavabdeh Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X17nə mediasiya təklifi xx.xx.2023-cü il tarixdə göndərilmiş, cavabdeh mediasiya prosesində iştirak etməmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1623 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X17nin İddiaçı1, X26 (hüquqi varis X14), İddiaçı2, İddiaçı3, İddiaçı4 olan əmək haqqı, məzuniyyət haqqı və son haqq-hesabin ödənişlərində yaranmış borc məbləğləri İddiaçı1 - 3583 manat, X26 (hüquqi varis X14) - 2519 manat, İddiaçı2 - 6462 manat, İddiaçı3 - 5092 manat, İddiaçı4 - 5137 manat olaraq müəyyən edilmişdir. Ekspertiza xərci 100 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçılar - İddiaçı1, İddiaçı3, İddiaçı2, İddiaçı4 və X32 (iddiaçı qismində hüquqi varisi-oğlu X13 çıxış edir) hər biri uzun müddət Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeçiliyində olan "xxxx" MMC-də müxtəlif vəzifələrdə çalışmışlar. Onların hər birinin əmək müqavilələrinə müxtəlif tarixlərdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən öz xahişləri ilə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 11 oktyabr 2021-ci il tarixli Fərmanı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərinin və digər bir sıra qurumların əsasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan X17 publik hüquqi şəxsi yaradılmışdır. Hazırda iddiaçılar əmək haqqlarının tam olaraq ödənilmədiyini əsas gətirərək, işlədikləri müəssisənin hüquqi varisi olan cavabdeh təşkilatdan ödənilməyən əmək haqqı və vurulmuş mənəvi zərərin tutulmasını xahiş edirlər. Cavabdeh təşkilat isə iddia müddətinin tətbiqinə dair ərizə verərək iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Hər hansı ayrı-seçkilik olmadan əmək hüquqlarının həyata keçirilməsi beynəlxalq hüquqi aktlarda da aparıcı yer tutur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 23cü maddəsinin ikinci bəndində, İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci maddəsində hər kəsin hər hansı ayrı-seçkilik olmadan bərabər əməyə görə bərabər haqq almaq hüququ təsbit olunmuşdur. Qeyd edilməlidir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1 və 154.2-ci maddələrinə əsasən, əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Bu Məcəllənin 16-cı maddəsində nəzərdə tutulmuş ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Həmin Məcəllənin 172-ci maddəsinin 1-ci bəndinə görə, aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Eyni Məcəllənin 83.4 və 172.4-cü maddələrinə uyğun olaraq, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Əmək Məcəlləsinin 178-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, işəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını bu Məcəllənin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. İşçiyə aylıq əmək haqqının ödənilməməsində təqsirkar olan işəgötürən qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyətə cəlb edilməlidir. Beləliklə, qanunvericiliyin qeyd edilən normalarının müqayisəli təhlilindən göründüyü kimi, işçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması mütləq qaydada təmin edilməlidir. Mülki iş materiallarından və baxış iclasında iştirak edən cavabdeh təşkilatın nümayəndəsinin izahatlarından, təqdim etdiyi sənədlərdən, eləcə də iş üzrə keçirilmiş ekspert rəyindən görünür ki, cavabdeh təşkilat əmək qanunvericiliyinin tələblərini və iddiaçıların Konstitusiya ilə təsbit edilmiş əmək hüquqlarını pozaraq onlara ödənilməli olan əmək haqlarını ödəməmişdir. Həmin məbləğlər ekspert rəyində öz əksini tapmışdır. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyində İddiaçı1 - 3583 manat, X11 - 2519 manat, İddiaçı2 - 6462 manat, İddiaçı3 - 5092 manat, İddiaçı4 - 5137 manat ödənilməmiş əmək haqqı borcunun olduğu müəyyən edilmişdir. Göstərilən ekspert rəyinin qeyri-mötəbər olması ilə bağlı sübut iş materiallarında mövcud deyildir. Hazırki halda məhkəmə hesab edir ki, iddiaçıların ödənilməyən əmək haqqının ödənilməsini tələb etmək hüquqları yaranmışdır və cavabdehin iddiaçılara əmək haqqı borcunun olması işin mübahisələndirilməyən halıdır. Lakin nəzərə alınmalıdır ki, əmək haqqı borcunun ödənilməsini tələb etmək hüququ iddia müddəti institutu ilə məhdudlaşır. Hazırki iş üzrə cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bu baxımdan məhkəmə həmin məsələyə münasibət bildirməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarına əsasən, Əmək Məcəlləsinin 296-cı maddəsində əmək mübahisələrinin həm məhkəməyə qədər, həm də məhkəmə qaydasında həlli zamanı tətbiq olunan iddia müddətləri nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Nəzərə alınmalıdır ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarı). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər (L.Bənnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarlar). Əmək Məcəlləsinin fərdi əmək mübahisələrinin həllində iddia müddətlərini nəzərdə tutan 296.4-cü maddəsinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Həmin Məcəllənin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Eyni Məcəllənin 83-cü maddəsinin 4-cü hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərinə görə işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gündə verilir. Qeyd olunmalıdır ki, qanunda əmək haqqının hər ay üzrə ödənilməsinə dair qayda, eləcə də əmək müqaviləsinə xitam verilərkən bütün ödənilməyən ödənclərin ödənilməsi tələbi mövcud olduğundan, “ay tamam olduqda əmək haqqı almayan işçi həmin dövr üzrə almalı olduğu ödəncə münasibətdə hüququnun pozulduğunu bilməlidir” müddəası qüvvədə olur. Başqa sözlə, bir qayda olaraq, işçinin əmək haqqı tələbinə iddia müddəti, vəsaitin ödənilmədiyi məlum olduğu vaxtdan hər ay üzrə ayrıca hesablanır. Hazırki iş üzrə hətta iddia müddətinin axımı son ödəniş vaxtından sonra hesablansa belə, iddia müddəti hər bir halda iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2 və İddiaçı3 tərəfindən ötürülmüşdür. Adıçəkilən iddiaçılara münasibətdə iddia müddətinin axımı ilə bağlı məsələnin aydınlaşdırılması məqsədilə hansı aylar üzrə əmək haqqının ödənilməməsi, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilməsi və son əmək-haqqı ödənişi müddətlərinin aydınlaşdırılması zəruridir. Belə ki, Nəqliyyat Təlim-Tədris Mərkəzinin müvafiq əmrləri ilə müəyyən edilir ki, İddiaçı2 ilə olan əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə, İddiaçı3 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə (əmrdə xx.xx.2020-ci il göstərilmişdir), İddiaçı1 ilə olan əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə, İddiaçı4 ilə olan əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə, X32 ilə olan əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. Lakin nəzərə alınmalıdır ki, cavabdeh tərəfin iddiaçılara qalan əmək haqlarını hissəhissə ödəməsi davam etmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçılara həmin ödənişlərin sonuncu olaraq ödənilməsi tarixi onların hüquqlarının pozulduğunu bildikləri tarixdir. Belə ki, iddiaçıların qeyd edilən müddət ərzində məhkəməyə müraciət etməmələrinə səbəb onlara hüquqlarının təmin edildiyini düşündürən məhz həmin ödənişlərin həyata keçirilməsi olmuşdur. Həmçinin Mülki Məcəllənin 380-cı maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Hazırki iş üzrə də cavabdeh tərəfindən müəyyən dövrlərdə ödənişlər edilərək, mövcud borc etiraf edilmişdir. Ödənişlər edildiyi vaxtdan isə iddia müddətinin axımı kəsilmiş və sonra yenidən hesablanmağa başlamışdır. Məhkəmə tərəfindən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı2 sonuncu əmək haqqı ödənişi xx.xx.2021-ci il tarixdə (“2019 fevral ə h köç” təyinatı ilə) 208,63 manat, İddiaçı3 sonuncu əmək haqqı ödənişi xx.xx.2021-ci il tarixdə 171 manat (“2019 iyun ayı əh köç” təyinatı ilə) manat, İddiaçı1 Qasim oğluna sonuncu əmək haqqı ödənişi xx.xx.2021-ci il tarixdə (“2019 noyabr ayı əh köç” təyinatı ilə) 231,75 manat, İddiaçı4 sonuncu əmək haqqı ödənişi xx.xx.2022-ci il tarixdə 239,90 manat, X1 əmək haqqı ödənişi xx.xx.2021-ci il tarixində 231,75 manat məbləğində ödənilmişdir. “Mediasiya haqqında” Qanunun iddia müddətinin axımının dayandırılmasını müəyyən edən 35-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan başlanmış sayılır. Hazırki iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2 və İddiaçı3 mediasiyanın tətbiqi barədə təklifi qarşı tərəfə xx.xx.2023-cü il tarixdə göndərmişlər. Lakin həmin tarixədək artıq qeyd edilən iddiaçılar əmək haqqının ödənilməsi tələbini irəli sürmək üçün iddia müddətini ötürmüşlər. Belə ki, İddiaçı2 münasibətdə iddia müddətinin axımı sonuncu ödəniş tarixlərindən götürüldüyü halda, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2022-ci tarixdə bitmişdir, iddia müddəti bitdikdən 9 ay sonra mediasiya təklifini göndərmişdir. İddiaçı3 üçün iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış, xx.xx.2022-ci il tarixdə bitmişdir, mediasiya təklifini 9 ay sonra göndərmişdir. İddiaçı1 üçün iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdən başlamış, xx.xx.2022-ci il tarixdə bitmişdir, mediasiya təklifini iddia müddəti bitdikdən 9 ay sonra göndərmişdir. X12 üçün iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə başlamış, xx.xx.2022-ci il tarixdə bitmişdir. Mediasiya təklifi 1 il sonra göndərilmişdir. Qeyd olunmalıdır ki, məhkəmənin öz təşəbbüsü ilə iddia müddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir. Hazırki iş üzrə iddiaçılar dəfələrlə mavafiq dövlət qurumlarına müraciət etdiklərini, həmçinin 2021-ci ildə müəssisənin rəhbərinin borcun ödəniləcəyi barədə onlara ünvanlanmış məktublarını nəzərə alaraq vaxtında məhkəməyə müraciət etməmələrini bildirirlər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” 30 iyul 2021-ci il tarixli Qərarında əks olunmuş hüquqi mövqeyinə görə, məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır. Hazırki işdə iddiaçıların müraciət etdiyi aidiyyəti şəxslər fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilmədiyindən, iddia müddətinin axımı müvafiq şəxslərə müraciət vaxtından hesablana bilməz. Hətta cavabdehlərin istinad etdikləri Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X18 Xidmətinin rəisi Həbib Həsənovun xx.xx.2021-ci tarixli borcun ödəniləcəyi barədə məktubu borcun etirafı kimi qəbul edilsə və iddia müddətinin axımı həmin vaxtdan hesablanmağa başlasa belə, yenə də iddia müddəti ötürülmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2 və İddiaçı3 əmək haqqının ödənilməsi tələbləri üzrə Əmək Məcəlləsinin 296.4-cü maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti ötürüldüyündən iddia həmin iddiaçılara münasibətdə rədd edilməlidir. Eyni zamanda məhkəmə iddiaçıların həmin tələbdən asılı olan maddi (maddi zərərlə bağlı hər hansı sübut təqdim edilməmişdir) və mənəvi zərərin ödənilməsi tələblərinin də prosessual qənaət prinsipi baxımından əlavə araşdırma aparmadan rədd edilməli olduğu qənaətinə gəlir. İddiaçı4 münasibətdə isə qeyd edilməlidir ki, onun əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Sonuncu əmək haqqı isə xx.xx.2022-ci il tarixdə, yəni iddia müddətinin axımı bitmədən öncə ödənilmişdir. Həmin tarixdən də iddia müddətinin axımı kəsilmiş və yenidən hesablanmağa başlanmışdır. Mediasiya təklifini isə qarşı tərəfə xx.xx.2023-cü il tarixdə göndərmişdir və həmin tarixdən də iddia müddətinin axımı dayanmışdır. İddiaçı4 mediasiya arayışını xx.xx.2023-cü il tarixdə almış, iddia ərizəsi ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə, ağlabatan müddət ərzində müraciət etmişdir. İddia müddətinin xx.xx.2022-ci il tarixdən yenidən hesablanmağa başladığını (borc etiraf edildiyindən), iddiaçının bir neçə ay sonra mediasiya təklifini tərəfə göndərdiyini, mediasiya arayışı aldıqdan sonra ağlabatan müddət ərzində məhkəməyə müraciət etdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı4 münasibətdə xx.xx.2022-ci il tarixdən əvvəlki 1 il dövrü (yəni xx.xx.2021-xx.xx.2022-ci illər) nəzərə alınmalıdır. İddiaçının əmək müqaviləsinə xx.xx.2022-ci il tarixində xitam verildiyi nəzərə alınarsa xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr hesablanaraq iddiaçıya ödənilməlidir. Cavabdehin nümayəndəsinin təqdim etdiyi arayışdan görünür ki, təşkilatın İddiaçı4 oktyabr 2020-aprel 2022-ci illər üzrə cəmi 4504,45 manat ödənilməmiş əmək haqqı borcu mövcuddur. Məhkəmə xüsusilə qeyd edir ki, mediasiya təklifinin göndərildiyi vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən 1 il əvvəlki dövr üçün əmək haqqının hesablanması hazırki işdə mümkün deyildir. Belə ki, qeyd edilən qaydada hesablanarsa, bu, xx.xx.2022-xx.xx.2023cü il dövr aralığını əhatə edir. Həmin dövrdə isə iddiaçı artıq işləmirdi. Nəzərə alınmalıdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən borc etiraf edilərək ödənişlər edildiyindən iddia müddətinin aximı kəsilmiş və yenidən hesablanmağa başlamışdır. Qanunvericilkdə və məhkəmə təcrübəsində mövcud olan boşluq isə öz yaşayışını təmin etmək üçün işləyən və minimum əmək haqqı alan vətəndaşın xeyrinə şərh edilməlidir. Göstərilənlərə əsasən məhkəmə cavabdeh təşkilatın dövlət qurumu olduğunu, ödənilməyən əmək haqqı borcunun mövcudluğunu, müvafiq hallarda iddia müddətinin axımının hesablanması ilə bağlı qanunvericilikdə mövcud olan boşluğun müqavilənin daha zəif tərəfi olan və hüquqları pozulan işçinin xeyrinə şərh edilməli olduğunu nəzərə alaraq hesab edir ki, İddiaçı4 iddiası qismən təmin edilməli, xx.xx.2021-ci il tarixindən xx.xx.2022ci il tarixinədək olan dövr üzrə əmək haqqı hesablanaraq iddiaçıya ödənilməlidir, qalan hissədə isə iddia müddəti ötürüldüyündən, iddia təmin edilməməlidir. Təmin edilən müddət ərzində ödənilməli olan məbləğin hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, müvafiq məbləğin hesablanması üçün əlavə olaraq ekspertiza təyin edilməsinin işin uzanmasına səbəb olacağını, ödənilməli olan əmək haqqı məbləğinin icra məmuru tərəfindən hesablanmasının həyata keçirilməsinin mümkünlüyünü nəzərə alaraq məhkəmə, hesablanmalı olan dövr aralığının müəyyən edilməsini daha məqsədəmüvafiq hesab etmişdir. İddiaçı4 vurulmuş mənəvi ziyana görə pulun tutulması tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli Qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Bundan əlavə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Ali Məhkəmənin Plenumu həmin Qərarın 10-cu bəndində qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Göründüyü kimi, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2002-ci il 31 may tarixli Qərarı). Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq hesab edir ki, iddiaçıya uzun müddət ərzində əmək haqqının ödənilməməsi nəticəsində müəyyən mənəvi iztirablar keçirməsi şübhəsizdir və o, bu hadisə, habelə ondan sonrakı proseslər zamanı keçirdiyi stres və əziyyətlərlə bağlı olaraq ona vurulmuş mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin nəticəsində iddiaçının keçirdiyi mənəvi iztirabın xarakteri və dərəcəsini, işləmiş olduğu dövrlər üçün ödənilməli olan əmək haqqından məhrum olmasını, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alaraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddiaçıya dəymiş mənəvi zərərə görə 500 manat məbləğində pul cavabdehdən tutularaq ona ödənilməlidir. Belə ki, mənəvi zərərə görə ödənilən təzminat iddiaçının gəlir əldə etməsinə deyil, keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmişdir. Məhkəmə həmçinin hesab edir ki, mddi zərər ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki mülki iş üzrə iddia tələbi iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2 və İddiaçı3 münasibətdə təmin edilmədiyindən məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul onlardan, eləcə də iddianın qismən təmin edilməsi nəzərə alınaraq cavabdehdən müştərək qaydada tutulmalıdır. Beləlikə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2 və İddiaçı3 əmək haqqı, maddi və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddiaları təmin edilməməlidir. İddiaçı4 iddiası qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X17ndən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə əmək haqqı və vurulmuş mənəvi zərərə görə 500 manat məbləğində pul tutularaq İddiaçı4 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X17ndən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2 və İddiaçı3 əmək haqqı, maddi və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddiaları təmin edilməsin. İddiaçı4 iddiası qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X17ndən xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək olan dövr üzrə əmək haqqı və vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat məbləğində pul tutularaq İddiaçı4 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul iddiaçılar İddiaçı1, İddiaçı5, İddiaçı2, İddiaçı3 və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan X17ndən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN**********, AZ34CTRE********************, X9, KOD 210005, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №2(005)-754/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-754/2024
18.09.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver