Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-766/2021 23.02.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Vüqar Şahbaz oğlunun sədrliyi, X1 ilə, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh (elektron qolbaq 1 əd x 637.91 AZN) ümumi dəyəri 637.91 AZN məbləğində pulun ondan alınaraq dövlət büdcəsinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Zalov X6 Rayon Məhkəməsinin nuuə 1(005)-56/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmün icrasına nəzarət İddiaçınə həvalə edilmişdir. Məhkəmə hökmü və hökmün icrası barədə hakimin göstərişi xx.xx.2020-ci il tarixdə İddiaçı icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürülərək onun barəsində şəxsi iş açılmışdır. Bundan sonra xx.xx.2020-ci il tarixdə şöbənin icra məmuru (probasiya üzrə) X4 tərəfindən məhkum Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri və mobil qurğunun enerji toplayıcı kabeli, 1 ədəd sadə elektron qolbaq, 3 ədəd ev siqnal ötürücüsü təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. Məhkəmə hökmünün tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyəldə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Bununla bağlı xx.xx.2020-ci il tarixli protokol tərtib edilmiş və Cavabdeh cəzanın icrası ilə bağlı hüquq və vəzifələri izah edilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə şöbədə olarkən yazdığı izahatında bildirmişdir ki, müalicə aldığı narkoloji dispanserdə olan zaman yatağın qalxıb enən hissəsinə ilişərək sınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Maliyyə Təminat idarəsindən göndərilmiş məktubda həmin vasitənin ümümi dəyəri (elektron qolbaq 1 əd x 637.91 AZN) ümümi dəyəri 637.91 AZN hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh, təhvil verilmiş (elektron qolbaq 1 əd x 637.91 AZN) ümümi dəyəri 637.91 AZN ödənilməsi tələb olunmuş, bu barədə ona bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum Cavabdeh hal-hazırda işləmədiyi üçün həmin məbləği ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edirik ki, cavabdeh lazımınca məsuliyyətli olmadığından ona təhvil verilmiş avadanlıqları yararsız hala salmış, bizə maddi ziyan dəymişdir. Ədliyyə Nazirliyindən göndərilmiş məktubda həmin avadanlığın ümümi dəyəri 637.91 AZN təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddia ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh izahat verərək iddia tələbini qismən qəbul etdiyini, vurulmuş zərərin onun müalicə aldığı narkoloji dispanserdə olan zaman yatağın qalxıb enən hissəsinə ilişərək qolbağı sındırmasının nəzərə alınmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan; Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(005)- 56/2020 nömrəli göstərişin surətindən görünür ki, xx xxxxxx 1986-cı ildə Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, əvvələr məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə məhkum edilməsi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(005)- 56/2020 saylı hökmünün surəti icra olunması üçün Bakı şəhəri İddiaçınə göndərilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-56/2020 nömrəli xx.xx.2020-ci il tarixli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri və mobil qurğunun enerji toplayıcı kabeli, 1 ədəd sadə elektron qolbaq, 3 ədəd ev siqnalı ötürücüsü təhvil verilərək, istifadə qaydaları izah olunmuşdur. Cavabdeh İddiaçındə yazdığı izahatının məzmunundan da görünür ki, cavabdeh elektron qolbağı ehtiyatsızlıq səbəbindən zədələdiyi üçün elektron qolbağın dəyərinin məcburi qaydada ondan tutulacağı barədə xəbərdar olunduğunu etiraf etişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirlyin tərəfindən ünvanlanmış məktubun surətindən görünür ki, probasiya xidmətinin qeydiyyatında olan, elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumlar tərəfindən onlara verilmiş mobil nəzarət qurğularının itirlməsi və yararsız hala salınması hallarında, cədvəldə qeyd olunan həmin vasitələrin dəyəri olan biometrik məlumatların yoxlanılması üçün lisenziyalar 1 ədədi 88.26 (səksən səkkiz manat iyirmi altı qəpik) manat, ev siqnal ötürücüsü 1 ədədi 108.32 (yüz səkkiz manat otuz iki qəpik), mobil nəzarət qurğuları xüsusi proqram təminatı 1 ədədi 1.346.03 (min üç yüz qırx altı manat sıfır üç qəpik) manat, elektron qolbağlar (stasionar və mobil enerji qida mənbəyini dəstəkləyən cihazlarla birlikdə) GSM: 800/900/1800/1900 Mhz internetə qoşulma 2G/3G GNSS GPS/GLONASS.600 Mah li-on 1 ədəd 637.91 (altı yüz otuz yeddi manat doxsan bir qəpik) manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunverciliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törtəmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcra” haqqında Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzfiəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunverciliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 15-2.5-ci maddəsinə əsasən elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Göründüyü kimi, Cavabdeh xx.xx.2020-ci il tarixdə şöbədə olarkən yazdığı izahatında bildirmişdir ki, müalicə aldığı narkoloji dispanserdə olan zaman yatağın qalxıb enən hissəsinə ilişərək qolbağı sındırmışdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin normaları baxımından Cavabdeh hərəkətləri iddiaçıya vurulmuş maddi zərər kimi qiymətləndirilməlidir. Belə ki, Ədliyyə Nazirliyinin məktubunda qeyd edildiyi kimi elektron nəzarət vasitəsinin maddi dəyəri 637 manat 91 qəpik müəyyən edildiyindən cavabdehin vurulmuş zərərə görə iddiaçı qarşısında maddi məsuliyyəti yarandığından cavabdeh vurmuş olduğu zərəri iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin Vİİ hissəsinə görə isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Beləliklə, tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan, iddia təmin edilməli, Cavabdeh (elektron qolbaq 1 əd x 637.91 AZN) ümumi dəyəri 637,91 (altı yüz otuz yeddi manat 91 qəpik) AZN pul və 30 manat ödənilməmiş dövlət rüsumu dövlət büdcəsi xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 637,91 (altı yüz otuz yeddi manat 91 qəpik) AZN manat məbləğində pul və ödənilməmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Vüqar Quliyev
Məhkəmə qərarları › İş №2(005)-766/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-766/2021
23.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver