Məhkəmə qərarları › İş №2(3-8)-352/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-352/2026

26.05.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-352/2026 26.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı normadan artıq işlədiyi saatlara görə əmək haqqının qanunvericiliyə uyğun əlavə ödənişlərlə birlikdə hesablanaraq ödənilməsi, öhdəliyinə daxil olmayan, lakin onun tərəfindən yerinə yetirilmiş əlavə işlər, xüsusilə gömrük əməliyyatlarının həyata keçirilməsi və malların rəsmiləşdirilməsi ilə bağlı xidmətlərə görə əlavə ödənişlərin hesablanaraq ödənilməsi, bayram və bazar günlərində işlədiyi vaxtlara görə qanunvericiliyə uyğun əlavə ödənişlərin təmin edilməsi, maddi və mənəvi ziyana görə əlavə kompensasiyanın təmin edilməsi, cavabdehin süni yolla vaxtı uzatmasının qarşısının alınması və məhkəmə prosesinin effektivliyinin təmin edilməsi, tələb olunan məbləğlərin dəyər itkisinin infilyasiya göstəricilərinə uyğun kompensasiya edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi nümayəndə3 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı normadan artıq işlədiyi saatlara görə əmək haqqının qanunvericiliyə uyğun əlavə ödənişlərlə birlikdə hesablanaraq ödənilməsi, öhdəliyinə daxil olmayan, lakin onun tərəfindən yerinə yetirilmiş əlavə işlər, xüsusilə gömrük əməliyyatlarının həyata keçirilməsi və malların rəsmiləşdirilməsi ilə bağlı xidmətlərə görə əlavə ödənişlərin hesablanaraq ödənilməsi, bayram və bazar günlərində işlədiyi vaxtlara görə qanunvericiliyə uyğun əlavə ödənişlərin təmin edilməsi, maddi və mənəvi ziyana görə əlavə kompensasiyanın təmin edilməsi, cavabdehin süni yolla vaxtı uzatmasının qarşısının alınması və məhkəmə prosesinin effektivliyinin təmin edilməsi, tələb olunan məbləğlərin dəyər itkisinin infilyasiya göstəricilərinə uyğun kompensasiya edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı əmək haqqının və ödənişin gecikdirilməsinə görə kompensasiyanın tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, sentyabr ayına görə əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərin kompensasiyası üzrə 4377,8 manat ödənişlərin və mediasiya xidməti kimi ödənilmiş 50 manat pulun, habelə Cavabdeh MMC tərəfindən ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin edilmiş vaxtdan ertəsi gündən başlayaraq (## ######## 2023-cü il) faktiki hesablaşma günü daxil olmaqla, hər gecikdirilmiş gün üçün kompensasiya miqdarında vəsaitin cavabdeh Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin sentyabr ayı üzrə əmək haqqı və istifadə edilməmiş məzuniyyətlərə görə kompensasiya məbləği olan 4377,80 manat və mediasiyada yaranmış 50 manat borc ödənilməyini, ödənişlərin gecikdirildiyi hər gün üçün əmək haqqının 1 %-i miqdarında kompensasiya məbləğinin ##.##.2023-cü il tarixindən etibarən faktiki ödəniş gününə qədər hesablanaraq onun xeyrinə ödənilməyini, ona vurulan maddi və mənəvi ziyana görə əlavə təzminat ödənilməyini, cavabdehin məhkəmə prosessini süni şəkildə uzatmasının qarşısının alınması və məhkəmə qərarlarının effektiv şəkildə icra olunması üçün zəruri tədbirlərin görülməyini xahiş etmişdir.

3. Daha sonra iddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əvvəlki iddia ərizəsində göstərilən 4377,80 manat məbləğin infliyasiya təsiri nəzərə alınaraq yenidən hesablanmasını, ödənişlərin gecikdirildiyi hər gün üçün əmək haqqının 1 %-i miqdarında kompensasiya məbləğinin ##.##.2023-cü il tarixindən faktiki ödəniş gününə qədər hesablanaraq onun xeyrinə ödənilməsini, normadan artıq işlədiyi saatlara görə əmək haqqının qanunvericiliyə uyğun əlavə ödənişlərlə birlikdə hesablanaraq onun xeyrinə ödənilməsini, öhdəliyinə daxil olmayan, lakin onun tərəfindən yerinə yetirilmiş əlavə işlər, xüsusilə gömrük əməliyyatlarının həyata keçirilməsi və malların rəsmiləşdirilməsi ilə bağlı xidmətlərə görə əlavə ödənişlərin hesablanmasını və onun xeyrinə ödənilməsini, bayram və bazar günlərində işlədiyi vaxtlara görə qanunvericiliyə uyğun əlavə ödənişlərin təmin edilməsini, maddi və mənəvi ziyana görə əlavə kompensasiyanın təmin edilməsini, cavabdehin süni yolla vaxtı uzatmasının qarşısının alınması və məhkəmə prosesinin effektivliyinin təmin edilməsini, tələb olunan məbləğlərin dəyər itkisinin infilyasiya göstəricilərinə uyğun kompensasiya edilməsini xahiş etmişdir.

4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2020-ci il tarixdən o, Cavabdeh MMCdə (VÖEN:**********) "Baş Mühasib" və ##.##.2023-cü il tarixindən "Maliyyə Direktoru" vəzifəsində (peşəsində) ##.##.2023-cü il tarixində yazdığı ərizə ilə ##.##.2023-cü il tarixindən işdən çıxarılmışdır. ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixinə kimi olan əmək haqqı 717 manat və ##.##.2020-ci il tarixindən ##.##.2023-cü ilə qədər olan 95 gün məzuniyyətinin kompensasiyası 3661,30 manat bu günə qədər əsassız səbəblərdən ona ödənilməmişdir. Belə ki, işəgötürən qanunvericilikdə və əmək müqaviləsinin şərtlərində nəzərdə tutulmuş özünün əsas vəzifələrindən birini yerinə yetirmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 174-cü maddəsinin 4 və 5-ci bəndlərinə uyğun olaraq işçi işdən çıxarkən ona veriləcək bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilməlidir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 195-ci maddəsinin d bəndinə əsasən işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əsas və digər ödənişlərinin ödənilməsi üçün cavabdehə ##.##.2023-cü il tarixdə tərəfindən sifarişli məktub göndərilmişdir və mediasiya sessiyasına dəvət edilmişdir. Həmin məktub bugünədək cavabsız qalmışdır və cavabdeh tərəf təyin olunmuş vaxtda Mediasiya Sessiyasında iştirak etməmişdir. Həmçinin bildirir ki, işdən ayrılmağı zamanı cavabdeh tərəfindən əmək haqqı, istifadə edilməmiş məzuniyyətlərin kompensasiyası, normadan artıq işlədiyi saatlara, öhdəliyinə düşməyən əlavə işlərə, bayram günlərində və bazar günlərində işlədiyi vaxtlara görə ödənişlər tam şəkildə ödənilməmişdir. Misal olaraq, o, işi çərçivəsində öz vəzifə öhdəliklərindən kənar bütün gömrük əməliyyatlarını icra etmiş, gömrük mallarını rəsmiləşdirərək onların çıxarılmasını təmin etmişdir. Bu işlərin onun əsas vəzifələrinə daxil olmamasına baxmayaraq, bu xidmətlər üçün ona heç bir əlavə ödəniş edilməmişdir. Bundan başqa bir çox rəsmi bayram günlərində məcbur olaraq işə çıxarılmışdır. Bu səbəbdən həmin əlavə işlər və bayram günlərində işlədiyi vaxtlar üçün ödənişlərin hesablanmasını və ödənilməsini tələb edir. Uzun müddət ərzində ödənişlərin edilməməsi nəticəsində yaranan inflyasiya təsiri də nəzərə alınmalıdır. Iddia məbləğinə inflyasiyaya uyğun düzəlişlər tətbiq olunmalıdır ki, onun real maddi itkiləri tam şəkildə kompensasiya edilməlidir. Bundan əlavə, cavabdeh müəssisənin əmək qanunvericiliyini pozması ilə bağlı X2 tərəfindən cərimələnməsi məsələsinin də məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir

5. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMCdə işlədiyi ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi işlədiyi gün üçün ödənilməli olan 633,10 (altı yüz otuz üç manat on qəpik) manat əmək haqqı, ##.##.2021-ci il tarixdən (əmək müqaviləsi üzrə baş mühasib təyin olunan tarixdən) ##.##.2023-cü il tarixədək istifadə etmədiyi məzuniyyətlə bağlı kompensasiyanın məbləği 1984,59 (min doqquz yüz səksən dörd manat əlli doqquz qəpik) manat, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçı İddiaçı ödənilməli olan əmək haqqı ödənişinin (633,10 manat) gecikdirilməsi ilə bağlı ümumilikdə ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək gecikdirilmiş hər gün üçün ümumi ödənilməli olan məbləğin 1%-i məbləğində hesablanmaqla 3216,14 (üç min iki yüz on altı manat on dörd qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan, aparılmış ekspertiza tədqiqatına görə cəmi 100 (yüz) manat Cavabdeh MMC-dən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini ekspert rəyini sübut kimi qəbul etməsi, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilməməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Cavabdeh MMC Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, Abşeron rayon Məhkəməsinin ##.##.2025-ci il, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilərək İddiaçı barəsində Məşğulluq alt sisteminə vurulmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin etibarsız hesab edilməsi və onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin C bəndi ilə işdən azad edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh Cavabdeh MMC-nin nümayəndəsi nümayəndə3 məhkəmə kollegiyasına ərizə təqdim edərək, apellyasiya şikayətinin dəqiqləşdirilməsini, tələb hissəsinin Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin 1 % hesablanmış 3216,14 manat hissəsində ləğv edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının iddiasını qismən təmin edərək iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-də işlədiyi ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə kimi işlədiyi gün üçün ödənilməli olan 633,10 (altı yüz otuz üç manat on qəpik) manat əmək haqqı, ##.##.2021-ci il tarixdən (əmək müqaviləsi üzrə baş mühasib təyin olunan tarixdən) ##.##.2023-cü il tarixədək istifadə etmədiyi məzuniyyətlə bağlı kompensasiyanın məbləği 1984,59 (min doqquz yüz səksən dörd manat əlli doqquz qəpik) manat, cavabdeh Cavabdeh MMC tərəfindən iddiaçı İddiaçı ödənilməli olan əmək haqqı ödənişinin (633,10 manat) gecikdirilməsi ilə bağlı ümumilikdə ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək gecikdirilmiş hər gün üçün ümumi ödənilməli olan məbləğin 1%-i məbləğində hesablanmaqla 3216,14 (üç min iki yüz on altı manat on dörd qəpik) manat məbləğində pul vəsaiti cavabdeh Cavabdeh MMC-dən tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul etmişdir. Gecikdirilmiş hər gün üçün ümumi ödənilməli olan məbləğin 1%-i o halda hesablanmalıdır ki, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirilmiş olsun. Hazırki mübahisə üzrə işçi özü öz əmək müqaviləsinə xitam verib və bununla bağlı işəgötürənə məlumat verməyib. Əmək haqqının və son haqq hesabın hesablanaraq ödənilməsi birbaşa iddiaçının vəzifə öhdəliyi olub. Işçinin əmək müqaviləsinə xitam verilməsi ilə bağlı ərizəsi olmuş olsaydı işəgötürən əmək haqqını və son haqq hesabı ödəmiş olardı. Buradan açıq aydın görsənir ki, əmək haqqının verilməsi işəgötürənin təqiri üzündən gecikdirilməmiş və belə olan halda 1 % tətbiq edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir. Qeyd olunan normaların məzmunundan göründüyü kimi, qanunverici işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməsinin iki şərtini müəyyən etmişdir. Ilk növbədə əmək haqqının verilməsi gecikdirilməli və bu gecikdirilmə işəgötürənin təqsiri üzündən baş verməlidir. Abşeron Rayon Məhkəməsi qətnamə qəbul edərkən hüquqi əhəmiyyətli faktları araşdırmamışdır. Belə ki, İddiaçı ona olunan etibardan sui-istifadə edərək şirkətin asan imzası onda olduğundan özü öz əmək müqaviləsinə xitam vermişdir. Belə ki, İddiaçı ##.##.2023-cü il tarixində saat 13:12 dəqiqədə xitam əmri yaratmış, sonra isə direktorun ölkədə olmadığına görə icra etməmişdir. Bununla bağlı sənədlər Abşeron Rayon Məhkəməsinə təqdim edilməsinə baxmayaraq hüquqi qiymət verilməmişdir. ##.##.2023-cü il tarixində saat 00:00:35 dəqiqədə icra edərək əmək müqaviləsinə xitam vermişdir. Saata baxdıqda artıq məlumdur ki, xitam əmri İddiaçı özü tərəfindən icra edilib. Həmin saatda cəmiyyətin direktorunun Asan imza vasitəsilə hər hansısa işçinin işdən çıxma əmrini imzalaması ağlabatan deyil. İddiaçı həmin saatda vəzifəsindən sui-istifadə edərək əmək müqaviləsinə xitam vermiş və yaşadığı ərazini heç kimə məlumat vermədən tərk etmişdir. Buna səbəb olaraq isə o, vəzifəsinin öhdəsindən lazımi qaydada gəlməmiş və nəticədə cəmiyyətə ziyan dəymişdir. Belə ki, o, cəmiyyətin baş mühasibi vəzifəsində çalışdığı zaman səhlənkarlıq edərək hesabatları düzgün tərtib etməyərək vergi orqanına, DSMF-yə yalan yanlış məlumatlar vermiş və bunun nəticəsində şirkətə dəfələrlə kameral yoxlama açılmış və cəmiyyətə cərimə sanksiyası tərtib edilərək bank hesablarına sərəncam qoyulmuşdur. Bununla bağlı bütün sənədlər də məhkəməyə təqdim edilməsinə baxmayaraq məhkəmə həmin sənədlərə heç bir hüquqi qiymət verməmişdir. Eyni zamanda cəmiyyətin bütün işlərinin görülməsi ilə bağlı şirkətin baş direktoru tərəfindən iddiaçıya##.##.2023-cü il tarixli reyestrdə 7E-35991 nömrəsi ilə qeydiyyatı aparılmış etibarnamə verilmişdir. Həmin etibarnamə ilə İddiaçı Azərbaycan Respublikasının bütün idarə və təşkilatlarında, dövlət və qeyri-dövlət orqanlarında və.s təmsil etməyi, işçilərlə əmək müqaviləsi bağlamağı, ləğv emtəyi və.s bunun kimi səlahiyyətlər verilmişdir. Verilən səlahiyyətlərdən İddiaçı özü öz xeyrinə istifadə etmişdir. Halbuki həmin etibarnamədə belə bir səlahiyyət ona verilməmişdir. Buradan da açıq aydın görsənir ki, İddiaçı etibardan sui-istifadə edərək özü öz əmək müqaviləsinə xitam vermişdir. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Xüsusilə, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xitam əmrinin kim tərəfindən, hansı vaxtda və hansı texniki vasitə ilə icra edildiyi məsələsi araşdırılmamış, bu istiqamətdə təqdim olunmuş sübutlara hüquqi qiymət verilməmişdir. Saata baxdıqda artıq məlumdur ki, xitam əmri iddiaçı İddiaçı təşəbbüsü ilə icra edilib. Həmin saatda cəmiyyətin direktorunun Asan imza vasitəsilə hər hansısa işçinin işdən çıxma əmrini imzalaması qeyri-mümkündür. İddiaçı həmin saatda vəzifəsindən sui-istifadə edərək əmək müqaviləsinə xitam vermiş və yaşadığı ərazini heç kimə məlumat vermədən tərk etmişdir. Cəmiyyətə iddiaçı İddiaçı səhlənkarlığı nəticəsində maddi ziyan dəydiyini bildiyi üçün o, cəmiyyətin Baş direktorunun Azərbaycanda olmadığından istifadə edərək gecə gec saatlarında özü özünü tutduğu vəzifədən azad edərək yaşadığı ərazini gecə ilə tərk etmişdir. Yaşadığı ərazi dedikdə iddiaçı İddiaçı cəmiyyət tərəfindən ünvan 1 ünvanında yerləşən D binasında mənzil ilə təmin edilmişdir. İddiaçı xitam əmrinin yaradılması, xitam əmrinin icra edilməsi kimi bütün məsələləri həmin dövrdə köməkçisi vəifəsində çalışan X1 ilə birlikdə həyata keçirmişdir. X1 şahid qismində məhkəmədə dindirilməsi ilə bağlı ##.##.2025-ci il tarixli vəsatətin qəbul edilməsinə baxmayaraq məhkəmə onun dindirilməsi üçün məhkəmədə iştirakını təmin etməmişdir. Lamiyə Hacıyevanın iş üzrə şahid qismində dindirilməsi işin mahiyyətinin əsas sütunudur. İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308 və 314-cü maddələrinin tələblərini kobud şəkildə pozmuş, lakin məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmişdir. Belə ki, o, əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmə səbəbindən və bununla da cəmiyyətə cərimə sanksiyası tətbiq olunduğundan o, bilərəkdən özü öz əmək müqaviləsinə qanuna zidd olaraq xitam vermişdir. Məhkəmə qətnamə qəbul edərkən İddiaçı ərizəsinin olmamasını nəzərə almamış, bununla da qanunsuz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 172.4. Işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Maddə 172.5. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, lakin ərizə təqdim edərək qətnaməni əmək haqqı ödənişinin (633,10 manat) gecikdirilməsi ilə bağlı ümumilikdə ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixədək gecikdirilmiş hər gün üçün ümumi ödənilməli olan məbləğin 1%-i məbləğində hesablanmaqla 1 % hesablanmış 3216,14 manat hissəsində mübahisələndirmişdir.

16. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin ##.##.2013-cü il tarixli qərarı).

17. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Iş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

20. İddiaçı ##.##.2020-ci il tarixindən Cavabdeh MMC-nin baş mühasib vəzifəsinə, ##.##.2020-ci il tarixindən Cavabdeh MMC-nin baş direktoru vəzifəsinə təyin edilməsi, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ##.##.2021-ci il tarixli əmrlə işdən azad edilməsi, ##.##.2023-cü il tarixindən maliyyə direktoru vəzifəsinə təyin edilməsi, Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən ##.##.2023-cü il tarixli əmrlə işdən azad edilməsi işin mübahisəsiz halıdır.

21. Mövcud iş üzrə mübahisələndirilən hissədə gecikdirilmiş günlərə görə ödəncin tutulması barədədir. Iddia tələbinin qanuni əsasını isə Əmək Məcəlləsinin 172.4, 172.5-ci maddələri nəzərdən keçirilə bilər.

22. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinə əsasən, əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir.

23. Həmin maddənin “Qeyd” hissəsinə görə, “işəgötürənin təqsiri üzündən gecikdirildikdə” dedikdə, əmək haqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda müəyyən edilən müddətdə işçilərə əmək haqqının ödənilməməsi başa düşülməlidir.

24. Qeyd olunan normada əlavə ödəncin verilməsi müəyyən edilməklə, işçinin Əmək Məcəlləsinin 9-cu maddəsinin “d” bəndində və 54-cü maddəsində təsbit edilən əmək haqqı hüququnun müdafiəsinə əlavə təminat verilmişdir. Bu qayda işəgötürənin əmək haqqının vaxtında verilməsi məsələsində intizamlı olmağa məcbur etdiyi kimi, həm də işçinin pozulmuş hüququnun əvəzində kompensasiya mahiyyəti daşıyır.

25. Məhkəmə kollegiyası gecikdirilmiş hər gün üçün ümumi ödənilməli olan məbləğin 1%-i məbləğində əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, mülki işin İ cildinin 27-ci səhifəsinə əlavə edilmiş ƏƏSMN yanında DƏMX Abşeron-Xızı regional şöbəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli məktubuna əsasən işəgötürən Cavabdeh MMC-nin baş direktoru Orxan Məmmədov barəsində IXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində ##.##.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göründüyü kimi apellyasiya şikayətinin bu dəlili əsassızdır.

26. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.

27. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə mübahisələndirilən hissədə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.

28. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar