Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-762/2025 27.02.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı X1 Cavabdeh qarşı (açar sözlər: pul) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı X3 Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh bugünə kimi xeyrinə ödənilməli olan lakin ödənilməmiş 2500 manat pulun və ödənilmiş 45 azn dövlət rüsumunun Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında yazılı qaydada X11 imzalamışlar. 01 may 2024-cü il tarixli X10 əsasən 2500 manat pul məbləğini xx.xx.2024-cü il tarixinə kimi ödəməyi öhdəsinə götürmüşdür. Lakin buna baxmayaraq aralarında razılaşdırılmış müddət bitdikdən sonra cavabdeh öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırmışdır. Dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq süni maneələr yaradaraq üzərinə düşən borcu geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır. Yazılı qaydada X11 ilə aralarında yaranan problemi öz aralarında şifahi həll olunması üçün məhkəməyə müraciət etməzdən əvvəl yazılı qaydada Pretenziya məktubu ilə müraciəti olmuşdur. Bununla bağlı iş materialına əlavə olunan sənədlər də iş materialına əlavə edilmişdir. Özünə dəfələrlə xəbərdarlıq etməyimə baxmayaraq cavabdeh öz üzərinə düşən öhdəliyi yenə də yerinə yetirməmişdir. Bu səbəbdən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı X3 xx.xx.2025-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh ödənilməmiş 2000 manat pulun və ödənilmiş 45 manat dövlət rüsumunun öz xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirmişdir ki, mübahisə ilə bağlı Nərimanov rayon Polis Şöbəsinə də müraciət etmişdir, orada cavabdeh pulu may ayının sonunadək qaytaracağını bildiirmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə kart vasitəsilə 500 manat ödənilmiş, 2000 manat borc qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçı xx.xx.2025-ci il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-762/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: İş materiallarında olan: - Bir tərəfdən “Birinci tərəf’ (“Borcverən”) X3 (AZE 0*******), digər tərəfdən “İkinci tərəf’ (“Borcalan”) Cavabdeh (AA 0366940) tərəfindən imza edilmiş 01 may 2024-cü il tarixli X11ndan görünür ki, Cavabdeh X2 borclu olduğu 3300 (üç min üç yüz) manatdan 800 (səkkiz yüz) manat borc məbləğindən geri qaytarır. Cavabdeh bəyan edir ki, geri qalan 2500 (iki min beş yüz) manat borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər geri qaytaracaqdır. “01” may 2024-cü il tarixinə qarşılıqlı borc vəziyyəti aşağıdakı kimidir. Üzləşmə hesabı AZN: Nəticə: Cavabdeh X6ma 2500 (iki min beş yüz) manat borcu var və həmin borc tam şəkildə xx.xx.2024-cü il tarixinə qədər ödəniləcəkdir. - İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, sonuncu ödənilməli olan 2500 manat pulun geri qaytarılmadığı halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri, Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X8 materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarından görünür ki, daxil olmuş ərizə əsasında izahatı alınmış Cavabdeh izahatında şikayətçi Validə Abdullazadədən ümumilkdə 3300 manat borc aldığını və sonuncu dəfə 2022-ci ilin avqust ayında sonuncudan 500 manat pulu işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 21 saylı X4rşısında aldığını etiraf etmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatnı dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflərin şifahi razılaşmasına əsasən, iddaçı İddiaçı tərəfindən Cavabdeh əlillik sənədinin düzəldilməsi məqsədi ilə 3300 manat pul verilmişdir. Lakin iddiaçının verdiyi pul qarşılığından gözlədiyi əməl cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Cavabdeh tərəfindən 800 manat və 500 manat olmaqla, cəmi 1300 manat pul iddiaçıya geri qaytarılmış, qalan məbləğ qaytarılmamışdır. İddiaçı pulun qaytarılması məqsədilə Nəsimi RPİ-nin 19-cu Polis Bölməsinə müraciət etmişdir. Hazırda İddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək ödənilməmiş 2000 manat məbləğində pulun cavabdehdən öz xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, ilkin və qarşılıqlı iddia tələbləri üzrə iddiaçıların irəli sürdüyü faktiki hallara iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -394-cü maddəsinə əsaəsn, bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. -560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsaəsn varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. -1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. -882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. -882.4-cü maddəsinə əsasən, bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. -882.5-ci maddəsinə əsasən, əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İş materiallarından görünür ki tərəflər arasında əlillik sənədinin hazırlanmasına dair şifahi razılaşma olmuşdur. Belə ki, iddiaçı tərəfindən Cavabdeh 3300 (üç min üç yüz) manat pul vermişdir. Lakin gözlənilən əməl yerinə yetirilməmiş, qeyd olunan sənəd hazırlanmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki tələb üzrə əsassız varlanmaya dair müddəalar nəzərdən keçirilməlidir. Belə ki, Cavabdeh iddiaçının hesabına sonralar aradan qalxmış əsasa söykənən hüquqi əsas olmadan varlanması iş materialları ilə tam təsdiq olunur. Belə ki, iddiaçı X3 cavabdehə 3300 manat ödəniş etmişdir. Lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmamışdır. Pulun verilməsi qarşılığından edilməsini gözlədiyi əməl yerinə yetirilmədiyindən və əmlakından - pulundan məhrum olan iddiaçı da hazırda razılaşma üzrə ödədiyi pul məbləğini cavabdehdən geri tələb edir. Pul məbləği cavabdeh tərəfindən tam geri ödənilməmişdir. Bu hallar cavabdeh tərəfindən təkzib olunmamışdır. Belə ki, cavabdeh polis orqanlarına verdiyi izahatda Validə Abdullazadədən ümumilikdə 3300 manat borc aldığını və sonuncu dəfə 2022-ci ilin avqust ayında sonuncudan 500 manat pulu işlədiyi Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən 21 saylı X4rşısında aldığını etiraf etmişdir. Həmçinin cavabdeh tərəfindən imza edilmiş 01 may 2024-cü il tarixli X11ndan görünür ki, Cavabdeh X2 borclu olduğu 3300 manatdan 800 manat borc məbləğindən geri qaytarmışdır, Cavabdeh bəyan etmişdir ki, geri qalan 2500 (iki min beş yüz) manat borc məbləğini xx.xx.2024-cü il tarixinə qədər geri qaytaracaqdır. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdeh tərəfindən 500 manat məbləğində ödəniş edildiyini bildirərək, iddia tələbinin həcmini 2000 manat həddinədək azaltmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin əlillik sənədinin düzəldilməsi məqsədi ilə iddiaçıdan 3300 pul alması, bununla belə gözlənilən əməlin yerinə yetirilməməsi cavabdehin əsassız varlanması ilə iddiaçının öz əmlakından məhrum olmasına səbəb olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə ödədiyi məbləğin (ondan ödənilməmiş hissəsinin) qaytarılmasını Cavabdeh geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. -241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. -241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. - 241.5-ci maddəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həcmində dövlət rüsumu ödənilir. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən təmin edilmiş iddianın həcmi nəzərə alınmaqla iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 45 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2000 (iki min) manat və 45 (qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 238-241 və 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 2000 (iki min) manat və 45 (qırx beş) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(005)-762/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(005)-762/2025
27.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver