Məhkəmə qərarları › İş №2(005)-758/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-758/2021

30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-758/2021 30.03.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200.000 (iki yüz min) manat məbləğində pul və dövlət rüsumu hesabına ödədiyi 30 (otuz) manat məbləğində pulun alınıb ona verilməsi qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X6 onun mərhum həyat yoldaşı olmuş və xx.xx.2017-ci ildə vəfat etmişdir. Onlar xx.xx.1983-cü il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdurlar. Qeyd edir ki, onlar uzun illər Abşeron rayonu ərazisində yerləşmiş X10 ərazində olan və xx.xx.1995-ci il tarixli Abşeron rayonu X10 ilə qayınatası X1 (fermer) ləsərrülaiı arasında bağlanmış icarə müqaviləsi ilə əvvəl qayynatası, sonra isə mərhum həyat yoldaşı və onun faktiki sahiblik və istifadəsində olmuş 3 hektar torpaq sahəsində əkinçiliklə məşğul olmuşdurlar. Həmin icarə müqaviləsi Abşeron Rayon İcra Hakimiyyəti başçısının 05.02.19%-cı il tarixli, 42 saylı sərəncamı ilə təsdiq edilmişdir. Qeyd edir ki, qayınatası X9 2007-ci ildə vəfat etmiş və həmin torpaq sahəsindən istifadə elməkdə davam etmişdirlər. Cavabdeh onun qardaşı Azər və valideynlərinin vasitəsilə tanımışdır. Belə ki, mərhum həyat yoldaşı Q.Davudov həmin torpaq sahəsinin sənədləşdirilməsində köməklik edilməsi üçün Azərə müraciət elədi. Həmin vaxt Azər qardaşı olan cavabdehin həmin torpaq sahəsinin mərhum həyat yoldaşının adına sənədləşdirilməsinə kömək edə biləcəyini dedi və buna görə də onlar dəfələrlə görüşmüşlər. Bundan sonra həyat yoldaşı ilə cavabdeh torpaq sahəsinin Saray qəsəbəsində yerləşən 2.30 hektar və 0.70 hektarının cavabdehin adına sənədləşdirilərək satılması və əlilə olunan pulun bölünməsi barədə razılığa gəldilər. Daha sonra həmin torpaq sahələri Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Belə ki, DƏDRX Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş 26.042007-ci il tarixli, **********07 reyestr nömrəli, ********* qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu. Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 0.70 hektar həmin torpaq sahəsi Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Bundan başqa. DƏDRX Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli. **********08 reyestr nömrə nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən kənd təsərrüfatı təyinatlı 2.30 hektar həmin torpaq sahəsi Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. Bundan sonra cavabdeh həmin torpaqları satmağa başladı. Buna görə də iddiaçı və həyat yoldaşı cavabdehdən torpaq sahəsinin satışından əldə edilmiş pulun onlara düşən yarı hissəsini istədikdə o, müxtəlif bəhanələr gətirərək pulu verəcəyini bildirsə də, lakin verməkdən yayınmışdır. Həyat yoldaşı vəfat etdiyi günə qədər dəfələrlə cavabdehdən torpaq sahəsinin satışından əldə olunan və onlara çatası pulu tələb etsə də, cavabdeh yenə də pulu verməmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra iddiaçı cavabdehlə əlaqə saxlayaraq pulu istəsə də, cavabdeh pulun verilməsini təmin etməmişdir. Axırıncı dəfə 2020-ci ilin fevral ayında iddiaçı cavabdehin qardaşı Azər ilə əlaqə saxlayaraq pulunu tələb etsə də, həmin vaxt Azər bildirdi ki, qardaşı Rövşənlə danışacaq və ona pulu ödəyəcəklər. Həmin vaxtdan sonra bir neçə dəfə cavabdehin qardaşı ilə əlaqə saxlasa da, ona heç bir ödəniş edilməmişdir. Qeyd edir ki, cavabdehin öz adına sənədləşdirdiyi torpaq sahələri onun və mərhum həyat yoldaşına məxsus torpaq sahələri olmuş, lakin cavabdehin onları aldadaraq öz adına keçirməsi nəticəsində biz həm torpaq sahəsindən, həmçinin torpaq sahəsinin satışından əldə olunmuş puldan məhrum olmuşlar. Cavabdeh 0.70 hektar torpaq sahəsinin satışından (bir yüz min) manat gəlir əldə etmişdir. Belə olan halda cavabdeh cəmi 3.0 hektar torpaq sahəsinin satışından 400000 (dörd yüz min) manatdan çox gəlir əldə etmişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən o, həmin torpaq sahələrinin satışından əldə olunacaq pulun yarı hissəsi olan 200.000 (iki yüz min) manatı mənə ödəməli idi. Onların sahiblik və istifadəsində olan torpaq sahəsinin cavabdehin adına qeydə alınmış torpaq sahəsi olduğu, həmin torpaq sahəsinin cavabdehin adına qeydə alınmasının səbəbinin cavabdehin həmin torpaq sahəsini öz adına daha rahat qeydə aldıra biləcəyini deməsi, torpaq sahəsi onun adına qeydə alındıqdan sonra satılıb əldə olunacaq pulu böləcəyini və yarısını bizə verəcəyini şahidlər də təsdiq edə bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili X3 iddia tələbini qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda iddia müddətinin tətbiq edilməsinə dair ərizə təqdim edərək, iddia müddətinin 16 il ötməsini nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan Abşeron rayon VVAQ tərəfindən xx.xx.1983-cü il tarixdə verilmiş İİİ- ЖГ seriyalı, 313093 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 xx.xx.1983-cü il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan ərə Davudov, arvada Davudova soyadı verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsinin AA 000128 nömrəli torpaq sahəsinin planı və ölçüsünə dair Daşınmaz əmlakın kadastr xəritəsindən çıxarışına əsasən, 0.70 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi DTXK Abşeron rayon şöbəsi, xx.xx.2007-ci il tarixli, 1844 nömrəli Torpaq sahəsinin kadastr planı, Abşeron rayon Saray Bələdiyyəsi, xx.xx.2006-cı il tarixli 3958 nömrəli Bələdiyyənin təsdiq etdiyi torpaq sahəsinin alqı-satqısına dair aktı; Abşeron rayon Saray Bələdiyyəsi xx.xx.2006-cı il tarixli 22/4 nömrəli Bələdiyyənin torpaq sahəsinin ayrılması barədə qərarı əsas götürülərək torpaq sahəsinin planı çəkilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin № **********2000107 nömrəli Torpaq sahəsinin kadastr planından görünür ki, Abşeron rayon Saray qəsəbəsində Cavabdeh üçün Abşeron rayon Saray Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 22/4 nömrəli qərarı ilə sahibkarlıqla məşğul olmaq, kənd təsərrüfatı məhsulları istehsalı və tikinti məqsədi ilə 7000 kv.m torpaq sahəsi ilə bağlı kadastr planı tərtib edilmişdir. İş materiallarında olan xx.xx.1996-cı il tarixli aktın surətindən görünür ki, X10 tərəfindən Saray qəsəbə sakini X9 arasında bağlanmış müqaviləyə görə, M.Davudov adına kəndli –fermer təsərrüfatına 3.0 hektar icarəyə torpaq sahəsi verilmişdir. Həmin müqavilə Abşeron Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1996-cı il tarixdə 42 saylı sərəncamı ilə təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair xx xxxx 2019-cu il Qərarına əsasən... Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarda formalaşdırdığı hüquqi mövqeyə görə... çəkişmə prinsipinin əsasını həmçinin tərəflərin prosessual hüquq bərabərliyi prinsipi təşkil edir. Bu prinsipə görə, tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün hüquqi cəhətdən tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla və məhkəmə tərəfindən təmin edilir. Mülki prosessual qanunvericilik tərəflərə eyni hüquqlar verir. Buna görə də prosesdə tərəflərdən heç biri prosessual hüquqların həcminə görə digəri qarşısında üstünlüyə malik deyildir. Tərəflərin prosessual bərabərliyi prosesin çəkişmə prinsipi əsasında həyata keçirilməsinə şərait yaradır...Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir....Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır... Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir... Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib bilir ki, Konstitusiyada təsbit olunmuş tərəflərin çəkişməsi prinsipi və əsl (obyektiv) həqiqət bir araya sığmayan məfhumlardır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə hesab edir ki, hazırki mübahisə ilə bağlı sübutetmə yükü iddiaçının üzərinə düşür. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək qeyd olunan pulu mərhum həyat yoldaşı tərəfindən Cavabdeh verdiyini bəyan edirsə, istinad etdiyi bu hala dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halı sübuta yetirməlidir. Məhz bu halla bağlı yalnız onun izahatı mövcuddur ki, həmin izahatlar da mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilir. Belə ki, onun izahatları iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Belə olan halda isə iddiaçı öz izahatında bildirdiyi kimi, yəni ərinin cavabdeh ilə birlikdə Saray qəsəbəsində yerləşən torpaq sahələrinin cavabdehin adına rəsmiləşdirilərək satılması və əldə olunan pulun bölünməsi barədə razılığın əldə olunması və bu səbəbdən də ondan pul tələb etdiyini qeyd etsə də bu dəlillər açıq-aşkar əsassız olmuşdur. Çünki, məhkəmə həqiqəti müəyyən etmək üçün tərəflərin təqdim etdiyi sübutları qiymətləndirməlidir. Belə bir razılığın olmasına dair mötəbər sübut isə iddiaçı tərəfindən təqdim edilməmişdir. Eyni zamanda cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibətdə məhkəmə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Beləliklə məhkəmə iddia tələbini əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, iddia rədd edildiyindən, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar