Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(005)-77/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X6, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (X14 və X13 mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh məxsus köhnə ünvan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 679, X20 ilə ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş mənzildə (Çıxarışın daşınmaz əmlakın dövlət reyestri **********63-05301-093 589, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi:xx.xx.2021, ümumi sahəsi 115.20 kv.m) 08 iyul 2021-ci il tarixdə, saat 03:09-da cavabdehin səhlənkarlığı səbəbindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar olaraq iddiaçıya məxsus Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi,6,M- 19,mənzil 3 ünvanda yerləşən mənzilə və onun içərisində yerləşən məişət əşyalarının yararsız hala salınması nəticəsində ona dəymiş maddi zərərə görə 59.314 manatın və Dövlət rüsumu üçün iddia ərizəsinə əlavə olunmuş 268 manat və müvəqqəti təminat tədbiri üçün ərizəyə əlavə olunmuş 50 manat Dövlət rüsumu, toplam olaraq 59.632 manat pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsinə və tələbin Cavabdeh məxsus X20 ilə ünvan 2 ünvanda yerləşən mənzilə (Çıxarışın daşınmaz əmlakın dövlət reyestri **********63-05301-093589, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi:xx.xx.2021, ümumi sahəsi 115.20 kv.m) yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 08 iyul 2021-ci il tarixdə, saat 03:09-da köhnə ünvan Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 679, X20 ilə ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş (Çıxarışın daşınmaz əmlakın dövlət reyestri **********63-0530 l-093589. Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi :xx.xx.2021, ümumi sahəsi 115.20 kv) Cavabdeh məxsus mənzildə yanğın baş vermiş, əraziyə FHN-nin əməkdaşları cəlb olunmuş, yanğının söndürülməsi zamanı o, İddiaçı məxsus 674 nömrəli mənzil içərisindəki əşyalarla birlikdə yanğın və suyun təsirinə məruz qalmış və yararsız vəziyyətə düşmüşdür. Belə ki, yanğının söndürülməsi zamanı mənə məxsus 674 nömrəli mənzilə su keçmiş, mənzilin bütün hissələrinin təmirinə ehtiyac yaranmış, mənzilin içərisində yerləşən məişət əşyaları yararsız hala düşmüş və mənzilə ümumilikdə 59.314 manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə əlaqədar olaraq FHN-nin Əməliyyat-istintaq idarəsinin təhqiqatçısı, baş leytenant Zaur İslamov tərəfindən araşdırma aparılmış və toplanmış material üzrə AR CM-nin 186.2.2-ci maddəsinin tərkib əlamətlərinin olmasını əsas gətirərək iş materialını istintaq aidiyyəti üzrə Nərimanov RPİ-nin İŞ-nə göndərilmişdir. Nərimanov RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı İlkin İmanov iş materialları üzrə araşdırma aparmış, nəticədə Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-si tərəfindən 25 oktyabr 2021-ci il tarixli, HK-1 -936 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. Bakı şəhəri, Nərimanov RPİ-nin İŞ-si tərəfindən 25 oktyabr 2021-ci il tarixli,HK-1-936 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda həqiqətən 08 iyul 2021-ci il tarixdə, saat 03:09-da köhnə ünvan Bakı şəhəri, Nərimanov rayonu, Əlyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8,mənzil 679,X20 ilə ünvan 2 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa olunmuş (Çıxarışın daşınmaz əmlakın dövlət reyestri **********63-05301-093589, Qeydiyyat nömrəsi: 121084419, Qeydiyyat tarixi :xx.xx.2021, ümumi sahəsi 115.20 kv) Cavabdeh məxsus mənzildə baş vermiş yanğın zamanı İddiaçı məxsus həmin binanın 19-cu mərtəbəsində olan 674 saylı mənzilə aid məişət əşyalarına ciddi zərər dəyməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3718 saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, yanğın hadisəsi ünvan 6 ünvanında yerləşən Cavabdeh məxsus, X4 yaşadığı 679 nömrəli mənzildə yanğının mənbəyi, mənzilin kiçik dəhlizinə daxil olduqda sol tərəfdə yanaşı yerləşən otaqlardan sayca ikinci otaq daxilində həmin otağın girişindən irəlidə taxta tipli çarpayı yerləşən yerdə cild zonalarda olmuşdur. Nərimanov RPİ-də material üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, cavabdehə məxsus mənzil qanunsuz olaraq başqa şəxsə kirayə verilmiş, hər hansı kirayə müqaviləsi imzalanmamış, cavabdeh tərəfindən mülki qanunvericiliyin tələbləri ciddi şəkildə pozulmuş və nəticədə iddiaçı 50.000 manatdan artıq maddi ziyanla qarşı-qarşıya qalmışdır. İş materiallarına əlavə olunmuş Nərimanov RPİ-nin İŞ-si tərəfindən 25 oktyabr 2021-ci il tarixli,HK-1- 936 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda birmənalı olaraq müəyyən edilmişdir ki, Cavabdeh özünə məxsus ünvan 6 ünvanında yerləşən 679 nömrəli mənzili X5 vermiş və onunla mənzilin kirayəyə verilməsi barədə hər hansı kirayə müqaviləsi imzalanmamışdır. Daha dəqiq desək əcnəbi vətəndaş olaraq cavabdeh Azərbaycan Respublikası Qanunlarına hörmətsizlik etmiş, vergidən yayınmış və bu qanunsuz əməli nəticəsində Azərbaycan Respublikası vətəndaşı yəni İddiaçı məxsus 674 nömrəli mənzilə 50.000 manatdan artıq maddi zərər vurmuşdur. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizənin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əvvəlki iclaslarda iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş etiraza əsasən “Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət” haqqında Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məcəllənin 1108.2-ci maddəsində isə qeyd edilir ki, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Nəzərinizə çatdırıram ki, Cavabdeh məxsus mənzildə baş vermiş yanğın onun təqsiri üzündən baş verməmişdir. Belə ki, Odina milli voleybol komandasının üzvü olmaqla demək olar ki, respublika ərazisində yaşamır. Hal-hazırda da İndoneziyanın Çakarta klubunda oynayır. Bakı şəhərindəki mənzili boş qalmasın deyə onu X3 vermişdir. Mənzildə Rəhim və onun arvadı yaşamışlar. Yanğın da onların qəsdən etdikləri hərəkətlərdən baş vermişdir. Lakin, Nərimanov RPİ İŞ hansısa maraqdansa başlanılmış cinayət işini xitam etmişdir. Hətta, istintaq orqanının qəbul etdiyi qərarı iki dəfə məhkəməyə müraciət etmək yolu ilə ləğv etdirib yeni istintaq araşdırmasına göndərsək də müstəntiq heç bir araşdırma aparmayaraq eyni qərarı qüvvədə saxlamışdır. Dəfələrlə onun rəhbərliyinə şikayətlər etsək də nəticə əldə edə bilmirik. Çox maraqlı hal ondan ibarətdir ki, iki dəfə cinayət işləri üzrə ixtisaslı hakimlər qərarı ləğv etmişlər. Onlar işi oxuyanda orada cinayət hadisəsi görür, bu əsasla qərarı ləğv edir, iş istintaqa çatan kimi müstəntiq elə həmin günü öz qərarını qəbul edir. Müstəntiq məhkəmə, hakim saymır. Ya özünü daha çox savadlı sayır, ya da nəyinsə müqabilində bu qərarı qəbul edir. Bunun başqa bir adı yoxdur. Müstəntiqin qəbul etdiyi qərar bizim ziyanımıza olsa belə hazırda yenə də ona istinadın edilməsi zəruridir. Qərarda tam təsdiq olunur ki, mənzil yanarkən X2 və istifadəsində olmuşdur. Belə ki, Rahim Məhərrəmov istintaqa verdiyi ifadəsində Cavabdeh məxsus ünvan 6 ünvanında yerləşən 679 saylı mənzildə kirayədə yaşamasını, xx.xx.2021- ci il tarixdə, saat 03.09 radələrində mənzilin qonaq otağında olarkən yanıq qoxusu hiss etdiyini, mənzilə baxış keçirərkən yataq otağında televizorun olduğu sahədə yanğın baş verdiyini görməsini etiraf və təsdiq etmişdir. İstintaq orqanının qəbul etdiyi qərar “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında olsa belə, həmin qərarda mənzilin yanarkən Cavabdeh deyil, Rahim Məhərrəmovun sahiblik və istifadəsində olmasını təsdiq edir. Ona görə də hesab edirik ki, mübahisə üzrə maddi hüquq norması kimi Mülki Məcəllənin 1108.2-ci maddəsinə istinad edilməli, iddia Cavabdeh qarşı rədd edilməlidir. Əlavə olaraq onu da qeyd etməyi zəruri hesab edirəm ki, hazırki iş üzrə zərərçəkən şəxs təkcə hazırki iş üzrə iddiaçı deyil, həm də Cavabdehdır. Mənzilin yanması, sonradan FH əməkdaşları tərəfindən söndürülməsi zamanı Odinaya külli miqdarda ziyan dəymişdir. Ona görə də Cavabdeh həmin şəxslərin məsuliyyətə cəlb olunmasını israrla tələb edir. İşdə olan maraqlı məqamlardan biri də iddiaçıya vurulmuş ziyanla bağlıdır. İddia ərizəsindən görünür ki, qonşu olan iddiaçının mənzilinə vurulmuş ziyan su nəticəsində əmələ gəlmişdir. Cavabdeh mənzili yanarkən FH əməkdaşlarının ora kim və ya kimlər tərəfindən çağırılmaları araşdırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını, o cümlədən ekspertiza rəyini araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Texniki pasportuna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 8, mənzil 674 (Yeni qaydalarla : ünvan 7 ünvanda yerləşən mənzil mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X15 daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla : ünvan 7 ünvanda yerləşən əmlak tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. 10 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC İddiaçı 156 ay müddətinə 50000 (əlli min) manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli qaiməyə (faktura) əsasən İddiaçı məişət əşyalarının alınması üçün 3040 manat məbləğində ödəniş həyata keçirmişdir. xx.xx.2016-cı il tarixli qaiməyə (faktura) əsasən İddiaçı məişət əşyalarının alınması üçün 17000 manat məbləğində ödəniş həyata keçirmişdir. xx.xx.2022-ci il tarixli qaiməyə (faktura) əsasən İddiaçı məişət əşyalarının alınması üçün 1300 manat məbləğində ödəniş həyata keçirmişdir. “Nərimanov-31” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, ünvan 8 ünvanında olan mənzil tam payla, ********** qeydiyyat nömrəsi və xx.xx.2021 qeydiyyat tarixi ilə Cavabdeh məxsusdur. xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli hesabatına əsasən İddiaçı məxsus Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla : ünvan 7 mənzilə və əşyalarına dəymiş ziyanın dəyəri 59314 (əlli doqquz min üç yüz on dörd) manat təşkil edir; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5293-9/6122 nömrəli rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6 M-19, 3 saylı mənzilinə vurulmuş ziyan mənzilin yuxarı mərtəbəsində yerləşən 679 saylı mənzildə baş vermiş yanğın hadisəsi zamanı yanğının söndürülməsində köpüklü sudan istifadə olunduğunu və həmin suyun 674 saylı mənzilə suyun axıdılmasının mümkün olunmasını nəzərə alaraq, ünvan 9 ünvanda yerləşən mənzilə (evin təmiri və əşyaları ilə birgə) su sızma nəticəsində ziyanın dəydiyi müəyyən olunur. Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci il məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M-19,3 saylı (İddiaçı mənzilində) əmələ gəlmiş qüsurların, eyni zamanda mənzilin mebel və əşyalarına dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri nəzəri qaydada təxminən 59314 manat məbləğində olduğu müəyyən edilir; 21 fevral 2022-ci il tarixli ödəniş qəbzinə əsasən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 268 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır; 226.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ ümumi paylı daşınmaz mülkiyyətə olan hüquqdur, yəni binanın müəyyən hissələrindən müstəsna istifadə etmək və onların içərisində bəzək-tamamlama işləri aparmaq üçün mülkiyyətçinin xüsusi hüquq əldə etməsidir. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi öz otaqlarını idarə etməkdə, onlardan istifadə etməkdə və bəzək-tamamlama işləri aparmaqda sərbəstdir, lakin o, digər belə mülkiyyətçinin eyni hüquqları həyata keçirməsini çətinləşdirməməli və ümumi tikinti elementlərini, qurğuları zədələməməli və ya onların funksiyasını və ya zahiri görkəmini pisləşdirməməlidir. O öz otaqlarını bütün binanın qüsursuz vəziyyətdə saxlanması və ya onun yaxşı zahiri görkəminin qorunması üçün tələb edilən tərzdə saxlamalıdır; 226.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ona mənsub yaşayış otağına sahiblik, ondan istifadə və ona dair sərəncam hüquqlarını otağın təyinatına uyğun həyata keçirir; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1098.2-ci maddəsinə əsasən əgər vurulmuş zərər onu vurmaqda davam edən və ya yeni zərər vurulması təhlükəsi törədən binanın, qurğunun istismarının və ya digər istehsal fəaliyyətinin nəticəsidirsə, məhkəmə cavabdehin üzərinə zərərin əvəzini ödəməkdən əlavə, müvafiq fəaliyyəti dayandırmaq və ona xitam vermək vəzifəsini də qoya bilər; 1111.2-ci maddəsinə əsasən əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir; 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci il məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M-19,3 saylı (İddiaçı, 679 nömrəli mənzili isə Cavabdeh məxsusdur. İddiaçı cavabdehin mülkiyyətində olan mənzildə baş verən yanğının söndürülməsi üçün görülmüş tədbirlər nəticəsində su axıdılması səbəbi ilə yararsız vəziyyətə düşmüş əmlakın dəyəri olan cəmi 59314 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmasını cavabdehdən tələb edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 dekabr 2022-ci il tarixli, 10/5293-9/6122 nömrəli rəyinin nəticə hissəsinə əsasən Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6 M-19, 3 saylı mənzilinə vurulmuş ziyan mənzilin yuxarı mərtəbəsində yerləşən 679 saylı mənzildə baş vermiş yanğın hadisəsi zamanı yanğının söndürülməsində köpüklü sudan istifadə olunduğunu və həmin suyun 674 saylı mənzilə suyun axıdılmasının mümkün olunmasını nəzərə alaraq, ünvan 9 ünvanda yerləşən mənzilə (evin təmiri və əşyaları ilə birgə) su sızma nəticəsində ziyanın dəydiyi müəyyən olunur. Bakı şəhəri Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 1937-ci il məhəllə, ev 8, mənzil 674 (Yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 6, M-19,3 saylı (İddiaçı mənzilində) əmələ gəlmiş qüsurların, eyni zamanda mənzilin mebel və əşyalarına dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri nəzəri qaydada təxminən 59314 manat məbləğində olduğu müəyyən edilir; Bununla belə, məhkəmə ekspertinin rəyini mötəbər sübut kimi qiymətləndirib, belə qənaətə gəlir ki, cavabdehin mülkiyyətində olan mənzilə həmin mənzilin üstündə yerləşən və iddiaçının mülkiyyətində olan mənzildən su axıdılmışdır. Bununla belə, iddiaçının mənzilinə vurulmuş ziyanın cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması nəticəsində baş vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1111.2-ci maddəsinin mənasına görə suyun axıdılmasına görə məsuliyyəti mülkiyyətçi daşıyır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək, zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi ucun iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Bununla belə, iddiaçının mülkiyyətində olan mənzilə cavabdehin mülkiyyətində olan mənzildən suyun axıdılması və bunun nəticəsində həmin mənzilə maddi ziyanın vurulması halı sübuta yetirildiyindən, məhkəmə iddia tələbini maddi ziyanın tutulması hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyan məbləği müəyyən edilərkən, ekspert rəyi əsas götürülməli və həmin rəylə müəyyən edilmiş 59314 manat məbləğində vəsait iddiaçının mənzilinə vurulmuş maddi ziyanın aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin dəyəri qismində müəyyən edilməklə, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “tələbin Cavabdeh məxsus X20 ilə ünvan 2 ünvanda yerləşən mənzilə (Çıxarışın daşınmaz əmlakın dövlət reyestri **********63-05301-093589, Qeydiyyat nömrəsi: **********, Qeydiyyat tarixi: xx.xx.2021, ümumi sahəsi 115.20 kv.m) yönəldilməsi” hissəni münasibətdə qeyd edir ki, cavbadehin əmlakına tələbin yönəldilməsi üçün əsas yoxdur. Qətnamə ilə tutulması qət edilmiş pul məbləğinin cavabdehin əmlakına yönəldilməsi məcburi icra tədbirləri olmaqla, icra mərhələsində həyata keçirilir. Bu səbəbdən iddia bu hissədə rədd edilməlidir. Cavabdeh tərəf etirazının əsası kimi dəymiş zərərin ondan deyil, özünün mənzilində yaşayan kirəyəçilərdən tutulmalı olmasına münasibətdə məhkəmə qeyd edir ki, yanğın baş verən zaman mənzilin X14 və X1 və istifadəsində olması Cavabdeh mülkiyyətçi olaraq dəymiş zərəri ödəmək vəzifəsindən azad etmir. İlk öncə, Cavabdeh mənzilin mülkiyyətçisi olmaqla, X14 və X12 qanuni əsaslarla verilməmişdir. (əmlak kirayə müqaviləsi cavabdeh tərəfindən təqdim olunmamışdır.) Məhkəmə onu da qeyd edir ki, Cavabdeh onun mənzilində yaşamış X14 və X12 qarşı zərərin məbləği miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, ödənilmiş 268 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərə görə 59314 manat məbləğində pul və 268 manat və müvəqqəti təminat tədbiri üçün ərizəyə əlavə olunmuş 50 manat Dövlət rüsumu İddiaçı xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 59314 (əlli doqquz min üç yüz on dörd) manat məbləğində maddi ziyan və ödənilmiş 268 (iki yüz altmış səkkiz) manat və müvəqqəti təminat tədbiri üçün ərizəyə əlavə olunmuş 50 (əlli) manat Dövlət rüsumu İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 100 (bir yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X9, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №2(005)-77/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(005)-77/2023
14.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver