Məhkəmə qərarları › İş №2(005)-77/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-77/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-77/2021 05.04.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Nurlana Sahib qızının katibliyi, İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Şefi oğlunun iştirakı ilə İddiaçı Ləğv Prosesində Olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstantinova qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair, birləşdirilmiş iş üzrə iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstantinova qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli, KM 02 saylı istehlak müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 13817.90 (on üç min altı yüz on yeddi dollar doxsan sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016cı il tarixinə 3367.17 (üç min üç yüz altmış yeddi dollar on yeddi sent) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1903.80 (bir min doqquz yüz üç dollar səksən sent) ABŞ dolları faiz borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 4147.44 (dörd min yüz qırx yeddi dollar qırx dörd sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 23236.31 (iyirmi üç min iki yüz otuz altı dollar otuz bir sent) ABŞ dolları borcun və tərəfimizdən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan "İddiaçı” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, KM 02 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 12 (on iki) ay müddətinə illik 24 (iyirmi dörd) % ödəmək şərti ilə 15000 (on beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh xx.xx.2015-ci il tarixli, KM 02 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklədəmüqavıləmn şərtlərim pozmuşdur. Digər Cavabdeh2 ilə xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanın öhdəliklərinin yerinə yetirilməməsi ilə əlaqədar faizlər, məhkəmə xərcləri və digər ziyanın ödənilməsi də daxil olmaqla borcalan kimi tam məsuliyyət daşıyır. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 13817.90 (on üç min səkkiz yüz on yeddi dollar doxsan sent) ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 3367.17 (üç min üç yüz altmış yeddi dollar on yeddi sent) ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 1903.80 (bir min doqquz yüz üç dollar səksən sent) ABŞ dolları, müqavilə üzrə borcun gecikdirıldiyinə görə hesablanmış cərimə borcu 4147.44 (dörd min yüz qırx yeddi dollar qırx dörd sent) ABŞ dolları, cəmi isə 23236.31 (iyirmi üç min iki yüz otuz altı dollar otuz bir sent) ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Konstantinova qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair 2(005)-4984/2019 nömrəli mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında iddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair 2(005)-4983/2019 nömrəli mülki işlər bir icraatda birləşdirilmişdir. İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə Cavabdeh1 4241.43 (dörd min iki yüz qırx bir dollar qırx üç sent) ABŞ dolları əsas borcun, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 0 (sıfır) ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 613.60 (altı yüz on üç dollar altmış sent) ABŞ dolları borcunun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 122.74 (yüz iyirmi iki dollar yetmiş dörd sent) ABŞ dolları cərimə borcunun, cəmi isə 4977.77 (dörd min doqquz yüz yetmiş yeddi dollar yetmiş yeddi sent) ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ləğv prosesində olan "İddiaçı” ASC-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh1 12 (on iki) ay müddətinə illik 24 (iyirmi dörd) % ödəmək şərti ilə 15000 (on beş min) ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə görə borcalan krediti qrafikə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra xx.xx.2014-cü il tarixli 01 saylı kredit müqaviləsinə 27.11,2015-ci il tarixli 01 saylı əlavəyə əsasən 01 saylı kredit müqaviləsinin müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Lakin cavabdeh xx.xx.2014ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə də müqavilənin şərtlərini pozulmuşdur. Hazırda Cavabdeh1 kredit üzrə banka olan əsas borcu 4241.43 (dörd min iki yüz qırx bir dollar qırx üç sent) ABŞ dolları, kredit müqaviləsi üzrə üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə faiz borcu 0 (sıfır) ABŞ dolları, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 613.60 (altı yüz on üç dollar altmış sent) ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış cərimə borcu 122.74 (yüz iyirmi iki dollar yetmiş dörd sent) ABŞ dolları, cəmi isə 4977.77 (dörd min doqquz yüz yetmiş yeddi dollar yetmiş yeddi sent) ABŞ dolları təşkil edir. Ləğv prosesində olan İddiaçı ASC tərəfindən cavabdehə borcun ödənilməsi əsə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq onun tərəfindən bu günədək borcun ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil Şefi oğlu iddia tələbini qəbul etməyərək, yazılı etiraz təqdim edərək 0 iddianın əsassız olduğunu bildirdi və iddia tələbinin rədd edilməsini xahiş etdi. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilənlər real olmamaqla, ləğv prosesində olan İddiaçı ASC tərəfindən onlardan qanunsuz, əsassız pul tələb edilməsindən başqa bir şey deyildir. Əvvəla qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 19-cu maddəsinin 1-ci bəndində “Azərbaycan Respublikasının pul vahidi manatdır.” kimi nəzərdə tutulmuşdur. Amma İddiaçı ASC Azərbaycan Respublikasının Konstitusiyasının bu müddəasını pozaraq bizimlə kredit müqaviləsini bağlayarkən Azərbaycan manatı ilə deyil, ABŞ dolları ilə bağlamış, onlara manatla pul verildiyi halda, müqavilədə isə ABŞ dolları ilə kredit verilməsini göstərmişdir. "İddiaçı” ASC ilə Cavabdeh1 arasında kredit müqaviləsi xx xxxxxx 2014-cü il tarixdə bağlanılmış, ona 12 (on iki) ay müddətinə qaytarılmaq şərtilə 15.000 (on beş min) USD kredit verilmişdir. Bundan sonra isə həmin müqaviləyə əlavə müqavilə bağlanılmışdır. Amma iddiaçı ləğv prosesində olan 'İddiaçı” ASC tərəfindən Cavabdeh1 Adiİ oğluna və Cavabdeh2 qarşı qarşı verilmiş 'Kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair” xx xxxxxxx 2019-cu ləğv tarixli, **********524 saylı iddia ərizəsində qanunsuz olaraq ləğv prosesində olan "İddiaçı” ASC Hə xx.xx.2015-ci i! tarixli, KM 02 saylı istehlak kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İddiaçı ləğv prosesində olan "İddiaçı” ASC tərəfindən xx xxxxxxx 2019-cu il tarixli, **********522 saylı cavabdeh kimi Cavabdeh1 qarşı verilmiş iddia ərizəsində isə xx.xx.2014-cü il tarixli, İ KM 01 saylı istehlak kredit müqaviləsinin bağlanılması göstərilmişdir. Göründüyü kimi iddiaçı ləğv prosesində olan "İddiaçı” ASC tərəfindən eyni gündə yazılmış, imzalanmış, Nərimanov rayon məhkəməsinə göndərilmiş iddia ərizələrində cavabdehlərdən müxtəlif məbləğlərdə pul tələb etməsi tam qanunsuz olmaqla müəmmalı xarakter daşıyır. Tərəflərindən həm "İddiaçı” ASC-yə, həm də iddiaçı ləğv prosesində olan "İddiaçı” ASC-ə kredit müqaviləsi bağlandığı andan hal-hazıradək müxtəlif vaxtlarda həm ABŞ dolları ilə, həm də Azərbaycan manatı ilə ödənişlər edilmiş, kredit müqaviləsində nəzərdə tutulmuş məbləğdən də artıq ödənişlər edilmiş, onların ləğv prosesində olan "İddiaçı” ASC-ə borcu yoxdur. Ancaq məhkəmə qərarına əsasən müflis elan edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçıASC tərəflərindən ödənilmiş həmin pul məbləğlərini qətiyyən nəzərə almamışdır. Ləğv prosesində olan "İddiaçı” ASC öz qarşısına əsas borcdan əlavə, "...kredit müqaviləsi üzrə öhdəlikləri icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 3.367.17 ABŞ dolları faiz borcunun. müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1903.80 ABŞ dolları faiz borcunun, müqaviə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 4.147.44 ABŞ dolları cərimə borcunun” tələbini qoymuş, özü müflis olmasına baxmayaraq, vətəndaşları da müflis etmək qərarına gələrək, verdiyi iddia ərizəsində isə bizdən əsassız və qanunsuz olaraq pul qopartmaq niyyətini güdmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə baqlı əlavə tədbirlər haqqında ” Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı verilmişdir. Həmin Fərmanda göstərilir ki, “Azərbaycan Respublikasında əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. ...Lakin qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaş larin bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin verinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir.” Məhz “...baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyini təmin etmək məqsədilə” Azərbaycan Respublikasının Prezidenti X2 tərəfindən həmin Fərman verilmişdir. Buna baxmayaraq, iddiaçı ləğv prosesində olan “İddiaçı" ASC-nin ona qarşı irə!i sürdüyü “Kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair" iddia tələbində nəinki, əsas borcu, habelə “...kredit müqaviləsi üzrə öhdəlikləri icra müddətinin bitdiyi xx.xx.2016-cı il tarixinə 3.367.17 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1903.80 ABŞ dolları faiz borcunun, müqaviə üzrə borcun gecikdirdiyinə görə hesablanmış 4.147.44 ABS dolları cərimə borcunun tələb edilməsi Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına qarşı hörmətsizlikdən başqa bir şey deyil. Beləliklə də, iddiaçı ləğv prosesində olan “İddiaçı" ASC tərəfindən bizə qarşı irəli sürülmüş “Kredit müqaviləsi üzrə borcun ödənilməsinə dair" iddiası qanunsuz, əsassız və ədalətsizdir. Həmin iddia tələbi üzrə məhkəmə tərəfindən obyektiv, ədalətli və hərtərəfli araşdırılma aparılmalı, qüvvədə olan müvafiq qanunvericiliyə, o cümlədən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun məhkəmənin yekun qərarı (qətnaməsi) çıxarılmalıdır. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyərək və təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam və obyektiv araşdırıb qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsinə əsasən Borc alana 15000 ABŞ dolları məbləğində illik 24% olmaqla 12 ay müddətinə kredit pul vəsaiti verilmişdir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 kredit müqaviləsindən irəli gələn öhdəliklərin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixli müqavilə üzrə xx.xx.2019-cu il tarixə 13817.90 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 3367.17 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə görə hesablanmış və tələb olunan 4147.44 ABŞ dolları cərimə borcu, müqavilə bitdiyi tarixdən hal-hazıra kimi 5%-lik borcu 1903.8 ABŞ dolları, ümumilikdə 23236.31 ABŞ dolları təşkil edir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 Konstantinovaya və Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, borc məbləği 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan, xx.xx.2015-ci il tarixli 02 saylı kredit müqaviləsinə Əlavədən görünür ki, Cavabdeh1 15000 ABŞ dolları kredit borcunu, 12 ay müddətinə, 24 % olmaqla, aylı 300 ABŞ dolları annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 (sonradan kredit müqaviləsinə uyğun Borcalan) arasında bağlanan xx.xx.2014-cü il tarixli İKM 01 saylı kredit müqaviləsinə əsasən Borc alana 15000 ABŞ dolları məbləğində illik 24% olmaqla 12 ay müddətinə kredit pul vəsaiti verilmişdir. İş materiallarında olan, xx.xx.2015-ci il tarixli 02 saylı kredit müqaviləsinə xx.xx.2015ci il tarixli Əlavədən görünür ki, bu müqavilənin imzalanmla tarixinə qalan 14100.45 ABŞ dolları həcmində kredit borcu, kredit müqaviləsində nəzərdə tutulmuş digər şərtlər qüvvədə qalmaqla müddəti xx.xx.2016-cı il tarixinə kimi uzadılır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2014-cü il tarixli müqavilə üzrə xx.xx.2019-cu il tarixə 4241.43 ABŞ dolları əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 122.74 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə görə hesablanmış və tələb olunan 122.74 ABŞ dolları cərimə borcu, müqavilə bitdiyi tarixdən hal-hazıra kimi 5%-lik borcu 613.60 ABŞ dolları, ümumilikdə 4977.77 ABŞ dolları təşkil edir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 və Cavabdeh1 ünvanlanmış xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktublarından görünür ki, borc məbləği 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə ilk növbədə xx.xx.2015-ci il tarixli KM 02 saylı müqavilə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2015-ci il tarixli müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin cavabdehlər müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (İddiaçıun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, İddiaçıun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu İddiaçıa dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə İddiaçı ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, İddiaçı cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə iddia tələbi üzrə tutulmalı məbləğin zamin Cavabdeh2 münasibətdə əsaslı hesab etmir və bununla bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni dərəcədə məsuliyyət daşıyır. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminliyə xitam verilmənin əsasları əksini tapmışdır. Həmin maddənin müddəalarına əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından da göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanan xx.xx.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq zaminlik müqaviləsi bağlanmışdır. Lakin iddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, beləliklə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və Cavabdeh2 münasibətdə iddia tələbi təmin edilməməlidir. Məhkəmə sübutların tədqiq edilməsi nəticəsində hesab edir ki, iddia tələbi xx.xx.2015ci il tarixli İKM 02 saylı kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Belə ki, məhkəmə xx.xx.2021-ci il tarixli, 9/5879 saylı ekspert rəyini əsas götürərək, hesab edir ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli İKM 02 saylı kredit müqaviləsi üzrə nömrəli hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən İddiaçı ASC-nə xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddətdə 5123,39 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ödəniş nəzərə alındıqda Cavabdeh1nın "İddiaçı" ASC-nə olan borcu 13.203,78 ABŞ dolları məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. xx.xx.2021-ci il tarixli, 9/5879 saylı ekspert rəyinin tədqiqat prosesinin təsviri hissəsində qeyd edilir ki, xx.xx.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsi üzrə hesabda çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 müqavilə müddətinin bitdiyi xx.xx.2016-cı il tarixədək İddiaçı ASC-yə 272.83 ABŞ dolları pul vəsaiti ödənilmişdir. Aparılmış ödəniş faiz borcu üzrə silinmişdir. Bu baxımdan məhkəmə mülki qanunvericiliyin göstərilən müddəalarına əsasən hesab edir ki, xx.xx.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra cavabdeh tərəfindən həyata keçirilən bütün ödənişlər ilk növbədə faiz borcu üzrə silinməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli KM 02 saylı müqavilə üzrə Cavabdeh1 və Cavabdeh2 13203 ABŞ dolları əsas borc, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1903.80 (bir min doqquz yüz üç dollar səksən sent) ABŞ dolları faiz borcu tutulmalıdır. Məhkəmə həmçinin də xx.xx.2015-ci il tarixli İKM 01 saylı müqavilə üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə xx.xx.2021-ci il tarixli, 9/5879 saylı ekspert rəyini əsas götürərək, hesab edir ki, iş materiallarında olan xx.xx.2014-cü il tarixli, İKM 01 hesabdan çıxarış məlumatlarından göründüyü kimi Cavabdeh1 tərəfindən "İddiaçı” ASC-nə xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan müddətdə 21042.17 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. Qeyd olunan ğdəniş nəzərə alındıqda Cavabdeh1 İddiaçı ASC-nə olan borcu müəyyən edilmir. Belə ki, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə borcun tutulması tələbi əsassızdır, bu səbəbdən də təmin edilməməlidir. Bununla yanaşı xx.xx.2021-ci il tarixli, 9/5879 saylı ekspert rəydən göründüyü kimi, Cavabdeh1 xx.xx.2015-ci il tarixli İKM 01 saylı kredit müqaviləsi üzrə 4030.88 ABŞ dolları məbləğində artıq ödənişinin aparıldığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsi üzrə 4147.44 (dörd min yüz qlrx yeddi dollar qırx dörd sent) ABŞ dolları cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından onun məbləği azaldılmalı 1000 ABŞ dollarına endirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İİİ hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli 4 saylı Qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2015-ci il tarixli qərarı ilə məhkəmə qərara almışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edildiyindən (xx.xx.2015-ci il tarixli KM 02 saylı kredit müqaviləsi üzrə iddia tələbinə münasibətdə) hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, xx.xx.2014-cü il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə borcun qaytarılmasına münasibətdə iddia tələbi rədd edildiyindən mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2015-ci il tarixli, KM 02 saylı kredit müqaviləsi üzrə 13203.78 ABŞ dolları əsas borc, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış 1903.80 (bir min doqquz yüz üç dollar səksən sent) ABŞ dolları faiz borcu, 1000 ABŞ dolları cərimə olmaqla cəmi 16107,58 78 ABŞ dolları borc və 30 manat dövlət rüsumu LPO “İddiaçı" ASC-nin xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. İddiaçı LPO İddiaçı ASC-nin cavabdeh X1 qarşı “xx.xx.2014-cü il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair iddia tələbi təmin edilməsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar