Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-3662/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı cavabdeh X3 qarşı əmək haqqı tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı əmək haqqı tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 2006-cı il tarixdən işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək ona verməli olduğu əmək haqları, məzuniyyət pulları, son haqq-hesaba görə pulun və eyni zamanda qanunvericiliyə uyğun olaraq gecikdirilmiş əmək haqqının və digər pulların qətnamə icra olunan günə qədər faizləri ilə birlikdə hesablanmaqla tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda məhkəmənin icraatına daxil olmuş 2(010)-3662/2024 saylı mülki iş üzrə İddiaçı Cavabdeh, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh əmək haqqı kimi əvəzləşdirilmiş 83.000 manat məbləğində pulun, 2006-cı il tarixdən işdən azad edildiyi xx.xx.2021-ci il tarixədək olan dövr üzrə orta aylıq əmək haqqının, məzuniyyət pulunun və işdən çıxarma barədə son haqq-hesab ödənişlərinin, mənəvi zərərə görə 10.000 manat vəsaitin, eyni zamanda gecikdirilmiş əmək haqqının və digər odənişlərin qətnamə icra olunan günə qədər faizləri hesablanmaqla, tutularaq ona ödənilməsi, məhkəmədə iddia qaldırılması ilə bağlı ödənilmiş 369 manat dövlət rüsumunun, həmçinin dəyəri 5000 manat olan bir ədəd qızıl qol saatının, bir ədədinin dəyəri 200 manat olmaqla, cəmi 600 manat təşkil edən üç ədəd xalçanın, dəyəri 1500 manat olan “LG” markalı bir ədəd televizorun, dəyəri 550 manat olan “Samsung” markalı bir ədəd kompüter dəstinin, dəyəri 800 manat olan bir ədəd kompüter stolu və dolabının, 1500 manat olmaqla, cəmi 3000 manat təşkil edən iki ədəd kondisionerin, dəyəri 800 manat olan 2 ədəd “LG” markalı tozsoranın, dəyəri 300 manat olan bir ədəd mikrodalğalı sobanın, dəyəri 900 manat olan “Samsung” markalı bir ədəd soyuducunun, dəyəri 700 manat olan bir ədəd paltaryuyan maşının, dəyəri 250 manat olan bir ədəd akvariumun, dəyəri 150 manat olan bir ədəd ətçəkən maşının, dəyəri 110 manat olan “Tefal” markalı çaynik dəstinin, dəyəri 1000 manat olan bir ədəd peçin, dəyəri 1500 manat olan divan dəstinin (yazı masası ilə birlikdə), dəyəri 3500 manat olan yataq dəstinin (1 ədəd taxt çarpayı, iki ədəd tumba, bir ədəd güzgülü kamod, bir ədəd şifoner daxil), dəyəri 2000 manat olan bir dəst qonaq mebelinin (bir ədəd stol, 8 ədəd stul, bir ədəd bar, bir ədəd qorka, bir ədəd güzgülü kamod daxil), dəyəri 2000 manat olan bir ədəd güzgülü paltar şkafinin, dəyəri 1500 manat olan bir dəst mətbəx mebelinin, ümumi dəyəri 3000 manat təşkil edən ev əşyalarının (qab-qacaqlar, suvenirlər, yorğanlar, döşəklər, ədyallar, pakrıvallar daxil olmaqla) cavabdehdən alınaraq ona verilməsi, həmin əşyalar mövcud olmadıqda və ya yararsız hala salındıqda onların dəyərinin tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)-798/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 798/2024 saylı, 07 mart 2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla "əşyaların, onlar mövcud olmadıqda isə dəyərinin alınması” tələbi məhkəmənin icraatında olan əmək mübahisəsinə dair e-2(002)-798/2024 saylı mülki işdən ayrıca icraata ayrılmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, məhkəmənin icraatına daxil olmuş İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab ödənişləri və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işlə məhkəmənin icraatında olan İddiaçı cavabdeh X3 qarşı əmək haqqı tələbinə dair 2(010)-1113/2024 saylı mülki iş üzrə tələblər əlaqəli olduğundan həmin mülki işlərin bir icraatda – e-2(010)-1113/2024 nömrə altında birləşdirilməsi məqsədəuyğun hesab edilmişdir. (Həmin mülki iş üzrə iddia ərizəsi daha əvvəl – xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim edilmişdir). Bu səbəbdən bir icraatda birləşdirilməsi üçün göndərilən iş materialları hazırkı işə əlavə edilməlidir. Məhkəmə qeyd edir ki, həmin işlərin birləşdirilməsi həm də mübahisəyə daha operativ baxılmasına xidmət edəcəkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı İddiaçı Cavabdeh qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 olmaqla “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab ödənişləri və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş materialları İddiaçı cavabdeh X3 qarşı əmək haqqı tələbinə dair e-2(010)-1113/2024 saylı mülki işə əlavə edilsin. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-3662/2024
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-3662/2024
27.12.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Maddi ziyanı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver